Mənə qırılmaq deməyin.
Həyat davam etdikcə,
Zaman axıb getdikcə,
Mən də davam edirəm.
Yəni axıb gedirəm…
Sevmək də, sevilmək də
Əlbəttə ki, haqqımdır.
Di gəl ki, təkliyimə
Mən elə öyrəşmişəm…
Qorxuram ki, tək ikən
Xoşbəxt olduğum qədər
Cüt ikən ola bilmərəm birdən.
Mənə qırılmaq deməyin,
Sanki qarğış edirsiz.
Paramparça adamın
Göz yaşı yağışları
Dərgaha çatmayan
hayqırışları
Eşidirsənmi?
Arzularım var mənim!
Hanı bəs ümidlərim?
Ruhum yorğun,
Canım xəstə
Şeir yaz, mahnı bəstə
Nə xeyri var?
Dünya mənə gəlirsə dar,
Namussuzluq içərisində
Ruhumda olan bu ar,
Buz kimi insanlardan
Ruhuma yağan bu qar,
Üşüyürəm, isidin.
Hələ ölməmişəm,
Qədrimi bilin.
Öz hökmü var bu illərin,
Amandır, qədrimi bilin!
Öldürməyin,
Öldürməyim!
Arzularım var mənim!
Bənövşə Mahmudqızı
Ps. Kişili, qadınlı bütün ” intihar ” qurbanlarına həsr olunmuş şeir.