
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.
Yoxluğundan ötübdür,
Bu gün 29 il..
Gözümün yaşlarını,
Yenə torpağın silir..
Yoxluğunla yaşıddır,
Ötüb keçən ömür, il..
Yenə deyib – gülürəm,
Hamı bəxtəvər bilir..
Ruhumun ağrısından,
Axı kim xəbər bilir..
Məzarına düzmədim,
Düzəmmədim tər çiçək..
Solğun gül gətirmişəm,
Ömrümdən ləçək-ləçək..
Qaldır orda qədəhi,
Mənə də süz, gəl, içək,
Ölümün sağlığına..
Bu gün 29 il..
Sən gedəndən dayandım,
Iblis ilə üz – üzə..
Tənə ilə danışdı,
Söz tapmadım düz sözə..
Başıma duz hərlədi,
Dərdim gəlməsin gözə..
Gözümün qarasından,
Şərab da çəkdi – bəh-bəh..
“Qurtum – qurtum acıdır..”
Söylədi – ” başına çək..”
Mən az sevə bilmirəm,
Nə Rəbbi, nə bəndəni..
Ya qəlbim bağlı olur,
Ya da ki o eşq alır,
Məndə var olan məni..
Çətindir yaxın düşmək,
Qəlbimin qapısına..
Bir tərəfi məzarlıq,
Bir tərəfi gülüstan..
Asan deyil yar olmaq,
Bu ruhun yarısına..
Sevsəm ancaq özünə,
Könlünə ahəng olan,
Haqqdan gələn sözünə,
Qəlbə baxıb sevərəm..
Məni aşiq eyləməz,
Saxtakar gülüşləri,
Məhəbbətdən bixəbər,
Nəfsani öpüşləri,
Heç bir ölümlü kəsin..
Tanrını haraylayar,
Əsl eşqin nəğməsi..
Əsl eşqin nəğməsi..