
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri
Anamın yetim qızı.
Baharın bənövşəsi,
Payızın ən sərt üzü.
Göyün dəli buludu
Quşların qanad izi..
Sənin isə yadınam..
Ölsək cəsədin üstə
məni kəfənləsinlər.
Sevgi ilahəsinə
Afrodit deməsinlər.
Ey eşq tanrısı, Erot,
sənlik nə var, hər yanım
umud xəyanətidi..
Sezarın püşkü bəxtim
Brut xəyanətidi.
Sənə məğlub qadınam..
Məğlubam amma bil ki,
Ey cahan pəhləvanı,
Səninçün doğulmuşam-
Reyli İnanc xatunam.
Eşqimlə fəthə çıxsan
Qərbə çata bilərsən.
Krallıqda bir gecə
taxtı ata bilərsən,
Xoyda yata bilərsən.
İşin gözəl qızlara
Sergi atalıq olar.
Köhnə, qırmızıkərpic
Öydə yata bilərsən.
Qağayılar uçuşan
göldə yata bilərsən,
çöldə yata bilərsən.
Sənin sirli cadunam..
Tanrı, ya küllü- kufə,
Dəyiş hər şeyi, dəyiş,
Ayın kədərini sil,
tale, qədərini sil.
Bu eşqi Məsihinin
Çağırmasından yarat.
Məni onun saçından,
qabırğasından yarat.
Mən Onun atəşində
Sənin- sənin odunam