“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

Bu şeirimi zümzümə etdiyim günlər çox olur… Deyirəm, nə olaydı, musiqi təhsilim də olaydı, bu şeirə mahnı bəstələyəydim. Və bunu Leyla Camal o yanğılı səsiylə oxuyaydı…


Nənəmin qarğışı tutub…
Xançobanım gələmmədi
Deyir yolda yağış tutub…

Elə islanıb yaddaşı
Qarışıb xatirə-rənglər…
Axtarır bir ocaq başı…
Xatirəmi daşa sərə…

Düşmədi, nənəm, düşmədi
Yaz yağışı qış bəxtimə…
Adım dilindən düşmədi…
Elə bir alqış bəxtimə…
(2023)