Zəhra HƏŞİMOVA (Həşimova Zəhra Elman qızı) 22 iyun 1999-cu il tarixində Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2015-ci ildə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan gəncliyi “ mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində Qubadlı rayon Gənclər və İdman idarəsi tərəfindən 3-cü yeri tutduğuma görə təltif edilib. 2016-cı ildə həmin məktəbdən məzun olmuş və elə həmin il Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil almağa başlayıb. 2018-ci ildə Hüseyn Cavidin 135 illik yubileyi ilə bağlı “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusundakı elmi konfransda “Səyavuş əsərində müəllif ideyaları” adlı məqalə ilə fəal iştirakıma görə fakültə dekanı tərəfindən təltif edilib. 2019-cu ildə Türkiyədə dərc olunan “Üççizgi” jurnalında “Nəsimi yaradıcılığında “Cami-cəm” ifadəsi” , 2020-ci ildə isə “Jan Pol Satrın “Divar” hekayəsində fəlsəfi ideyalar” adlı məqalələri işıq üzü görmüşdür. 2021-ci ildə Sumqayıt Dövlət Universitetindən məzun olmuş, 2022-ci ildə Azərbaycan Dillər Universitetinin magistratura pilləsinə — Azərbaycan ədəbiyyatı ixtisasına daxil olmub. 2023-cü il noyabr ayında Azərbaycan Elm Mərkəzi ( https://aem.az ) tərəfindən beynəlxalq konfransa dəvət almış və ”Millətlərarası əlaqə ideyalarının Şarl Lui Monteskyönün “Qanunların ruhu haqqında” əsərindəki təzahürü” adlı məqaləsi beynəlxalq sertifikata layiq görülmüşdür.
20 noyabr 2023-cü il tarixində “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri təyin olunub. Həmin ayın 25-i Türkiyədə keçirilən “Qarabağ Azərbaycandır!” beynəlxalq konfransda “Afaq Məsud yaradıcılığında ekzistensializm” adlı məqaləm beynəlxalq sertifikat ilə mükafatlandırılmışdır.