Doğma kənd… anamın qonağıyam mən,
Fikrimdə dünyanın söhbəti, sözü.
Doymuram ocağın hənirtisindən,
Ev ata evidir, göz palıd. gözü.
Ürək dilə gəlib danışa bilməz,
Bu yurdu, yuvanı yada salmasa.
Qartal üfüqlərdə yol aça bilməz,
Dincini torpaqda enib almasa.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.