“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı


Özümə inanardım
Sənə inana bilsəm…
Məhəbbətdə yanardım,
Səninlə yana bilsəm…

Unut… Unutduğum tək,
Adın dilim əzbəri…
İnanmadığın gerçək
Ürəyimin sözləri…

İtirək gülə-gülə
İkimizin xətrinə…
Tapmayaq bilə-bilə
Qataq şeir sətrinə…

Könül daha usandı
Həsrətdən sevinməkdən…
Unut… Elə asandı,
Hey gözə görünmək də…

Nə var, bu da dərddimi
Onsuz gülüşün qaça?!
Unudan namərddimi?
Namərddi asta qaçan…

2013