Qocaların unutduğu, cavanların yad etdiyi, uşaqların can atdığı əsrarəngiz bir məqamdır gənclik! Bəli doğrudan da yaşlı nəslin nümayəndələrindən öz gənclik illəri ilə bağlı xatirələr dinləyəndə müşahidə etmişəm onlar bir çox məsələləri ya xatırlaya bilmirlər, ya da çətinliklə xatırlayırlar. Orta yaşlı, yəni cavan nəslin nümayəndələri də ki, tez-tez öz gənclik illərindən söz açar, etdikləri bir çox qəhrəmanlıqları, xatırlayır, maraqlı xatirələrini paylaşırlar. Bir müəllimə kimi isə müntəzəm qarşılaşdığım məsələ, kiçik yaşlı məktəblilərin can atdığı, maraqlandığı məsələlərdən biri də gənc olmaq, azad və müstəqil həyata atılmaqdır. Əslində gənclik macəralarla zəngin, olduqca maraqlı bir dövrdür. İnsan ömrünü bir günə yerləşdirsək gənclik həmin günün düz günortasıdır. Hünərin, cəsarətin özünü qabarıq şəkildə göstərdiyi bir zamandır gənclik.
O, gənclik ki, hər bir kamil insanın həyatında ölməz sevdalı izləri var. İnsanın həyatı dərk etdiyi ilkin mərhələ məhz elə həmin illərinə təsadüf edir. İlk dəfə müstəqil həyata atılmaq, ilk sevgi hisslərinin yaranma tarixi, ilk dəfə olaraq müstəqil işləmək, ilk zəhmət haqqı, ilk səhvlər və daha bir çox sadalaya bilmədiyim xeyli sayda “ilklər”lə doludur gənclik. Ümumilikdə isə həyəcanla dolu, insan ruhunun ən coşqun çağlarıdır. gənclik insana həyatı öyrənmək üçün verilmiş şansdır. hər kəs bu şansı düzgün dəyərləndirərsə gələcəyini rahat formalaşdırmış olar. İnsana məxsus olan ruh, düşüncə kimi amillərin daha çox parladığı məqamlarda biz bir çox səhvlər də edə bilərik. Həmin səhvləri onun üçün edirik ki, nöqsanlarımızdan nəticə çıxaraq və daha böyük bəlaların, günahların icraçısına çevrilməyək. səhvlərimizdən nəticə çıxaraq, çətinə düşdükdə özümüzü və ətrafımızdakı insanları qoruya bilək. Bacarıqlı olmaq üçün isə təbidir ki, savadlı, dünyagörüşü yetkin olmalıyıq. Nə xoş ki, bu günkü Azərbaycan gəncliyi kifayət qədər savadlı, dolğun düşüncəli və özünə inamlıdır.
Gənclik hər bir dövlətin gələcəyi, sağlam gənclik isə hər dövlətin güclü gələcəyinin sığortasıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində mütəmadi tədbirlər görülür. Bu gün ölkə siyasətində gənc nəslin düzgün yetişdirilməsi məsələsi önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 2 fevral 1997-ci ildə ümumilli lider, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Bu prosesə daha da geniş vüsət verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ili” elan edilmişdir
“Xüsusi istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə böyük zəmin yaradır. Gənclər üçün yaradılan belə münbit şəraitdən mən də bir gənc olaraq yararlanmışam. Belə ki 2006-cı ildə çapa hazırlanan “Azərbaycan XXI əsr İstedadlarla” ensiklopediyasında yenicə yaradıcılığa qədəm qoymuş gənc yazar kimi mənim də imzam dərc olunmuşdur.
Gənclərin bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunması cəmiyyətin inkişafına öz töhfələrini verir.
Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Dövlətimizin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradır. Bir azərbaycanlı gənc olaraq əminlikdə deyə bilərəm ki, dövlətimiz tərəfindən bizlər üçün yaradılan geniş imkanlar, gənclərimizi cəmiyyətin ən məhsul qüvvəsinə çevirmişdir. bu da belə deməyə əsas verir ki, Azərbaycanımızın sağlam gələcəyi artıq sığorta olunmuşdur. Əziz gənclər 2 fevral gənclər günü münasibəti ilə hər birinizi təbrik edir, möhkəm can sağlığı arzulayıram. Bayramınız mübarək!
Author: Delphi7
-
Elnarə GÜNƏŞ.”Gənclik!”
-
Esmira ƏLİYEVA.”Dünənlər-üçün-sevilməz-onlar”

Dünənlər üçün sevilməz onlar,çünki dünənlər bitər ama onların sevgisi əsla ,onların öyrətdikləri əsla… Bir atəş qığılcımına bənzər öyrədilən hər şey..və öyrəndiklərimiz bir şam işığı kimi aydınladır bizləri .Başqalarına işıq verərkən tükənərlər.Amma bir sevgi var ha..necəki xəyallara daldığımız gecələrdə oyandırar bizi o müəllimmi gəldi deyərik oz-özümüzə .Xəyallarımızdakı,qəlbimizdəki və onu istədiyimiz kimi şəkildən – şəkilə düşünərkən yağış damcıları vurar pəncərəmizə bitər….ele hamısı…Xəyallar bizə yatmağı unuddurmuşdur amma bu həyat o xəyalları kimə yaşadar bilinməz ki.Bir şagird bir duyğuyu bilər,bilməlidirdə.Bilməlidir işığında aydınlandığı sevginin adını ana ,ata ,bacı,qardaş və ya necə hiss edirsə içində.İstisi necə isti, soyuğu necə soyuq yaşayırsa iliklərində sevginin gərçəyinidə elə hiss edər qəlbinin ən dərinlərində.
Bütün içdən gələn duyğular və gözəlliklərlə. Ağacın suya ehtiyacı vardır.Su isə bir başqa canlıya özünü verərək onunla bərabər fərqli bir səslə salam deyər həyata.
Biz müəllimlər nə jurnalist təhqirlərinə, nə valideyin alçaltmalarına ehtiyacı vardır.Bizim bir parça müəllim əziyyətinə göstərilən dəyərə ehtiyacımız varki onunda arxasında maddi istəklər durmur..Bizim istəyimiz şərəfimizi alçaltmamağınız,istəyimiz övladlarınızı məktəbdən evə yola salarkən düzgün tərbiyə ilə göndərməkdir.
Əziyyətimizin bəhrəsi bu olmalı deyil.İldə bir dəfə müəllimə bir ətir,bir güllə sayıbda sonra müəllim rüşvətxordur demək i nəinki bizi təhqir hətta bunu edənin özünə biçdiyi hörmətdir…Niyə hər zaman müəllimin etdiyi hər kiçik səhv bu qədər qabardırılmalı onu özündən,həyatından hətta çox sevdiyi peşəyə belə nifrətə gətirməlidir?!..Müəllim demək şagirdə yol göstərən deməkdir.Bir qəlb bir qəlbin içində yaşıllaşır.Yaşıllıqlarla dolu bir dünya xəyal edilir.Sevginin gərçəkliyi ilə səmimiyyəti və böyüklüyü bəli siz cəmiyyətdir və biz müəllimlərdir….Biz şərəfsiz peşənin sahibləri deyilik…Biz evimizə övladlarımıza halal çörək yedizdirmək istəyən sadə dövlət qulluqçularıyıqki heç bir təhqirə ,heç bir sıxışdırıcı davranışlara layiq deyilik…Müəllim çox böyük dəyərə sahibdir!!! -
2 fevral Gənclər günü münasibətilə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ədəbi gəncliyin nümayəndələri ilə görüş keçirilib


Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin yaydığı məlumata görə, yanvar ayının 30-da “28 May” diyarşünaslıq evində Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, Ə.Kərim adına “Poeziya” klubunun təşkilatçılığı ilə Dünya Gənc Türk Yazarları Birliyinin 2 fevral Gənclər günü münasibətilə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ədəbi gəncliyin nümayəndələri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Ə.Kərim adına “Poeziya” klubunun direktoru şair İbrahim İlyaslı tədbir haqqında məlumat verib və gəncləri təbrik edib, yaradıcılıq uğurları arzulayıb. Daha sonra çıxış edən DGTYB-nin sədri Əkbər Qoşalı tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və təşkilatın fəaliyyəti haqqında qısa məlumat verib. Gənclər gününün qeyd edilməsi ilə bağlı təşəbbüsünün məhz DGTYB-yə aid olduğunu qeyd edən Ə.Qoşalı bildirib ki, gənclərin əziyyətini dəyərləndirmək və uğurlrını qiymətləndirmək hər bir gəncə stimul verir.
Daha sonra “Türk dünyasında söz verib söz almaq onun birliyinə səbəb olacaq” deyən AYB Sumqayıt Bolməsinin sədri şair Sabir Sarvan DGTYB-yə fəaliyyətində uğurlar arzulayıb.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi adından çıxış edən Arif Vəliyev çıxış edərək idarə rəisi Mehman Şükürovun gənclərə təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə iştirak edən şairlər, Dəyanət Osmanoğlu, Qafqaz Əvəz oğlu, Almaz Sahilə, Eyyub Qiyas, Əli Nəcəfxanlı, Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova və digərləri çıxış edərək gənclərdə vətənpərvərlik duyğusunun önəmli olduqunu bildirib, qeyd ediblər ki, cəmiyyətin gənc ziyalılara böyük ehtiyacı var və gənclər cəmiyyətin nəbzini tuta bilsələr layiq olduqları zirvəyə çata biləcəklər.
Daha sonra gənc şairlər Ülkər Piriyeva, Şəhanə Müşfiq, İntiqam Yaşar, Çinarə Ömrə, Fuad Cəfərli, Sərvər Kamranlı, Ruslan Naib və digərlərinin ifasında şeir nümunələri tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışlarla qarşılanıb.
S.Rüstəmov adına UİM-in Skripkaçılar qrupunun rəngarəng musiqi nömrələri, aşıq Anar laçınlının ifasında “Ruhani” aşıq havası tədbiri daha da rövnəqləndirib.
Sonda gənc yazarlar və S.Rüstəmov adına Uşaq incəsənət Məktəbi DGTYB –nin fəxri fərmanları ilə təltif edilib. -
Əsrimizin bəlası – sevgisizlik
İnsanların çoxu, demək olar ki, hər gün yedikləri yeməklərin, gəzdikləri məkanların, əyləncələrinin fotolarını sosial şəbəkələrdə paylaşır. Burda pis bir şey yoxdur, anormal olan bu insanların bir çoxunun dünyanın müxtəlif bölgələrində sırf aclıqdan nə qədər insanın ölməsindən xəbərsiz olmasıdır… Xəbərdar olsalar belə, etinasız yanaşmalarıdır.
Dünyada insan haqlarından danışılır, amma bu barədə danışanlar insan haqqlarının nə olduğunu, hansı haqqları müdafiə etdiklərini unudublar. Dünyanın gözü önündə Yərmuqda, Madayada insanlıq dramı baş verir, insanlar aclıqdan it-pişik yeyir.
Suriyada insanların aclıqdan ölməsi adi hala çevrilmişdi, yaxın zamanda isə mediaya sızan şəkillər diqqətləri Madayaya cəlb etməyi bacardı. Son zamanlarda burada insanların qidasını otlar təşkil edirdi, amma soyuqdan otlar da quruyanda insanlar tamamilə aclığa tərk edildilər. Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT- nin etdiyi yardımlar isə yetərli deyil.
Bu zaman problemə başqa yöndən yanaşmaq lazım gəlir, insanlarda yaranan laqeydlik, sevgisizlik, qəddarlığın yerinə mərhəmət, sevgi, qayğıkeşlik hisslərini oyatmaq. Problemleri mumkun qədər ictimailəşdirib cəmiyyətdə qınaq yaratmaq. Bu, bəlkə də problemin həll yolu deyil, amma zülmün daha çox yayılmasının qarşısını az da olsa almış olur.
Medianın üzərinə bu məsələdə böyük məsuliyyət düşür. Xəbərlərdə, verilişlərdə, müzakirələrdə daha çox sevgi, mərhəmət aşılayan söhbətlərə, mövzulara yer verilməli, insanların vicdanlarını oyadacaq şəkildə proqramlar hazırlanmalıdır. Ətrafına qarşı həssas, incə düşüncəli olan cəmiyyət formalaşdırmaq lazımdır. Dünyanın bir çox yerində aclıqdan, soyuqdan əziyyət çəkən insanlar, körpələr varkən, geyindikləri geyimləri və ya hazırlanan yeməkləri bəyənməyib mübahisə edən insanların olduğu verilişlər əvəzinə televiziya kanallarında, internet səhifələrində yardim mahiyyətli, gözəl əxlaqdan bəhs edən yayımlar verilməlidir.
Dünya sizin gördüyünüz kimi dəbdəbədən ibarət deyil, bir də görmədiyiniz yaxud, görmək istəmədiyiniz üzü var, müharibələrin, aclığın hökm sürdüyü dünya. Və düşünməyin ki, bütün bu dəhşətlərdən sığorta olunmusunuz.
İnsanlardan istənən bacardıqları qədər bu insanlara yardım etmələridir, kim necə bacarırsa. Ən azından sadəcə bir dua ilə…Aysel Vəlizadə
-
“Ürəklərdə əbədi iz qoyan insan”

Həyat – qəribə və sevimli, amansız və qəddar! İnsan övladı dünyaya gəlir, yaşayır, yaradır, ölümü isə çox vaxt nə xəyalına gətirir, nə də eyninə alır. Tələsir… Elə hey tələsir… İnsanın son mənzili ayağının altındakı torpaqdısa, bəs onda hara tələsir, niyə aldanır, niyə ölümdən – ayağının altındakı torpaqdan qaçmağın, qurtulmağın mümkünlüyünə inanır. Bəlkə torpaq adamı ona görə çəkir ki, ora doğma adamların cismi əmanət edilib, başları üzərində ruhları dolaşır.
***
Soyuq qış axşamı. Bayırda qar yağır, şaxta, boran nəfəs kəsir. Sevimli oğlunu dizləri üstündə oturdub Bəkir müəllim. İşinin çox olmağından, üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışmağındandır ki, Bəkir müəllimin uşaqlar yatmamış evə gəlib çatmağı, onlarla bərabər zaman keçirməyi çox az hallarda olur.
– Əgər bircə gül, tək bircə gül də sən əksən, bir ağacı da sən sulasan bu yer üzü cənnət olar, oğul! Bir əlin torpağın ətəyində olsun. Olsun ki, başın buludlara çata bilsin. Bu ömür ki var, oğul, bir oxun hədəfindədi. Bircə atımlıq canı var. Qoy olsun. Gün gələr də, çətin anlarında yanında ola bilməsəm, bu sözlərimi unutma – nə olursa olsun, həyat nə surprizlər çıxararsa qarşına çıxarsın, sən doğru bildiyindən dönmə! Sən haqqın, ədalətin, doğrunun tərəfində ol ki, Allah da sənin yanında olsun!***
Dönməzov Bəkir Atakişi oğlu 1958-ci il yanvarın 31-də Qazax rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmir və 1973-cü ildə işləmək üçün Sumqayıt şəhərinə üz tutur. Kimya sənayesində (indiki Etilen-Polietilen zavodunda) fəhlə kimi işə başlayır. Oxumaq həvəsi, elmə, kitaba olan marağı Bəkiri rahat buraxmırdı. Ziyalı ailəsində dünyaya göz açmağı, atasının riyaziyyat müəllimi olmağı onun təhsil almağa olan marağını daha da artırırdı. İşləməklə bərabər, həm də yenidən ali məktəbə hazırlaşır. Lakin həyatda heç vaxt insanın istəkləriylə imkanları üst-üstə düşmür. Növbəti qəbul imtahanlarına çata bilmir və hərbi xidmətə yollanır. Uzaq və qərib bir diyarda – Xabarovsk vilayətində hərbi xidmət borcunu yerinə yetirir. Hərbi xidmətini çavuş rütbəsi və təşəkkürnamə ilə bitirdikdən sonra Sumqayıt şəhərinə qayıdır. Yenidən eyni zavodda, dülgər vəzifəsində işləyə-işləyə ali məktəbə hazırlaşır. Və nəhayət arzusuna çatır. Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur. Ali məktəbdə savadına, insanlarla rəftarına, mədəniyətinə görə seçilən və buna görə də hörmət qazanan Bəkir Dönməzov qrupun rəhbəri seçilir. Qrup yoldaşları ilə çox yaxşı münasibət qurur. Elə buna görədir ki, hətta təhsil illərindən sonra da hər il may ayında qrup yoldaşları ilə görüşər, onlarla ötən günlərin xoş xatirələrini bölüşərdi.
Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Sumqayıtdakı Etilen-Polietilen zavodunda iqtisadçı-mühəndis kimi çalışır. İlk zamanlarda fəhlə kimi işə başladığı müəssisədə sonradan əzmi, bacarığı, savadı və iradəsi hesabına məsul vəzifələrə yüksəlir. Son dönəmlərdə zavodun Personal və əmək haqqı və İqtisadiyyat şöbələrinin rəisi vəzifəsində çalışmışdır. Hansı vəzifədə işləməyindən asılı olmayaraq tabeliyində olan işçilərinə rəhbər yox, əsl dost, yoldaş olmuşdur. Bəkir müəllim elə bir həyat yolu keçib ki, bu gün onu boğazdan yuxarı, bayağı təriflərlə “naxışlamaq” mümkün deyil. Onun bəzəyi də, tərifi də, təltifi də – tanıyanların yaddaşında xoş niyyətli, təmiz qəlbli insan kimi qalmasıdır. Onu tanıyan hər kəs bilir ki, Bəkir müəllim təbiətcə çox mülayim, bacardığı qədər insanlara kömək etməyə çalışan, haqqı nahaqqın ayağına verməyən biri olub. Hamının problemini özününki bilib, ona uzanan əlləri, ümidlə dikilən gözləri nagüman etməyib, müşkülü asan etməyə çalışıb. Çalışdığı zavodun inkişafıyla bərabər, tabeliyində olan işçilərinin iş və əmək şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll olunması üçün əlindən gələni etməyə çalışıb. Cavan yaşlarından dost-tanışların, qohum-əqrəbanın işinə yarıyan, bir nəslə böyüklük edən, amma heç vaxt, heç zaman böyüklük iddiasında olmayan insan idi. Beş qızdan sonra dünyaya gələn Bəkir müəllimi kəndlərində yaşayan Bəkir adlı nurani, ağsaqqal bir ağanın şərəfinə belə adlandırıblar. Zaman keçdikcə o, bu adı doğruldaraq səbri, təmkini, savadı, böyüklərə hörməti, kiçiklərə məhəbbəti, ətrafa sevgisi, böyük-kiçik yeri bilməyi sayəsində hamının sevimlisinə çevrilir.
Müəyyən səbəblər üzündən Bəkir müəllim 2008-ci ildə öz ərizəsi ilə Kimya sənayesindən ayrılır. Bir müddət işsiz qalsa da 2010-cu ildən Madeyra mebel fabrikinin Sumqayıt salonunun rəhbəri kimi əmək fəaliyyətini davam etdirir.
Bu gözəl insanın həyatının son günlərinə qədər əlaqə saxladığı dostları var idi. O insanlar ki, bu gün də Bəkir müəllimin ailəsində o hörmətə sahibdirlər. Şəfa Əliyev, Darvin Hüseynov, Hacı Novruz İsmayılov, Fəxrəddin Kazımov, Səyyad müəllim, Xanlar müəllim, Zakir müəllim, Sahib müəllim, Səməd müəllim, Şəmşir müəllim, qrup yoldaşlarından Tofiq müəllim və daha neçə-neçə dostları Bəkir Dönməzovun həmişə hörmətlə yanaşdığı insanlardan olub.***
Dünya o qədər vəfasız, həyat o qədər amansızdı ki… Bu torpaq da yaxşıları aparır qoynuna. Bəkir müəllim heç kimin gözləmədiyi bir anda, ölümün yaraşmadığı bir yaşda dəyişdi dünyasını. Bu dünyanın dərdlərinə, bu dünyaya gücü çatmadı kövrək ürəyinin. Ürək nə qədər güclü ola bilər ki? Onun da qüdrətinin, səbrinin bir sərhəddi var. Ürəyinin gen qapısından girən çox oldu Bəkir müəllimin. Hər girən də özüylə damla-damla kədər gətirdi, ovuc-ovuc qəm verdi. Ürəyini qorumadı, ürəyindən qorumadı özünü. Ölümüylə təkcə ailəsinə, balalarına deyil, daim bir-birilərinə dayaq olan qardaşı Vəkilə, bacılarına, saysız dostlarına dağ çəkdi.
Oğlu Vüqar Dönməzovla münasibətləri təkcə ata-oğul müstəvisində deyildi. Əsl dost, yoldaş, sirdaş idilər. Həyatının istisi, soyuğu, işığı, qaranlığı, sevinci, kədəri, bir ovuc ümidi, bir damla xoşbəxtliyi – hər şeyi var Vüqar bəyin. Birindən az, birindən çox. Bircə ata sevgisi, ata nəvazişi, ata məsləhətindən başqa. Bu gün ata həsrətilə alışıb-yansa da, pis-yaxşı yaşamağa çalışan Vüqar Dönməzovun atasına olan sevgisini, məhəbbətini duymamaq, görməmək mümkün deyil:
Vüqar Dönməzovun dediklərindən:
– Deyirlər ki, bütün ağrıların, acıların tək çarəsi zamandı. Hətta ən ağır dərdləri, ən yaxın insanların ölümünü belə zaman unutdura bilir. Yüzlərlə insan gəlir, başsağlığı verir, dərdinə şərik olduğunu söyləyir və gedir. Böyük itki ilə təkbətək qalanda anlayırsan ki, zamanla heç kim unudulmur. Hər “ata” sözü eşidəndə yara qanayır… Anlayırsan ki, zamanla sadəcə onsuzluğa alışırsan. Daha doğrusu özünü alışdığına inandırırsan.
Ailə üzvlərimə dəstək olmaq üçün ayaqda durdum. Ancaq ən çox darıxan da, ən böyük həsrəti yaşayan da mənəm. Əl atıb fələyin yaxasınından tutub silkələmək keçdi könlümdən. Bəlkə onda içimi didib-dağlayan kədəri, nisgili, gözlərimi yaran göz yaşını sakitləşdirə bildim.
Atamla hər zaman qürur duymuşam, onun haqqında həmişə fəxrlə danışmışam. Hələ orta məktəbdə onlar haqqında inşa yazanda sözlərin ən yaxşısını seçməyə çalışmışam. İndi də elə danışacam, ancaq keçmiş zamanda. Atamın yoxluğuna hələ də inana bilmirəm, onun barəsində dünyasını dəyişmiş insan kimi danışmaq mənim üçün çox çətindi. Bir anda bizi tərk etdiyini dərk etmək ağırdır. Onu bu qədər tez, zamansız itirəcəyimizi gözləmirdik. Atam mənim bu dünyada ölümünə inana bilmədiyim yeganə adamdı. Sanki elə bu an, bu dəqiqə qapıdan içəri girəcək, gülər üzü ilə problemlərimizi unutduracaq. Kaş ki, yanımda olsaydı, mənə doğru yol göstərsəydi, çətin vəziyyətdən çıxmağıma kömək etsəydi – dediyim anlar çox olub. Bu gün özüm də ailə başçısıyam. Bütün həqiqətləriylə anlayıram ki, mənim atam gördüyüm, tanıdığım, təsəvvür edə biləcəyim ataların ən yaxşısı idi. Qayğıkeş, məsuliyyətli olmağı ilə yanaşı, hər birimizə ayrıca, xüsusi diqqət göstərirdi. Bizim fikirlərimizi təmkinlə dinləyib lazım bilərdisə razılaşar, məsləhətlərini verər, bir sözlə bizlə dost olardı. Arzu və istəklərimizi həmişə həyata keçirməyə, ehtiyaclarımızı ödəməyə çalışardı.
Hər bir normal insan, istənilən övlad üçün valideynləri qiymətlidi. Ancaq atam həqiqətən də mənim aləmimdə əvəzolunmaz insan olub. Arzuları hələ var idi, yarımçıq qalan işlərini sona çatdırmaq fikrində idi, lakin 2014-cü ilin 9 sentyabrında vaxtsız və gözlənilmədən gələn ölüm onun bütün işlərini yarıda qoydu. Ailəsinə, valideynlərinə, keçmişinə çox bağlı insan idi. Ata-anasını xatırladığı zamanlarda gözlərində olan kədəri görmək üçün yetərincə böyümüşdük, darıxdığını hiss edə bilirdik.
“Bundan sonra atam üçün nə edə bilərəm?” – deyə çox düşündüm. Bu gün mənim üzərimə düşən ən böyük vəzifə atamın adını yaşatmaq, xatirəsini əziz tutmaq, onun arzularını, xəyallarını həyata keçirməkdir. Atamla fəxr etməyə dəyər. Bu gün həyatda olmasa da onun adını harda çəkirəmsə, məni çox hörmətlə qarşılayır, haqqında xoş sözlər deyirlər. Bütün bu deyilənlər, yazılanlar onu geri gətirməz, bilirəm, sadəcə onu xəyallarımda daim yaşatdığım, bir an olsun belə unuda bilmədiyim üçün məndən də bir xatirə olaraq qalsın istəyirəm.
Yaşasaydın, əziz atam, 31 yanvar tarixində 58 yaşını bərabər qeyd edə bilərdik. Səninlə fəxr edirəm və bu sözlərimi göz yaşı içində deyirəm. Allah sənə rəhmət eləsin! Məkanın Cənnət olsun!***
P.S. Övladlarını dünyalar qədər sevən, onlara bütün varlığı ilə bağlanan, həyatının mənası sayan Bəkir müəllim səbrsizliklə ilk nəvəsinin dünyaya göz açacağı günü gözləyirdi. Ancaq bu istək də elə arzu olaraq Bəkir müəllimin ürəyində qaldı. Dünyasını dəyişəndən 8 ay sonra ilk nəvəsi dünyaya göz açdı. Hər dəfə bu gül balaya baxanda Bəkir müəllim kövrək duyğularla ailənin gözləri önündə canlanır. Elə bu səbəbdən də ilk nəvənin adını Bəkir yox, Fateh qoyurlar. İnanırıq ki, gün gələcək bu körpə Fateh böyüyəcək, iş-güc sahibi, vətənə layiq vətəndaş olacaq, babası Bəkir müəllim kimi onu əhatə edənlərin, dostların, yaxınların ürəyini fəth edərək hər kəsin sevimlisinə çevriləcəkdir.
Gülnarə Şöhrəddinqızı,
“Möhtəşəm Azərbaycan” qəzetinin bədii redaktoru -
Prof. Dr. Nurullah ÇETİN.”BAHTİYAR VAHAPZADE-I”
HAYAT HİKÂYESİ:
16 Ağustos 1925’te Azerbaycan’ın dağlık yerlerinden Şeki’de doğdu. Babasının adı Mahmut. Çocukluğunun ilk 9 senesi burada geçti. 9 yaşında iken Bakü’ye göçtüler. 1942’de Tıp Fakültesine kaydoldu, 2 ay sonra Filoloji fakültesine geçti. 1947 yılında Bakü Devlet Üniv. Filoloji Bölümü’nden mezun olup öğretim üyesi olarak ders verdi.
1964 yılında doktorasını tamamladı. Doktora tezinin adı: Samet Vurgun’un Hayat ve Yaradıcılığı
1980 yılında Azerbaycan İlimler Akademisi üyeliğine seçildi.
1960’lı yıllardan itibaren Azerbaycan Türklüğünün Komünist Rusların tasallutundan özgürleşmesi mücadelesine başladı.
İran ve Rusya tarafından ikiye bölünerek paylaşılan Azerbaycan topraklarının ve Azerbaycan Türklerinin birleşmesi, bütünleşmesi için mücadele verdi. Mesela bu bağlamda yazdığı 1959 tarihli “Gülistan Poyeması” isimli şiirinden dolayı 1962 yılında milliyetçilik suçlamasıyla 2 yıllığına üniversiteden uzaklaştırıldı. İki yıl boyunca onu takip ettiler. İşten uzaklaştırıldığı süre zarfında çok sıkıntı çekti.
Bu olaydan sonra daha ihtiyatlı olmaya çalıştı. Bu tür baskılar bütün SSCB’de oldu. Ama Türk halklarına daha çok baskı yapıldı. Bunun sebebi; Türk halk¬larının arkasında Türki-ye’yi görmelerinden ileri gelmektedir. Türkiye’ye olan yakınlığından ve dilimizin ortak olmasından dolayı Azerbaycan’a yapılan baskılar daha fazla olmuştur.
Sovyetler döneminde altmış kadar şiiri basıl¬madı. Sovyetler Birliği dağıldıktan sonra onları ya-yınlattı. “Nağıl Hayat” adlı eserinde bu şiirlerini “Sandıktan Sesler” başlığı altında yayımlattı.
Komünist Rusların baskısı dolayısıyla bir çok eserini kaçak olarak yurt dışında yayınlattı.
1980-2000 yılları arasında 5 defa milletvekili seçildi.
1995 yılında Azerbaycan Türklüğünün hürriyeti için verdiği destansı mücadelesinden dolayı kendisine İstiklal nişanı verildi. Bugünkü Kuzey Azerbaycan’ın hürriyetine kavuşmasında Vahapzade’nin emeği çoktur. Üniversiteden 2001 yılında emekli oldu.
13 Şubat 2009 tarihinde Azerbaycan’ın başkenti Bakü’deki evinde vefat etti.
Naaşı şair, edebiyatçı, bilim ve siyaset adamlarının mezarlarının bulunduğu Fahri Hıyaban’da defnedildi.
Turan’ın Aydın Şairi:
Vahabzade Azerbaycan’ın en önemli Halk Şairleri arasında yer alır.
Turan dünyasının, büyük Türklük âleminin gümbürdeyen, gürüldeyen, çağıldayan, haykıran, öfkelenen coşkun şairi, dağ duruşlu adam, bozkurt bakışlı dev aksakal, bir hayatın nasıl yaşanacağını, Allah’ın Türk’e verdiği hayat nimetinin nasıl kıymetlendirilerek verimli, dolu dolu yaşanabileceğini göstermiş örnek insandır.
Ruh, kalp, fikir beraberliğimiz devam ediyor. Onun şiirlerini okuyarak, mücadelesinin izini sürerek, kararlılık, azim, sebat, irade nümunesi kişiliğini örnek alarak onunla olan gönül beraberliğimizi sürdüreceğiz.
O bahtiyar adam, o dağ duruşlu yiğit, bir ulu çınar gibi komünist kasırgalara, uzun sınır boylarına, kalleş ve hain iç şebeleklere, Türk’ün ensesinde kene gibi duran kişiliksiz ayak bağlarına aldırmadan büyük ve kutlu bir davayı omuzlayacak kadar dev bir duruş sergiledi.
Saçlarını dağ rüzgârlarının taradığı o çelik bakışlı adam, ulu Türk birliği davasının kara sevdalı hamalıydı. Dünyanın her tarafına öbek öbek yayılmış Turan’ın öksüz evlatlarını derleyip toparlama derdinde şefkatli bir ata idi.
Dünyayı parsellemiş Rus ve Amerikan emperyalizminin pençesinde kıvranan Turan’ın mazlum boylarını birleştirip dünyanın dengesini tekrar kurma azmiyle dolaştı yeryüzünde. Önce Türk’ün büyük oymağı Türkiye Türklüğüne sevdalandı. Oğuz Türklüğünün bu tarih yorgunu Anadolu evlatlarını görmek, onlarla danışmak, bilişmek sevdasına kapıldı.
Dünya tarihini hallaç pamuğu gibi atan bu Türkiye Türklüğü, Turan’ın işaret fişeğinin atılacağı ana ata ocağıydı. Büyük hurûç harekâtı buradan olacaktı. Dünya çapında bir hadise yapacak olan büyük Turan birliğinin kutlu yürüyüşü buradan başlayacaktı. O, buna inandı, bunu derinden hissetti ve son nefesine kadar büyük Türk birliğinin derdiyle yandı. O bizim bilge aksakalımızdı. Öğretmenimizdi, vekilimizdi, şairimizdi, kavgamıza adanmış bir serdengeçtimizdi.
Şiiri Soylu Bir Bayrak Yapan Dava Şairi:
Vahapzade, özelde Azerbaycan Türklüğünün, genelde ise bütün Turan Türklüğünün sorunlarını, dertlerini, acılarını, beklentilerini, hayal ve umutlarını dillendiren bir dava şairidir.
Şiiri, fildişi kulesinden alıp kavga meydanına, er meydanına, millet meclisine, sokaklara taşımıştır. O, şiiri hassas bireysel duygulanımların titrek bir ifade alanı olarak görmemiş; Türk davasının gür, tok, sert, kararlı, azimli bir sesine dönüştürmüştür. O, bir bakıma bizim Mehmet Âkif’imizdir, Necip Fazıl’ımızdır, Arif Nihat Asya’mızdır, Yavuz Bülent Bakiler’imizdir. Şiir anlayışını ve şiirinin içeriğini kendisi şöyle açıklıyor:
“Halkımın 180 yıl Rus emperyalizminin yumruğu altında çektiği çileler, azap ve üzüntülerdir elime kalem verip beni şair eden. İşte bu nedenle aynı yumruk, baskı altında benim yazdığım şiirlerime bir manalı, yüzden bakan okuyucu, mısralarımın kendisini değil de onun sırtında saklanan anlamı arayıp bulmalıdır. (…) Hani ben bu zavallı halkın evladı olduğumdan onun dertlerini yakınıyor, onun çilelerini yazıyor, onun güç durumunu yansıtıyordum. Allah hiçbir milleti başka milletin kölesi etmesin.”
Şiiriyle Özdeşleşen Mücadele Adamı:
Bahtiyar Vahapzade, hayatı boyunca sadece soyut düzeyde kalan pasif bir şair olmadı. Aynı zamanda olması gerektiğine inandığı zaman ve zeminde fiilî mücadele alanında da gözünü kırpmadan yerini alan mücahit bir Turancı idi. Mücadele meydanına atılırken hiçbir şahsî endişe taşımadı. Hep milletinin, Türklüğün selametini düşündü.
Bu bağlamda Sovyet Rusya emperyalizmine karşı Azad Azerbaycan Devleti davası adına büyük bir mücadele ortaya koymuştur. Millet Meclisinde bir mebus olarak da gereken siyasi mücadelede yerini almıştır.
Millî Birlik ve Beraberlik Mistiği:
Milletlerin çıkardığı büyük adamlar, büyük fikir adamları, büyük şairler, büyük düşünürler, büyük mücadele adamları, kısır siyasi çekişmelerle uğraşmazlar. Fotoğrafın tamamını görürler ve gözlerini ufka dikerler. Bir ülkede millî birlik ve beraberlik her şeyden önemlidir. Falan parti, filan parti meselesi küçük adamların işidir. Bahtiyar Vahapzâde’yi bu bağlamda ufku geniş bir Türk devlet adamı vasfıyla da tanıyoruz. 1990’lı yıllarda ülkesinin Sovyet Rus emperyalizminden kurtuluşu ve bağımsızlığa kavuşması sıralarında neler yapılması gerektiği konusunda şunları söylüyor:
“Savaşa giden ülkede herkes bir olmalıdır. Ben öyle tahmin ediyorum ki savaşan ülkenin bir partisi, bir maksadı, bir cephesi olmalıdır. O da topraklarımıza göz diken düşmanları mağlup etmek, topraklarımızdan kovmak. Buna nail olmadan meydana çıkan her bir fikir ayrılığının aleyhineyim. Rus sömürgesi, Ermeni maşasını kullanarak bizimle savaşıyor. İstiklalimizin tehlikede olduğunu anlamalıyız.”
Bahtiyar Vahapzade, ömrü boyunca düşmanların ayrıştırıcı, bölücü çalışmalarına karşı bütün Türklerin birlik hâlinde olması gereği üzerinde durmuş, hep bu dava için uğraşmıştır. Nitekim bir şiirinde şöyle der:“Ya Rabbim, akıl ver, kemal ver bize
Çoktan unutmuşuz düşmanımızı
Düşman kesilmişiz birbirimize.
Yol bir olmalıdır, akide birse
Birçok tarikata ayrılmışız biz.
Ailede ikilik çekişmedirse
Millette ikilik felaketimiz!”“İki Devlet, Bir millet” Ülküsü: Türkiye ve Azerbaycan Türklüğü Kardeşliği:
Ziya Gökalp’in önce Türkiyecilik, sonra Oğuzculuk, Türkmencilik, uzak hedef olarak da Turancılık fikrinin izinden giden Bahtiyar Vahapzade,bu idealinin önce Türkiye-Azerbaycan birliğiyle başlayacağına inanıyordu. Türkiye sevdasına kapılan Turan önderi, bu inançla Turan’ın ilk birliğinin Türkiye-Azerbaycan birliğiyle başlamasını arzu etti. Bu olursa, gerisi çorap söküğü gibi gelecekti. İlk adım önemliydi. ”İki devlet, bir millet” davası, Turan çocuklarının hayallerinin ilk büyük esintisiydi. Dağ duruşlu Bahtiyar ata, bu esintiyi şöyle dile döktü:AZERBAYCAN – TÜRKİYE
Bir ananın iki oğlu,
Bir çınarın iki kolu
O da ulu, bu da ulu
Azerbaycan – TürkiyeDinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir,
Aşkımız bir, yolumuz bir
Azerbaycan – TürkiyeBir milletiz, iki devlet
Aynı arzu, aynı niyet
Her ikisi Cumhuriyet
Azerbaycan – TürkiyeBirdir bizim her hâlimiz
Sevincimiz, melalimiz
Bayraklarda hilâlimiz
Azerbaycan – TürkiyeAna yurtta yuva kurdum
Ata yurda gönül verdim
Ana yurdum, Ata yurdum
Azerbaycan – TürkiyeTürkiye ile Azerbaycan arasında her anlamda tam bir birlik, kardeşlik, dayanışma olması gereğinin üzerine çokça vurgu yapan Türk’ün ortak şuuru büyük şair, 1918’de, Türkiye Türklüğünün Azerî Türklüğüne olan kardeşçe, samimi, büyük ve duygulandırıcı yardımı üzerine bir şiir yazar. 1918’de Türk ordusu Ermeni işgaline maruz kalan Azerbaycan halkının yardımına gelir. Destan yazan Türk ordusunun neferlerinden birisi Şamahı civarında yaralanır ve şehit düşer. Yaralandığında yardımına gelen köylülere “eğer ben ölürsem beni yaralı olarak bulduğunuz yere defn edin” diye vasiyette bulunur ve asker yaralandığı yere defn edilir. İşte şairimiz Bahtiyar Vahapzade, bu olayla ilgili olarak şu şiiri yazar:
TENHA MEZAR
Yolun kenarında tenha bir mezar
Üstünde ne adı, ne soyadı var.
Yolcu, arabayı durdur bu yerde
Bir sor, kimdir yatan tenha kabirde?O bir Türk askeri, kahraman, metin!
O öz kardeşine yardıma geldi.
Kurşuna dizilen milletimizin,
Haklı savaşına yardıma geldi.Uzaktan ses verip senin sesine
Geldi, o dönmedi öz ülkesine.
Düşman saflarını o, soldan sağa,
Biçti, dostlarıyla cepheyi yardı.
Toprağın yolunda düştü toprağa,
Senin toprağını sana kaytardı.(geri aldı)Kendi koruduğu, hem can verdiği
Yolun kenarında defn edildi o.
Uğrunda canını kurban verdiği
Toprağı kendine vatan bildi o.Yolcu, arabanı bu yerde eğle.
O mezar önünde sen ta’zim eyle
Secde kıl, dua et onun ruhuna,
Ayak bastığın yer borçludur onaTürkiye Merkezli Büyük Turan Birliği Davası:
Bahtiyar Vahapzade’yi büyük ve sahih Türk aydını yapan düşüncelerinden en önemlisi, duygusal davranmayarak, küçük hesapları bir tarafa bırakarak, bencilliği bir kenara koyarak olanca samimiyetiyle Türkiye merkezli büyük bir Turan birliği idealine samimi olarak inanmış olması ve bunu bütün Türk boylarına da teklif etmesidir:
“Kendini beğenmemek, Batının karşısında eğilip onu körü körüne taklit etmek, kendi millî değerlerini unutmak, her zaman biz Türklere pahalıya mal olmuştur. Yıllardır Türkiye Avrupa Birliği’ne girmek için kapılar çalıyor, az kalsın yakarıyor, onlarsa vaad ediyor, fakat aslında kuyu kazıyorlar. Bence Türkiye, yüzünü Batıya değil kendi kardeşlerine, yani doğuya çevirmelidir.”
“Tek arzum yirmi birinci yüzyılda Türkiye’nin dünya muvazenesinde (dengesinde) sözü geçen, dünyanın en güçlü devleti olmasıdır (…) Ey Allah’ım! Sen Türkiye’nin geçmişteki kudretini ve azametini geri ver.” duası bu samimiyetini ortaya koyar.
Uzağa düşmüş, uzağa düşürülmüş Türk kardeşlerini görmek heyecanıyla Türkiye’ye 1961 yılında gelişini kutsal bir hac heyecanıyla şöyle anlatıyor Bahtiyar Muallim:
“Dedemin, babamın ve amcalarımın ağzından Türkiye hiç düşmezdi. Ben şimdi soyumdan gelen arzuların hayallerin ülkesi olan Türkiye’ye gidiyorum. Sabah erkenden kalkıp tıraş oldum. Otuz beş yıldır hasretini çektiğim, ismini zaman zaman andığımda bütün bedenimi titreten, koluma kuvvet, ayağıma takat, gözlerime ışık veren bir şehre, İstanbul’a gidiyorum. Ümitlerim, bayrağım, kaybettiğim tarihim, geçmişim, ana dilim, şerefim hepsi sendedir; önünde boyun eğdiğim, zorla elimden alınan adımın sahibi, namusumun, izzet ve şerefimin koruyucusu, gören gözüm, vuran kolum, düşünen beynim, yardımcım, dayanağım sensin.
Kamaranın penceresinden bakıyorum uzakta fener yanıp sönüyor. Allah’ım! İlk defa Türk ışığı görüyorum. O ışıkta benim arzularım yanıyor. Ey fener, sen sana tarih boyu düşman olan bir milletin gemisine yol gösteriyorsun. O geminin içinde sana can vermeye hazır birisi var.”
(…) Ben sana kurban olayım. Ey Benim Cumhuriyetim! Ey benim benden uzak vatanım! Benim için yanan ve bana elini uzatamayan vatanım! İzin belgesinin üzerindeki mührü döne döne öpüyorum. Otuz beş yıldır vesikamın üzerinde Rus dilinde yazılı ifadeler vardı, ilk defa şimdi kendi dilimde yazılı bir ibare var kimliğimde. Ömründe sadece on saat benim kim olduğumu gösteren vesika ise ilk defa kendi dilimdeydi. Ben ancak şimdi ben oldum.”
(…) “Nihayet İstanbul’a ayağımı basıyorum. Bu mukaddes toprağı eğilip öpmek istiyorum. Ama yol boyunca beni takip eden ajanlardan korkuyorum. Yan, ama öyle yan ki, alevin gözükmesin. İstanbul’da topu topu on saat kaldık. Şehri gezdik. İnsanlarla konuşmak istiyorum. Hâl hatırlarını sorup onların kalbine yol bulup girmek istiyorum. Ancak onların bana meyli yok.”
Vahapzade, Türkiye merkezli Turan birliği düşüncesini 21-25 Mart 1993’te Antalya’da yapılan Türk Devlet ve Toplulukları, Dostluk, Kardeşlik ve İşbirliği Kurultayı’nda yaptığı konuşmada şöyle dile getirdi:
“Bugün Kurultayımızı yaptığımız Türkiye’yi dünya Türklüğünün merkezi biliyor, başkenti sayıyoruz.”
Bahtiyar Vahapzade, gözünü geçmişimizin uzak çağlarına dikmiş ütopist bir Turancı değil; tam tersine ayağını içinde yaşadığı zamana basıp gözünü geleceğe diken gerçekçi bir millet mistiğidir. Türkiye Türklüğüne dair duygulanımlarını ve izlenimlerini yazdığı bir şiirinde bizim ne olduğumuzu, ne olmamız gerektiğini ve ne olacağımızı çok gerçekçi ve sahih bir çerçeve içinde şöyle ortaya koyuyor:İSTANBUL
Bugün bir ayağı Avrupa’dadır.
Bir ayağı Asya’da
Türk’ün.
Kulaklarında motor sesi,
Dilinde Kur’an sesi,
Türk’ün.Zaman onu dillendirir,
Asrın ahengine ses verir,
Düşünüp derinden
Ancak babası çeker eteklerinden,
Çırpınır şehir
İkilik içinde.
Düğüm düğüm olmuş fikirler
Asrın keşmekeşinde.Bir şehirde buluşur
İki dünya, iki âlem.
Bulacaktır eminim,
Türk oğlu Hak yolunu.
O, şimdilik seyreder
Sağını,
Solunu…
Yüreği şark yüreği,Aklı Garp aklıdır
Türk’ün
Bu tezattan sinesi dağlıdır.
Türk’ün.”
Burada Türkiye Türklüğünün bir ayağının Avrupa’da, kulağının motor sesinde olması, asrın ahengine ses vermesi, aklının garp aklı olması gibi imgelerle aslında bizim iki boyutlu hâlimizi yani hem şuursuzca batılılaşma maceramızı hem de bilimde ve teknikte zamanın ve dünyanın gidişatından geri kalmak istemeyişimizi çok güçlü bir vurgu ile ortaya koymaktadır. Diğer yandan bir ayağımızın Asya’da oluşu, dilimizde Kur’an sesinin bulunuşu, yüreğimizin Şark yüreği oluşu gibi imgeler de yine bizim duygu, kültür, inanç, yaşama biçimi bakımından geleneğe ve İslam’a bağlı yanımızı ifade etmektedir. Yalnız tespit ettiği bir gerçek var ki o da akıl ve kalp, ilim ve bilim, kültür ve teknik, dünya ve ahiret, din ve hayat gibi alanlarda gerekli olan ahengi, uyumu uygun şekilde ayarlayamamış olmamız. Ama şair, bunun da zamanla rayına oturacağı kanaatindedir.
DEVAM EDECEK… -
Səməd VURĞUN.”Azərbaycan”
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hanki səmtə, hanki yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!
Eşitmişəm uzaqlardan
Sakit axan arazları,
Sınamışam dostu, yarı…Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə.
Boğar aylar, illər məni,
Qınamısan ellər məni.Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır.
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə,
Keçən bir şöhrətin vardır.
Oğlun, qızın bəxtiyardır…Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə.
Qara xal ağ üzlərə,
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza…Ölməz könül, ölməz əsər,
Nizamilər, Fizulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır.
Deyilən söz yadigardır. -
Süleyman RÜSTƏM.”Dost kimi, qardaş kimi”
Meşədə quşlar artıq oxumur kef-damaqlı,
Günəş üstdə bulud var göz üstündə qaş kimi.
Payız gəlib… çəmənlər görünür qaşqabaqlı,
Hərdən yağış çiləyir torpağa xaşxaş kimi.Cığırların al-əlvan, rəngbərəngdir örtüyü,
Havalara sovrulur yuvalardan quş tükü.
Görünür gözlərimə palıdların kötüyü
Bərkə-boşa dözümlü qaya kimi, daş kimi.Sabah yəqin hər tərəf bürünəcəkdir qara,
Qoynu çəmənli dağlar, dözməkçün soyuqlara,
Qışdan sonra bir daha qovuşmaqçın bahara –
Verəcəkdir baş-başa dost kimi, qardaş kimi.Uca dağlar qoynunda – Lerikdəyəm mən yenə,
Payız öz nəfəsiylə qəm gətirib gülşənə.
Hərdən günəş doğanda, görünür aydın mənə-
Savalanın təpəsi çalpapaqlı baş kimi.Canlanır göz önümdə hər an başqa mənzərə,
Yağan yağış altında yuyunduqca dağ-dərə –
Yarpaqların ucundan damcılar düşür yerə
Gözdən axan yaş kimi.Qış qapını kəsdirib yurd salacaq bu yerdə,
Küləklərin mahnısı qalxacaq pərdə-pərdə.
Şaxta baba əliylə bütün pəncərələrdə
Min naxış çəkəcəkdir mahir bir nəqqaş kimi.Gün gah çıxır, gah batır, sıxır qəlbimi hicran,
Yürüyür dağlar üstə buludlar karvan-karvan.
Yol çəkən gözlərimi çəkmirəm Savalandan.
Qanı qanımdan olan qardaşım Balaş kimi! -
Süleyman RÜSTƏM.”Azərbaycana gəlsin!”
Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin!
Bəzənib başdan-başa şəhərləri, kəndləri
Cənnət görmək istəyən Azərbaycana gəlsin!Qanımızda dövr edən sədaqətdir, sədaqət,
Günəşdən də parlaqdır gözümdən bu həqiqət.
Dostuna, qardaşına təmənnasız məhəbbət,
Hörmət görmək istəyən Azərbaycana gəlsin!Gözəlliklər Vətənə gözəllərindən gəlir,
Dostluğun-qardaşlığın təməllərindən gəlir,
Könüllərin nıüqəddəs əməllərindən gəlir,
Qüdrət görmək istəyən Azərbaycana gülsin.Saysız qəhrəmanların
Qurub yaradanların,
Qocasında, gəncində, bu sadə insanların
Şöhrət görmək istəyən Azərbaycana gəlsin!Payızında, qışında, baharında, yazında
Dinir dostluq nəğməsi konüllərin sazında.
Sabaha addımlayan mərd oğlunda, qızında
Qeyrət görmək istəyən Azərbaycana gəlsin!Zavalsızdır ömürlük qoynundakı bağça, bağ,
Məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq,
Al bayraqlar altında alnıaçıq, üzüağ,
Millət görmək istəyən Azərbaycana gəlsin! -
Süleyman RÜSTƏM.”Olmasaydı”
Dinməzdi mahnım mənim, gəlməzdi şerim cana,
Günəş bayraqlı min-min səhərim olmasaydı,
Çinar kimi qol-budaq atmazdım dörd bir yana,
Bakıtək bir qəhrəman şəhərim olmasaydı.Çaşbaş olub qalardım mən yollar ayrıcında,
Gözəl ana yurdumun torpağında, daşında.
Qanım kimi qaynayan bulaqların başında,
Açılan sufrələrdən xəbərim olmasaydı.Yaramı qara gündə mahnılarımla sardım,
Dalğaları avartək bu əllərimlə yardım.
Mən ürək sözlərimi hara, hara yazardım,
Milyon-milyon ürəklər dəftərim olmasaydı!Könüllərdən silinib adım unudulardı.
Ürəyimə dünyanın qəm-qüssəsi dolardı.
Payız çiçəkləritək mahnılarım solardı,
Zəhmətimin sonunda zəfərim olmasaydi.Gənclər sahil boyunca xəyala dalardımı?!
Mənim şeirlərimdə bu ahəng olardımı?!
Gözəllərin gözləri maviyə çalardımı
Şəhərimin aynası Xəzərim olmasaydı?!Ürəyimdən keçəni açıq deyim sizə mən:
Gəncliyimdən vurğunam günəşli gündüzə mən,
Çıxmazdım el içinə, görünməzdim gözə mən,
Beş-üç nəzərə çarpan əsərim olmasaydı!..Çoxdandır bir vüsalın sevdası var başımda,
Yaxşı bilir bu sirri dostum da, qardaşım da.
Mən cavan görünərdim inanın bu yaşımda.
Dərdli Arazla bağlı kədərim olmasaydı!Xalqımçün qazanmışam şöhrəti mən, adı mən.
Eşqimdən yaratmışam bu gözəl həyatı mən.
Mahnılarla bəzərdim bütün kainatı mən,
Bir gün torpaq altına səfərim olmasaydı! -
Mirzə Ələkbər SABİR.”Millət necə tarac olur olsun, nə işim var?! “
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın,
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!Salma yadıma söhbəti-tarixi-cahani,
Əyyami-sələfdən demə söz bir də, fılani,
Hal isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli görmək nə gərək, ömrdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!Övladi-vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim ucalansın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!Hər millət edir səfheyi-dünyadə tərəqqi,
Eylər hərə bir mənzilü məvadə tərəqqi,
Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi, —
Biz də edərik aləmi-röyadə tərəqqi;
Millət nесə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?! -
Maria Miraglia.”Tənəzzül”

Həyatdan yorulmusansa,
Bu dünyada tənhasansa,
Hələ tərk edilmisənsə,
Taleyinə qarşı dayan.
Düşünürsən
İradən yetməyəcək,
Əbəs.
Mənim dostum,
Tənəzzülü
Kənardan seyr etməyi kəs,
Onda cəsarət taparsan öz içində.
Sən yoluna davam elə
Yenə tanış küçələrlə ,
Hələ ki, qaranlıqdılar,
Düşün ki, bu da keçəcək.
Mövsümlə sən öz rənginə,
O tilsimə –
Günlərini yaşamağa
Qayıtmaq istəyirsən,
Dərin vicdandı bax
Bu hədiyyələr,
Sənə aid olsa belə
Bəlkə çəkəcək üzündə
yeni bir təbəssüm şəkli.
2015Tərcümə edəni: Təranə Turan Rəhimli
Filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü -
Maria Miraglia.”Bu necə sevgidi”

Çağdaş İtalyan şairi
Üzünü axtarıram adamların içində,
Gözlərində həyəcan parıltısı,
Gecə mayakı kimi.
Əllərinin toxunuşu,
Sənin səsin
Hətta sükutun belə…
Min məna ilə dolu.
Min deyilməmiş kəlmə,
Söyləyir ki, mənimsən,.
Bu necə sevgidi axı,
Ümidlər elə hey susur,
Xatirələr gözü yolda.
Yenə yaddaşı oxumaq,
Duyğuları oyadınca gözləmək.
Düşünürsən uzaqdasan,
Zamanın dumanı çökən daglarda.
Yenə orda, sinəndəki gizlinlər
Güclüdürlər.
Zamanın səsləri yenə,
Yenə sənin tərəfindən
Təzədən kəşf ediləcək.
Sonra başlayacaq qələbəsinə,
Güclü çırpınınca ürək.Tərcümə edəni: Təranə Turan Rəhimli
Filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü -
Şair-jurnalist Rafiq Odayın şeiri “Kümbet” dərgisində çap olunub
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti cənab Rafiq Odayın “Gedim” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni sayında dərc olunub.
Qeyd edək ki, bundan öncə 2015-ci ilin noyabr ayında işıq üzü görən “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 38-ci sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” -
KÜMBET DERGİSİ 39. SAYISI OKUYUCUSU İLE BULUŞUYOR
2016 yılının ilk sayısında siz değerli okuyucularımızla birlikte olabilmenin mutluluğunu yaşıyoruz. Kültür ve sanat alanında artık ülkemizin saygın dergileri arasında yer alan KÜMBET Dergimizle birlikte etkinliklerimize kurum ve kuruluşlarla ve sizlerin desteğiyle devam etmekteyiz.
Bu sayımızda yine birbirinden değerli kalemlerle karşınızdayız. Gaziosmanpaşa Üniversitesi Öğretim üyelerinden Prof. Dr. Münir Atalar için onunla birlikte çalışan akademisyenler dergimize özel bir vefa dosyası hazırladılar. Sarıkamış Harekâtını yansıtan bir el yazması hatırat defterini Prof. Dr. Münir Atalar ve Yrd. Doç. Dr. Burhan Kaçar incelediler. Türk şiirin duayenlerinden Abdullah Satoğlu yakın bir zamanda kaybettiğimiz Gülten Akın’ı kaleme aldı. Prof. Dr. Nurullah Çetin Azerbaycan Edebiyatının ünlü siması Bahtiyar Vahapzade’yi bizlerin dünyasına ulaştırırken aynı ülkeden Seriye Gündoğdu Mehmet Akif ERSOY’un farklı yönlerini ortaya koydu. Yrd. Doç. Dr Fatih Kuşdemir Tokatlı Gedai, M. Necati Güneş, Melik Ahmet Gümüştekin Gazi, Ekrem Anaç Danişmend Gazi Camii, İsmail Hakkı Acar Zaralı Halil, A.Turan Erdoğan Muharrem Ayı, Nihat Aymak Mahmut Mazhar Bayram Hoca üzerine değerli araştırmalarını bizlerle paylaştılar.
Ayrıca M. Halistin Kukul Hocamız, Ülkü Taşlıova, Şerare Kıvrak, Muhsin Demirci, Metin Falay, Nihat Malkoç ve yeni bir kalem Ahsen Arslan değişik alanlardaki yazılarını sizlerin beğenisine sundular.
Bu makale ve araştırmaları duygu dünyalarından birer şelale gibi akan şiirleriyle süsleyenler arasında da; Ayhan Nasuhbeyoğlu, A.Tevfik Ozan, Ahmet Divriklioğlu, Bedrettin Keleştimur, İbrahim Düğer, M. Ali Kalkan, İlahe Bayındır, Kenan Aydınoğlu, Hüseyin Koç, Saffet Çakar, İbrahim Sağır, Sündüs Akça, Celalettin Çınar, Burhan Kurddan, Gülden Taş, Rasim Yılmaz, Hüseyin Sipahi, Cafer Kıyaklı, Nezihe Güler, Ayşe Kaya, Fatih Balcı, Cüzzan Koştepe, Perihan Beyaz yer aldı.
Kültür ve sanat alanında yapılan etkinliklerden Ankara Kabakçı Konağı’nda gerçekleştirilen “Şiirimin Dili” programına Şair Mahmut Hasgül ve Sündüs Akça, Başkent Edebiyatçılar Topluluğu’nca düzenlenen “Dem Vakti” şiir gecesine ve İLESAM’da düzenlenen Nihal ATSIZ’ı Anma Günü’ne Ahmet Divriklioğlu, Bekir Yeğnidemir, Bekir Aksoy, katılırken, Samsun ‘da tertip edilen “9. Uluslararası Mübadele ve Balkan Türk Kültürü Araştırmaları Kongresi”ne Araştırmacı-Yazar üyemiz Hasan Akar katılarak bildirisini sundu.
Derneğimizin davetlisi olarak Tokat’a gelen Prof. Dr. Tufan Gündüz Gaziosmanpaşa Lisesi Konferans Salonunda “Tarihten Günümüze Türk’ün Serüveni” konulu konferans verdi. Tokat Bilim Sanat Merkezi’nce düzenlenen “Şair- Yazar Buluşması”na Şair Hasan Akar, Nihat Aymak ve Şerare Kıvrak katıldılar.
Tokat GÜNEŞ TV’de yeniden başlayan “Kültür Sofrası” programlarında Hasan Akar ve Mahmut Hasgül’ün sunumlarıyla “Öğretmenler Günü,” “Tokat Türküleri” konuklarla birlikte sunuldu.
Gelenekselleşen TOŞAYAD kahvaltılarının onyedincisinde Şair Sündüs Akça’nın “Aşkın Mahrem Elleri” kitabının tanıtımı yapılarak imza saati düzenlendi. Kahvaltıya Amasya İLESAM İl Temsilcisi Şair Mustafa Ayvalı ile birlikte Gökhan Orta ve müzisyenler katılarak şiir ve müzikleriyle renk kattılar.
Yeni bir sayıda değişik konulardaki yazı ve şiirlerimizle siz değerli okuyucularımızla buluşmak üzere şen ve esen kalınız.Remzi ZENGİN/ Tokat Şairler ve Yazarlar Derneği Başkanı
-
Rafiq ODAY.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistBAĞIŞLA MƏNİ
Bu dünyanın sevincindən,
sevgisindən
soyuyan könlüm,
Baş söykəyib bir ağının çiyninə
uyuyan könlüm,
Ovuda bilmədim, bilmədim səni,
Bağışla məni.
Dünyanı çiynində daşıyan ilham,
Dünyanın dərdinə aşiyan ilham,
Beləcə içində alış, yan, ilham,
Tanıda bilmədim, bilmədim səni,
Bağışla məni.
Həsrəti gözündə saralan sevgim,
Hicranın boynuna sarılan sevgim,
Bir naşı əlində xar olan sevgim,
Unuda bilmədim, bilmədim səni,
Bağışla məni.GÖZƏLLİYİNİN HAVASINA OYNAYAN GÖZƏL
Gözəlliyinin havasına
oynayan gözəl,
Səninçün hələ ağ da
elə qara kimidi.
Qoşulub gözəlliyinə
gedirsən elə,
Barı bilirsənmi bu gedişlə
mənzilin hara kimidi?
Gözəlliyinin havasına
oynayan gözəl,
Oynayıb-oynayıb bu oyundan
bəzəndə vay.
Oynayıb-oynayıb
bir də görəcəksən ki,
əllərin qalıb dizində, vayyy! -
Rafiq ODAY.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistGÖRÜŞƏ GƏLMİŞDİN
Görüşə gəlmişdin bu gecə,
Bir ilin ayrılığından sonra.
Saçlarında fələyin əli,
Gözlərində kədər heykəli.
Əlində ağ yaylıq,-
Son görüş kimi.
Haradan gəldi ağlına,
Bürünüb bir gecə nağılına
Yuxuma gələsən,
Deyəsən gəl barışaq.
Ağ yaylıq – ağ ayrılıq,
Ağ yaylıq – ağ barışıq.
Bu da bir cürə sevinc,
Bir az kədər qarışıq.YALNIZ SƏNİN AYAĞINA
Bir də axıb-axıb durula bilsəm,
Bir də dünya adlı bu müəmmaya
vurula bilsəm,
Bir də düşə bilsəm sevgi deyilən
bu sərsəm yolların ağına,
Gətirəcək yenə də
yalnız sənin ayağına. -
Yalçın YÜCEL.”Kar tadında düşünmek”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Esme şimdi rüzgar
Kar taneleri düşüyor, bir şarkı söylercesine
Bozacaksın bu ritmi diye
Öyle korkuyorum ki!Esme şimdi istersen
Gecelere bırak bu hırsını
Karanlığı paramparça etsen de
Gündüzlerimi bana bırakBak, çocuklar nasıl da sevinçliler öyle
Kartopu oynadıkça
Gülümsüyor yüzleri
Bir gelin gibi naz yaparakYağıyorsun
Gökyüzü ne kadar cömerttir sana
Oysa, rüzgarla el ele verdiğinde
Sobamla bile bozuyorsun aramı. -
Yalçın YÜCEL.”KAR BEYAZI SEVDAM”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Beyaz bir kuğunun
Boynundan mı dökülüyor
Yoksa
Ağaran saçları mıdır gökyüzününBir beyaz sessizlik ki
Bir sevdayı uyandırıyor tekrar içimde
Yüreğim üşüyor yeniden
Unutmuştum, çıkardınız onları, kar taneleriYine sarıverdi her yanımı bu sevda
Kar beyazı bir gelinlikti
Ne kadar da yakışmıştı üstüne
Tez düştü ayrılık, yağan kar gibiAğaçları kucaklamış ellerin
Sanır mısın ki üşümezler böylece!
Bir çocuk gibi işte, bükük boyunları
Kar beyazı, hiç de göründüğün gibi değilsin!Bütün şehir kar altında yeniden
Tüten bacalar da olmasa
İşte diyecekler
Koca bir şehir kaybolduVe kar yağdığında
İçim daralır, derin kuyular gibi
Sıkar boynumu iyice
Geriye dönen bütün hatıralar -
Kənan AYDINOĞLU.”Qıymaram”
Yenə də fırlanır bu yer kürəsi,
Günəşdən ayrılıb ulduza çatır.
Gözümün önündə bir nağıl kimi
Yumub gözlərini nigarım yatır.Duyurdum gizlində öz-özlüyümdə,
Durubdu həyatla üz-üzə bu gün.
Həyatın özünə imtahan verib,
Tapmış cavabı suallar üçün.Qiymət yazıbdılar həyat elmindən,
Cavab axtaranda suallarım o.
Sevinc tökülərmiş mən indi bildim,-
Yenə can atanda vüsallara o.Səhərdən-axşama döyünən qəlbi,
Vüsal istəyibdi özündən qabaq.
“Yanmışam oduna illər uzunu”,-
Dili söyləyərmiş gözündən qabaq.Əvvəli sevgiylə başlanan günün,
Görən düşünürmü bəs nədi sonu?!
Üst-üstə yığılan kitabla birgə,
Görünür, yorubdu bu yollar onu.Üzündə, gözündə vüsalın eşqi,
Yatsa da, yenə də donub buz kimi.
Həsrətli yollara “sevgi” sözünü,
Düzüb naxış-naxış bir ulduz kimi.Duyub yaşadıqca ömrün gününü,
Sevincdən titrəsin qəlbinin simi.
Həyata yazılan “Əla” sözünü,
Saxlasın qəlbində bir ilham kimi.Dəyməsin xətrinə həyatın özü,
Axı çox həssasdı kəlmədən ötrü.
Mən özüm gördüm ki, nələr çəkibmiş,
Illər arxasında hey məndən ötrü.Gərək ki, özü də itib-batmasın,
Qaldırıb qoynuna alan dünyada.
Qıymaram özgəsi açıb qapını,
Yerindən səsləyib onu oyada.1 may 2010-cı il.Bakı şəhəri.
-
Gənc yazar Kənan Aydınoğlunun məqaləsi “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunub

27 yanvar 2016-cı il tarixində Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şairə-jurnalist-publisist Rahilə xanım Dövranın yaradıcılıq fəaliyyəti ilə bağlı qələmə aldığı “Rahilə Dövranın zəngin yaradıcılıq fəaliyyəti” adlı məqaləsi “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunub.
Qeyd edək ki, bundan öncə 2014-cü ilin sentyabr ayının 18-də Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun yaradıcılıq fəaliyyəti ilə bağlı “Zəlimxan Yaqub yaradıcılığında türk-islam əxlaqı” adlı məqaləsi “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü -
Əziz MUSA.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoruƏSGƏR ANASI
Gecələr yuxusu çəkilər göyə,
Gözünü yollara, izlərə dikər,
Birdən əsgər oğlu qayıdar deyə,
Süfrədə oğlunun payını çəkər.Evinin qapısın bağlamaz heç vaxt,
Pəncərə önündə xəyala dalar,
Qar, yağış yağanda olar narahat,
Bir əsgər görəndə gözləri dolar,Gözünün yaşını gizlicə silər,
Qəlbini yandırar şəhid xəbəri.
Hərdən xəyalına ölüm, qan gələr,
Dirigözlü açar hər gün səhəri.İsti yatağında qızışa bilməz,
Axı səngərdədi sevimli oğlu.
Qürurlu gəzsə də, ürəyi gülməz,
Bilir hamar deyil əsgərin yolu.Allaha yalvarar o, gecə-gündüz,
Oğlunun şəklini oxşayar hər gün.
Gözaltı eyləyər qonşuda bir qız,
Ehtiyat toplayar toy, düyün üçün.Oğlu əsgərliyə gedəndən bəri,
Hanıya can deyər, xoş dinər ana.
Gələr qulağına güllə səsləri.
Əsən bir mehdən də diksinər ana. -
Əziz MUSA.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoruDEYİM Kİ
Ocaq közdən alışar,
Ürək gözdən alışar,
Məclis sözdən alışar,
Yanmayım neyləyim ki.Saz sinədə ağlayar,
Gözəllik dil bağlayar,
Bulaq daşdan çağlayar,
Bəs mən nə söyləyim ki.Ölüm-itimdi dünya,
Vallah yetimdi, dünya,
Söz-söhbətimdi dünya,
Haqqı necə əyim ki.Gəl sinəmə çəkmə dağ,
Sevgidən gül açar bağ,
Axı qatıq ağdı ağ,
Necə qara deyim ki.Düz görürəm işimi,
Pozmaram vərdişimi,
Namərdi, nakişini,
Axı necə öyüm ki.BU QIZ
Nə qəşəng camalı var, sanki bir ceyrandı bu qız,
Nə qəşəng bir pəridi, ətirli reyhandı bu qız,
Nə qəşəng ləhcəsi var, necə mehribandı bu qız,
Nə qəşəng geyinibdi, elə bil şükrandı bu qız,
Nə qəşəng yerişi var, elə bil sultandı bu qız.Nə qəşəng Aydı, Gündü, yerin, göyün bəzəyidi,
Nə qəşəng yaranıbdı, sanki cənnət çiçəyidi,
Nə qəşəng canlar alır, Tanrının bir mələyidi,
Nə qəşəng baxışı var, dünyanın tül-ipəyidi,
Nə qəşəng dürdanədi, mürşüdi-xubandı bu qız.Nə qəşəng saçları var, elə bil ki şəlalədi,
Nə qəşəng gözləri var, yanaqları al lalədi,
Nə qəşəng duruşu var, müqəddəs bir ilahədi,
Nə qəşəng nur çiləyir, Aya, Günə bir halədi,
Nə qəşəng siması var, qaşları kamandı bu qız.Nə qəşəng bəzənibdi, elə bil ki, bir yaz gəlib,
Nə qəşəng deyib, gülür, ömrümüzə bir naz gəlib,
Nə qəşəng nəğmə deyir, gör nə gözəl avaz gəlib,
Nə qəşəng qəlb oxşayır, sanki bir sehirbaz gəlib,
Nə qəşəng ruh oynadır, hakimi loğmandı bu qız,Nə qəşəng gülüşü var, ağlımı başımdan alır,
Nə qəşəng naz eyləyir, aşiqi odlara salır,
Nə qəşəng nazənindi, görəndə dərd-qəm azalır,
Nə qəşəng sevgilidi, hərdən bir xəyala dalır,
Nə qəşəng, Əziz Musa dərdinə dərmandı bu qız. -
Rahilə DÖVRAN.Yeni şeirlər
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,OLARMISAN
Aşiqinəm,-deyən cavan,
Düşün, tayım, olarmısan?
Uzun, zülmət gecələrdə,
Nurlu ayım, olarmısan?!Heyran edib bu aləmi,
Olub könül, qəlb həmdəmi.
Unutdurub dərdi, qəmi,
Sevgi payım, olarmısan?!Könül sevən, qəlbə yatan,
Ömrə, günə nəşə qatan.
Xoşbəxt olub, kama çatan,
Hay- harayım, olarmısan?!Mələksimam, aynaqabaq,
Alnı açıq, hey üzü ağ.
Dağ çayıtək coşqun, şaqraq,
Yazım, yayım, olarmısan?!Qaçırma məndən gözünü,
Söylə ürək, qəlb sözünü.
Gəl Dövrana de düzünü,
Ilim, ayım, olarmısan?!…
Olarmısan?!…
Olarmısan?!…24.01.2016.
ŞAHDIR MƏNƏ
Sən gözümün ilk ovusan,
Könül odu, alovusan.
Sevgi dolu, eşq dolusan,
Sənsiz həyat, yoxdur mənə.Səba yelim, küləyimsən,
Xoş arzumsan, diləyimsən.
Könül sevən,mələyimsən,
Nə eyləsən, çoxdur mənə.Ala gözlər, sakit dənız,
Xallı yanaq,ayna bəniz.
Qıyma sönsün, eşqim sənsiz,
Kipriklərin oxdur mənə.Nə gecəm var, nə gündüzüm,
Yanaqda yaş, düzüm- düzüm.
Tapammıram dərdə çözüm,
Hər keçən an, ahdır mənə.Görməsə də səfasını,
Dövran çəkər cəfasını.
Yar göstərsin vəfasını,
Görsün sevdam, şahdır mənə.25.01.2016.
-
Rahilə DÖVRAN.Yeni şeirlər
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,ƏCƏB YARAŞIR DÖVRANA
Sıgal verib qızil telə,
Salma bizi dildən-dilə.
Qız,gələrsən bədnəzərə,
Qurşaq sarma incə belə.Çiyində saçlar şəlalə,
Açıb yanaqlarda lalə.
İnsaf eylə zalım qızı,
Salma məni haldan-halə.Alma ələ qızıl gülü,
Qısqandırma gəl bülbülü.
Yaraşığın göz çıxarır,
Qönçə gülsən sən bükülü.Ey nazlanan zərif çiçək,
Boyu bəstə,özü göyçək.
Bədnəzərlər yaxar səni,
Ələnərsən ləçək-ləçək.Əhsən səni yaradana,
Huri bəxş edib cahana.
Görən hər kəs söyləyir ki;-
Əcəb yaraşır Dövrana.22.01.2016.
MƏNİM OL
Gəl ürəkdən qəm, qüssəni təmizlə,
Eşqimizi, xoş vüsalı sən izlə.
Mən çiçəyi tax telinə əzizlə,
Incə bellim,mələk üzlüm, mənim ol.Yetər bunca sardı bizi dərd, qübar,
Biz də dadaq eşqimizdən bir nübar.
Alın yazım, qismətimsən, ey nigar,
Lalə yanaq,bulaq gözlüm, mənim ol.Bir atəş ki, adı sevgi, eşq ola,
Əhdi- peyman, ülfət ilə, çıx yola.
Öz sevdanla sarmaş gülim, qol- qola,
Ətirşahım, Qızılgülüm, mənim ol.Qıyma hicran qəsd eləsin bu cana,
Saf eşqimiz səda salsın hər yana.
Xoş gülüşün məlhəm olsun Dövrana,
Vəfadarım, doğru sözlüm, mənim ol…23.01.2016.
-
Rahilə DÖVRAN.Yeni şeirlər
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,YÜKSƏLDƏK BAYRAĞIN AZƏRBAYCANIN
Hüzündən – zəfərə!
Düşmən güvənməsin fəndi-felinə,
İgidlər qalxacaq Qırat belinə.
Dağ,qaya dayanmaz türkün selinə,
Parlasın günəşim,parlasın danım-
Hücum əmrini ver ,Baş Komandanım!Şuşam,Qarabağım intizardadır.
Ağdamım,Laçınım gör nə haldadır.
Vaqifin,Zakirin gözü yoldadır,
İntiqam hissiylə qaynayır qanım-
Hücum əmrini ver ,Baş Komandanım!Alaq qisasını uşaq,qocanın,
Birə-min əvəzin tökülən qanın.
Yüksəldək bayrağın Azərbaycanın,
Qurbandır vətənə,fədadır canım-
Hücum əmrini ver ,Baş Komandanım!Titrətsin yağını “Cəngi” nin səsi,
Səfərbər eyləyək yurdda hər kəsi.
Hücuma hazırdır Odlar ölkəsi,
Qəzəbli şimşəklər hiss-həyəcanım-
Hücum əmrini ver ,Baş Komandanım!20.01.2016.
İKİ GÜNƏŞİM
Dünyada mənimçün iki günəş var,
Biri göydə yanır,biri sinəmdə.
Biri yer üzünə hərarət yayır,
Biri canımdadır,döyünür həm də.Günəşlə həmdəmdir çölüm,çəmənim,
Çıxandan-batana dolaşar,gəzər.
Eşqimsə, qəlbimə hakimdir mənim,
Hökm edər,əzizlər,ruhumu bəzər.Göydəki günəşim,hər axşam batar,
Yenidən şəfəqə bürünmək üçün.
Üfüqə baş qoyub dincələr,yatar,
Daha cazibədar görünmək üçün.Dövranın günəşi,- sönməyən eşqi,
Öz könül dünyasın nura bələyir.
Ömürlük doğubdur,sönməz atəşi.
Bu günəş məhəbbət, sevgi ələyir.21.01.2016.
-
Təranə Turan RƏHİMLİ.”Hüseyn Cavid yaradıcılığı milli-mənəvi idealın formalaşması kontekstində”
Hüseyn Cavid yaradıcılığı ilk növbədə milli ideallara sənətkar-vətəndaş sədaqətinin ifadəsi, sovet siyasətinin ideoloji ittihamlarının tüğyan etdiyi bir vaxtda türkçülüyün qətiyyət və inamla tərənnümü, böyük əqidə və məslək yolundan dönməmək əzmi kimi ali insani keyfiyyətləri aşıladığı üçün dəyərlidir. Şairin bədii irsinin tədqiqi və tədrisində onun milli ideallara həssas münasibəti xüsusilə diqqət mərkəzində olan məsələlərdəndir. Çünki Azərbaycan romantizminin ən şərəfli səhifələrini yazan Hüseyn Cavidin hələ ilk lirik əsərlərindən milli intibahımızın qayğısına qaldığı bəllidir. İlk şeirlər kitabı olan “Keçmiş günlər”də (1913), ikinci kitabı “Bahar şəbnəmləri”ndə yer alan şeirlərində bu cəhət özünü aydın biruzə verirdi. Qüdrətli şairin lirikasının özünəməxsus romantik pafosu, mövzu və ideyalar aləmi, türk və islam təəssübkeşliyi, həyatı fəlsəfi dərki ilk qələm təcrübələrindən nəzərə çarpırdı. “Bakıda”, “Şərq qadını”, “Türk əsirləri”, “Hübutii-Adəm”, “Qadın”, “Dəniz tamaşası”, “Dün və bu gün”, “Yadi-Mazi” və s. şeirləri milli-mənəvi dəyərlər mövqeyindən yazılmış, insan talelərinə sonsuz həssaslıqla yanaşılan sənət örnəkləri kimi diqqətəlayiqdir.
Hüseyn Cavid öz milli idealını canı, həyatı bahasına yaşatması ilə zamanın fövqündə duran sənətkar kimi nəinki ədəbiyyat tarixinə, bütövlükdə vətənin tarixinə adını qızıl hərflərlə həkk etdirdi. Şairin yaşayıb-yaratdığı mürəkkəb ictimai təbəddülatlar dövrü, cəmiyyətdəki qarışıqlıq, neçə onilliklər boyu davam edən siyasi xaos, milli-mənəvi tənəzzül Hüseyn Cavid yaradıcılığına əsla zərbə vura bilmədi, daha obrazlı desək, sovet ideoloji “maşınının” bu böyük sənət məbədini dağıtmağa, zədələməyə gücü yetmədi. Ədəbiyyatşünas Q.Məmmədlinin yazdığı kimi, “Tarix H.Cavidə əl vurmayıbdır. Şairimiz bir tərəfdə sakit oturub əsərlərini yazır. Tarix isə qulaq asır və gözləyir.”
H.Cavid şeirində “nuri-həqq”i dərk etməyə, gözəllik və sevgiyə pənah gətirməyə çağırış, millət taleyindən nigarançılıq, ürfanilik, milli və bəşəri təəssübkeşlik, narahat ruh əsas leytmotiv kimi iştirak edir. Şairin təbiətə ünvanlanan şeirlərində belə Vətənin, millətin bu günü, sabahı ilə bağlı hiss və həyəcan dilə gətirilir. “Dəniz tamaşası” şeiri adından da göründüyü kimi, təbiətin vəsfinə həsr olunub, lakin şairin təbiətə xitabı da millətinin taleyüklü məsələlərinə işarə üçün zəmin yaradır:Ey böyük Tanrı! Ey böyük yaradan!
Hər bəladan əsirgə yurdumuzu,
Kamran eylə şanlı ordumuzu!Ədəbiyyatşünas Himalay Ənvəroğlunun müşahidə etdiyi kimi, bu şeirdə “çeşidli gözəllikləri özündə ehtiva edən dənizin yorum imkanı düşüncə çevrəsini xeyli genişləndirir, fikri rəmzi atributlar səmtinə yönəldir, assosiativ təfəkkürü hüdudsuz edir.” Şairin milli təfəkkürdən qaynaqlanan, milli özünüdərkə yönələn fərdi arzuları ilə cəmiyyət qanunları və tələbləri arasındakı ziddiyyətləri aşkarlamaq, bunun mahiyyətinin bədii izahına nail olmaq başlıca vətəndaşlıq qayəsi idi.
Hüseyn Cavid şeiri milli duyğuları, millətin taleyində baş verən tarixi dəyişiklikləri dolğun surətdə əks etdirən ayna kimidir. Onun poeziyasının nikbin və ya bədbin notlara köklənməsi də, şeiriyyət ahənginin gah fatalist düşüncələrə, gah son dərəcə optimist fikirlərə yol alması da həmin dəyişikliklərə laqeyd qalmaması ilə bağlıdır. H.Cavid Türkiyədə təhsil aldığı illərdə əsasən bədbin ruhlu şeirlər yazır. Bu şeirlərin lirik qəhrəmanı nə qədər təbiətin, gözəlliyin, həyatın vurğunu olsa da , onun daxili aləmini bürüyən kədər və ümidsizliyi görməmək mümkün deyil.
Şairin İstanbulda yazdığı “Xuraman-xuraman”, “Rəqs”, “Çəkinmə, gül”, “Mən istərəm”, “Pənbə çarşaf”, “Hər yer səfalı”, “Ah, yalnız sən!”, “Son baharda”, “Kiçik bir lövhə!, “Uyuyur”, “Şeir məftunu”, “Yadi-mazi”, “Hali-əsəfiştimalimi təsvirdə bir ahi-məzlumanə”, “Dəniz pərisi” kimi şeirləri bu qəbildəndir. İstanbulda ikən yazdığı şeirlərin dərin kədər, çarəsizlik, bədbinlik mövqeyini nümayiş etdirməsinin də real səbəbləri vardır. Türk ədəbiyyatının parlaq dövrü sayılan tənzimat ədəbiyyatının son günlərini yaşaması, tənzimatçıların ədəbi orqanı “Sərvəti-fünun”un bağlanması gənc Caviddə təəssüf hissi doğurur, onun sənətkar əhvalına ciddi təsir göstərir. Bunu şairin “Yadi-mazi” şeirində daha aydın müşahidə etmək olur:Məhv etmədə şimdi məni alamü təhəssür;
Hər dəm qara xülyalar olub qəlbimə məhrəm,
Lərzan ediyor ruhimi min dürlü məzalim;
Əfsus ki, mazi əldən, ati isə müzləm…H.Cavid millətin başı üstündəki “qara buludlara”, cəmiyyətdəki hər cür haqsızlıqlara, ədalətsizliklərə, zülmə həmişə etirazla yanaşıb, bu naqisliklərin obyektinə qəzəbini, nifrətini ifadə edib. Şairin sovet imperiyası dövründə yazdığı ilk əsərdən başlayaraq bu etiraz motivini aydın görürük. 1921-ci ildə yazdığı “Peyğəmbər” dramında şairin öz əsrinə, onun zülmünə, vəhşətinə, dözülməz müsibətlərinə kəskin qəzəbi ifadə olunmuşdur. Əsərdə Peyğəmbərin dili ilə verilən parçada oxuyuruq:
Öylə bir əsr içindəyəm ki, cahan
Zülmü vəhşətdə qovrulub yanıyor.
Üz çevirmiş də Tanrıdan insan,
Küfrü haq, cəhli mərifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı,
Məhv edən haqlı, məhv olan haqsız…Həmin parçada mövcud ictimai quruluşa, sovet hakimiyyətinə idarə edənlərə, onların cinayətkar əməllərinə açıq-aşkar duyulan işarələr vardır. Burada dövrün bir çox hadisələrinin – Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun, milli azadlığımızın itirilməsinin, millətimizin yenə bir yığın yadelli işğalçının əlinə keçməsinin, haqq-ədalətin tapdanğının, Vətənin işıqlı dünyasının zülmətə çevrilməsinin təsvirini görürük. Yüksək vətənpərvərlik duyğuları ilə yaşayan, ürəyi millətinin qəlbi ilə döyünən bir sənətkarın könül ağrısı ilə yazdığı bu misralar “ayaqlar altında çeynənib gedən” milli qürurumuza “ağı” kimi səslənir:
Başçılar xalqa bir yığın cani
Həp münafiq, şərəfsiz, əxlaqsız.
Gülüyor nura daima zülmət,
Gülüyor fəzlə qarşı fisqü-fücar.
Ah, ədalət, hüquq və hürriyyət
Ayaqaltında şçeynənib gediyor.Hüseyn Cavid yaradıcılığının, onun zəngin, çoxşaxəli ideyalar aləminin, əzəmətli sənət məbədinin iki möhkəm dayaq sütunu vardır. Şairin yaradıcılıq örnəklərinin də təsdiqlədiyi kimi, bunlardan birincisi, türkçülükdür ki, onun təməlində millətsevərlik, mənbsub olduğu qövmə, xalqa, Vətənə sonsuz məhəbbət hissi dayanır. İkincisi, islamçılıqdır ki, bunun özəyi Allaha etiqad, onun insanlığı təkmilləşdirmək missiyası ilə yer üzünə göndərdiyi elçilərə rəğbətdir. Cavidə görə, əbədi həqiqət, mütləq həqiqət dinin başlıca predmetidir, hər cür bədbəxtlikdən “xilas yolu hər şeyin əvvəli və sonu olan Allaha tapşırmaqdır.”
Cavidin istər lirikasında, istərsə də dramaturgiyasında din və Allah sevgisinin dolğun təzahürünü görürük. “Qız məktəbində” şeirində mükalimə, dialoq üsulu ilə fərqli bir sənət nümunəsi yaradan şair öz humanist ideologiyasının təməl prinsipi kimi din və Allah sevgisini aydın biruzə verir. Şeirdə oxuyuruq:Pək doğru söz… Bu dünyada sənin ən çoq sevdiyin
Kimdir, qızım, söylərmisin
Ən çox sevdiyim ilkin?
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
– Sonra kimlər?
– Sonra onun göndərdiyi elçilər.Çağdaş Azərbaycan ədəbi-nəzəri fikrinin də müşahidə etdiyi kimi, “Hüseyn Cavid Allah və din birliyini ali nizamlayıcı qüvvə hesab edirdi.” Cavid şeirində, lirikasında, dramaturgiyasında haqlı olaraq Allah həmişə “xeyir qiyafəsində”, insanı şərdən qorumaq missiyasındadır. “Ana” mənzum pyesində, “Şeyx Sənan” faciəsində, “Uçurum” pyesində, “İblis” dramında, bir sözlə bütün əsərlərində bu dərin etqadı, Tanrı gücünə, qüdrətinə sarsılmaz inamı görmək mümkündür. Hüseyn Cavidin əsərlərində Allah, Tanrı elçiləri, Peyğəmbər obrazları bilavasitə iştirak etmədikdə belə, şairin şeiriyyəti sənətkarın etiqadını şüuraltı şəkildə güclü informasiya kimi yaddaşımıza ötürür, onun unudulmazlığını təmin edir. Peyğəmbər dramında isə bu missiya konkret obrazların iştirakı ilə reallaşdırılır.
Elmi-nəzəri təhlillərində Cavidin etiqadı kimi zərif bir yaradıcılıq məsələsinə toxunan Himalay Qasımov bu münasibətlə yazır: Bütün bu inam və etiqadları H.Cavid zamanın, tarixi gerçəkliyin taleyönlü hadisələri kontekstində bədii düşüncə predmetinə çevirərək reallaşdırır. “Peyğəmbər” romantik mənzum dramında dini-tarixi simalara, müqəddəs ruhani dəyərlərə Cavid təəssübkeşliyi önəmli yer tutur. “Məhəbbətdir ən böyük din” inamı burada aparıcı qayəyə çevrilir.”
Türkün tarixi qəhrəmanlıq salnaməsi, bu ulu qövmün yaddaşında iz qoyan hadisələrin və şəxsiyyətlərin bədii təcəssümü böyük sənətkar Hüseyn Cavid yaradıcılığında mühüm yaradıcılıq istiqamətlərindən, ideya mənbələrindən biri kimi diqqəti cəlb edir. Şair-dramaturq 1925-ci ildə yazdığı, 1926-cı ildə nəşr etdirdiyi “Topal Teymur” dramında da bu ümdə yaradıclıq qayəsini izləmişdir. Bütün Şərqdə qüdrətli hökmdar kimi tanınan böyük fateh, qəhrəman türk oğlu Əmir Teymur dövrünün tarixi həqiqətlərinin xatırlanması sovet imperiyası dövründə türk kimliyimizi yada salmaq, unudulmağa qoymamaq kimi ali məqsədə xidmət edirdi.
Sənətkardan böyük cəsarət tələb edən bu vəzifəni yerinə yetirməklə, “Topal Teymur” əsərini yazmaqla, eləcə də bütün dinlərə nifrət hissini təlqin edən ateist ruhlu cəmiyyətin ziddinə gedərək “Peyğəmbər” dramını qələmə almaqla Hüseyn Cavid həm də öz sənətinin heç bir ideoloji təzyiq tanımadığını, sənətkar ruhunun azadlığını bir daha təsdiqləyir. Buna görə də təbii ki, çox ciddi siyasi ittihamlarla üzələşməli olur. Sovet dövrü ədəbi təndiqi “Topal Teymur”u əsla “həzm edə” bilmir, onun müəllifini “insan qafalarından ehramlar quran” qəddar, despot bir Şərq hökmdarını ideallaşdırmaqda təqsirləndirirdi. Lakin Cavid dramında qarşısında qoyduğu ümdə yaradıcılıq məqsədini uğurla yerinə yetirə bilmişdi.
Əsərdə türkün tarixi qəhrəmanlığı haqqında dürüst təsəvvür yaradılır, əsər yazıldığı dövrün ədəbi tənqidinin diqtə etdiklərini deyil, daha fərqli bir məntiqi aşılayırdı. “Topal Teymur” tarixi dramında milli və bəşəri fikirlər vəhdət təşkil edir, həmin düşüncələr Cavidin qüdrətli bir sənətkar kimi millilikdən bəşəriliyə keçidini aydın surətdə əks etdirirdi. “Türk əqvamının” birliyi məsələsi əsərin başlıca ideyası kimi diqqət mərkəzində olmaqla yazıçının öz sənət amalına sədaqətini bir daha nümayiş etdirirdi. Şair hələ gənc yaşlarında lirikasında bu birliyə işarə edərək yazırdı: “Çünki birlikdədir fəqət dirilik!” Öz millətini daim ayaq üstə görmək istəyən şair onun əzilməsinə, yıxılmasına dözə bilmir, onu yenidən ayağa qalxmağa, igidliyini, ərliyini isbat etməyə, idealını tapmağa səsləyir, bununla bağlı həyəcanını belə ifadə edirdi:Çoq əzildin, yetər, ər oğlu ər ol!
Çırpınıb çareyi-xilas ara, bul!
Qoşaraq nura, cahil et pamal!
Həp sənindir şərəf, ümid, iqbal.
Şaşırıb durma böylə… Bir aydın
İdeal arqasınca qoş, çırpın!
İdealsız nicat ümidi məhal…
“İttihad!” İştə ən böyük ideal!Onun “Azər” poemasında, “Şeyx Sənan”, “Xəyyam”, “Səyavuş”, “İblis” dramlarında da milli-tarixi varlığa belə həssas sənətkar münasibəti, böyük Turan sevgisi aydın duyulur. Beləliklə, Hüseyn Cavid yaradıclığı, sənətkarın estetik idealı, onun gerçək fəlsəfi-ideoloji istiqamətləri ümummmilli dəyərlərə orijinal sənətkar münasibəti ilə yadda qalır. Şairin bədii irsi türkçülük, islamçılıq ideyalarının ardıcıl tərənnümü ilə sovet dövrü Azərbaycan ədəbiyyatının digər bədii örnəklərindən ciddi surətdə fərqlənir. Bu gün milli müstəqillik dönəmində ədəbi həqiqətlərə daha sayıq münasibətlə yanaşan nəzəri təhlil materiallarında, yazılmışlara yeni tərzdə baxış sərgiləyən ədəbiyyatşünaslıq araşdırmalarında qüdrətli romantik şair-dramaturqun yaradıclığının məhz həmin istiqaməti geniş tədqiq obyektinə çevrilir, bu qiymətli bədii irsin müxtəlif parametrləri türkçülük və islamçılıq aspektindən dəyərləndirilir. Hüseyn Cavid yaradıcılığının başlıca tərbiyəvi istiqaməti də məhz onun milli-mənəvi idealımızın formalaşmasında əhəmiyyətli rolundan ibarətdir.
-
“Sözün bitdiyi an”
Tarixdə elə məqamlar var ki, insanın damarında qanını dondurur. Həmin məqamlarda, danışmağa söz belə tapılmaz. Həmin məqam, sözün bitdiyi an, sözün bitdiyi məqamdır.
Ruhumuz o qədər ağır göynərti ilə yanır ki, özümüzü harada tapacağımızı da unuduruq. Necə ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda əliyalın xalq özünü, öz mənafeyini, bəyan etmək üçün meydanlarda toplanmışdı. Lakin bu vəziyyətdən öz mənfur niyyətləri üçün istifadə edən cinayətkarlar fürsət bilib əliyalın xalqın üzərinə böyük bir ordunu yeritdi. Həmin gecə amansızcasına qətlə yetirilmiş şəhid anaların, nənələrın, babalarının, körpələrin və gənclərin dözülməz halı, onlara edilən amansızlıqlar həqiqətən də dilimizi, dodağımızı belə dondurmuşdu. İnsanlığın susduğu, silahların şığıdığı, tüğyan etdiyi və ən əsası da əliyalın xalqa tuşlandığı bir məqamda sözümüz bitsə də bu yeni bir sözün, yeni bir düşüncənin, dünya görüşünün başlanğıcı oldu. Həmin dövrə qədər xalq Rusları bu qədər də amansız və aciz tanımamışdı. Lakin 20 yanvar hadisələri bir daha sübut etdi ki, Azərbaycan xalqı olduqca dözümlü, bizə silah çəkənlər isə bir o qədər acizdirlər.
Sözügedən acizlər yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğrumaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Həmin vəhşətin törədildiyi gecə Bakı küçələri qan selinə boyanmışdı. Körpə Uşaqlara, qocalara, qadınlara, əliyalın əhaliyə divan tutumaq missiyasını yerinə yetirən vandalistlər həmin gecəni bəşər tarixinə qanla yazdılar. 20 yanvar gecəsi Bakı küçələrindəki mənzərəni görən hər kəsin ürəyi parça-parça olur.
O, vəhşət gecəsində Ölən və yaralananlarla bərabər 841 nəfər qanunsuz həbs olunmuş, hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, Silahlı Qüvvələrin şəhərə soxulub heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı cinayət olmuşdur. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir.
Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur. Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdir. Azərbaycan SSR kommunist rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində törədilmiş ağır cinayət azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, onu daha da qəzəbləndirmişdir. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi.
Hər birimizə gün kimi aydın olan Qanlı yanvar gecəsi, ümummilli lider Heydər Əliyevin səyləri sayəsində bu gün Ümumxaql Hüzn günü kimi yad edilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, gorları nurla dolsun. Allah Xalqımıza bir daha çətin günlər yaşatmasın. Amin!Elnarə QASIMOVA
-
Elnarə GÜNƏŞ.Yeni şeirlər
Siz ki dünyada ən varlı adamsız.
Üzülməyin dünya malı kəmdirsə,
Kəmi sevinc, bol olanı qəmdirsə,
Aləminiz başqa bir aləmdirsə,
Düz amallı, düz İlqarlı adamsız,
Siz ki, dünyada ən varlı adamsız!Qartal, tək qanadla uça bilmədi,
Nə yazıq ki, bəxt üzünə gülmədi,
Nə qədər çağırdın anan gəlmədi,
Əli qabar, qəlbi qubarlı adamsız,
Siz ki, dünyada ən varlı adamsız!Xalq eşqiylə qanı coşan oğullar,
Analar sizləri az-az doğurlar
Çəksəniz də iztirablar, ağrılar,
Sözü bütöv, etibarlı adamsız,
Siz ki, dünyada ən varlı adamsız!Dünyanın nisgili şairə qalıb,
Dumanı, çisgini hər yanı alıb.
Şairlər çox zaman dərdlə ucalıb,
Bəşəriyyət qayğılarlı adamsız,
Siz ki, dünyada ən varlı adamsız!Mətləb Məmmədoğlu, gileylənmə gəl,
Saf sənət mülkün var hər şeydən əvvəl.
Arzumuzdur, dahiliklərə yüksəl,
Söz qalalı, söz hasarlı adamsız,
Siz ki, dünyada ən varlı adamsız!Cənab Prezident
Yurdumun sevimli rəhbəri oldu,
Ordunun ən igid əsgəri oldu.
Dünyanın dilinin əzbəri oldu,
Haqqın carçısıdır, Cənab Prezident.Ali baş komandan, millətə dayaq,
Hər bir çətinliyi qarşılayaraq.
Hansı ölkə rəhbəri var siz sayaq?
Lider yolçusudur Cənab Prezident.Meydan oxudunuz haqsız cahana,
Ramili gətirdiz Azərbaycana.
Sizin qədər millət sevən insana
Təşəkkür sonsuzdur Cənab Prezident.Siması daima gənclərə örnək,
Hər sözü, söhbəti ədəbi dərnək.
İlham Əliyevi zirvədə görmək,
Xalqın arzusudur Cənab Prezident. -
Elnarə GÜNƏŞ.Yeni şeirlər
Altında
Qan qoxulu işlər ləngimədikcə,
Acizik, ”bəlkə”nin, ”kaş”ın altında
Cəbhədə döyüşlər səngimədikcə
“Yasdıq daşa dönür” başın altında.Oyaqkən yatanlar asan oyanmaz,
Var olanın dəyərini duyanmaz.
Qaş yerində qərar tutub dayanmaz,
Göz rahat durmasa qaşın altında.Xalqımızı soy –kökündən qırdılar,
Böhtan atıb üzümüzə durdular.
“Başımıza kül töküb, daş vurdular”
Baş da ucalarmı daşın altında?Millətimi Allah özü qorusun!
Haqsızları Haqq əli ilə vurulsun,
Ədalətin tərəzisi qurulsun
Vətənimə silah çəkən yağılar,
Silah tutan qollarınız qurusun.Mərdlər üçün çox qurulub planlar,
Məşəqqətlər, fitnə-fəsad yalanlar.
Düz ilqarı, düz məsləyi olanlar,
Mümkün deyil peşəsindən yorulsun.Lazım gəlsə oğul kimi, ər kimi,
Mən də döyüşərəm bir əsgər kimi,
Görüm bizim məsum şəhidlər kimi,
Düşmənimin bütün xalqı qırılsın.Tarix boyu sinə gəldik dərdlərə,
Erməni tək çaqqallara, itlərə.
Gücümüz bəllidir çox millətlərə
Millətimi Allah özü qorusun!Neyləsin?
Dayanmadan hey axırsa göz yaşı,
Dünya yazıq qocalmasın neyləsin?
Şan-şöhrətçün qırır qardaş-qardaşı
Dünya yazıq qocalmasın neyləsin?Nə qədər başına döyəsidir o,
Zamanla qəddini əyəsidir o,
Adəm babamızın dayəsidir o,
Dünya yazıq qocalmasın neyləsin?Hər əməli düz görəndi dünyamız,
Üzü yumşaq, üz verəndi dünyamız.
Olmağına siz görəndi dünyamız,
Dünya yazıq qocalmasın neyləsin?Əgər unudarsa adını bir gün,
İtirər ağzının dadını bir gün.
Yağdırar göylərdən odunu bir gün,
Dünya yazıq qocalmasın neyləsin?Elə bil ki, dağılmağa az qalıb,
Top-tüfəng səsinə donub süst olub.
Laçını, Şuşanı düşmənlər alıb.
Dünya yazıq qocalmasın neyləsin? -
“Müdrik siyasətin mükəmməl davamçısı”
Azərbaycançılıq! Bir baxın bu məfhum özündə nə qədər dərin məna əks etdirir. Dildə rahat səslənən bu ifadənin qazanılması, icra edilməsi olduqca çətin və şərəflidir. Zaman-zaman belə çətin və şərəfli missiyanı həyata keçirən böyük şəxsiyyətlər yetişdirir, Azərbaycan torpağı. Hansı ki, həmin şəxsiyyətlər tarixin ələyindən, süzgəcindən vüqarla keçmiş və işıqlı yollar açmışlar. Azərbaycançılıq ifadəsini öz əməllərində tamlığı ilə əks etdiriblər. Müstəqil Azərbaycanın memarı, qurucusu, tariximizə öz adını qızıl hərflərlə yazmış, xalqımızın ən çətin məqamlarında Allahın göndərdiyi xilaskar, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev həmin şəxsiyyətlərin bariz nümunəsidir.
Ötən əsrin 90-cı illərində Ölkəmiz edilən yadelli hücumları nəticəsində parçalanmaq, iflasa uğramaq ərəfəsindəydi. Həmin vaxtlarda xalqımız o qədər haqsızlığa və təcavüzə məruz qalmışdı ki, artıq kiminsə dərindən düşünüb ölkəni mövcud acınacaqlı durumdan xilas edəcək gücü və inamı qalmamışdı. Xalqımızın hər yerdən ümidinin üzüldüyü vaxtda hər birimizə gün kimi aydın olan bu şanlı tarixi hadisə baş verdi. Belə ki, H.Əliyevin hakimiyyətə qayıdışı sayəsində torpaqlarımızın işğalı dayandırıldı, əhalidə parlaq gələcəyə ümid, əsil xalq-prezident birliyi ən-ənəsi yarandı. Nə xoş ki, bu gün də həmin inam, ən-ənə yüksək səviyyədə davam edir. Məhz həmin müdrik siyasət nəticəsində Respublikamız ən qısa müddətdə dünya sivilizasiyasına uğurla inteqrasiya etdi. Bir-birinin ardınca beynəlxalq əhəmiyyətli layihələrə imza atıldı. Dünya ölkələri ilə tərəfdaşlıq, dostluq və tranzit əlaqələri qurularaq möhkəmləndirildi.
H.Əliyev düşünülmüş və xalqın mənafeyinə xidmət edən siyasət yürüdürdü. Onun Azərbaycançılıq ideyası Nəticə etibarı ilə iqtisadi-siyasi, mədəniyyət, elm, səhiyyə və digər sahələrdə dayanıqlı inkişafa nail oldu. Əbəs yerə deyilməyib ki, bu Günün Müstəqil və güclü Azərbaycanı H.Əliyevin şah əsəridir. Elə bir əsər ki, dünya tarixində öz möhürü, suverenliyi, stabil mövqeyi ilə zirvələr fəth etmişdir. Onun mentalıq, milliyyətçilik, milli-mənəvi dəyərlərə, adət ən-ənələrə verdiyi önəm göz önündə idi. Çox şükür bu gün Ulu Öndərin Müdrik siyasətinin mükəmməl davamçısı var. Azərbaycan Respublikasının Prezident İlham Əliyev.
Möhtərəm prezidentimiz xalqımızın dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident fərmanı ilə 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı qəbul olunmuşdur. Prezident İlham Əliyev Ulu Öndərdən miras qalan İnsan haqları və azadlıqlarının, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir. İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır.
Dövlətimizin dinamik inkişafı bəzi siyasi gücləri narahat etməyə bilməzdi. Elə bu səbəbdəndir ki, bir sıra qarayaxma kampaniyaları keçirib haqqımızda səf fikir formalaşdırmağa çalışıblar. Lakin olanlara rəğmən Azərbaycan Çəkinmədən dünya qarşısında öz haqlı mövqeyini ortaya qoyur. Avroviziya, Bakı 2015 ilk Avropa oyunları kimi Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan bu sahədə Dünya tarixinə yüksək mədəniyyət, qonaqpərvərlik kimi yeni standartlar daxil edir. Qazandığımız uğurlar Xalq-Prezident birliyi ən-ənəsinin bariz nümunəsidir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir.
Bununla yanaşı Ölkənin birinci xanımı H.Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nu xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın Azərbaycanımızın dünyada tanıdılması istiqamətində əvəzsiz rolu, danılmaz əməyi vardır. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir.
Mehriban xanımı ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici hesab etmək olar. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır
İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu artmaqdadır. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilməkdədir. Bir sözlə Azərbaycanımız əmin əllərdədir!Elnarə Günəş
Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin İbtidai Sinif müəllimi -
Rafiq ODAY.”Sol çiçək, sağ da çiçək”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistSol çiçək, sağ da çiçək,
Açılıb bağda çiçək,
Mən aranda gəzirdim,
Bitibdi dağda çiçək.
Dağda gülün xətrinə,
Batdım gülab ətrinə.Dağ çiçək, aran çiçək,
Baxırsan hər yan çiçək,
Görsə də günəş görsün,
Görməsin boran çiçək.
Üzü günəşə çiçək,
Düz çiçək, meşə çiçək.Yol çiçək, döngə çiçək,
Kol çiçək, tingə çiçək,
Bir balaca şiv əkdim,
Yetirdi çəngə çiçək.
Çiçəyim çəngə-çəngə,
Azdısa, bir də dön gəl.Un çiçək, unca çiçək,
Açıbdı yonca çiçək,
Eyvana bir gül əkdim,
Yetirdi onca çiçək.
Çiçəyim undu-undu,
Əlimə unu qondu.Yun çiçək, yunca çiçək,
İncədən-incə çiçək,
Dolaşdım dörd bir yanı,
Görmədim bunca çiçək.
Çiçəyim yundu-yundu,
Yağış yağdı, yuyundu.Tər çiçək, tərcə çiçək,
Düzülüb cərgə çiçək,
Yar bağa gəlib deyin,
Açılıb hərcə çiçək.
Çiçəyim tərcə-tərcə,
Gəlsən, bir dəstə dər, gəl.Lək çiçək, kərdi çiçək,
Gör, neçə vərdi çiçək,
Sinəmi bağ eylədim,
Yar gəldi, dərdi çiçək.
Çiçəyim kərdi-kərdi,
Açsa, Arazdı, Kürdü.Bar çiçək, var da çiçək,
Açıbdı nar da çiçək,
Təbiətdə gücə bax,
Bitirib qarda çiçək.
Çiçəyim qardı-qardı,
Günəş gəldi, qopardı.Ağ çiçək, ağca çiçək,
Bağ çiçək, bağça çiçək,
Gəzdim söz xəzinəmi,
Dərdim bir boğça çiçək,
Dostum, bir gəl bağçama,
Qonaq ol söz boğçama. -
Rafiq ODAY.”Qar yağır”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistQar yağır,
Qar yağır ağır-ağır,
Dərələr, dağlar fağır,
Bağçalar, bağlar fağır.Qar yağır,
Qar yağır ağır-ağır,
Qar yağır sevgi-sevgi,
Qar yağır nağıl-nağıl.Qar yağır,
Qar yağır ağır-ağır,
Göylərdən arzu yağır,
Ümid yağır, var yağır.Qar yağır,
Qar yağır ağır-ağır,
Elə bil ki, təbiət
Buludların döşündən
Ağappaq ulduz sağır.Qar yağır,
Qar yağır ağır-ağır,
Ulduzların dalınca,
Baxıram, gözüm axır.Qar yağır,
Qar yağır ağır-ağır,
Dərələr, dağlar fağır,
Bağçalar, bağlar fağır. -
Şair-jurnalist Rafiq Odayın şeirləri “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunub

26 yanvar 2016-cı il tarixində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti cənab Rafiq Odayın Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə qələmə aldığı “Sən ulu öndərisən bu xalqın, bu millətin” və Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevə həsr olunmuş “Ali Baş Komandanım!” şeirləri “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunub.
Qeyd edək ki, bundan öncə şair-publisist cənab Rafiq Odayın şeirləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin saytında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” -
Rafiq ODAY.”Qar yağır”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistQar yağır,
Qar yağır ağır-ağır,
Dərələr, dağlar fağır,
Bağçalar, bağlar fağır.
Qar yağır,Qar yağır ağır-ağır,
Qar yağır sevgi-sevgi,
Qar yağır nağıl-nağıl.
Qar yağır,Qar yağır ağır-ağır,
Göylərdən arzu yağır,
Ümid yağır, var yağır.
Qar yağır,Qar yağır ağır-ağır,
Elə bil ki, təbiət
Buludların döşündən
Ağappaq ulduz sağır.
Qar yağır,Qar yağır ağır-ağır,
Ulduzların dalınca,
Baxıram, gözüm axır.
Qar yağır,
Qar yağır ağır-ağır,
Dərələr, dağlar fağır,
Bağçalar, bağlar fağır. -
Özkan GÜNEYOĞLU.“Yarım elmalı, gönül almalı”
ELMALI YAZMA
ozkan@guneyoglu.comAnadolu da 600 yıllık mazisi olan yazmacılık; kalıp baskı yöntemi ile yapılan el sanatıdır. Yazmacılık denince akla ilk Tokat gelmekle beraber, Kastamonu, Zonguldak, Gaziantep ve Diyarbakır yörelerinde bilinip uygulanmaktadır. Ancak bunlar arasında Tokat’ın yeri farklıdır. Osmanlı döneminde 17.ve 18.yy.da üretimin vergiye dönüşerek gerek saraya olan katkısı, gerekse övgülere konu olacak derecedeki boyama kalitesi ve desen güzelliği ile Tokat yazmacılığı bir adım öne geçmeyi başarmıştır.
Tokat’ta “karakalem” ve “elvan” olmak üzere iki tip yazma basılmaktadır. Renkli yazmalara elvan, siyah-beyaz basılanlara karakalem adı verilir. Elvan baskı türünde genellikle kırmızının koyu tonları, bordo, patlıcan moru gibi koyu renkler hâkimdir. Renk uyumu mükemmeldir. Tokat’a özgü desenlerin yanı sıra değişik yörelere ait motiflerle de çalışılmaktadır.
Doğal bir görünüme sahip olan Tokat yazmalarında hem renkleri hem de desenleri itibariyle tabiattan esintiler bulunmaktadır. Genellikle elma, üzüm, kiraz, asma yaprağı motiflerinin kullanılması Türkiye’nin önemli ovalarına sahip Tokat’ta meyve çeşidinin bol ve tercih edilir olmasından kaynaklanmıştır. Doğadan alınan zengin bitki motifleri, çiçek ve meyve desenleri kalıp ustası tarafından kumaşa ustaca aktarılır.
Genellikle kadınların başörtüsü olarak kullanılan yazmalar eski tarihlerden günümüze gerek bağlama şekilleri, gerekse cinsi ve motifi ile toplumda belirleyici kimlik rolünü de üstlenmiş, düğünden ölüme kültürümüzün bir parçasını oluşturmuşlardır.
Yöresel Tokat Halk Oyunlarında bayan dansçıların giysilerini tamamlayıcı aksesuar olarak da kullanılan Elmalı Yazma; Tokat’ta uygulanan yaygın yazma desenleri arasında bulunmaktadır. Elvan baskı türünde; siyah zemine kırmızı olarak ve elma motifi yüzeyi kaplayacak şekilde tekrarlı bir dizinle bütünleştirilir.
İstanbul menşeli olduğu bilinen özgün elma deseni Tokat elmalısı ve Tokat yarım elmalısı olarak anılmaktadır. Bu motif sadece meyve resmi olmanın ötesinde bir anlam da taşımaktadır;
Eskiden düğün davetiyesi olarak evlere yazma gönderildiği dönemlerde özellikle elmalı desenli yazmaların kullanıldığı, analı-babalı kızın yazmasının tam elmalı – öksüz kızın yazmasının ise yarım elmalı olduğu rivayet edilmektedir.
“Yarım elmalı, gönül almalı” sözünün de buradan geldiği düşünülmektedir”
Pullarla ve eğik şişle örülen kendine özgü bir oyası bulunan Elmalı Yazma günümüzde gerçek anlamını kaybederek, günlük yaşamda başörtüsü olarak kullanılır hale gelmiştir.Kaynakça:
Abant İzzet Baysal Ünv. MYO Yard. Doç. Dr. Filiz Akın Araştırması. -
İlter YEŞİLAY.”LÂL-İ KİRAZ”
Ah benim ömrü mürver cânı server efendim
Sende mihman olmaya yeter mi cevrü fendimSevdan ki; yüreğimde incecik naz gibidir
Sözün ki; kulağımda bir çift kiraz gibidirİsterim ki gönlümü gel mest-i harab eyle
Arz edeyim halimi udla kanunla neyleDem bu demdir dünyadan ikimiz de kâm alsak
Ne olurdu bu gece, mehtapta yalnız kalsakŞu kiraz bahçesinde meşk etsek fecre kadar
Meleklerin diliyle söyleşsek ecre kadarGedayi’den dem vursak yahut da Külebi’den
Tarihlere mal olmuş nice can çelebidenMeyledip hülyalara seyreylesek âlemi
Baharın dallarında zevk eylesek elemiAvcumuzda kanarken lâl-i kirazın izi,
İki kaşın arası dâra çekseler biziYar ile dosta doğru yol açıp yücelerden
Def eylesek kederi kedersiz gecelerdenTokat’a selam dursak bir kirazın dalında
Yâd etsek erenleri tanelerin alındaSonra saman yolunu sıyırıp üstümüzden
Hasretin matemini ayırıp üstümüzdenÜleşsek kirazları bir sana iki bana
Doyulur mu cananım ne kiraza ne sanaKalbimde aşkın tadı sanki Tokat kirazı
Bir sepet kirazla gel gönlüm gönlüne razıSar elmalı yazmayı zülfüme yel değmesin
Dilerim ki elime başka bir el değmesinAh benim ömrü mürver, cânı server efendim
Yolunda gayba düşsem tek yönüm budur derimNeylersin yar bu benden dâr-ı dünyada gayrı
Ne sana hasret kalır ne de uzakta ayrıEy benim şems-i sevdam dudağı lâl-i kiraz
Gel gönül iklimime bahtım gibi doğ biraz.Bilirsin ki; Tok/atı dehlesen de koşamaz
Tokat’ın kirazını tatmayan çok yaşamaz -
Ahmet DİVRİKLİĞOLU.”BU. DİYAR”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
NE ZAMAN GELSEM Kİ BEN BU DİYARA
TUĞLAR KALKAR GÖĞE CANA KÖS VURUR
MENGÜCEKOĞLU’NDAN EMİR TİMUR’A
TARİH EDEP İLE DİVANA DURURÇİFTE MİNAREDEN HAZ AKAR RUHA
PİR SULTAN BANAZ’DAN YOL BULUR ŞAHA
DUALAR EDERİM YÜCE ALLAH’A
RUHUM BU DİYARDA BİR HUZUR BULURBURASI YİĞİDİN HARMAN DİYARI
DEMİR KUŞAKLIDIR PEHLİVANLARI
CÜMLE DÜNYA TANIR SİVASLILARI
YİĞİTLİK,MERTLİKTE HEP ÖRNEK OLURSAZINA SÖZ SİNER,SÖZLERİN ÖZÜ
DİLDE DIŞA VURUR YÜREĞİN KÖZÜ
BİR TEZENE DEĞSİN CURASI,SAZI
BÜLBÜLCE ŞAKIYIP,NAĞME DOĞURURBU DİYAR ATAMIN KABRİNE MEKAN
BÜTÜN YİĞİDOLAR HISIM,AKRABAM
BİR DE YEL ESERSE YAMA DAĞINDAN
KEDER GİDER BAŞTAN GAMIM DAĞILIRAhmet DİVRİKLİOĞLU
TUFAN -
Rafiq ODAY.”Səndən özgə kimim var ki…”
Bir neçə il bundan öncə şairə Fərqanə Yusifqızının
eyniadlı kitabına yazılmış ön sözPoeziya sərhəd tanımır və əslində poeziyada heç mövzu qıtlığı da yoxdur. Bununla belə poeziyanın elə əzəli və əbədi mövzuları vardır ki, bu mövzulara min illərdi ki, butun qələm sahibləri müracət edir və bugün də bu belədir. Vətən sevgisi, yurd-yuva həsrəti, eşq və bu eşqdən doğan vüsalla bərabər iztirab, həsrət, hicran, ayrılıq, həyat və ölüm, kan və məkan, tale-qismət bu qəbildən olan mövzulardandır. Oxucuların görüşünə “Səndən özgə kimim var ki…” kitabı ilə gələn şairə Fərqanə Yusifqızının yaradıcılığının mayasında, qayəsində də əsasən bu mövzular dayanır. Soz adamına qiymət onun yaradıcılığının məna və məzmun yükünə görə verildiyindən mən də bu yazımı:
Hələ yol üstəyəm, səfərim uzaq,Məni öz yolumdan saxlamaq olmaz.
Çölümdə atəş var, içimdə sazaq,Məni bu səfərdə haqlamaq olmaz. – deyən şairə Fərqanə Yusifqızının şeirlərinə söykənərək yazmaq qərarına gəldim və əslində bunun başqa yolu da yoxdur.
***
Hamı and içər adına,
Adın mənim andım, Vətən.
Səndən əzəl, səndən əfzəl,
Nə vardısa dandım, Vətən.Ana müqəddəslik, saflıq, paklıq rəmzidir – vətən kimi. Bəlkə də elə ona görədir ki, vətənə ana vətən deyirik. “Cənnət anaların ayaqları altındadır” deyib peyğəmbərimiz. Yəni, kim anasını əziz, müqəddəs tutsa, ona sayğı və qayğı göstərsə, xidmətində dursa, nazını çəksə özünə cənnətdə yer behləmiş olur. Vətən də elə. Kim vətəni canı, qanı qədər sevirsə, əmin-amaqlıq şəraitində əkib-becərir, yadellilərin hücumna məruz qaldıqlda onun müdafiəsinə qalxırsa, son anda canını belə qurban verərək şəhidlik zirvəsinə yüksəlirsə, yenə də cənnətdə özünə yer ayırmış olur. Budur ANA ilə VƏTƏNin qoşalı xisləti:
…Mən ki sənə əzəl gündən
Həm ruh, həm də candım, vətən…
…Dayaq ol sən bu gün ata-anana,
Tanrı da yardımçı olacaq sənə…Vətənə sevgi azalanda, vətənin dərdləri çoxalır. Faciələr azalan sevgilərdən başlayır. Bu faciələrdə özümüzün rolu nə qədər çox olarsa, müsibətlərimiz bir o qədər dözülməz, sağalmaz olar:
Qıydılar torpaq-daşına,
Çıxanlar ocaq başına…Bir təsəllimiz onda olur ki, hələ bu vətən uğrunda can qoymağa, balası kimi başına dolanmağa hazır olanlar və məqamı gələndə bu yolda mücadilə etməyi özlərinin şərəf işi bilirlər var:
Dolandır məni başına,
Qoy mən olum balan, Şuşam!***
Ömür müvəqqəti, həyat əbədi,
Ölümdür bizlərə baxan qıyqacı.
Fikrimə qəribə bir sual gəldi,
Həyatmı şirindir, ölümmü acı?Ömrün müvəqqəti olduğunu bilən, bunu bilib də, həyatını buna uyğun quran insanın ölümdən qorxusu olmaz. Ölüm nə qədər qıyqacı baxırsa-baxsın belə. Bu zaman həyatın şirinliyi ilə ölümün acılığı arasındakı fərqi də axtarmğa ehtiyac qalmaz. Çünki həyat – ölümün labüdlüyünü dərk edib, onu sevgi ilə qarşılamağı bacaranlar üçün şirin, ölüm – özündən sonra bir iz qoymayanlar, o dunyaya, mizan-tərəzi məqamına, hesab gününə əliboş gedənlər üçün acıdır.
Dərdlərim sığışmır daha kağıza,
Durub yazacam mən göy üzünə.Əslində dərd faciə deyil, onu faciəyə çevirmək faciədir. Yer aləmində dərdi bölüşməyə bir kimsə tapılırsa hələ, narahat olmağa dəyməz. Dəhşət dərdi bölüşməyə kimsənin tapılmadığı məqamadan pərvəriş tapır. İnsan yer üzündə özünə həmdəm, həmdərd tapmayanda üzünü göy aləminə tutur, ümid, güvənc, pənah yeri kimi.
Göy üzü təmizlik, saflıq, paklıq məkanıdı. Nurlar aləmidi. Sevgi, mərhəmət, haqq-ədalət, insaniyyət nuru buradan ələnir insanların qəlbinə. Bəlkə də elə, bir yağış donunda:Yağış yağar, dayanmadan, hey yağar,
Göyün yerə sevgisini bildirər.
Yağış yağar ürəyimə, hey yağar,
Dərd-sərimi damla-damla öldürər.Qəmin, kədərin, dərdin, ələmin ölüm anından sevincin, sevginin işartıları boy göstərir. Bu zaman illərlə həsrət girdabında çabalayan insan, öz gözləri ilə gördüyünə belə, inanmaq istəmir. Bunun bir qismətmi, alın yazısımı, Tanrı ərməğanımı olduğunu o dəqiqə kəsdirə bilmir. Qəlbinin dərinliyindən sualqarışıq bir nida baş qaldırır:
Tanrımı göndərdi yağış donunda,
Yoxsa günahında yuyunub gəldin?Sevgi İlahidən bəxş olunmuş ruhi qidadır. Təbii ki, eşq, məhəbbət həyatın bütün dönəmlərində ruhun qidası rolunu oynaya bilmir. Çünki sevgidə, eyni zamanda, bir qoşalıq xilqəti də var. Sənin istəyinə qarşı tərəfdən müsbət impulslar gələndə yaşamaq da, bu yaşam içərisində sevmək də həm ruhani, həm də cismani tələbata çevrilir, sanki insan mələklərin qanadındaymış kimi özünü göyün yeddinci qatinda çox rahat və xoşbəxt hiss edir:
Yoldaşlıq edəcəm bəyaz buluda,
Nəğmələr deyəcəm gecə-gündüzə.Hətta bu eşq:
Bu dərd qövr eyləyir bağrımda mənim,
Eşqindir əzabım, ağrım da mənim. – məqamına yüksəlsə belə.***
“Sevgim kövrək bir ağacda qurulan quş yuvasına bənzəyir. Xəfif rüzgara bənddir, uçula bilər, dağıla bilər.
Sevdam qaranlıqda yol gedən yolçuya bənzəyir. Nəhayətsiz yolda uzaqdan közərən bir işığa həsrət qalan, hərdən ətrafa boylanıb ağır-ağır nəfəs alan yolçuya.
Arzularım, məsum körpələrin günəşə sarı yüyürməsi, röyalarında, ayparada yellənməsi, öz kiçicik əlləri ilə dünyanı qucaqlamaq arzusu.
Ümidlərim, çarəsiz bir xəstənin sabaha inamı, quruyan ağacın nə vaxtsa canlanma gümanı…
Sevgimi unut, sevdamı apar, ümidlərimi isə qaytar…
…Qaytar ümidlərimi…”
Bu həzin, kövrək misralar Fərqanə Yusifqızının “Qaytar ümidlərimi” adlı mənsur şeirindəndir. Ümumiyyətlə, Fərqanə xanımın bütün mənsur şeirlərinin dili aydın, rəvan və oxunaqlıdır. Bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, Fərqanə Yusifqızı mənsur şeirlərində bir şairə kimi özünü daha yaxşı ifadə edə bilir. Güman edirəm ki, kitabı oxuyandan sonra oxucular da mənim fikrimi təsdiq edəcəklər.
Sonda şairə Fərqanə xanım Yusifqızını “Səndən özgə kimim var ki…” adlı şeirlər kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.Rafiq ODAY,
şair-publisist, respublikanın Əməkdar jurnalisti -
Saqif QARATORPAQ.Yeni şeirlər
* * *
Mən,hamının unutduğu
Bir uçuq komadan betər.
Zalım ,sənin yollarına
Göz dikmişəm axşam-səhər.Barı bir yol ayaq saxla,
Bircə dəfə qanrılıb bax!
Bir də gördün daş üstündə
Heç daşım da qalmayacaq.Bircə isti baxışınla
Suya dönər bu buz,bu qar.
Ürəyimin oyuğundan
Bənövşələr baş qaldırar.Nə olacaq, aldat məni ,
Bircə dəfə yalan danış,
Bəlkə elə ömrümüzü
Uzadacaq bu aldanış.Eh…nə deyim sənə daha,
Bağışla yoldan elədim,
Gərək dilim quruyaydı,
Bunu sənə niyə dedim?!* * *
Nə elə mürgülü,nə də oyaqsan;
Uçursan yuxuda əlimdən tutub.
Unutdum özümü”sevirəm” dedim,
Ya da sən söylətdin dilimdən tutub.Kəsir aramızı qəfil bir bulud,
Qışqırıb deyirsən “ehey,hardasan?!”
Gəzib tapammırıq bir-birimizi,
İslanır göy üzü göz yaşlarından.Özün öz səsinə oyanıb birdən,
Hıçqıra-hıçqıra qalxıb yuxudan;
Yandırıb işığı,baxıb güzgüyə,
Görürsən yaş axır yanaqlarından…,,,Nə qədər ağlasan səssiz-səmirsiz,
Tükənməz bu həsrət,bitməz bu acı.
Bəsdir ağladığın!Gecdi,yat daha,
Deyəsən islanıb,çevir balıncı.Sevsən məni beləcə sev…
Mən gizlicə öz içində əriyən şam,
Tərif üçün bir misra da yazmamışam.
Şahidimdi batan günəş,düşən axşam,
Sevsən məni beləcə sev…Eh,nə deyim belə doğub anam məni,
Darılmaram çox olsa da danan məni.
Heç olmasa sən qınama,sonam,məni,
Sevsən məni beləcə sev…“Of” demərəm dağ üstündən çəksən dağı,
Axı,neynim bacarmıram yalvarmağı…
Mən hələ də bir sədəlöv kənd uşağı,
Sevsən məni beləcə sev…Çoxu kimi dondan dona girəmmədim,
Qəmnən özgə sənə heç nə verəmmədim.
Sənin üçün bircə gül də dərəmmədim…
Sevsən məni beləcə sev…Eşqdən özgə,sözdən özgə,de,nəyim var?!
Nə bir arxam,nə də elə köməyim var.
Sənin üçün çarpan bircə ürəym var,
Sevsən məni beləcə sev…
Beləcə sev… -
Saqif QARATORPAQ.Yeni şeirlər
* * *
Bilirəm ki,kədərdən
hər gün göynəyir için.
Bir söz tapa bilmirəm
sənə təsəlli üçün.Neyləyim,bir az ağla
səni boğanda qəhər.
Mən də sinəmi tutub
dözəcəyəm birtəhər.İcazə ver yanına
hərdən gəlim…nə olar.
Gözlərinin yaşını
bir yol silim…nə olar.Sevincimiz,dərdimiz
qarışsın bir-birinə.
Bəlkə axan göz yaşım
təsəlli ola sənə…Bir Dostuma
Çevirmək istəyirəm
dərdimizi sözə mən.
Bir hürkmüş ceyran kimi
neynim qaçır söz məndən.Heç bilmirəm bitərmi
könlümüzün nisgili.
Sevincli günümüz də
göy əskiyə bükülü…Sən dərdini mənə de,
qoy dərdimə tay olsun.
Mənim dərdim- gecədi,
sənin dərdin ay olsun.Qoy hərdən qoşalaşsın
fikrimizin kəməndi.
Bir az da sən dilə tut,
tora salım bu bəndi.Heyif,yollar uzaqdı,
orda qəribdi yerin.
Ürəyin üşüyəndə
çək üstünə bu şeri. -
Aysel ABDULLAZADƏ.” Ən son nə vaxt arvadınız üçün sevgili olmusunuz?”
“Yemək gətir, bütün gün canım çıxıb işdə…” – bu cümlə ilə başlayan axşamlar var ailələrdə.
Bizim toplumda qadın-kişi və ailə mövzusunda çatışmayan, olması gərəkən, amma bir dürlü ola bilməyən situasiyalar mövcuddur. Ümumiyyətlə, ailə çəmbərimiz çox darısqaldır, ora istəklərimizi qısıtlı şəkildə sıxışdırmışıq.
Bir qadın olaraq, bu mövzuya qadınların tərəfindən münasibət bidirəcəyəm. Əks cinsdən olan bir həmkarım da kişilərin nöqteyi-nəzərindən bu mövzunu bir az təhlil edib.
Ailə münasibətlərində ilk öncə dostluq, sonrasında hörmət, daha sonra isə sevgi ardıcıllığı olması prinsipinə əsaslanıram. Ən üzünömürlü və sayğılı ailələrin təməlində bu prinsip dayanır.
Günümüzdə kişilərlə yanaşı qadınlar da çalışır. Yəni hardasa, ikisinin də günlük yükü eynidir. Hər ikisi işdən evə gəlir. Yaxud da çalışmayan qadın evdə övladları ilə məşğul olur. Fərq etməz, mövzu hər iki situasiya üçün keçərlidir.
Axşam işdən gələn kişi ailəsi və qadını tərəfindən xoşhallıqla qarşılanır, gün ərzində qadının yükünün kişinin çalışma yükünə bərabər (bəzən isə daha ağır) olduğunu saymadan, yeməyi, səhər üçün geyimi, uşaqlarının hazırlığı və qulluğu normal şəkildə yerinə yetirilmiş olsa belə, kişi bundan razı qalmır. Evə gəlir, “yemək gətir, çay gətir” kimi əmrlərlə davranıb, istirahətini televizor qarşısında davam etdirən kişi, qadınının gününü belə sormağı ağlına gətirmirsə, bu ailə, birlikdə yaşamaq əzabına çevrilmiş bir məcburiyyətə dönür.
Qadının verdiyi suallara qısa və lakonik cavablarla, başından edərcəsinə televizorun ekranına köklənmiş fikirlərlə baxan kişi, qadından daha hansı qayğı və şəfqətin, lap elə, hörmətin hesabını soruşa bilər ki? Adama deyərlər, nə vermisən ki, nə də istəyirsən?
Və gecə yarısıdır, yatmaq zamanı gəlincə “yorğunam, mən yatıram” deyərək yatağına girib yuxuya gedən kişinin qadını nəvazişi kimdən görməlidir? Bütün gününü işinə və ya övladlarına həsr edən, gecəni də yanında odun kimi yatan bir kişi ilə keçirən qadın necə xoş aura ilə günə başlasın? Qadın ehtiyaclarının başında nəvaziş, şəfqət dayanır, siz beş min manat pul gətirsəniz belə, qayğısını, nazını çəkə bilmədiyiniz, qadınlığını ona hiss etdirmədiyiniz təqdirdə bunun önəmi olmayacaq.
Gözü başqa yerdə olan, daim axtarışda olan kişilərə sual verəndə ki, nə üçün axtardıqlarını qadınında tapmırsan, əksər hallarda, cavab bu olur: “Ailə başqadır, bu işlər başqa”.
Sən ailə qavramını nə olaraq alqılayırsan? Ailə, uşaq dünyaya gətirmə mexanizmasıdır, yoxsa arvadının tozunu alıb otağın bir guşəsinə yerləşdirəcəyin vitrindir? Sən istəklərini qısıtlayıb, qadınından istəmədikcə, əlbəttə, bu cür düşünəcəksən. Sən qadınına nə zaman “ər” tabusundan çıxıb, sevgili ola bilmisən?
Onunla dərləşməyi, dost olmağı, yataqda istəklərini izah etməyi, bütün gözəllikləri yaşamağı arzuladığını dilə gətirmisən? Seksdən ancaq uşaq yapmaq üçün istifadədən vazkeçmisən, hisslərin gözəlliyini qadınında cəmləşdirmisən?Bir də bu var… Ailə ortamında qadının kişidən istəkləri olanda, intim oyunlar düşünüb onu ərinə sərgiləmək istəyini söylədiyində kişinin verdiyi reaksiya dəhşətdir. Qadın dediyinə və düşündüyünə peşiman olur bu təpkidən. “Onu hardan bilirsən ki?, Sənə kim deyib ki? Niyə bu şeyi belə çox istəyirsən ki?, Bu haqda hardan eşitmisən?” kimi suallarla adamı hisslərindən soyudan “ər”lər var.
Bəyəm, hər şeyi kişi bilməlidir? Qadının gözü kor, qulağı kardır? Qadın televizor, film, kitab, internet istifadəçisi deyil? Bu suallar “sən bunu etmisən ki, bilirsən?” nəzərlərilə qadına qarşı yönəlirsə, əlbəttə, kişi istəklərini kənarda reallaşdıracaq.
Nə qədər ki, ailə qavramını çəmbərləmişik və oradan dışarıya çıxa bilmirik, bu, belə də davam edəcək. “Ər və arvad” tabularını sındıra bilmiriksə, elə, kişilər kənarda arzularını gerçəkləşdirsin, evdə qadını ilə, ancaq, uşaq yapmaq üçün sekslə məşğul olsun, qadınlar da orqazm yaşaya bilməməkdən əsəbləri tarıma çəkilib, bütün stressini sizə töksün. Bu da sizə AİLƏ!
İndi mən sual verirəm, bəylər…
Ən son nə zaman qadınınıza: “sabah gözəllik mərkəzinə get, mən tez gələcəm, uşaqlarla vaxt keçirərəm, sən get, bir az əhvalın dəyişsin, dəyişiklik et” demisiniz?
Ən son nə zaman: “evə gəlirəm, hazırlaş, yeməyə gedək, bir az əhvalımız açılsın, sənə də xoş olar” demisiniz?
Nə zaman: “Bu gün uşaqları nənəsigilə aparaq, axşam baş-başa bir gecə keçirək” deyib, bunu istəmisiniz?
Ən son nə vaxt: “əlinizdə bir gül ilə qapını döyüb, qapını açan qadınınıza sarılıb öpmüsünüz?”
Nə zaman: “bir film gətirirəm (və ya kəşf etmişəm), axşam birlikdə izləyək” demisiniz?
Ən son nə vaxt: “sabah alış-verişə gedək (və ya get), sonra da bir məkanda kofe içək” demisiniz?
Nə zaman: atəşli bir gecənin sonunda qadınınıza sarılıb qoxusu ilə yuxuya getmisiniz?
İllərin ər-arvadı olaraq, nə zaman qadınınızın vücudunu tamamilə tanımısınız?
Və bəylər, ən son nə zaman ər olmaqdan çıxıb, qadınınız üçün sevgili olmusunuz?
-
Aysel ABDULLAZADƏ.Şeir-Esselər
Filoloq-yazar, YeniBaxis.Az saytının baş redaktoru Aysel Abdullazadənin şeir-esseləri.
“Mən öldürdüyünüz qadınam…”
Mən öldürdüyünüz qadınam
15 yaşında ərə verib
kitablarımdan ayırdığınız
arzularımı boğduğunuz
yumşaq oyuncağımla yatmadığım gün
məni öldürdünüz…Mən öldürdüyünüz qadınam
16 yaşında ana olan
özüm uşaq ikən
özümdən bir uşaq dünyaya gətirən zaman öldüm.
Yaşıdlarım məktəbə gedərkən
mən qızımı bələyəndə öldüm,
Onlar küçədə gizlənqaç oynayarkən
məni ərim zorladığında oldum…Mən öldürdüyünüz qadınam
Dəftər yerinə əlimdə bir külfətin qazan qaşığı
Məzun geyimi əvəzində ağ gəlinlik libası geydirdiyiniz
kəfən misalı…
Mən öldürdüyünüz qadınam
diri-diri torpağa basdırdınız
ocağa atıb yandırdınız
daşladınız, dışladınız
yetmədi, külümü göyə sovurdunuz…Mən öldürdüyünüz qadınam
Qız olduğu ucun abort olunmuş körpənin çığlığıyam
Ər qorxusu ilə o masada
canından balasını çıxaran ananın içindəki fəryadıyam.
Bütöv deyil,
hissə-hissə doğrayan cərrah bıçağının iti baxışıyam…Mən öldürdüyünüz qadınam
Əsir bildiyiniz, cariyə etdiyiniz
Bir gecədə 30 dəfə təcavüz etdiyiniz
Saçından asdığınız, ruhunu qırbacladığınız
mənəviyyatını öldürdüyünüz qadınam…O qadınam,
gecə küçəyə çıxsam, pozğun dediyiniz
evə gec qayıtsam, “adamı” var dediyiniz
boşanarsam, potensial fahişə kimi gördüyünüz
Dilinizlə, dininizlə, belinizlə
Öldürdüyünüz qadınam.
Amma bu gün ayaqda duran
Çalışan, qazanan, övlad yetişdirən
Topluma açılan, söz sahibi olan,
oxumuş, bilgili, kültürlü
Canına oxuya bilmədiyiniz,
daşlayamadığınız,
dışlayamadığınız,
yandıramadığınız,
Bitirəmədiyiniz bu qadınam mən!
Mən ölürəmədiyiniz qadınam!*****
Yelken ol, kürek ol
Dümen ol
Balık ol, su ol
Git, gide bildiyin yere… (Nazım Hikmetdən etkilənərək)Bir adam
dalğaların qayaya vuran yerində
İçi ümidsizliklərlə qaplanmış
Diləklərini ürəyinin ən dərininə gömmüş
Canı acıyan bir adam düşünür:
… – Buludlara uzatsam əlimi,
çatarmı bəyazlığını hiss etməyə
Suya toxunsam,
qulağımda çınlayarmı şırıltısı
Ya da gəmiyə minsəm,
gedə bilərəmmi arzuların limanınaYosun olsam,
yapışsam heç qopmadan dilək qayasına
Gəmi olsam,
dərdləşə bilsəm, ən uzaq dənizlərin suları ilə
Ya da balıqmı olsam,
getsəm, ta uzaqlara gedə bildiyim qədər…Balıq oldum, ey dəniz, al məni də qoynuna
Sənə gəldim,
yaşat məni ıssız sularında…*****
Bilirsənmi, gedənlər heç də həmişə unudanlar olmur
Bilirsənmi, gülüşlər həmişə xoşbəxtlikdən deyil
arzular hər deyəndə çin çıxmır
xəyal hər zaman gerçəyə dönüşmür
yaxşılıq həmişə yadda qalmır,
pislik isə tez yaddaşa hopur…Bilirsənmi, xəstəxanalar həmişə can qaytarmır,
can satılır bəzən bu “bazarda”.
məscidlər bütün duaları göylərə ötürmür
O’na evindən səslənmək belə, avantaj olmur insanlara
vağzallar ayrılıqları daha çox yaşayıb
vidaların əl sallayan görüntüsündən bezib bəlkə də.
gəmilər hər zaman geri qayıtmır…Bilirsən, yandırılan hər siqaret əfkarı dağıtmır
siqaret yandıran bütün adamlar da darıxmır
alışqanın ucundakı alovla siqar yandırdığını düşünərsən,
əslində yanan ciyərin olar
içinə çəkdiyin o tüstü ciyərlərinə can verər
bir qadının özləmi qalxar göyə kişi dodaqlarının arasından…bilirsənmi, yanaqlardan süzülən göz yaşında
qəlbin qanaxması başlayar
kliniki ölüm keçirər bütün hissiyyata məhkum orqanlar…
bilmirsən ki, bir ürəyin ağrısı insandan keçər
ya varlığından
ya da yoxluğundan əzab verər. -
Ülkər DƏNİZ.”Qocalır atam…”
Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktor müavini
Baharı yaşayıb yetişir qışa,
İndi tellərinə qar alır atam.
Elə yaşadığı əzab içində,
Qocalır İlhai, qocalır atam.Baxışı çıraqdı, Odu çıraqdı,
Müqəddəs bir sevgi qəlbinə axdı.
Bu da bir, alnıma yazdığın baxtdı,
Qocalır, İlahi qocalır atam.İllər yarpaq-yarpaq uçur ömründən,
Şaxtalar, sazaqlar keçir ömründən.
Zaman öz qanını içir ömründən,
Qocalır, İlahi qocalır atam.Sənin ömüründə qurulan həyat,
İsti baxışında axtarır nicat.
Əlləri gör necə oloubdur, çat-çat,
Qocalır, İlahi, qocalır atam.Hələ, sabahlara çəkir yaşını,
Görür həyatında bəxt savaşını.
Haqlayır günbəgün ömrün qışını,
Qocalır, İlahi, qocalır atam. -
Şəfa VƏLİYEVA.Yeni şeirlər
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü* * *
Ürəyindən nə keçirsə
Gətir dilinə…üzülmə…
Bilirsən ki, nə söyləsən
Inanıram kəlmə-kəlmə…Heç eybi yox… bu günün də
Sənsiz axşamı qoy gəlsin…
Boynum şəklinin önündə
Tükdən də betər incəlsin…Fikir eləmə, bir dənəm…
Qaş-qabağına yanıram…
Mən hələ böyüməmişəm…
Sən nə desən inanıram…Yuxum
Hərdən yuxum sürgün olur,
Üz tutur sənin qoynuna.
Gah da qəfil yolu düşür,
“Səninlə mənim toyuma”.Yeyir, içir, sağlıq deyir,
Utanmayıb oynayır da.
Hamını özütək bilir,
“Sən”li, “mən”li bu dünyada.Eh…bezdirir çoxunu,
Arzumu gizləməliyəm.
İnsaf et, qaytar yuxumu,
Səhər işə getməliyəm. -
Şəfa VƏLİYEVA.”Ağarmış gün”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüSəndən ayrılmaq
səninlə yaşamaqdı əslində
sonsuz kədərləri…
Səni unutmaq
əbədilik qazandırmaqdı əslində
yaddaşımdakı xatirələrə…
Səni sevmək
Dünyadan bac almaqdı əslində
açılmayacaq sabahlara…
Sənsiz ölmək
ağarmış günlərə bürünməkdi əslində
kəfən əvəzinə…
Bağışla…
Sözündən çıxdım yenə də…
Ağartmadım günlərimi…
İstərsən,
Bağışlama…
Və bir daha heç kimi
Yollarına baxmaqdan qarasını itirən
göz kimi
Ağarmış günə yollama… -
Rafiq ODAY.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalistKƏRƏM ET
Mən kim anlayar de, səndən özgə,
Dada çağırıram səni, kərəm et.
Onsaz da vədəsiz qar ələnibdi,
Artırma saçımda dəni, kərəm et.Kim məhkum eylədi bu baxta məni,
Cismin əsir etdi otaqda məni.
Bir də kim qaldırar bu taxta məni,
Gəl salma taxtımdan məni, kərəm et.Qəsdləmi canıma qəsd eyləyirsən,
Yoxsa iradəmi test eyləyirsən?!
Bircə baxışınla məst eyləyirsən,
Sarırsan ömrümə çəni, kərəm et.Baxmırsan şöhrətə, ada yaxırsan,
Baxmırsan doğmaya, yada yaxırsan,
Sanki bilə-bilə oda yaxırsan,
Ruhdan ayırırsan təni, kərəm et.Gün boyu gör neçə dərd məndən keçir,
Toplu məndən keçir, fərd məndən keçir,
Bir az da sevgini qat – məndən keçir,
Bu qədər çətindi yəni? – kərəm et!KİM SEVƏR Kİ
Mən haqqa aşiq biriyəm,
Haqqım yox susam, kiriyəm,
Açılmaz tanrı sirriyəm,
Məni özgə kim sevər ki…Xəzan aldı ilk baharı,
Puç eylədi arzuları,
Saçımdakı dümağ qarı,
Dəni özgə kim sevər ki…Yelə verdik son gümanı,
Baş çəkir qəlbə damanı.
Ruhlara çökən dumanı,
Çəni özgə kim sevər ki…Bir «yox» var, bir də «bəli» var,
Çiynimdə bir dost əli var.
Yer üzündə bir dəli var –
Səni özgə kim sevər ki… -
Kenan YAZVUZARSLAN.”AĞLAR”

Ağlar tanıyan aşkı, yanar meşk ile ağlar
Ağlar nefes aldıkça cihan aşk ile ağlar
Kâmil olanın kalbi emin, gözyaşıdır bu
Elbet bilinir bizde, kimin gözyaşıdır bu
———-
Hasretle mühürlendi seven kalbe esaret
Ondan kalemin hükmü ve ondan bu cesaret
Bir serçe firar etse kaçıp gitse hüzünden
Kim, hangi cesaretle döker aşkı yüzünden
Ellerde avuçlarda hükümsüz kına ağlar
Sardıkça elem rengi yeşil hırkalı nehri
Gün taş kesilir gökte, susar buz gibi dağlar
Kıpkırmızı bir kalple, şiir yazsa da Mihrî
Ellerde avuçlarda hükümsüz kına ağlar
———
İnsan gibi gurbette vatan toprağı sürgün
Bin damla döker mazi o topraklara her gün
Bir kuş sarılıp ye’se kederlense usuldan
Gam şerhi düşer kalbe ya Kerkük ya Musul’dan
Mağrursa Fırat, Dicle; “Cömert Nil, Tuna” ağlar.
Bir damla hüzün düşse bu topraklara içten
Tarih üzülür orda “ne çağlardı o çağlar.”
Bir nazlı balık şimdi gelip geçse Haliç’ten
Mağrursa Fırat, Dicle, “Cömert Nil, Tuna” ağlar
———-
Ardında kalan sancı mükerrem mi mükerrem
Tarih boyu kaç ruhu susuz koydu Muharrem
Gül nâmına bir zorba gülün ruhunu biçsin
Mümkün mü gönüllerde onun yangını geçsin
Canlar kavuşur Cem’de yürekler ona ağlar
Onlarca asır sonra geçer zikri Semah’tan
Herkes Hüseyin sanki ateş herkesi dağlar
Bir turna dönüp gelse ciğer kor olur “ah”tan
Canlar kavuşur Cem’de yürekler ona ağlar
———-
Gül yüzlü sabahlarda düşer çiseye rahmet
Aşk; kâmile ikram sayılır, cahile zahmet
Cennet de Cehennem de emir üzre sükûndur
Her şey O’nun emrinde sebep “Kün feyekûn”dur
Gökler bile ağlarsa O’nun aşkına ağlar
Mevsim kimin umrunda bulut geldi mi kâfi
İsterse kurak çölde sular sel gibi çağlar
Tekmil şuara gamla şiir yazsa da Sâfi
Gökler bile ağlarsa O’nun aşkına ağlar
———-
Ağlar tanıyan aşkı, yanar meşk ile ağlar
Kâmil olanın kalbi emin, gözyaşıdır bu
Ağlar nefes aldıkça cihan aşk ile ağlar
Elbet bilinir bizde, kimin gözyaşıdır bu
Gökler bile ağlarsa O’nun aşkına ağlar
———-
Mef û lü me fâ î lü me fâ î lü fe û lün -
Osman Yusuf ŞAHİN.”TURUNCU SEVDA”

(13.06.2015)
osman_yusuf_sahin@hotmail.comHani hep derler ya aşkın rengi kırmızı, ayrılığın rengi sarıdır diye…
Sevdalarımı hep Turuncu yaşadım ben !!! Kavuşmayla ayrılık iç içe…
Yâre, elimi uzatsam tutacak kadar yakın, gönlümü uzatsam yetişemeyecek kadar ırağım.
Dedim ya sevdalarımı hep turuncu yaşadım ben…
Sevdamı dile dökmekten âciz olduğum sevgiliye içten içe nida ederim;
Ey sevdâsı gönlüme kast eden yâr!
Bilir misin?
Sen benim her hâliyle hâllendiğim hâlimsin, sen benim her sözde söylediğim kâlimsin…
Gözlerime baksan yanacağımdan korkarım,
Benden gayrisini anacağından korkarım
Elleri kendine yâr sanacağından korkarım
Sevdamın ayrılığa döneceğinden korkarım
İşte bu sebepten İçimde ayrılıktan yana damla damla korku birikiyor… ve bu korku beni tarifsiz kederlere gark ediyor… Ayrılık ne acı bir sözdür öyle!!!
Var mısın?
Bir sabah koşar duygularla gelip, sevda ateşinde demlenmiş çayla birlikte sevda kahvaltısı yapmaya? Gönül sahilinde pervasızca uçuşan martılara Aşk ekmeği atmaya… Taşı, toprağı, havayı, suyu, gökte uçuşan kuşları Aşkın rengine boyamaya?
Ama biliyorum ki sen bana yasaksın! Sana kavuştuğum gün aşkımı kaybedeceğim…. Bu yüzden olsa gerek ne tam kavuşmayı ne de tamamıyla ayrılığı istiyorum. Sevdamı turuncu yaşamak istiyorum ben….Neyzen Tevfik Fuzûlî’ye yaptığı bir tahmis’te Farsça şöyle bir mısra kullanır;
Hest-î zevk-i câvîdan-î der firak-û vuslateş
Yani kısaca, aşkın zevki, aşkın kalıcı zevki kavuşmayla ayrılığın özdeşleşmesindedir.
Tıpkı kırmızıyla sarının birleşip turuncuya dönüş hâli gibi
İşte bunun için ki sevdalarımı hep turuncu yaşadım ben.
Sahi aşk ne demekti bunu bilen var mı? İtiraf edelim ki aşkın tarifi kabil değil… Sanırım tarif edilememesinin sebebi ruh denilen o muammadaki insanların adını dahi koyamadığı hissiyatların tamamının bir anda şaha kalkmasındandır… Şairler aşkı anlatırken o an için aşktaki sadece bir duyguyu veya bir kaç duyguyu esas alarak şiir yazarlar. Zaten bütün hissiyatları esas alarak aşkı anlatmak muhaldir zira insanların adını dahi koymaktan âciz kaldıkları hisleri duyguları vardır. Bütün bunları söylerken Âşıktan beklenen diğer insanların terennüm edebileceği zahire akseden haller vardır meselâ;
Aşığın sevgiliden gayrı derdi yoktur, Aşığın gönlünün iç acılarının toplamı her daim yâre eşittir.
Ve kavuşmayla ayrılığın arasında kıldan ince kılıçtan keskin bir çizgi vardır. Aşığın yâr’dan gayrı derdi varsa yahut dert ettiği şeyin nihayeti yâre varmıyorsa o kişiye âşık denilebilir mi? Âşık aşkından divane olmamışsa, her baktığı yüzde gözde sevgiliyi görmüyorsa, Âşık ile maşukun arasına giren rakip ile merdâne cenk etmiyorsa, nefsini gönül havuzuna atıp bir buz parçası gibi eritmiyorsa o kişiye âşık denilebilir mi? Ne de güzel ifâde etmiş Sultan Fatih;Ağlasa âşık belâ-yı hecr ile nâlan olub,
Gözlerinden akan anun yaş yerine kan olubGeh cefâ kûhi gubârından urunsa kisveti,
Geh belâ vadisini geşt eylese üryan olubHer ne denlû cevrler görse vefalar eylese,
Her ne denlû gülseler hâline ol giryân olub,Râz-ı aşkı aşikâr etmeye tâkat bulmasa,
Sinesinde nâvek-î dil-dûzlar pinhân olubDilberinden rahm-î er olmazsa ol dil hasteye,
Kimseler derdine derman edemez imkân olubGam beyabanına eylese her gün seyr-û sefer,
Her gece mihnet serâ-yı firkate mihmân olub,Verseler mülk-ü cihânnun tac-u taht-ı devletun,
Avnî kûyun terkin etmez başına sultân olub
Sultan Fatih, Aşkın kanunu yazdığı bu gazelde âşıktan beklenen hallerden dem vurmuştur… Kanlı gözyaşları, vefa, sadakat, sır, gam, keder, fedakârlık….
Aşk, yanmak sanatı, Âşık’ta yanmak sanatkârıdır… Maşuk naz eder Âşık niyaz eder ve bu pazarda canın hiç bir kıymeti yoktur…. Yunus Emre, “Canımı satarım alan bulunmaz” derken, Yenişehirli Avnî ”Çarşû-yu dilde değmez mülk-ü imkân bir pula / Genc-î Kârun bir pula taht-ı Süleyman bir pula/ Avnî’yâ dellal-ı gam her dem nidâ etmektedir/ Var mıdır bir müşteri yüzbin dil-û cân bir pula” derken, Âşk iddiasında bulunan er kişilere ve hatun kişilere bunu anlatmak istemişlerdir… Bütün bu olumsuzluklara rağmen Hakikî âşıklar zerre m -
Şair-publisist Asif Asimanın doğum günü münasibətilə tədbir keçirilib








Yanvar ayının 23-də Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Asif Asimanın doğum günü münasibətilə tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə şairin qələm yoldaşları və dostları yaxından iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday ilk növbədə, tədbir iştirakçılarını salamlayaraq, şair-publisist Asif Asimanın keçdiyi şərəfli ömür yolundan ürəkdolusu danışıb.Sovet hakimiyyəti illərindən ədəbi-bədii yaradıcılığa başladığını,dövri mətbuatda müntəzəm olaraq, şeirlərinin və publisistik məqalələrinin dərc olunduğunu, ədəbi mühitdə istedadlı şair kimi qəbul olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.Müxtəlif illərdə qələmə aldığı şeirlərindən səsləndirib.
Tədbirdə iştirak edən şairin qələm yoldaşları və dostları da şair haqqında ən xoş xatirələrini bölüşüb, arzu və istəklərini dilə gətiriblər.Yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyiblər.Düzənlənən tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirən tədbirin səbəbkarı şair-publisist Asif Asiman Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, şair-publisist cənab Rafiq Odaya müraciət edərək, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya, sevgi və sayqıya görə sonsuz təşəkkürünü və minnətdarlığını bildirib.Ömrünün ən xoşbəxt anlarını məhz qələm yoldaşları və dostları ilə keçirdiyinə görə, çox xoşbəxt olduğunu dilə gətirib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” -
Yalçın YÜCEL.”Fırtına Gelirken”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Ne zamandır bir sıkıntı var havada
Dargınlık gelecek gibi yeniden
Sis kapatacak gibi güneşi
Gün doğmakla batmak arasında tedirgin
Fırtına geldi gelecek
Toparlayıverdim şiirlerimi masadan
Bir sözün kaldı yalnızca
Kelimelerin korkulu fırtınadan
Cam kenarı çiçeklerin sessiz
Kırmızı gül işlemeli yeleğin yalnız
Sitem eder gibi bakıyor duvardaki resmin
Karardı iyice gökyüzü
Her şey kaçar gibi bir şeylerden
Fırtına ha koptu ha kopacak
Değişmeyen duvar ve tavan kaldı sanki
Sözcükler yerden yere vuruyorlar kendilerini
Beyin zarları gerilmiş davul derisi gibi
Tokmak olmuş sinirler
Çalıyorlar sevginin son izlerini
Yekinmişte gidiyorsun arkana bakmadan
Pişirdiğin yemek ocakta kalmış fırtınasız. -
Yalçın YÜCEL.”Sevgim Koşarken Yanına”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Uzaklardan geliyorum
Üstüm başım yalnızlık eskisi
Yol yalınayak önümde
Sokak saklanmış bir yerlere
Kuytu bir köşeden bakıyor gibi
Geceyi büyütüyor gibi kendineÜşürken ayrılığım yeniden
Yakandaki çiçekten ağlıyor gözlerim
Hüzün yeniden yerleşiyor yanıma
Eskittiğimiz günleri getiriyor tek tek
Bırakıyor yavaşçaSen gittiğinden beridir
Yaptığı hep aynıdır zamanın
Buruşuk günlerimi
Koymaz ki bana düzelteyim
Üşütür durur düşüncemi
Bunun için arar sevdam seni hepUzaklardan geliyorsam
Duramadığımdandır bir yerlerde
Sevgim benden önce koşup duruyorsa
Yaşlanmışlığımdandır bilesin. -
Harika UFUK.”GÖLGE”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Günaydın işlerinizde başarılar, bol kazançlar dilerim. Gününüz şeker tadında geçsin.
Tam oracıkta,
Yerlerde…
Yapayalnız yatan bir karaltı…
Yürüdükçe beraberinde gelen,
Hep sürünen, zavallı!
Yanında değil,
Tam ayaklarının dibinde…
Köpek kadar sadık;
Ama ışıklı anlarımızda kaybolan
Dulda yanımız!
Ruh üflenmemiş mi ona?
Yazgısı bu mu yoksa?
Hey, gölgem!
Acıyorum sana,
Ayrıl artık benden
Bul artık kişiliğini,
Yazılsın yeniden yazgın,
Umutların varsa…
Unutma;
Ben sensiz de yaşarım,
Yeter ki dolaşma ayağıma!Adana.25.05.2008.Saat:17.45
-
Harika UFUK.”BUGÜN CUMA”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
MÜJDELİ BİR GÜN OLSUN. HAYIRLI CUMALAR…
Güler yüzle eksik etme selamı,
Bugün cuma Müslüman’ın bayramı…
Dualarla uzaklaştır hep gamı,
Bugün cuma Müslüman’ın bayramı…Yardımlaşma, dayanışma zamanı,
Kalbimizde hissedersek âmanı,
Mutlulukla dolar ömrün her anı,
Bugün cuma Müslüman’ın bayramı…Harika dost içtenlikle seslenir,
Duymazsanız bakışları sislenir,
Güzellikler iyilikle beslenir,
Bugün cuma Müslüman’ın bayramı…Adana.23.01.2015.SAAT: 12.30
-
Gülten ERTÜRK.”Ağıt”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
YETER ARTIK YETERRRRR TERÖRÜ LANETLİYORUM…
Dağların başı dumanlı
Nefesler teklemede
Kim bilir
Kaç umutlu çare beklemede
Merhamet kepçe kepçe
Gönüllere hüzün doldu
Kiminin acısı evlat
Kiminin sevgili yar oldu
Ülkemde yiğitlerim gittikçe
Ben karayı bağladım.
Ellerimi başımın ortasına aldım
İçin için ağladım…
Sabırlar oluk oluk akmakta
Ateş düştüğü yeri yakmakta
Hüznü yaşayan özler
Yaşlı gözlerle bakmakta
Kasvet sardı benliğimi
Damarlarımda kanlar dondu
Nefes almakta zorlandım
Yiğitlerim şehitlik mertebesine kondu… -
Gülten ERTÜRK.”ASKER OĞLUM KEMAL’İME”
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi
Dün akşam bu saatleri büyük oğlumu askere gönderdim. Ona yazdığım bu şiirimi siz dostlarımla paylaşmak istedim.
Salladım salladım ayak üstünde
Yavrumu büyüttüm kucak üstünde
Ne zaman büyüdün uzun kirpiklim
Oğlum asker oldu ocak üstündeNe muratlar varmış sağ olan ersin
Kabaran göğsümde şanlı sefersin
Tez zaman içinde gidip gelesin
Mevlam şefkatini önüne sersinAkraba arasında gurur kaynağım
Bereket içinde yağmur sağnağım
Kemalim yiğidim sen ilk göz ağrım
Ekmek üstündeki ballı kaymağımAllahım Kemal’im emanet sana
Cümleyi alemle kanat ol ona
Oğulum orduya güle güle git
Şerefli gururlu mutlu bu ana04. 11 .2014
-
Təvəkkül Görüşlünün yeni kitabı işıq üzü görüb
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı şair Təvəkkül Görüşlünün “Bu sevgi bir əbədiyyət” adlı yeni şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində, “Elm və təhsil” nəşriyyatı tərəfindən 194 səhifə həcmində, 300 tirajla işıq üzü görüb.
Kitabın redaktoru və ön sözün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-jurnalist Nəcibə İlkindir.
Kitaba müəllifin son zamanlar qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Kitab müəllifin oxucularla sayca ikinci görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə istedadlı şair Təvəkkül Görüşlünün “Xaraba kəndim” adlı şeirlər kitabı işıq üzü görmüşdü.Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” -
Təvəkkül GÖRÜŞLÜ.Yeni şeirlər
GÜNƏŞ DOĞSA GÜLƏR ALƏM
Duman alar dağ başını,
Qüssə, kədər, qəm gətirər.
Gələr, çalar, ağ, başını,
Sevincini kəm gətirər.Dərələrə yatar duman,
Su götürər, artar duman,
Zirvələrə çatar duman,
Özü ilə nəm gətirər.Gecə olsa , çıxarsa ay,
Üzün yuyub, baxarsa ay,
Nurun yerə sıxarsa ay,Ulduzları cəm gətirər.
Günəş doğsa, gülər aləm ,
Qalmaz qüssə, nə də ki, qəm,
Qucaqlaşar yerlə bahəm,
Həyat üçün dəm gətirər.13. 01. 2016
. . QAZIRAM
Gah dərddən yazıram, gah da sevincdən,
Könlüm nə deyirsə onu yazıram.
Həsrətdən yazıram, gah da sevgidən,
Sevdada batıram, eşqdə azıram.Soyuğu vursa da çölümü qışın,
Nisgili çöksə də canıma yaşın,
Köksümə sıxıb da həyatın daşın,
Odlu bir baxışı tutub qızıram.Çəkib də köksümə bulud, dumanı ,
Yaradıb içimdə dərya, ümmanı,
Gözləyib vaxtını, tutub zamanı,
Ormanda bulaq tək axıb, sızıram.Çəkdim acısını qismət, taleyin,
Ömrü biçən yoxdu zamandan yeyin,
Könlüm kökləyibsə kədərin neyin,
Səssizcə çalmağa daha hazıram.Sözlərdən saraylar tikmək istərəm,
Sözlərlə tablolar çəkmək istərəm,
Sözlərdən səadət əkmək istərəm,
Qələmim əlimdə artıq qazıram.12. 01 2016

























