Arifin vaxtsız ölümü Çiçəyi və dostlarını sarsıtmışdı. Heç kim onun ölümünə inana bilmirdi. Onsuz həyatı təsəvvür etməyən Çiçək yemək yemək yeməməklə özünə qəsd edirdi. Yuxularında Arifin adını sayaqlayırdı, qızını da unutmuşdu. Qızının bu halına Fatma da dözə bilmirdi. Bir ana kimi çox əzab çəkirdi, qızının taleyi ona bənzəmişdi. Atasız övlad böyütmək onun da taleyində varmış. Qızı gərək qızını düşünəydi. Fatma: – Qızım, həyat davam edir. Taleyinin yarımçıq olması onsuzda ürəyimə dağ çəkdi. Belə eləmə, səni itirsəm dözə bilmərəm. Fidanı fikirləş. İki aydı keçib, özünə gələ bilmirsən. Güzgüdə özünə bax, gör nə gündəsən. Nahidə xanımla danışmışam. Mənim yerimə aşpaz işləyərsən. Daha qocalmışam, şəkərim də var. Oturaram evdə nəvəmə baxaram. Çiçək anasına diqqətlə baxdı, heç nə demədi.
Bir-birini ötüşdürən illər öz işini görürdü. Fidan dörd yaşına çatmışdı, Fatma isə qocalmışdı. Çiçəyin özünə qarşı biganəliyi, baxımsızlığı onu yaşından çox göstərirdi. Taleyin acı yelləri yenə də bu ailənin başında hərlənirdi. Yaz fəslində – təbiətin canlanan vaxtında Fidan nənəsini bir səhər oyatmağa çalışırdı. Fatmadan səs çıxmırdı. Fidan mətbəxdə səhər yeməyini hazırlayan anasının yanına gəldi: – Ana, nənəni oyada bilmirəm. Çiçək Fatmanın otağına gəldi. Bir-iki dəfə anasını qapının ağzında səslədi. Fatma cavab verməyəndə astaca ona yaxınlaşdı. Əlini anasının üzünə toxundurdu, qışqırdı. Fidan isə anasının qışqırığına qorxdu, qapının ağzında dizlərini qucaqladı. Çiçək hönkür-hönkür ağladı. Ağlamaqdan sözlərini Fidan qırıq-qırıq eşidirdi; – İlahi, onsuzda qəlbim qırıq idi, dayağım bircə anam idi. Onu da əlimdən aldın. Mən sənə neyləmişdim? Neyləmişdim sənə?
Çox keçmədi Fatmanın ölümünü qonşular da bildi. Uşaq evinə xəbər göndərdilər. Çiçəyi heç cür sakitləşdirmək olmurdu. Nahidə çox dillər tökürdü ki, imkan versin, meyidi aparsınlar. Çiçək qoymurdu, eləcə anasının meyidini qucaqlayırdı,ağlayırdı. Birtəhər Çiçəyi qadınlar meyidin üstündən uzaqlaşdırdılar. Ramiz və digər kişilər Fatmanın meyidini evdən çıxartdılar. Balaca Fidan isə qonşuda uşaqlarla oynayırdı.
Fatmanın qırxı çıxandan sonra Azərbaycanda tanınmış bankların birindən Çiçəyə məktub gəldi. Çiçək banka gedəndə, heç vaxt ağlına gəlməyən həqiqətləri biləndə az qalmışdı havalansın. Bankın qoyduğu vaxtacan evi banka təhvil verməliydi. Rəhmətlik Fatma neçə illik qonşusuna inanıb onun üçün bankdan pul götürmüşdü, evini isə banka girov qoymuşdu. Qonşu da övladının xəstəliyi adıyla guya öz evini də banka girov qoymuşdu. Sonradan Çiçək qonşunun evini satıb köçdüyünü öyrənmişdi. Özünə yer tapa bilmirdi. Nahidəylə söhbət edəndə ağlayırdı. Başına gələnlərdən baş açmırdı. – Elə bir Allah da qəsdimə durub Nahidə xala. Vallah-billah qızım olmasa çoxdan özümü öldürərdim. Dözə bilmirəm. – Gic-gic danışma. Özünü öldürmək nədir? Birinci qadın deyilsən ki. Bacım 2 övladını birdən itirdi maşın qəzasında. Heç sənin kimi fikirləşmirdi. – İndi mən neynim? Bank bir həftə vaxt qoydu mənə. Lap məhkəmə olsa belə yenə də uduzan mən olacam. – Ramizgilnən danışmışam. Narahat olma. Gələrsən uşaqla bura. – Nə vaxtacan? – Allah kərimdir. Səbr elə görək, nə olur.
Çiçəyin uşaq evinə köçməyinə ehtiyac qalmamışdı. Ramizlə Mürvət Çiçəyə iş tapmışdılar. Bir tanışının bağban işlədiyi villaya xadimə lazım idi. Çiçək qızıyla villaya gəldi. Çiçəyi işə götürdülər. Sonradan məlum oldu ki, Bakının hansısa rayonunun icra başçısı ( rayonun adı müəyyən səbəblərdən gizli saxlanılır) Kərim Kərimovun villasıdır. İlk gündən Kərimin yoldaşı Cəmilənin Çiçəkdən xoşu gəlməmişdi. Kərim Çüçəyin taleyini biləndə rəhmi gəlmişdi, villanın yanında tikdiyi balaca ikiotaqlı evdə qızıyla yaşamağa icazə də vermişdi. Zamanla Çiçəyin qoçaqlığı Cəmilənin xoşuna gəlmişdi. Ona görə Çiçəyi bəyənməsə də işləməyinə də etiraz eləmirdi. Fidan isə Kərimin qızı Aybənizlə, Oğlu Səfərlə oynayırdı. Səfər qızlardan yaşca bir az böyük idi. Aybəniz isə Fidanla yaşıd idi. Çiçəyin səliqəli olması, qoçaqlığı, isməti Kərimin diqqəti özünə çəkmişdi. Bir kişi kimi Fidandan xoşu da gəlmişdi. Bir gün Çiçək evdə şirniyyat bişirib bağbana verəndə Kərim görmüşdü. Bişirdiyi şirniyyatdan Çiçək Kərimə verdi. Kərim şirniyyatı o qədər bəyənmişdi ki, Çiçəyi evin ikinci aşpazı kimi işə götürdü. Cəmilə etiraz eləsə də, ərindən bir az çəkinirdi. Kərim də arvadını hədsiz çox sevirdi. Ona olan məhəbbəti qohum-əqrabalarının dilindən düşmürdü. Çiçək qonşu villada işləyən xadimələrlə qızının gələcəyi üçün lotereya oynayırdı. Ona düşən payı qızıla verib atırdı evə.
Fidanın məktəbə getməsi və yeni sevgi.
Fidan Kərimin məsləhəti ilə Aybənizlə eyni məktəbdə, üstəlik eyni sinifdə oxudular. Hətta, eyni partada otururdular. Sonradan Aybənizlə Fidan tez-tez dalaşdıqları üçün Fidanı ən axırıncı partaya keçirdilər. Səfər də altıncı sinifdə oxuyurdu. Bacısından fərqli olaraq Səfərin oxumağa həvəsi var idi. Bir gün Fidan bərk xəstələnmişdi. Çiçək Cəmilə xanımın göstərişlərindən vaxt tapıb qızını həkimə apara bilməmişdi ki, həkimdən qızının xəstələnməsiylə bağlı arayış alsın məktəbin direktoruna təqdim eləsin. Tərslikdən həmin gün də Kərimlə Cəmilənin evliliklərinin 14 illiyi idi. Buna görə hər kəs hazırlıq görürdü. Fidan soyuq payız günündə məktəbə gəldi. Müəlliməsi İradə vəziyyətinin yaxşı olmadığını görüb direktordan uşağın evə getməsi üçün özü icazəni özü istəmişdi.. Səfər də Fidanın yaxşı olmadığını görüb icazə aldı, Fidanı evə gətirdi. Cəmilə oğlunun dərsini yarımçıq qoyub Fidanı gətirdiyi üçün bir az danladı.Sonra nə fikirləşdisə uşağın üstünə çox düşmədi. Çiçək evin birinci aşpazı olan Adiləylə axşamacan bütün hazırlıqları görmüşdü. Süfrə hazırlanmışdı. Hər şey yerində idi. Bircə qalmışdı qonaqların gəlməsi. Adilə yaşlı qadın idi. İyirmi ilə yaxın idi Kərimovların evində işləyirdi. Kərimin lap subay vaxtından. Dindar qadın idi, başıda həmişə bağlı olardı. Çiçək Adiləyə: – Adilə xala, fikrim qızda qalıbdı. Bərk xəstələnib, heç olmasa kürəyini yodlayardım. – Narahat olma get. Bütün işləri görmüşük, daha görüləsi iş qalmayıb. Qızlarla hər şeyi həll edərik. – Çox sağ ol Adilə xala.
Çiçək qızının yanına gəldi. Fidan tir-tir titrəyirdi. Cəld qızının üstünü yorğanla lori dildə desək “basdırdı” Fidan tərlədi. Sonra isə qızına zoğallı çay verdi. Fidan artıq tərləmirdi. Çiçək qızının paltarlarını dəyişdi, kürəyinə maykalarından birini qoyub yatızdırdı.
Çiçək villaya gəldi. Cəmiləylə qapının ağzında rastlaşdı. Cəmilə: – Çiçək xanım, (kinayə ilə) hardasız? Görürəm bugün sizi çox yormuşuq. Çiçək: – Xanım, getməyə məcbur oldum, qızım xəstədir. Yaxşı ki, getmişdim. Qan-tər aparırdı qızımı. – Nə isə, qayıda bilərsən. Onsuzda hər şey hazırdı. Qonaqlar da bir azdan gələcək. Ortalıqda çox görünməsən yaxşıdır. Məclis qurtaranda gəlib qabları yuyarsan. – Aha. Gələrəm. Çox sağ olun.
Çiçək qızının yanına qayıtdı. Balasının başının üstündə dayandı, ixtiyarsız ağladı.
Artıq bütün qonaqlar gəlmişdi. Səfərlə Aybəniz gələn qonaqların uşaqlarıyla oynayırdılar. Kərim Çiçəyi ortalıqda görmədi. Mətbəxə gəldi, Çiçəyi Adilədən soruşdu: – Yorulmayasız xanımlar. Adilə: – Çox sağ olun Kərim bəy. – Çiçəyi görmürəm. Hardadı? – Qızı xəstələnib, xanım sağ olsun, icazə verdi.
Bu zaman Səfər atasının yanına gəldi: – Ata, sabah həkim çağırarıq? Fidan xəstələnib, müəllimdən icazə aldım, evə gətirdim. Kərim: – yəni o dərəcədə pisdir vəziyyəti? Adilə: – Qızdırması vardı. Bəyaq da maraqlandım. Hələ qızdırması düşməyib.
Kərim – Aydındır – deyib ikinci mərtəbəyə qalxdı. Cəmiləyə yaxınlaşdı, astaca dedi: – Çiçəyin qızı üçün həkim çağırmışdız?
Cəmilə ərinin sualına təəccübləndi.Qadınlıq qısqanclığı insanlığına güc gəlmişdi. – Başa düşmədim, mən niyə həkim çağırmalıyam? – Biz nə danışmışdıq? Mən evdə olmayanda hər şeyin məsuliyyəti sənin boynundadır. – Nədi? Çiçəyin qızının da məsuliyyəti mənim boynumadır? Qızdırması varda, böyük bir şey olmayıb. – Daha sözüm yoxdur, qızdırmadan ölənlər də var. Sözüm yoxdur.
Kərim aşağı düşür, Cəmilə də onun arxasınca düşür. Qapıdan çıxmaq istəyən ərinə deyir: – Hara gedirsən? Məni qonaqlarla niyə tək qoyursan? – Qayıdacam. Qayıt qonaqların yanına. – O qadın həyatımıza girəndən mənə qarşı soyuq olmusan. Elə bilirsən hiss etmirəm? – Deyəsən başın yerində deyil?! Həddini bil, qayıt qonaqların yanına. Kərim qapını örtdü. Cəmilənin gözləri dolsa da ağlamadı, özünü saxladı. İllərcə danışılan sevgilərindən istəmirdi qonaqlar nəysə qüsur görsün, üzünü çevirən kimi danışsınlar. Kərim Çiçəkgilin qapısını döydü. Çiçək qarşısında Kərimi görəndə təəccübləndi. – Kərim bəy! – Axşamın xeyir Çiçək. Eşitdim Fidan xəstələnib. – Hə ,qızdırması hələ də var. Bilmirəm neynim?
Kərim içəri keçir. Fidanın yatağına yaxınlaşır. Əlini Fidanın alnına, üzünə vurur. – Əməlli-başlı yanır ki, bu uşaq. İndi gəlirəm. Kərim evdən çıxdı. Çox keçmədi bir kişiylə qayıtdı. – Gəl İlham. İlham dostumdur, həkimdir.
İlham Fidanın üzünə əlini toxundurdu. İlham: – Temperaturu nə qədərdi? Çiçək: – Bəyaq ölçəndə otuz səkkiz idi. – Mənə qələm kağız verin. Çiçək İlhamın dediklərini verdi. İlham nə yazdısa, vərəqi Kərimə uzatdı. – Tapşır, bunları alsınlar. Uşağa iynə vursam, qızdırması düşər, sabaha yaxşı olar.
Kərim sürücüyə yazılanları aldırtdı. İlham Fidana iynə vuranda Fidan ağladı. Çiçək qızını sakitləşdirdi. Üstünü yorğanla yenidən örtdü ki, tərləsin, yaxşı olsun. Çiçək: – Çox sağ olun.Allah razı olsun sizlərdən. İlham: – Dəyməz xanım.
İlhamla Kərim evdən çıxdılar. Kərim siqaret yandırdı. İlahm kərimin kefsiz olduğunu hiss etdi: – Nə olub Kərim? Kərim: – Nə ola bilər? Keçək içəri, boğazımızı bir az isladaq. Kərim siqaretini yerə atdı, ayağının altında əzdi.
Əvvəllər Cəmilənin Çiçəkdən xoşu gəlmirdisə, o gecə nifrəti sonsuz olmuşdu…O gündən sonra axtarırdı ki, onda tutarlı bir səhv tapsın, Kərimə göstərsin, onun əliylə də ana-balanı evdən qovsun…
Bir gün Cəmilə qızıyla anasıgilə qonaq getmişdi. Kərim də evə tez gəlməli olmuşdu. Oğlu evdə dərslərini hazırlayırdı. Kərim: – Dərslərini qurtarsan xəbər elə. – Demək olar qurtardım. – Onda hazırlaş, ata-bala gedək şəhəri fırlanaq.
Səfər sevindiyindən “urra” deyib qışqırdı. Kərim evdən çıxdı. Çiçəkgilin qapısını döydü. Çiçək qapını açdı. – Çiçək, qızı hazırla, aparacam gəzməyə, gözləyirəm. Bütün günü evdədir.
Çiçək sevindi, heç nə demədi. Fidanın əyninə qəşəng paltar geyindirdi. Kərim qapının ağzında dilləndi. – Elə sən də hazırlaş
Çiçək təəccübləndi, utandıda. Qızıyla qapının ağzına gəldi. – Olar mən gəlməyim? Cəmilə canımın tapşırdığı işlər var. – Sən evin xadiməsi deyilsən, aşpazlardan birisən. Xahiş edirəm, hazırlaş.
Çiçək deməyə söz tapmadı. Reallıqla danışsaq, etiraz etməyə haqqı da yoxuydu. Razılaşdı, paltarlarından birini geyindi.
Maşını Kərim sürdü. Çiçəklə qızı arxa oturacaqda oturmuşdular. Kərim maşını restoranların birinin qabağında saxladı. əvvəlcədən sifariş verdiyi yerlərdə oturdular. Oturduqları yerdən dənizi görürdülər. Hava soyuq olduğundan tək-tük adam görmək olardı. Restoranın həyətində gələn ailələrin uşaqları üçün yelləncək də vardı. Səfər atasından icazə istədi: – Ata, olar Fidanla yelləncəkdə yellənək? Çiçək Kərimdən əvvəl cavab verdi: -Hava soyuqdu, xəstələnərsiz Kərim: – narahat olma, heç nə olmaz. Tez qayıtmaq şərti ilə gedə bilərsiz. Uşaqlar ikinci mərtəbədən bir-biriylə yarışa girərək birinci mərtəbəyə düşdülər, həyətə çıxdılar. Çiçək isə utanırdı, başını aşağı salmışdı. Kərim diqqətlə Çiçəyə baxırdı. – Nə əcəb ikinci dəfə ailə qurmursan? Bağışla ki, bir başa suala keçdim. Konkret danışmağı sevən adamam. Neçə ildi yanımdasan, istər istəməz maraqlıdı. – Qızım var, ögey ata istəmirəm. – Səninlə açıq danışacam Çiçək. əgər icazə versən, qızını övladım kimi böyüdərdim. – Siz onsuzda qızımı övladlarınızdan seçmirsiz. – Sən məni başa düşmürsən. Neçə ildi gözümün qabağındasan. Tərbiyənə, ləyaqətinə, namusuna söz ola bilməz. Qoçaqlığın da öz yerində. Neçə gündür ancaq sənin haqqında düşünürəm. Xahiş edirəm, icazə ver həyatındakı ikinci kişi olum. Çiçək eşitdikləindən dəhşətə gəlmişdi. Utandığından başını qaldırmadı, gözləri dolmuşdu. Bi-neçə damla göz yaşı boşqabına töküldü. Kərim bunu gördü, özü də pis oldu. Çiçək özünü birtəhər ələ aldı, başını qaldırmadan dedi: – Yoldaşımla bir-birimizi sevib evlənmişik. Ailə həyatımız qısa oldu, bircə dəfə olsun qəlbimə dəyəcək nə söz dedi, nə də hərəkət etdi. Bəyaq özünüz dediniz ki, ləyaqətimə söz ola bilməz. Xahiş edirəm, mən necə ki sizə qardaş gözüylə baxıram, siz də imkan verməyin yoldaşımın ruhuna xəyanət edim. Hər gün xanımınızla üz-üzə gəlirəm. Cəmilə xanım bunlara layiq qadın deyil.
Kərim səhvini anlamışdı. Astaca bu kəlimələri dedi: – Üzr istəyirəm. Kərim də pis olmuşdu. Dediklərinə görə xəcalət çəkirdi. Çiçək hiss etmişdi, nə isə demək istəyirdi, uşaqlar da qayıtması onu susmağa məcbur etdi. Diqqətlə Kərimin üzünə baxdı. Ürəyində “ Daha o evdə qala bilmərəm. Onda bir uşaqla tək qadın hara gedəcəm? – dedi.
Ardı var…