
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Halal halallıqdan çıxıb,
Gözlərim ağlıqdan çıxıb,
Balam balalıqdan çıxıb,
Məni hər zaman öldürür.
Xəyalımin daş örtüyü,
Arzuların qış örtüyü,
Qarabagın yaş örtüyü,
Hər an bir güman öldürür.
Sarıldim daş kəsəklərə,
Bir hava oynadır hərə,
Umidim dag, başım dərə,
Üstündə duman öldürür.
Xəzərimin daş hasarı,
Qibləm o sulara sarı,
Boğur qeyrətimi, arı,
Məni anbaan öldürür.
Ömür qışıma çəkilən,
Dərdim üstünə əkilən,
Qara bəxtimə bükülən,
Sökülməyən dan öldürür.
Daha kimdi məni duyan,
Məni goz yaşında yuyan,
Vətən dərdinə baş qoyan,
Can verən hər can öldürür.