Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, yazıçı-publisist Ədalət Rəsulovanın Xalq yazıçısı Ənvər Məmmədxanlı ya həsr olunmuş “Ənvər Məmmədxanlının yaradıcılıq yolu” adlı məqaləsi İran İslam Respublikasının Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi, ədəbi, kultural, araşdırma dərgisinin 252-253-cü saylarında fars dilində dərc olunub.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.