Salam verdim – rüşvət degildir deyü almadılar.
Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar.
Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal ilə cəm’i sualıma cavab verdilər.
Dedim:- Ya əyyühəl-əshab! Bu nə fe’li-xəta vü çini-əbrudur?
Dedilər:- Müttəsil bizim adətimiz budur.
Dedim:- Mənim rəayətimi vacib görmüşlər. Və mənə bərati-təqaüd vermişlər ki,
övqafdan həmişə bəhrəmənd olam. Və padşaha fərağət ilə dua qılam.
Dedilər:- Ey miskin! Sənin məzaliminə girmişlər və sənə sərmayeyi-tərəddüd
vermişlər ki, müdam faidəsiz cidal edəsən. Və namübarək üzlər görüb,
namülayim sözlər eşidəsən.
Dedim:- Bəratımın məzmunu nə üçün surət bulmaz?
Dedilər:- Zəvaiddir, hüsuli mümkün olmaz.
Dedim:- Böylə övqaf zəvaidsiz olurmu?
Dedilər:- Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı?
Dedim:- Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır.
Dedilər:- Ağçamız ilə satın almışız, bizə həlaldır.
Dedim:- Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur.
Dedilər:- Bu hesab qiyamətdə alınır.
Dedim:- Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz.
Dedilər:- Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz.