Mədəniyyət naziri Anar Kərimov Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Anar Kərimov tərəfindən noyabrın 29-da saat 10:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami prospekti 61) Yevlax və Mingəçevir şəhərlərindən, eləcə də Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar noyabrın 25-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Mənbə: https://azertag.az