h

Azərbaycan YAzıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü

Hopma gözlərimə gün işığıtək,
Gecdir, yuxu sıxır, yatacam, əl çək.
Sənə xərclədiyim ömrün oduyla,
Birtəhər başımı qatacam, əl çək.

Hərə min günahnan böyüyür onsuz,
Hərə bir əzabın qalın xəttidir.
Sən ömrü iylətdin yaş corab kimi,
Tale, bilmədin ki, alın xəttidir.

Yaxşı, mən gedirəm, salavat çevir,
Qıyma bu əhvalda təndir axtarım.
Gəlmək istəməsən, bir namə yolla,
Mən də künc-bucaqdan kəndir axtarım.