Ay mənə yenidən qayıdan qadın,
Bir vaxtlar gördüyün deyiləm axı.
Özünü özümdən soyudan qadın,
Bir vaxtlar gördüyün deyiləm axı.
Başımın üstünə artıq qar yağıb,
Gözlərim sən adlı gündə “Sən” doğub…
Həsrətin sevgimi çoxdandır boğub
Bir vaxtlar gördüyün deyiləm axı.
Özümün içində özüm ölübdür,
Dilimin ucunda sözüm ölübdür.
Soruşsan, sevənin düzü, ölübdür…
Bir vaxtlar gördüyün deyiləm axı.
Getdin… arxancada gözüm yol çəkdi.
Gəlmədin… yolundan gözəllər keçdi…
Axır biri gəlib qəlbimə köçdü,
Bir vaxtlar gördüyün deyiləm axı.