Bir bax, bütün aləm yenə seyrangaha dalmış,
At bir kənara tərsliyi gəl, sən də gəzin gəl.
Bilməzdim, inan, bir belə vəcdə gələr insan,
Olsun, nə olar hər nəyə gəlsən də, gəzin gəl.
Gül sehrinə düşdün, düşəli dərvişə döndün,
Tərk et bu viran xanəni, gülşəndə gəzin gəl.
Bəsdir bu qədər qarə geyib, qəmdə dolaşdın,
Bir kəndinə gəl, qəşş elə, gül, şəndə gəzin gəl.
Üzdə dolanıb durma belə, dərya misali,
Vur batinə baş, sədləri dəl, təndə gəzin gəl.
Qoyma yaxına şeytanı, iblislərə uyma,
Hər daima ol sayğılı qul – bəndə, gəzin gəl.
Əynindən uzaq eylə şəhər kürkünü bir gün,
Gey ağ dumanı, dağları bul, kəndə gəzin gəl.
Gər, eşqə tapınsan, Odaya bir nəzər eylə,
Axtardığın ol tutmağa əl məndə, gəzin gəl.