Ac toxdan xəbər gözləyir,
Toxun xəbəri yoxdu ki…
Yox olanlar nə çəkirlər,
Yoxun xəbəri yoxdu ki…
Bu qırılan ürək kimin?
İndi növbə görək kimin?!
Saplandığı kürək kimin?
– Oxun xəbəri yoxdu ki…
Sən də biri milyon toxun,
Mən boz səhra, sən bol toxum.
Sınıq qəlbə min yol toxun,
Toxun, xəbəri yoxdu ki…