
İyulun 17-də Özbəkistan Respublikası Mədəniyyət Nazirliyində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov ilə Özbəkistan Respublikası mədəniyyət nazirinin birinci müavini Nodirbek Sayfullayev arasında görüş keçirilib.
Görüşdə mədəni-humanitar əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Murad Hüseynov həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına dəvət edib.
Tərəflər qarşılıqlı Kino Günlərinin təşkili, şəhərlər arasında birbaşa mədəni əlaqələrin qurulması, eləcə də birgə musiqi kollektivlərinin yaradılması və ortaq konsert proqramlarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Mənbə: https://culture.gov.az/