Vəliyeva Afaq Məsud qızı — Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə heyətinin sədri[1], yazıçı, dramaturq, əməkdar incəsənət xadimi (2003), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), 1991-ci ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019).[2]

Həyatı
Afaq Məsud 1957-ci ilin 3 iyununda Bakıda anadan olub. 1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1979-1986-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986-1988-cu illərdə “Azərbaycantelefilm”də direktor vəzifələrində çalışıb. 1989-2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru işləyib.
Əsasən romanlar və hekayələr müəllifi kimi tanınır. Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib.
Q.Q.Markesin “Patriarxın payızı”, T.Vulfun “Dünyanın hörümçək toru” romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin “Mövcudluq haqqında həqiqət”, Ə.Qəzalinin “Səadət iksiri”, “Oğluma məktub”, “İlahi bilik”, İbn Ərəbinin “Məkkə açıqlamaları” Cəlaləddin Ruminin və digər sufi mütəfəkkirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
“Can üstə”, “O məni sevir”, “Yol üstə”, “Qatarın altına atılan qadın”, “Kərbala”, “Mənsur Həllac” pyeslərinin müəllifidir.
Əsərləri əsasında “Sərçələr”, “Qonaqlıq”, “Gecə”, “Cəza”, “Dovşanın ölümü” televiziya filmləri çəkilib.
2000-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan “Avropa şərqşünaslığında qadın yazarlar”).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır. Afaq Məsud 16 may 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilmişdir.[3]
23 dekabr 2015-ci ildə türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə TÜRKSOY-un “Haldun Taner” mükafatına layiq görülmüşdür.[4]
2015-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi, TÜRKSOY və Avrasiya Yazarlar Birliyinin təsis etdiyi “Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi”nin qalibidir.
1 iyun 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə tərcümə işinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin nəvəsidir.
Yazıçı Məsud Əlioğlunun qızıdır.

Türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə dəfələrlə TÜRKSOY-un medalı ilə təltif edilib.
2015-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi, TÜRKSOY və Avrasiya Yazarlar Birliyinin təsis etdiyi “Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi”nin qalibidir.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Kitabları[redaktə | əsas redaktə]
“Üçüncü mərtəbədə”, Bakı, Gənclik, 1971
“Şənbə gecəsi”, Bakı, Yazıçı, 1984
“Субботний вечер”, Москва, 1984 (“Şənbə gecəsi”, Moskva, 1984)
“Keçid” (povest və hekayələr), Bakı, Yazıçı, 1988
“Tək”, Bakı, Gənclik, 1992
“İzdiham”, Bakı, Azərbaycan Tərcümə Mərkəzi
“Azadlıq” (roman, esse, hekayə), Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1997
“Roman, esse, hekayə”, Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1999
“Yazı”, Bakı, Qanun, 2004
“II İohan” (hekayə-roman), Bakı, Mütərcim, 2009
“Suiti”, Tehran, 2011, Pinar
“Seçilmiş əsərləri” 1-ci cild, Bakı, Elm və təhsil, 2012
“Seçilmiş əsərləri” 2-ci cild, Bakı, Elm və təhsil, 2012
“Роман-рассказ”, Баку, Евразиа Пресс, 2012
“Kalabalık” (“İzdiham”), Ankara, Bengü, 2015
“Üzü işığa”, Tehran, Nohbəgan, 2015
“İzdiham”, Tehran, Şurafərin, 2016
“İzdiham”, Tehran, Fərsar, 2016
“Избранное”, Москва, Художественная литература, 2017 (“Seçilmiş əsərləri”, Moskva: Xudojestvennaya literatura, 2017)
“Azadlıq”, Kiyev, Druqe dixaniya, 2017
“Azadlık” İstanbul, Zengin Yayıncılık,2018
“Şənbə gecəsi və digər hekayələr”, Qahirə 2018
“Azadlıq” Merani,2019
Xarici keçidlər[redaktə | əsas redaktə]
[1]
İstinadlar[redaktə | əsas redaktə]
Broom icon.svg Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
↑ http://www.president.az/articles/11752
↑ “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı” (azərb.). president.az (25 may 2019). 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.
↑ İlham Əliyev tanınmış yazıçıya vəzifə verdi
↑ Teatr xadimlərinə “Haldun Taner” mükafatı verildi