Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.

O qızı görəndə titrədi ürək,
Gözlərim önündə ildırım çaxdı…
Bəndələrin işi günah eləmək,
Allahınsa işı bağışlamaqdı, –
Bağışla, Allahım, məni bağışla!

Saf-çürük edirsən xalisi, qəlpi,
Bu ülvi sevginin yuvası qəlbi…
Özün bəxş etdiyin sevdalı qəlbi
Özün sınayırsan nazlı baxışla, –
Bağışla, Allahım, məni bağışla!

Yenə məcnun könül gəzir dağları,
Sayan var köksümdən qopan ahları…
Bizim etdiyimiz bu günahları
Yumaq olacaqmı qarla, yağışla? –
Bağışla, Allahım, bizi bağışla!

Ocaqda işaran közü bağışla,
Yaşla silələnən gözü bağışla,
Dilimdə titrəyən sözü bağışla,
Bizi bağışla!…
Bizi bağışla!…

01.06.2008