Xızı Rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Nizamidən incilər” adlı şeir müsabiqəsinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar təşkil olunan müsabiqə 12-16 yaşarası məktəblilər arasında keçirilir. Müsabiqəyə qatılmaq istəyən şagirdlər dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərindən parçaları video şəklində hazırlamalıdırlar. Hazırlanan videoçarxlar aprel ayının sonuna kimi mərkəzin email ünvanına (hxizi@bk.ru) və ya facebook səhifəsinin mesaj bölməsinə göndərilməlidir.

Münsiflər heyəti tərəfindən seçiləcək qaliblər diplom və fəxri fərmanlarla mükafatlandırılacaq.