Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,
Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.

Tale döyüb hər addımda qismətin,
Yurdu qalıb bir başına qaçqının
Yad yerlərdə çəkib nadan minnətin,
Dərd hopubdu yaddaşına qaçqının

Nəyin yiyəsiydi o qaça – qaçda,
Qaldı yurd-yuvasız min ehtiyacda,
Darıxır əkdiyi güldə – ağacda,
Zəhər qatdı kim aşına, qaçqının

Başı alovludu, sinə dağlıdı,
Evinin cığırı-yolu bağlıdı,
Onlarda vətənin qızı – oğludu,
Tənə vurduz hey başına, qaçqının

Haray saldı gəlmədiniz hayına,
Çəpik çaldı çoxusu el vayına,
Ürək dözməz yasa dönən toyuna,
Göy ağladı başdaşına, qaçqının