Arzu HÜSEYN.”Ən çox ağladığım gecə”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

Ən çox ağladığım gecə,
Ən çox güldüyüm səhər.
Xəbərin olmur, olmasın,
Bu gün çətin gün çıxa,
Bu gün yağışdır şəhər.

Bax, ürəyim o ürək,
Nə köhnə, nə təzə tər.
Görüşümə gəlmədin,
Eynidir bəhanələr-
Bu gün yağışdır şəhər.

Gizlənib yuvasında
Qara gözlü sərçələr.
Yollar — su yarışması,
Ay halımdan bixəbər,
Bu gün yaman sənsizəm,
Bu gün yağışdır şəhər…