
Milli Kitabxanada insаn аlvеrinin mahiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, insan alveri qurbаnlаrının üzləşdiyi prоblеmlər haqqında təbliğatın aparılması məqsədilə “30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Milli Məclisin komitələrinin birgə iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı, insan alverinə qarşı mübarizə tədbirləri, bu sahədə Azərbaycan təcrübəsi, insan alveri qurbanlarının dövlət tərəfindən müdafiəsi və digər mövzularda kitablar, dövri mətbuat səhifələrində dərc olunan materiallar yer alıb.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.
Mənbə: https://azertag.az/