Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmlia nümayəndəsini, istedadlı qələm sahibini, Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, “Qızıl Qələm” Media Mükafatı laureatını, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktorunu, dotanınmış jurnalistini, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar diləyir!
Mətbuat xidməti
İNANMIRAM
Bu dünya fani dünyadı.
Nəğməsinə inanmıram.
Daha uşaq vaxtım deyil
Hiyləsinə inanmıram.
İnanmıram nağılına
Şəkərinə, noğuluna.
Nə qızına, oğuluna
Nə özünə inanmıram.
Daşıyıram, yüküm daşdı.
Mən dözdükcə aşdı-daşdı.
Cahil oldum könül açdım.
Sevgisinə inanmıram.
Sağım günah, solum günah,
Yandırcaq məni bu ah.
Tanrım olsun özü pənah,
Bir kəsinə inanmıram!
XƏYANƏT EDƏN QADINLAR
Qurumuş ağac kimidi
köksüz, barsız, kölgəsiz…
Taxta parçasına bənzərdodaqları quruyar
boyasız, bəzəksiz.
Küt bıçaq kimi sancılar ürəklərə
xəyanət edən qadınlar…
Sahildəki daşlar kimi uğurlu bir iz,
sulara baş vuran qağayılar kimi
ov gözləyər anında.
Heç kimin onu gözləmədiyini bilə-bilə
Kimi isə gələcəkmiş kimi
əyləşər namusunun kandarında
xəyanət edən qadınlar…
…Dəvətsiz qonaq kimi dönər geri,
göz yaşları ovcunda səssiz-səmirsiz.
Qolları bomboş asılqan,
ayaqları dolaşar dörd yol ayrıcında kimsəsiz
İşıqları sönər bu şəhərin,
İynə ucu boyda işıq gəzər xəyallarda
xəyanət edən qadınlar…
Ölümündən o yana bağlanar qapılar
Ardından hayqırar ölümün səsi.
Addım-addım yaxınlaşar məzarına
Bir ovuc suya həsrət kimi
Parçalanmış vicdanına susayar.
Özü də bilmədən tələsib,
Nəfsinin dar ağacından asılar
Xəyanət edən qadınlar
GÖZLƏRİN
Eşqi ilə dünya bildim qəfəsi.
İndi mənə yaddan yaddı gözlərin…
Köksümdəki min bir aha qarışıb
Qürub etdi, söndü, batdı gözlərin…
Yalan imiş işığı da, odu da,
Hərarəti, məhəbbəti, andı da.
Fərqi yoxmuş, doğmanı da, yadı da
Ucuz aldı, baha satdı gözlərin…
Nisə deyər, könlüm ağlar, uçulmaz,
Nankor kəsdə sevgi olmaz, güc olmaz.
Bəxt yazılıb, dəyişilməz, qaçılmaz…
Düşünmə ki, kama çatdı gözlərin.
SEVƏNLƏR KİMİ
Dörd yol ayrıcında bir gün,
Görüşdük sevənlər kimi.
Aldanıb acı qisməti
Bölüşdük sevənlər kimi…
Nağıl dedi fələk bizə,
Yuxu gəldi gözümüzə.
Yatıb bir bəxt özümüzə-
Görmüşdük sevənlər kimi…
Biri yoxda, biri varda,
Buz asılıb arzulardan.
Ruhumuz kim bilir harda-
Ölmüşdük …sevənlər kimi…
SƏNSİZLİK
Oturub gecənin bu vədəsində,
Özümə bir nağıl danışım gərək.
Dözümü gözümə sürmətək çəkib,
Bu qərib bəxt ilə barışım gərək.
Sükutun səsini səsimə qatım,
Bu vaxt yuxulardan kimi oyadım?
Sən mənim ayrılıq dolu bayatım-
Bu səsiz haraya alışım gərək.
Şirin nağıl kimi bitir ömür də,
Çəkir karvanını səs də, səmir də.
Sən məndlən xəbərsiz uzaq ellərdə,
Mən də sənsizliklə barışım gərək