This image has an empty alt attribute; its file name is %D0%91%D0%B5%D0%B7-%D0%BD%D0%B0%D0%B7%D0%B2%D0%B0%D0%BD%D0%B8%D1%8F.jpg

Ey qələm, yaz, yenə yaz, heç belə dövran olmaz,
Havasından udan, ömründə peşiman olmaz.

Çevirək gəl, vətəni gülşənə başdan-başa, gəl,
Yurdunu, millətini “sevməyən insan olmaz”.

Bunu dar gündə sınaqdan keçirib insanlar,
Quru sözlə vətənin dərdinə dərman olmaz.

Mən də şair kimi tək gəlməmişəm dünyaya,
Zirvələr aşmaq üçün təklərə meydan olmaz.

Vətənimdə daha qüdrətli Süleymanlar olar,
Onların heç biri lakin bu Süleyman olmaz!