Sumqayıt Dövlət Texniki Kollecində “Nəsimi ili” ilə əlaqədar şeir müsabiqəsi keçirilib

Ötən həftə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Nəsimi ili” ilə əlaqədar şeir müsabiqəsi keçirilib.
Kollecin “Ana dili və ədəbiyyat” fənn birləşməsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə tələbələr Azərbaycan şairlərinin şeirlərini səsləndirərək qiraət məharətini nümayiş etdiriblər.

Münsiflər heyətində təmsil olunan professor, Azərbaycan Respublikası mədəniyyət işçisi, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, filologiya üzrə fəlsəfə doktoru Rövşən Məmmədov, yazıçı, Kollecin “Kitabxana müdiri” Günel Eyvazlı, “Ana dili və ədəbiyyat” fənn birləşməsinin sədri Hamlet Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Aynur Qarayeva şəffaf səsvermə nəticəsində ən gözəl qiraət bacarığı, poeziya ruhu olan tələbəni fərqləndirə biliblər.
Müsabiqənin qalibləri Fəxri Diplom, həvəsləndirici hədiyyələr və pul mükafatı ilə təltif olunublar.

Mənbə: http://www.edebiyyatqazeti.az