Ulu öndər Heydər Əliyev irsinin təbliği mövzusunda Şəkidə elmi seminar keçirilib

Şəkidə Ulu öndər Heydər Əliyev irsinin təbliği mövzusunda elmi seminar keçirilib. Tədbirdə Mədəniyyət nazirliyinin məsul şəxsləri və əməkdaşları, ziyalılar, gənclər iştirak edib.

Çıxış edənlər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi və işıqlandırılmasının həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunə olduğunu bildiriblər.

Seminarda Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin və Uşaq İncəsənət məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında milli-vətənpərvər ruhlu musiqi nömrələri təqdim edilib.