
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.
Deyirlər ki, möcüzəlidi
Zamanın sığalı…
Onunla ən dərin
yaralar belə sağalır…
Hər səhər günəş
sehrli bir xoruz kimi
qanadlarını çırpıb,
şəfəq lələklərini
üstümüzə tökür!
Hər axşam üzümüzə
qürub günəşinin
kölgəsi çökür…
Hər gecə ay işıgı öləziyən
ümid közlərimizin yerində
ocaq çatır…
Zaman hər gün üzümüzə
sığal çəkir,
ancaq qırışlar azalmır ki,
azalmır,
daim artır, artır…
31.01.2019