
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri
Niyə həsrətimin gözü yol çəkir?
Elə hey gözlərim yolda qalıbdı..
Aldım xəbərini dostdan, tanışdan
Deyirlər dünən ad günün olubdu..
Necə üfürmüsən tortunun üstdə
Yanan ürəyimin sönən şamını?
Heç sevə bildinmi kəndimiz qədər
O qürbət ölkənin yaz axşamını..
Uzaqdan uzağa təbrikim bilib
Sərhədlər boyunca gözünü öpdüm.
Yazdığın məktubu açdım e amma
Başından sonacan sözünü öpdüm..
Sən yağmur qoxulu vətən sevgilim,
Çağırsam bircə yol gələsisənmi?
Sənsiz gün də çıxmır, günəş də batmır,
Eşqimin qızıldan sərhəddisənmi?