r

MƏNİ İTİRƏN QADIN
*
Ürəyinə qəm yığıb,
Dərd üzündən, xəbərsiz.
Ondakı qəlb mənimdir,
Mən özündən xəbərsiz
*
İzlərmiş, yolum izli,
Gözün süzdürən qadın,
Özüylə gizli-gizli,
Məni gəzdirən qadın.
*
Onun gizli sevgisi,
İçindəki ahıymış.
Bəlkə əzab çəkməsi,
Mən üçün günahymş.
*
Ağlayırmış şerimin,
Acılı damğasından,
Su içirmiş gözüylə,
Yağışın damlasından.
*
Güllü, barlı bağının,
Yiyəsini itirmiş.
Bəzəkli tirməsinin,
İynəsini itirmiş.
*
Tərk etdiyim ünvanım,
Ona soyuq qarıymış.
Odası da qaranlıq,
Bir soyuq məzarıymış.
*
Doğulmuş arzuların,
Əhdinə də bəd oldum,
Bir qadın talyinin,
Məhvinə səbəb oldum.
*
Yazın, qışın da bitirib,
Qəmi gətirən qadın.
İndi başın da itirib,
Məni itirən qadın.
*
Rəşad
Məhəmmədoğlu