Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,
İlk dəfə tərs baxdı, zövqüm duruldu,
Pöhrə Ay kimidi nazı ölmüşün.
Bir yol demədi ki, adımı çəkmə,
Min yol adın çəkdim azı, ölmüşün.
Bədəni şüşəmi? Düz xətdən də düz,
Baxışı hirsimi soyudur, Allah…
Bir yanmış dedi ki, – köçümü sürüm,
Sabah o gözəlin toyudur… Allah…
İndi necə gedim bu tozlu yolnan?!
Canım geridədi, canımı alım…
Kim girib araya? Kişisə çıxsın,
Güc gəlim tətiyə, qanımı alım…