
Bəyənib, həmişə dəyər verirsən,
Hikmətli kəlama, sözə, Ramilə.
Şirin-şirin söhbətinlə xoş ovqat,
Hər gün bəxş edirsən bizə, Ramilə.
Gözəllikdə bir sehrsən, əlasan,
Daim belə təravətdə qalasan.
Çəmənlikdə al bəzənmiş laləsən.
Yaraşıq verirsən düzə, Ramilə.
Haqsızlığa yummamısan gözünü,
Söyləmisən haqqı, sözün düzünü.
Haqq işində doğrultmusan özünü,
Xalq rəğbət bəsləyir sizə, Ramilə.
Kim sevgi hissiylə hüsnünə baxıb,
Həsrət çəkib, gözlərindən yaş axıb.
Səni sevənlərin qəlbini yaxıb,
Döndərmisən oda, közə, Ramilə.
Təmkin deyir, qəlbə kədər dolmasın,
Silinsin, könlündə qubar qalmasın.
Üzündəki gözəlliyin solmasın,
Gəlməyəsən heç vaxt gözə, Ramilə.