“MƏNƏ YAŞAMAQ YOX, ŞEİR YAZMAQ GƏRƏKDİR”
Vaqif Səmədoğlu – Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri – ustad şair. O, dünya sını dəyişsə də, həyatının son anına qədər Ölüm haqqında düşünmürdü.
Vaqif böyük Azərbaycan şairi Səməd Vurğunun oğlu dur. Səməd Vurğun isə Azərbaycan deməkdir. Və Vaqif həm də Azərbaycanın oğludur.
Mən Yusifli Vaqif isə həm Səməd Vurğunun, həm də Vaqif Səmədoğlunun oxucularından biriyəm.
Səməd Vurğunun “Vaqif ” pyesi məşhurlaşandan son ra atam bu adı mənə götürüb. Deməli, adaşıq. İllər gəlib keçdi, mən kənddən Bakıya gəldim, günlərin birində Vaqif Səmədoğlu ilə tanış oldum. Onu bir şair kimi də, insan kimi də çox sevdim. Əlbəttə, bu sevginin əsasında onun poezi yası durur. Oxuduğum çoxçox şairlər mənə şairdən başqa ictimai həyat adamı, siyasətçi, rəssam, musiqiçi təsiri bağış layırlar. Vaqifə isə şairlikdən başqa bir ad araşdıra bilmə dim… Hərçənd Vaqif Səmədoğlu təhsilinə görə musiqiçidir, cazı çox sevir və təbliğ edirdi.
Vaqif Səmədoğlu ilə onun şeirləri arasında heç bir tə zad görmürəm. Əslində, əsl şair şeirində yaşamalıdır. İllər keçəndən sonra o şairin obrazı yaddaşlardan silinə bilər,
o şair haqqında təsəvvürlər tamam yox ola bilər. Amma şeir yaddaşdır və nəsildənnəslə ötürülür, şairi yaşadan da elə budur… Bu gün çox şairin şeiri özünə bənzəmir. Şeiri özünə, özü şeirinə bənzəməyən çoxçox şairlər görürəm bu gün… Vaqif Səmədoğlu şeirlərinin birində yazır:
Mənə sevib ayrılmağa bir qadın verin.
Ürəyimdə bir ayrılıq qəribsəyib və bu ayrılıqdan bir şeir.
Mənə baş götürüb getməyə bir yol göstərin.
Ürəyimdən bir yol keçir və bu yoldan bir şeir.
Mənə yaşamağa bir qürbət verin. Ürəyimdə bir vətən qəribsəyib və bu vətəndən bir şeir.
Təkrirlər üzərində qurulan bu şeirin hər bəndində bir istək, bir duyğu səslənir. Ayrılıq, Yol, Vətən, bir də bu üç duyğunu birləşdirən şeir. Yeri gəlmişkən deyim ki, Vaqifin şeirlərində məxsusi poetik obrazlar var: Ayrılıq, Yol, Vətən, Qadın, Ömür, Ölüm… bunlardan öncə Allah və Azadlıq. İstəyirəm söhbətimə sonunculardan başlayım.
Son otuz ildə doğrudan da şeirimizdə Allaha müra ciətlər, xitablar çoxalıb. Bu, yaxşıdımı, pisdimi, – deyə bil mərəm, çünki şairin də sığındığı Allahdır, sözün də… An caq istənilən müqəddəs bir sözü şeirdə həddindən artıq istismar etdikdə o sözü adiləşdirib gözdən salmaq da olar. Yaxud o müqəddəs söz az və ya çox işlənməyindən asılı ol mayaraq, hər dəfə şeirdə yeni məna kəsb edə bilər.
“Vaqif Səmədoğlunun şeirlərində “Allaha müraciətlər” cavabsız qalmır. Ulu Tanrının cavabı yaşadığımız bu dün yadır, hər birimizin və hamımızın birlikdə ömrüdür, həyatı dır, taleyidir” (Anar).
Kimin var, Ulu Tanrı, Məndən savayı bu dünyada?
Kimim var Səndən başqa bu aləmdə mənim?
Sən tək, mən tək, Ulu Tanrı…
Vaqif Səmədoğlunun bu mövzulu şeirləri, mənim fik rimcə, poeziyamızda ilk dəfə olaraq Allah üzərindəki mistik örtüyü götürdü. İnsanla Allah doğmalaşdı və bu doğmalıq insanın son pənahı olan Allaha doğru yolu da qısaltdı. Vaqif Səmədoğlunun şair kimi susan vaxtları da olub. Onun şair dostları tribunalardan, meydanlardan, şeir məclislərindən qışqıranda o, daş səbri ilə susurdu. Daha doğrusu, yazırdı, amma susurdu… Sən demə, Azadlıq və İstiqlal haqqında hamıdan artıq düşünürmüş. Bizim içimizdə yaşayan kədəri hamıdan çox çəkirmiş:
Mənə Vətən yolu dar gəlir yenə, üzümə bahar yox, qar gəlir yenə.
Mənə elə gəlir, bu şeiri o zaman Vaqif heç cür işıq üzünə çıxara bilməzdi:
Sən mənim
doğma anamsan, Azadlıq, Mən sənin
Yad qapısında böyümüş balan.
Heç bir QLAVLİT Vaqifin bu misralarını da yaxına bu raxmazdı:
Belə gündə şəhər
üstüaçıq qəbristanlığa bənzər.
…Məğlub Vətən bayrağı tək Ayaq altda qalıb bahar.
Deyirlər ki, şeir zamanına görə yazılır və öz vaxtında meydana çıxmalıdır. Guya zaman ötəndən sonra o şeirlər millət üçün heç bir əhəmiyyət kəsb etmir. Təbii ki, bu fikrin böyük poeziyaya dəxli yoxdur. Əsrin o başında yazıbya radan Sabirin şeirləri öz zamanında yazılıb, öz zamanında deyilib, amma elə bil bu günün şeiridir. Öz zamanında ya zılan və deyilən xeyli şeir də var ki, onların heç biri bu gün yaşamır. Vaqif Səmədoğlu bir şeirində yazır:
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm.
Vaqif Səmədoğlunun şeiri fərdi, intim olduğu qədər də ictimaidir. Ümumiyyətlə, kim deyirsə ki, şeir ancaq ruhun ifadəsidir və onun ətraf mühitə, cəmiyyətə heç bir dəxli yoxdur, onunla razılaşmaq olmaz. Yaxud, kimsə deyirsə ki, şeir cəmiyyət üçün yazılır, o fikir də yanlışdır. Qışqıran
şairlərin “ictimai” şeirləri də, öz daxili dünyasına qapılan şairlərin “fərdi” şeirləri də dünyadan təcrid oluna bilməz. Pıçıltıda da, həzinlikdə də, səssiz fəryadda da böyük dünya nı görmək olar. Böyük dünya dediyimiz isə mənəm, sənsən, cəmiyyətdi, təbiətdi. Və Vaqif Səmədoğlu o böyük – son dərəcə ziddiyyətli, ağlamalı, gülməli, komik, faciəli dünyanı bizim içimizdən keçirə bilir. Vaqif Səmədoğlunun şeirlərin dəki ağrıacını, kədəriqəmi, Allah, Dünya, Ömür və Ölüm haqqında düşüncələrini bir yerə toplayanda belə qərara gə lirsən ki, o, bu dünyanın – faniliyin içində əzab çəkirmiş. Onun şeirlərinin hər biri əzabın səslərdə, sözlərdə ifadə olunan nəqşidir.
Vaqifin “dərdli” şeirlərində patoloji ağrı yoxdur, cisma ni əzabların sıxıntısından doğan qüssəyə rast gəlməzsən, bu, mənəvi ağrıların yaratdığı hisslərin, duyğuların ifadəsi dir.
Ayrılıq da, qürbət də xəstəlikdir, Yoluxucu azardır ikisi də.
Doğulub yaşadığın vətəndə mühacir üşütməsiylə titrəyirsən illər uzunu, bir tale boyu.
Sonra qərib məzarı qazılır sənə ana torpaqda…
Vaqif Səmədoğlu şeiri öz poetik sanbalına, yükünə görə çağdaş poeziyamızda ayrıca bir qoldur desəm, səhv etmərəm. Burada Söz adilikdən və hər cür təmtəraqdan, ritorikadan xilas olur. Söz fikirlə hissin poetik daşıyıcısına çevrilir. Biz Vaqif şeirində bəlkə də çoxları üçün qəribə tə sir bağışlayan ifadələr, deyimlərlə qarşılaşırıq. Fikrimizcə,
Vaqif Səmədoğlu poeziyası Azərbaycan və dünya şeirinin ən müasir meyillərinin bir nöqtədə birləşdiyi, vəhdət təş kil etdiyi poeziyadır. Vaqif Səmədoğlu ilə beş əsrlik Füzu li arasında qırılmayan poetik tellər gözə göründüyü kimi, atası Səməd Vurğun arasında da oxşarlıq, yaxınlıq tapmaq mümkündür.
Həmçinin Vaqif Səmədoğlu şeirləri ilə müasir post modernist poeziya arasında da belə bir uyuşmanı açıqla maq müşkül deyil. Dünyada bütün gözəl şairlərin yolu bu vəhdətdən keçir. Amma ilk növbədə V.Səmədoğlu yalnız özünə bənzəyən şairdir. Onun “Günün baxtı” (1972) ilk şeirlər kitabı ilə son şeirləri arasında təbii, poeziya üçün qa nunauyğun bir inkişaf prosesini izləmək çətin deyil, amma o ilk şeirlərlə son şeirlər arasında elə bir bağlılıq var ki, bunu başqa bir şairdə tapmaq çətindir.
Vaqif Səmədoğlu şeirlərində teztez atasını – XX əs rin böyük söz ustadı Səməd Vurğunu xatırlayır. Bu, sadəcə oğul məhəbbəti deyil, həm də böyük poeziya qarşısında ehtiram əlamətidir. Vaxtilə Vaqifin şeirlərindən söz açanda bəziləri onu qınayırdı ki, niyə atası kimi yazmır. İndi deyə bilərik ki, məhz Səməd Vurğun kimi yazmadığı üçün Vaqif Səmədoğlu öz poetik istedadını tam mənada sübut edə bil di. Poeziyada Səməd Vurğun yolunu tutanlar onsuz da çox idi və bu yolu tutanların çoxu, açığını desək, orijinal şair ola bilmədi.
Vaqif Səmədoğlu şeiri məzmunca da, formaca da ye nidir, lakin öncə dediyim kimi, Azərbaycan poeziyasının qaynaqlarından üzülməyir, öz minor kökü, həzin və elegik ruhu, yeri gələndə ironik tərzi ilə Füzuli, Sabir, Hadi şeirinə, xalq ədəbiyyatına ilişiklidir.
Yer altından min ah kimi Çıxdı çiçəklər səhər.
***
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa.
***
Mənə bir az yağış, bir az konyak
bir az da göz yaşı lazımdır.
Bir də elə bu otaq,
bu işıq, bu kağız, qələm B
u gün lazımdır yaman.
Və bir də qapısının açarı öz cibimdə olan bir məzar
lazımdır mənə.
Bu qapının dalında, bu otaqda oturub
rahat şeir yazmaqdan ötrü.
Bu da Vaqifin şeiridir. Bu şeir onun taleyidir. Vaqifin taleyi isə sirlərlə doludur.
Mənə yaşamaq yox, şeir yazmaq gərəkdir.
Vaqif YUSİFLİ, filologiya elmləri doktoru