Bu dünya səhradı, dərdiş,
səhrada tək qoyma məni.
Dünya köçə-köç yeridi,
dünyada tək qoyma məni.

Gün yandırır bu səhrada,
sən atlısan, mən piyada.
Sən qabaqda, mən arxada,
arxada tək qoyma məni.

Dünya kimə miras qalıb,
bəlkə bir ehtiras qalıb?
Üzüb çatmışam az qalıb,
dəryada tək qoyma məni.

Alqış gedir, tərif gedir,
təriflərdə təhrif gedir.
Yanımca yüz hərif gedir,
sırada tək qoyma məni.