Hikmət Məlikzadə (Yeni şeir) Ölüm vaxtı keçmiş dərman kimidir

1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

Bu həyat elə bil qəm çəlləyidir,
Yenə də sinəmin dağı çoxalıb.
Mən ki bacarmıram fikir çəkməyi,
Nədən saçlarımın ağı çoxalıb?!

Yanmır, tüstülənir, bədəni donub,
Neçə qurd dolanır şamı pərişan.
Bu yerin üstündə min-min büt gəzir,
Bu yerin altında hamı pərişan.

Ölüm vaxtı keçmiş dərman kimidir,
Tərs gələn əcələ ərk etmir heç kim.
Adamla doludur torpaq büsbütün,
Onunçün dünyanı dərk etmir heç kim……