Lal suyu üzü üstə,
Tökdün göydən aşağı-
Ay insanın yiyəsi!
Yağışla düş torpağa,
Bizə quru yer göstər…

​Neçə əsrlik olub
Yaşın, başın bilmirəm?!
Bəsdir gözlətdin bizi.
Gözləməkdən gözümüz,
Kök atıbdı torpağa,
Rəng qatıbdı yarpağa.

​Saralıb ovcumuzda
Duaların bənizi.
Özün gözəl endirdin ,
Ən saxtakar dənizi.
Qabardı üzümüzə,
Çəkildi dizimizdən.

​Divan köhnə divandı,
Tutmusan canımıza.
Yaşamağa yer burax,
Nəfəsə, qanımıza.
Taxtı özünə saxla,
Dərdi sazına bağla…

Taxmısan kəpənəyə,
Qolumun qandalların.
Qorxmursan ki, uçaram ?
Tələsir amallarım…
Sənə nə var, azadsan,
Bizik məhbus canavar.
Gəl ! İnsanın yiyəsi,
Göstər ki, daha nə var?!