ar

Əlimin dilini kim anlayar,kim,
Dilimin əlində qalmışam,əsir.
Səndə dodaq dilə olubdur,hakim,
Məndə əksinədir,dodaq dil kəsir…

Dil tökür,əməli min aya dəyər,
Dil lazım dillənən dilə gəlməsin.
Dil vardır,bəhrəsi minaya dəyər.
Dil kəsək,kəlməsi ələ gəlməsin.

Dərdi dil danışar,dil dərdə qonaq,
Dilinin dərdini başa çıxarma.
Dil başa bəladır,baş dilə çanaq,
Dilli ol,başını dil ilə yarma.

Dil uzun,dil gödək,o əl bu ətək,
Dilinin ucunda qurma tamaşa.
Arzunun dilində dil bala pətək,
Haqqdilli dil ilə yaşa ha yaşa!