Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat başa çatmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, martın 28-dək müxtəlif şəhər və rayonlar üzrə ümumilikdə 21 min 300-ə yaxın uşaq qeydiyyatdan keçib. Bu statistika müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraqdan xəbər verir.

Xatırladaq ki, uşaq festivalına 21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaşarası hər kəs qatıla bilər. Festival həm peşəkar, həm də həvəskar kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək.

İştirakçıların qeydiyyatı 20 fevral – 30 mart tarixlərində www.uif.az internet saytı üzərindən aparılır.

Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək olar.

Mənbə: https://azertag.az/