11665411_1690704784490598_9087155491968421030_n

Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Səni görən günden; aşiqin oldum;
Axib yanağindan; yagişin oldum.
Qaranlig yolunda işiğin oldum;
Sən mənə hər şeydən əzizsən gülüm.

Zərif əllərində gul çiçək oldum;
Inan xəyal deyil; bir gerçək oldum.
Sənin üçün sevən bir ürək oldum;
Sən mənə hər şeydən əzizsən gülüm.

Zeynəbəm; göylərdə mələyin oldum;
Həyatda min arzu diləyin oldum.
Özümü unutdum hər şeyin oldum;
Sən mənə hər şeydən əzizsən gülüm.