Osman Sarıvəlli (əsl adı Osman Abdulla oğlu Qurbanov17 dekabr 1905İkinci ŞıxlıQazax qəzası – 2 iyul 1990Bakı) — Azərbaycan şairi, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1977), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun müdir müavini.

Həyatı

Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932–1935), Bakı Teatr texnikumunda müdir (1939–1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.

1990-cı il iyulun 2-də Bakıda vəfat etmiş və doğulduğu kənddə dəfn edilmişdir.

Yaradıcılığı

Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə “Gənc işçi” qəzetində “Ayaqsız” adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin “Dəmir sətirlərim” adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.

Təltif və mükafatları

Kitabları

  • Dəmir sətirlərim (1934)
  • Bənövşə (1940)
  • Şairin hədiyyəsi (1943)
  • Gətir, oğlum, gətir (1943)
  • Gənclik eşqi (1946)
  • Bahar çiçəkləri (1949)
  • Yeni dünyanın qapısı (1950)
  • İqlimdən-iqlimə (1963)
  • Sabahı yaradanlar (1970)
  • Seçilmiş əsərləri (üç cilddə) (1971–1975)
  • Hər kim yüz il yaşamasa (1976)
  • Mən sabaha gedirəm (1979)
  • Kür qırağında (1987)
  • Sarıvəlli O.Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir. Bakı: Avropa, 2010, 112 s.
  • Sarıvəlli O. Qüdrətli şair, ustad sənətkar. Bakı: Avropa, 2011, 128 s.