Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 10021 - 10080 of 12. 744 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Debüt: Ümid SADƏ (Salyan rayonu).Yeni şeirlər

Post Views: 45 Ümid Yaşar oğlu Əsədov 1996-cı ildə Salyan rayonunda anadan olmub.2013-cü ildə Əliağa Kürçaylı adına 7 saylı texniki fənnlər təmayüllü məktəb- liseyini bitirib.Tam orta təhsillidir.16 yaşımdan ədəbi yaradıcılıqla məşğul olur.Şeirləri “Qələbə” və “Aysberq və həyat” qəzetlərində çap olunmuşdur.”Kürün töhfəsi” ədəbi birliyinin üzvüdür. Heyif Kəpənək ömrü də sürmədik heyif Bulud arxasında gün olub batdıq …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 50 DÜNYA DÜŞÜNCƏLƏRİ Həyat öz ahənginə, İnsanı uzlaşdırır. Mənasız yaşayanlar. Onu ucuzlaşdırır. Heç kəsin amanı yox. Sabahı gözləməyə. Təkcə ümid qalıbdır, Ötəni özləməyə. Həyatın qiyməti var,– Bədəli ömür-gündür. İnsan günahlarıyla, Bu dünyaya sürgündür. Bütövlər parçalanır, Zərrələr azman olur. Dəryalar sısqalaşır, Damlalar ümmün olur. Vaxt olur ki, sanırsan, Nəbzi durub zamanın. Möcüzələr gözündə, Adiləşir …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.Yeni şeirlər

Post Views: 63 ÜRƏYİMİ ALIBDI Əllərimdə ətirinin qoxusu, Saçlarımda sığalların qalıbdı. Xəyalımda gecələrin yuxusu, Ürəyimi sənin adın alıbdı. Baxışında məhəbbətin nidası, Dodağında sevgimizin sədası. Harda olsam canım-gözüm, qadası, Ürəyimi sənin adın alıbdı. Yaşadığım bu saatı, zamanı, Səndə tapır xoşbəxtliyi, gümanı. Dağlarımı nəfəsinin dumanı, Ürəyimi sənin adın alıbdı. Gülüm sənsən dərdlərimin çarası, Yaşadıqca qəlbim sənlə qalası, …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.Yeni şeirlər

Post Views: 44 VAXTIDIR Aman Allah, belə gözəl harda var? Tel şəlalə, göz piyalə, yaxa dar. Sinəsində yetişibdir qoşa nar, Qoynunda gəzməyə əlin vaxtıdır. Onsuz ürəklərdə kədər, ah olar, Harda belə günəş olar, mah olar? Könlünü açmamaq min günah olar, Sevirəm deməyə dilin vaxtıdır. Bu duruş, bu yeriş, bu naz, bu əda, Salıbdır aləmə soraq, …

Azərbaycan ədəbiyyatı

Nail DAĞLAROĞLU.Yeni şeirlər

Post Views: 47 Anamın son günlərində (2003-cü ildə) Ey əcəl, sən Allah əl saxla biraz, Anamı əlimdən alma nə olar. O mənim varlığım, ürəyim canım. Araya hicranı salma nə olar. Mən ona öyrəşdim əzəldən bəri, Alıb apararsan boş qalar yeri. Götürə bilmərəm bu dərdi- səri. Dərdlərimə bais olma nə olar. Dünyaya gətirdi böyütdü məni, Saçına …

Azərbaycan ədəbiyyatı

Nəriman ZEYNALZADƏ.Yeni şeirlər

Post Views: 39 QARABAĞA EL GÖNDƏR Qırılıb sarı simim, Saçından üz, tel göndər. Yollardadır gözləri, Qarabağa el göndər. Vətənin öz laylası, Ağlasın öz anası, Qırılıb onurğası, Qaldırmağa bel göndər. İt oynadan meymunlar, Özlərindən məmunlar, Qırdı bizi məmurlar, Qoy aparsın, sel göndər. 03.02.2016 BOŞ SİNİF OLAYDI, BİR DƏ İKİMİZ Boş sinif olaydı, bir də ikimiz, İstərdim …

Azərbaycan ədəbiyyatı

Şakir XANHÜSEYNLİ.Yeni şeirlər

Post Views: 50 HANI O DAĞLAR… Aydın müəllimə Dağdı o dağlar… Hanı O kələ – kötür daşlar Bax, əzsə ayağımı Ürəyim rahatlanar… Kötüyündə köntöylük, Qayasında qabalıq – İncə, zərif duyğular Doğuran nahamvarlıq!.. Dar – dolaşıq cığırlar, Əyri – dolay o yollar Deyər: – Əyriliyi qoy, Burdan düzgünlük apar… Dərə – zülmətxanalar, Gözqaraldan yarğanlar; Gördüm ki, …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.Yeni şeirlər

Post Views: 34 STİ QƏLB EVİMİN DOĞMA KƏSİSƏN Sən mənim könlümün şirin avazı, Sən mənim ruhumun dinən səsisən. Sən varsan duymuram qarı, ayazı, İsti qəlb evimin doğma kısisən. Su kimi şəffafsan, günəş tək parlaq, Paklıq zirvəsisən, əlçatmazsan sən. Həyatla çağlayan şirin bir bulaq, Şəfanı, nurunu azaltmazsan sən. Sən düzlük simvolu, xeyirxah mələk, Hörmətə, izzətə layiq …

Azərbaycan ədəbiyyatı

Məmməd QƏDİR.Yeni şeirlər

Post Views: 65 Gəlmədin Gəlişinə quzu qurban demişdim, Quzularım qoç oldular, gəlmədin. Yollar necə dayandılar üzümə, Ürəyimlə öc oldular, gəlmədin. Çəkdiklərim saçlarımda car oldu, Payız ötdü, tufan gəldi, qar oldu, Taleyimdə yox olanlar var oldu, Var olanlar heç oldular, gəlmədin. Nida qəddim sual oldu əzabdan, Sual verib nə anladım cavabdan, Ömür boyu şələ tutdum savabdan, …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 43 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, NƏ DEYİM İNDİ Çox inanmışdım mən, o zaman sənə, Nə etmək olar ki,üzü dönənə? Getdin,sənə gülüm, etmirəm tənə, Getdin, sevməyən çox, onlar sevindi, Bizi sevənlərə, nə deyim indi? Çox sevmişdim mən,o zaman səni, Haqq islah eyləsin, yoldan edəni. Kimsə tuta bilməz, özü …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

Post Views: 65 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü UNUDACAĞAM Mənə əzab verib nakam eylədin, Sənsən məhəbbətim, ömrüm söyvlədin. Indi aç gözünü, bir bax neylədin, Bu eşqin oduna …

Azərbaycan ədəbiyyatı

Arzu RÜSTƏMSOY.Yeni şeirlər

Post Views: 56 * * * Köynəyinin qoynu açıq, Yaxası boz-bozumtuldu. Səhərdən bəri könlümün, Ruhumun qaşı tutuldu. Göylərdən yerə süzülür, Xalısız ilmə düzülür. Bu yağış bizimki deyil, Yolunda könlüm üzülür. …. Nəyim vardı yaşamağa,dünyada, Bir ananın arzusunda doğuldum. Söz umduğum gətirmədi,heç yada, Mən səhərin yuxusunda boğuldum… Həsrətimi qovub qaçdı qara qış, Gözlərimdə yuva qurdu,qaraquş.. Köksü …

Azərbaycan ədəbiyyatı

Mehri ƏLİYEVA.Yeni şeirlər

Post Views: 51 AĞDAMIN,ŞUŞANIN HƏSRƏTİNDƏYƏM İtirib yurdumu,qərib diyarda Ağdamın, Şuşanın həsrətindəyəm. Ötür göz önündən Kötəl,Xaçında Çay baxçamı,Qarqarımı gəzirəm, Ağdamın, Şuşanın həsrətindəyəm. Daşaltında şəhid ruhu nigaran, Həsrətliyəm Cıdırdan,Topxanadan, Ötsəydim Laçına böyük yarmadan. Bəlkə boynu bükük Xarıbülbüləm, Ağdamın, Şuşanın həsrətindəyəm. Şahbulaq dağların duman bürüyüb, Bənövşələr kol dibində bükülüb, Qızılgül həsrətdən boynunu büküb. Ay Ağdamım,darda qaldın deyirəm, Ağdamın, …

Azərbaycan ədəbiyyatı

Mehriban İBRAHİMOVA.Yeni şeirlər

Post Views: 42 QAYĞI GÖSTƏRƏNLƏR Dibçəkdə bəslənən körpə fidana, Səhər su verməsən solub gedəcək. Evdə bəslədiyin pişik balası, Bir qarın çörəyə möhtac kimidir, Tikəni verərsən alıb gedəcək. Qayğıya möhtacdır bil ki, hər zaman , Hər gün ətrafında gəzib,dolanan. Sadə həqiqətdir bu gün ,ey insan, Qayğı göstərərsən,qayğı görərsən. Zamanın əlində əsir zamanın, Yolunu anbaan kəsir zamanın, …

Publisistika

Ədəbiyyatda və teatrda “çadra”

Post Views: 42 “Bürünmüşük bir qara çadraya, açıb xilas olmaq istəyəni də öz çadrası ilə boğuruq” Ədəbiyyatda və teatrda bu “çadra”dan danışmaq istəyirəm. Açıq-saçıqlıq, əsərlərdə vulqarizmlər və səhnədə açıqlığı qısıtlanmayan göstərilər tez-tez müzakirə olunan və həllini tapmayan bir məsələdir. Əslində bir problem kimi qoyulsa da, ortadakı sorunun nə olduğu bəlli deyil. Ədəbiyyat birbaşa yaşamdır, teatr …

Azərbaycan ədəbiyyatı

Nəzakət Bədirovanı doğum günü münasibətilə təbrik edirik! (4 fevral)

Post Views: 38 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş,yanaqlarınızdan təbəssüm əskik …

Türkiyə ədəbiyyatı

Yalçın YÜCEL.”SEN”

Post Views: 46 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Sen bir başkasın güzel Yüzümü aydınlatansın Yüreğimle oynaşansın Üzerime dökülen sıkı bir yağmursun Yalnızlığıma çöküp kalan acısın Sen rüyalarımda açan çiçek Gülümseyen bir çocuk gibisin Kucakladığım sevginde El ele tutuştuğum özlemsin Sen yaşamsın güzel Bir başkasın ayrıksı Ucundan tutup sürüklediğim.

Türkiyə ədəbiyyatı

Yalçın YÜCEL.”SAYGILI OLMAK”

Post Views: 36 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Kişi ilkin kendine saygı duymalıdır. Kendisine saygısı olmayanın başkasına saygılı olması beklenemez. Saygınlık bireyden topluma doğru bir oluşum gösterirse, o toplumun sosyoekonomik çizgide düzenli kalkınmasının da nedeni olur. Son yıllarda en çok gereğini duyduğumuz konulardan biridir saygılı olmak, olabilmek. Artık kimse kimseye saygı göstermez bir …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”KAPI”

Post Views: 50 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Günaydın. Dikkat edin günün birinde tekrar çalacağınız kapı ebediyen yüzünüze kapanmasın. Kapalı o kapı şimdi Çalsam açılır belki… Ama acaba kapıyı açacak olan Beklediğim kişi mi? Seven çok şans verir sevdiğine Kolayca kapatmaz kapılarını ama Sevilen çok kırılmıştır belli ki Kapandı mı bir kapı hayatınızda …

Azərbaycan ədəbiyyatı

Harika UFUK.”İLLE DE AHDE VEFA”

Post Views: 39 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Sevenlerime, sevdiklerime, vefa duygusuna sahip olanlara dilerim ki güzel bir gün, güzel bir hafta olsun. Hayattaki en güzel duyguların başında, Sevgi, saygı, hoşgörü ille de ahde vefa. Bulamazsın bir nebze nankörlerin aşında Sevgi, saygı, hoşgörü ille de ahde vefa. Değerlerde gizlidir, İki cihanda sefa. Kemale …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

Post Views: 43 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü AĞLAYIR Qarabağım, qəm ocağım, Gözüm ağlayır adına. Göyə sovrulan torpağım, Üzüm ağlayır adına. Düşmən kəsib sağın, solun, Qalaq qalaq …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

Post Views: 40 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü QARABAĞIM Neçə ildir yol gözləyir, Canm qərib Qarabağım. Qəlbi insan tək sızlayır, Canım qərib Qarabağım. Ocağları sönüb qalıb, Ev …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Bilmirəm nə deyim sənə bu yaşda”

Post Views: 80 Bilmirəm nə deyim sənə bu yaşda, Ilk dəfə vurulan uşaq deyiləm. Bir az utancağam,bir az da tənbəl, Neyləyim, elə də qoçaq deyiləm. Kəsdirib qapımı budu son bahar, Ayağım altında xəzəldi illər… Mənim qız qaytaran vaxtım ha deyil, Elə görən kimi sevə gözəllər. Yoxsa sən gecikdin bu ömrə-günə, Bilmirəm, gec tapdım bəlkə mən …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Yadımdan çıxır daha”

Post Views: 43 Yadımdan çıxır daha Nə varsa səndən yana. Yolllarım elə bağlı, Gələmmirəm yanına. Səssizcə çiçəkləyir Adın dodaqlarımda. Göz yaşım bir misradı, Donub yanaqlarımda. Üst-başımda,saçımda Həsrətinin qoxusu, Hər gecə yuxumdadı Ayrılığın yuxusu. Sənsiz gör necə itib Ömrün-günün səhmanı. Sızıldayır içimdə Səni görmək gümanı… Bu gün də bitdi belə, Demirəm ki yaşadım… Titrəyən əllərimlə Xəyalını …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Bilmirsən”

Post Views: 62 Götür ürəyini, gəl mənə tərəf… Əriyib yolların qarı, bilmirsən. Bir ümid içimdə çıxıb naxələf, Uçub gedib sənə sarı, bilmirsən. Sanma ki, arzular gəlib keçici, Bu könül yaşını doldurub çoxdan. Bizim taleyimiz iki əl içi, Məndə yarı, səndə yarı, bilmirsən. Ötür bu taleyi, doğul yenidən, Yenidən yolumuz qovuşa bəlkə. Bu ömür sevinci salıb …

Türkiyə ədəbiyyatı

Ahmet Tevfik OZAN.”BİR ÖMRE NAZAR”

Post Views: 101 Hangi taştan yontulmuş şu garip kafatasım? Kâinat zerre zerre içinde raksediyor… Buzları tutuşturan bir alev ihtirasım. Çığlığım yıldızlardan fezaya aksediyor. Güz gelmiş; yaprak değil, dökülen hayallerdir Dün ölmüş, hal perişan, yarın elbet ölecek Ortasında zavallı ben, zavallı, nedendir: Hüngür hüngür ağlasam, her şey bana gülecek Zaman, yanımda akan berrak, sessiz bir nehir …

Türkiyə ədəbiyyatı

Orhan Fatih KUŞDEMİR.”TOKAT’IN SAZI SÖZÜ-4″

Post Views: 47 TOKATLI GEDÂÎ’NİN TASAVVUFÎ ŞİİRLERİ (Yrd. Doç. Dr. -BOZOK ÜNV. FEN-EDB. FAK. T.D.E Bölümü- orhanfatih71@hotmail.com) Bu çalışmada kaynak olarak Sadettin Nüzhet’in “XIX’uncu Asır Saz Şairlerinden Beşiktaş’lı GEDAΔ(1933) ve Muhtar Yayla Dağlı’nın “Bektaşî Edebiyatından Tokatlı GEDÂYÎ- Hayatı ve Eserleri” (1943) kullanılmıştır. Hayatı hakkındaki bilgiler ve şiirleri bu eserlerden alınmıştır. Sadettin Nüzhet’in eserinde 73 şiir, …

Azərbaycan ədəbiyyatı

Şahməmməd DAĞLAROĞLU

Post Views: 101 Şahməmməd Dağlaroğlu (Soltanov Şahməmməd Nurulla oğlu) 1956-cı ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. 1970-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbin 8-ci sinfini bitirib. Göyçay 58 saylı orta texniki peşə məktəbində dülgər-xarrat peşəsi ilə yanaşı orta təhsil alıb. 1975-1977-ci illərdə ordu sıralarında xidmət edib. Müxtəlif illərdə rayonun bir sıra tikinti idarələrində …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Şəfa Vəliyeva “Gənclər günü”ndə mükafatlandırılıb

Post Views: 45 2 fevral 2016-cı il tarixində respublikanın paytaxtı Bakı şəhərində Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Rahilə Dövranın yeni kitabı işıq üzü görüb

Post Views: 37 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə Dövranın “Dövran həmən dövrandır” adlı şeirlər kitabı 2016-cı ildə Naxçıvan şəhərində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 250 səhifə həcmində, 250 tirajla işıq üzü görüb.Kitabın redaktoru şair-publisist Muxtar Qasımzadə, ön sözün müəllifin isə Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 40 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, B Ə S İ N D İ R Yenə də tökmüsən qaş-qabağını, Elə bil dünyanın dərdi sənindir. Sən Allah əritmə ürək yağını, Bu qədər ahu-zar, yetər bəsindir. Gözəldə adətdir, qaşların çatmaq, Qıyqacı baxaraq, əda, naz satmaq. Daha lazım deyil tufan qoparmaq, Əssə …

Azərbaycan ədəbiyyatı

Əziz Musanı doğum günü münasibətilə təbrik edirik! (2 fevral 1951-ci il)

Post Views: 33 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, “Qızıl qələm” media mükafatı laureatını, pedaqogika üzrə fəlsəfə doktorunu, şair-jurnalisti doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Ömrünü Allaha bağlayan şair”

Post Views: 48 Tarix boyu Azərbaycan torpaqlarını işğal etmək uğrunda döyüş meydanlarında Avropa ölkələri arasında qanlı döyüşlər baş verib.Nəticədə ölkələr arasında imzalanmış sənədlərin tələblərinə uyğun olaraq, qədim və zəngin Azərbaycan torpaqları XIX əsrin əvvəllərində qəsbkar yadellilər tərəfindən iki hissəyə bölünüb.Türkmənçay və Kürəkçay müqavilələri deyilənlərə əyani sübutdur. XX əsrin 40-cı illərində İkinci Cahan Müharibəsi zamanı da …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİL.”Ruhum özünü öldürdü”

Post Views: 83 Min üc yüz ölu vardı arzularımın zümzüməsində. Keçmisdi dəlilər dərəni Uçmuş evi havaya sovurmaqa. Bizim evin tavanını qısqırıq səsləri Silkələmişdi. Bədbin ruhlu düşüncələr tarumar etmişdi nigahları. Bir körpə qız olmuşdu, Bir gənc qız qara yaylıq bağlamışdı içimdə. Üzümə gülümsəyirdi baş daşları. Tabutlar gedirdi durna qatarı kimi. Ayaqlarıma sərilib göz yaşları Nağara calırdı. …

Publisistika

Günay HƏSƏNLİ.”Atama bənzəyən oyuncaq”

Post Views: 38 Günəş üfüqdən boylandı, onun al şəfəqləri yerdəki qarın üzərinə səpələndi. Sakit bir qış səhəri idi. Sanki fəlakətdən öncəki sakitliyi xatırladırdı. Həmin gün Lalənin doğum günü idi. Beş ili tamam olurdu onun dünyaya göz açmasının. Doğum gününün nə olduğunu anlamırdı, sadəcə o bilirdi ki həmin gün hamı ona hədiyyələr alacaq. Lalə o qədər …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Ruhum yaz istəyir gözlərimsə qış”

Post Views: 64 Ruhum yaz isdəyir gözlərimsə qış yazı ürəyimə , qışı da sənə unutsan mən sənə deyərdim alqış axı hər fürsət də dönürsən mənə…. Razı olmadınsa ömür payına qoy səni fəsillər əvəz eləsin yaraşmır bu yalan sənin adına yağmur göz yaşımı əvəz eləsin.. Tələsmə… bu qədər vaxtım qalmayıb ömür qısa olur sevən kəslərə eıə …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bakı… Qazax… Ya səbr!”

Post Views: 58 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Hər səs gələn tərəfin Yolçusu sevilməz ki… Payız boyda qəhərin Sarısı silinməz ki… Saçlarını yolmağa Başlayıbdı ağaclar… Bu mövsüm Xan bağında Oturmağa ürək var? Yaxşı ki, yolun düşmür Bu aralar Gəncəyə… Baxışımdan üşüyüb Küsərsən gəlməyinə… Gərək mən də tez …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Şeirlər

Post Views: 53 Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik, xəbərimiz yox… Ramiz Rövşən. … Yenə bu şəhərdə üz-üzə gəldik, Bir-bir boy qaldırdı xatirələr də. Biz ki ayrılmağı heç istəməzdik, Bu da bir naxışmış ötən taledə. Neyləyək, ayrıca şəhərimiz yox, Hərdənbir üz-üzə gələcəyik biz. …

Azərbaycan ədəbiyyatı

Şəfa NUR.Yeni şeirlər

Post Views: 36 Həyatdır… Yaşayırıq… Yalançı dünyanın doğru zamanında. …Tanrıdan aldığımız bir ovuc ömürün oğru zamanında. Hərdən yolda qalır gözümüz… Özümüzü tapana qədər. Uşaq vaxtı o qədər yalanlara inanmışıq- Səhərdən axşama… Axşamdan yatana qədər… İndi daha doğru olan zamana da inanmaq istəmirik… Gözümüzün içinə qədər yalanı gətirib günahı zamanın çiyinlərində gömək istiyirik… …və bəzən də …

Azərbaycan ədəbiyyatı

Ülkər DƏNİZ.Yeni şeirlər

Post Views: 35 Gözlərindən həsrət yağır Gözlərindən həsrət yağır, Ay yağışa düşən bəndə. Vaxtsız gəlib yer üzünə, Təktənha yetişən bəndə. Götür ürkək baxışları, Söykə dünyanın dizinə. Saxla düşən ulduzları, Yapışdır göyün üzünə Bir gün için çıxıb çölə, Çatacaq göyün üzünə. Aldadıb ömür də səni, Atacaq göyün üzünə. Gecə Gəl bağrıma daş tək basıl, Uyu qoynumda …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər

Post Views: 39 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Günəşi yaxın tutun Uzaqdan görünür, Hər şey uzaqdan. Uzaqdan baxıram səadətlərə… Əllərimin ayağı yox, Ha uzadım çatan deyil. Ürəyim ac uşaq kimi Laylalara yatan deyil. Ağ günümün kölgəsində Qaralan həsrətim kimi, Çoox yormuşam ümidimi. Göz yaşımı ürəyimə gizli-gizli …

Azərbaycan ədəbiyyatı

Çinarə ÖMRAY.”Həmin gün” (Hekayə)

Post Views: 49 Yanımdaydın… Mən isə heç vaxt olmadığım qədər xoşbəxt idim. Yadındadı həmin gün?…Cəmi 40 qəpiyimiz var idi.Birde ki, içimizde dünyaya sigmayan xöşbəxtliyimiz. Elə xöşbəxtiydim ki o gün… Allah, ele bil həmən gün bütün şəhər sakinkərinin xöşbəxtliyini alıb mənə vermişdi. Içim içimə sığmırdı. Yad planetdən gələn bir varlıq kimiydim. Şəhər də bir başqa idi …

Azərbaycan ədəbiyyatı

“Dəmir qapı Dərbənd”də şagirdlər arasında bədii qiraət üzrə müsabiqə keçirilib

Post Views: 44 Yanvar ayının 29-da Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçkala şəhərinin 121 km cənub-şərqində yerləşən Dərbənd şəhərində ümumtəhsil orta məktəblərinin I-IV sinif şagirdləri arasında bədii qiraət üzrə müsabiqə keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında özünəməxsus yer tutan Dağıstan Respublikası və Azərbaycan Respublikasının mədəni, ədəbi, …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY

Post Views: 41 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Ramiz Rövşənə 30 il bundan öncənin şeiri Ramiz Rövşənə 1 Bu evin ən “mağmın”, “fağır” Uşağına salam olsun. Göy …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

Post Views: 42 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru XƏBƏRİN VAR… …Xəbərin var? Gecələri, Səninlə-sənsiz yatıram? Qaranlığa, zülmətlərə, Səninlə-sənsiz batıram? Xəbərin var, gözlərimin Mirvariləri daşlıdı. Xəbərin var?! Bəyaz simam, yanaqlarım da yaşlıdı. Gəl sevgilim, coşa-coşa, Ruhda sevgi daşa-daşa, Gəl qovuşaq, biz baş-başa. Məni soruş baxışlardan, Səni gəzən …

Azərbaycan ədəbiyyatı

Təranə Turan RƏHİMLİ.Yeni şeirlər

Post Views: 47 QIŞ LÖVHƏSİ Yaxasını söküb bulud Qar ələyir küçələrə. Bəyaz pərdə çəkib bulud Gündüzlərə, gecələrə. Ağarıb bəxti Bakının, Gəlinlik geyinib şəhər. Qış sirri danışır quşlar Qar üstündə səhər-səhər. «Bəyaz güllər» səpələnir Çölə, düzə ləçək-ləçək. Naxışlanır pəncərəmdə Ulduz-ulduz, çiçək-çiçək. Düzüm-düzüm sırsıralar Ağacların buz sırğası. Sirdi, sehrdi, əfsundu Qarın, çovğunun qovğası. Mürgü döyür göy dalğalar, …

Türkiyə ədəbiyyatı

Terane Turan REHİMLİ.Türkiye türkcesinde şiirler

Post Views: 54 SEVGİMDEN TANIYACAKLAR Kimi insanların izi kalacak dünyada, Kimi insanların gözü. Kimi insanların mezarı anlatacak kim olduğunu, kimi insanların sözü. Herkes isteyecek ismi anılsın, unutturacak yüzyıllar. Yıkılacak yalanlarla yükselen sahte konaklar. Her şeyi bilecek insanlar, Bildikçe kınayacaklar. Ateşler yakılacak suçlu geçmişe. Sadece kelimeleri seçip ayıracaklar, Bir de … beni… Beni sevgimden tanıyacaklar. BİR …

Azərbaycan ədəbiyyatı

Qiymət MƏHƏRRƏMLİ.”EY BAŞI BƏLALI VƏTƏN!”

Post Views: 78 Gör kimlər başına nə cür iş açır, Əzəldən ey başı bəlalı Vətən! Bütün cavabdehlər cavabdan qaçır, Kimə ünvanlayaq sualı, Vətən? De, sənin haqqını kimlər yeyibdir? Kim zərə bürünüb, kim bez geyibdir? Elə bil aqillər boşa deyibdir Bu qədər öyüdü, misalı, Vətən! Səni tox görənlər içdən yanıblar, Haqqı batil edib, görüb danıblar. Səni …

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS.Yeni şeirlər

Post Views: 45 YALANSA SEVGİN… Əgər yalansa sevgin, Baxıb gözün içinə, Söyləsəydim əlvida, Həsrət çəkərmi qəlbin? Fikrim səni unutmaq, Get görünmə gözümə. Könlüm qəmlə yanarsa Bəs eyləməz dözümə. İnanmıram bir daha, Sevə bilim kimsəni. Sevən ürək fərqlidir, Çox istərdim bilməni. Sevgi sədəqə deyil, Külünü yelə verin. Yalvarmayın kimsəyə, Aman, məni sev deyə!!! SƏNDƏN NİGARAN… Bir …

Azərbaycan ədəbiyyatı

Sərəstan ZAKİROĞLU.Yeni şeirlər

Post Views: 85 Tamahı yoxdu Aciz o bəndədir baş əyir yada, Tanrıdan ümüdü pənahı yoxdu. Xöşbəxt o bəndədir fani dünyada, Gözlərin tox tutub tamahı yoxdu. Arzular çıxanda boşa həyatda, Dildə möhtac olur “kaşa” həyatda, Bir şeyi düşünüb yaşa həyatda, Hansısa gecənin sabahı yoxdu. Tanrı quşu belə qoymadı hisssiz, Tövbə et bir günah yox belə əhvsiz, …

Azərbaycan ədəbiyyatı

Sərəstan ZAKİROĞLU.Yeni şeirlər

Post Views: 46 Gözlərim Əlvida söyləyib düzəldin yola, Sən gedən yollarda qaldı gözlərim. Sənli günlərimi fikirləşdikcə, Fikrə xəyala daldı gözlərim. Çay kimi kükrəyib ağlayanda o, Yas tutub qaranı bağlayanda o, Aşiq olanda o ağlayanda o, Məni min əzaba saldı gözlərim. Məhkumam bu eşqin çəkməyə dərdin, Sən mənim qəlbimdə ilk bahar idin, Getdin gedişinlə xəzan gətirdin, …

Türkiyə ədəbiyyatı

Somoğlu (Cafer KIYAKLI).”ÇEŞME”

Post Views: 56 Çeşme niye ağlarsın damla damla yaş ile Senin de dönmüş başın bilinmez uğraş ile Sakın ağlama Çeşme! dile düşersin dile Dikenlidir bu sevda çile üstüne çile Sil gözünün yaşını dudaklarını dişle Durdur dönen başını çağlarsın bu gidişle Acı daim su gibi, bekleme biter diye Çekilen tüm acılar mutluluğa hediye Artık aç yüreğini. …

Azərbaycan ədəbiyyatı

Eldar Nəsib SİBİREL.Şeirlər

Post Views: 39 OLDUM Endi bu sevginin bəxti zirvədən Qalıb quzeyində pərişan oldum. Hər gün yelpikləyib xatirələri, Közərən oduna alışan oldum. Bilmirəm bu yolda günaham, suçam, Daha bu düyünü tapılmaz açan, Hər payız gələndə bahara uçan Qərib durnalara qarışan oldum. Dolan buludundan qəlbim nəm çəkir, Dərdi olan bilər çəkən nə çəkir. Sənli günlərimi bir nağıl …

Azərbaycan ədəbiyyatı

Eldar Nəsib SİBİREL.Şeirlər

Post Views: 51 VAR HƏLƏ Qalmır iştəyindən bu qanlı fələk, Bir sevinc içində min ah var hələ. Bir ucdan üyüdür, yenə də doymur, Dişinin altında iştah var hələ. Buraxma dərdini, gəl, öz başına. Yoxsa dəyər başın əhləd daşına. Aldanma dünyada hər göz yaşına, Dalında nə qədər timsah var hələ. Neylim, mən bu qədər təzadı, neylim?! …

Azərbaycan ədəbiyyatı

Eldar Nəsib SİBİREL.Şeirlər

Post Views: 58 ƏYİLMƏZ BAŞINI UCA TUT VƏTƏN-1990 Ağlama yaraşmır sənə göz yaşı, Qurut gözləriyin yaşını, vətən. Axı qalda gərək igidin başı, Uca tut əyilməz başını, vətən. Yamanca ağırmış Vətən, daşımız, Onu qaldırmağa “dostlar” can çəkir. Yox, daha oyanıb qan yaddaşımız, Bizi azadlığa daha qan çəkir. Zaman dost-düşməni bir-bir tanıdır, Ölməyir Əsliyçün Kərəmlərimiz. Sinəmiz Şəhidlər …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Şeirlər

Post Views: 56 Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik, xəbərimiz yox… Ramiz Rövşən. … Yenə bu şəhərdə üz-üzə gəldik, Bir-bir boy qaldırdı xatirələr də. Biz ki ayrılmağı heç istəməzdik, Bu da bir naxışmış ötən taledə. Neyləyək, ayrıca şəhərimiz yox, Hərdənbir üz-üzə gələcəyik biz. …

Publisistika

Şəfa VƏLİYEVA.”BU İDİ “ÇEVRİLMƏ””

Post Views: 59 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bütün məğrurluqlarımın ilki məğlubiyyətlərim oldu, yenildiyim hər savaşdan öyrəndim qalibiyyəti… Bütün ürəklərdə yer aradığım zamanlar da oldu, bütün gözlərdən küsdüyüm də… Küsmədiyim, incimədiyim təkcə sözlər oldu… Sözlər… Yadımdadı, Aydan Abdullayevanın sevdiyi o şeirdə də küskünlüklərim vardı: Təkcə sən bil… …

Publisistika

Rauf Qərib ALAGÖZ.”Şəhidin Bayrağı”

Post Views: 70 -Ayə, düdük oğlu düdük, Gürcüstandan gəlib bura baydax asırsan? -Mobil əmi, axı bu Azərbaycan bayrağıdı? – Oğraş oğlu oğraş, düş cəhənnəm ol. Guya mən bilmirəm baydax nətəri olur? -Mobil əmi, vallah Azərbaycan bayrağıdı. Tahir şəhid olanda onun tabutuna sarılmışdı. Tahiri basdırandan sonra qırağa tullamışdılar. Götürüb gətirdim evə. İndi də ağaca asmaq istəyirəm …

Türkiyə ədəbiyyatı

Azerbaycan her zaman kalbimizde yaşayacak

Post Views: 41 20 Ocak 1990 günü Rus’ların Azerbaycan’da yaptığı katliamlar İstanbul’da anıldı. Anadolu Aydınlar Ocağı, seçkin üye ve misafirleri ile İstanbul, Fenerbahce TCDDY tesislerinde, 20 Ocak 1990 günü Rus’ların Azerbaycan’da yapmış oldukları katliamlar anısına bir tören düzenledi. 19 Ocak 2016 akşamı yapılan etkinlikte, bir konuşma yapan Anadolu Aydınlar Ocağı Genel başkanı Prof. Dr. İbrahim …