
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Keçir bu ömrü xəzandan,
Yaza ümidi ölməsin.
Onsuz da çoxda gözü yox,
Aza ümidi ölməsin.
Çıxar başdan havasını,
Kim sevər ki, yavasını?!
Şən et bülbül avazını,
Naza ümidi ölməsin.
Özünə, Göy, çək gülünü,
Yerin bu göyçək gülünü.
Pir elə “Göyçəgülü”nü,
Saza ümidi ölməsin.
Bir kəlmən mənə bəs eylər,
Ünüm yetdisə, səs eylə.
Qələmi müqəddəs eylə,
Sözə ümidi ölməsin.