Post Views: 67 * * * Şair çəmən-çəmən uçan kəpənək, Güldən şirə əmən bal arısıdır. Kim deyir,sözünün əri ol ərtək, Şairlər sözünün lal qarısıdır. Əlində deyil ki, taleyi sözün, Sən onu yazmırsan,o yazır səni. Bəzən unudursan,özünü özün, Özündə olmasan,o tapır səni. Ünvanın soruşsan,sor haralıqdan, Sakindir,sükunət deyildir yeri. Bir də görürsən ki,qanqaralıqdan, Doğulur dünyanın ən gözəl …
Əlirza HƏSRƏT.Yeni şeirlər
Post Views: 58 DOSTLARIM Dost sözü dilimdə müqəddəs andım, And içib,elə dost oduna yandım. Ömrün etibarı,ilqarı sandım, Dost üçün canından keçən dostları. Bir dost ətəyidir hər sevən ürək, Üz tutan,əli boş dönməsin gərək! Dünyanın ən gözəl hədiyyəsi tək,- Sevən ürəyimə köçən dostlarım. Bu necə sevgidir,bu nə pir elə? Dost qəmi adamı əridir elə. Ruhumun ibadət …
Kənan AYDINOĞLU.”Qədəmin atanda yenə də qadın”
Post Views: 53 Səhərlər narahat boylanan günəş, Ovsunlu baxışla yenə oyanar. Fəqət dodağından bir kəlmə çıxsa, Bu dünya qayğıya, nura boyanar. Qədəmin atanda yenə də qadın, İsinir qəlblərdə yad olan hisslər. Bir anda dərdini qəlbə söyləyir, Sevincdən, fərəhdən şad olan hisslər. Bir günün sevinci, fərəhi demə, Alta-alta yazılan şerə dəyərmiş. Ömrümdə özüm də bilməzdim ki, …
Şəhanə CƏFƏROVA.”Mənim ürəyim”
Post Views: 64 Bu həyat çox canımı sıxır. Sevgimi başqaları yox, sənin baxışların yıxır. Niyə səni sevməyim boşa çıxır. Dözə bilmir acılara mənim ürəyim!! Səhvmi edirəm səni sevməklə?! Gözlərim kor olmuş yalnız səni görməklə. Bəlkə də sən düz edirsən getməklə. Döyünmək istəmir mənim ürəyim!! Bilmirəm məni sevirsən?! Bəlkə də mənə yalan deyirsən… Deyəsən mənim qismətim …
Elçin Azər SÜLEYMANOV.”Leyləklə Qazanın nağılı…”(Təmsil)
Post Views: 42 Bu gün sizlərə danışacağım hekayə əsrlər öncə Aralıq dənizində yerləşən Kipr adasının Beşbarmaq dağlarında zəhmətinə bəhrələnən Leylək dəstəsində yaşayan ana leyləyin hekayəsidir… Leyləklər aramla illərdən bəri Beşbarmaq dağlarının zirvələrində zəhmətləriylə səbət qurur, yaşayırdılar.İctimai , sosial-bəşəri düşüncələriylə bütün insanlığa dərs verirdi leyləklər… Həyat elə gözəllikləriylə onları sevindirir, gələn xəzan yeli onları üzgün edir …
Qabil ƏDALƏT.”Həsrətimə toy tutacam”
Post Views: 38 Gecənin sənsizliyinə bűrűnűb… Mahnı bəstələyirəm Sükutun addım səslərini Notlara duzub. Həsrətimə toy tutacam Bu gecə…. Divar kağızlarından qoparıb Gűl dəstələyirəm. Xatirəndən qopub dűşműş űmidlərlə Qol qaldırıb oynayacam, Həsrətimə toy tutacam Bu gecə… Arsızlığıma salıb Kədərimi űstələyirəm… Ətrin qalmış geyimlərini yuyub suyunu Yűz yűz vuracam Həsrətimə toy tutacam bu gecə…
Günel ƏLİYEVA.Yeni şeirlər
Post Views: 44 UNUDARSAN BƏLKƏ DƏ Gözlərimin rəngini, Tellərimin ətrini, Şeirimin hər sətrini, Unudarsan ,bəlkə də. Sevdiyin gülüşümü, Hərdən ərköyünlüyümü, Elə mənim özümü, Əzaba dözümümü, Unudarsan, bəlkə də. Könlümün həsrətini, Yoxluğunun dərdini, Sənlə ömrümə gələn Cəhənnəmin qəsdini, Çarəsiz bir xəstəni, Unudarsan ,bəlkə də.
Günay HƏSƏNLİ.”Bir dəstə nərgiz içində bir bənövşə “
Post Views: 54 Uzaq keçmişə qayıdaq, cəmiyyətin yarandığı ilk dövrə. İbtidai icma quruluşunda insanlar yavaş-yavaş təkamül prosesi keçir və təkmilləşməyə doğru yönəlir. Nəhayət daş dövrü, tunc dövrü gəlir. Daş dövründə insanlar qarınlarını doyurmaq üçün daş alətlərlə ov ediblərsə, tunc dövründə tunc alətlərlə ov ediblər. Hadisələr bir-birini əvəz edib, daha mükəmmələ doğru addımlayıb. Hər dövrün öz …
Etibar VƏLİYEV.Yeni şeirlər
Post Views: 46 MƏN DƏ QARABAĞLIYAM Azəriyəm, alqış olsun dilimə. İslam adlı, imanıma, dinimə. Qurban olum vətənimə, elimə. Yurdum Lerik dağ başında, dağlıyam. Lənkərandı, Masallıdı, Ləkidi. Bu Bakıdı, bu Gəncədi, Şəkidi. Bu vətəndi, torpağımın təkidi. Vətənimə, torpağıma bağlıyam. İmişli, Beyləqan,Quba, Qusarda. Salyanda, Şirvanda, Ağsu, Ucarda. Hər yer vətənimdi doğma diyarda. Mən də Naxçıvanlı, Qaradağlıyam. Şüşa …
Abbas SƏFƏROV.Yeni şeirlər
Post Views: 59 Ağlayar Başımın üstünə pəri dolanır, Dünyamın xəyalı, bir qız ağlayar. Göylərin üzündə od tutub yanır, Ulduzlar sönübdü, aysız ağlayar. Boğulub qəhərdən, susub dillərim, Danışmır sözümü, daha sellərim. İtirmiş rəngləri, yaşıl cöllərim, Cüt gəzən sonalar, taysız ağlayar. Ürəkdən gülənlər,daha gülməyir, Sevgini duyanlar,daha duymayır. Ürəyi yananlar, daha yanmayır, Yetimlər qalıbdı, paysız ağlayar. Çiçək də …
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXVI hissəsi
Post Views: 44 Düşünməkdən Eldarın başı ağrıdı. Fidanın yatdığına əmin olduqdan sonra uzandığı yerdən qalxdı. Fidanın başından öpüb, oğlunun burnuna barmağını toxundurduqdan sonra otaqdan çıxdı. Evdən çıxmaq üçün qapını açanda Rəşadın səsini eşitdi. – Hara gedirsən? – İti basdırmağa. Ola bilsin gecə qayıtmaram. Mən gələnə qədər yanlarında ol. – Arxayın ol. Eldar evdən çıxdı. Maşının …
Pərviz Həkimovu doğum günü münasibətilə təbrik edirik! (26 noyabr)
Post Views: 44 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, istedadlı gənc yazarı yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti Özünü sevdirən sən oldun mənə Özümü də yordum,səni də yordum, …
“Azərikimya” İstehsalat Birliyində pedaqoq, şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi qeyd olunmuşdur
Post Views: 48 “Azərikimya” İstehsalat Birliyinin konfrans zalında Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, “Tərəqqi” medallı pedaqoq, şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi münasibətilə tədbir keşirilmişdir. Əvəz Mahmud Lələdağın qələm və peşə dostlarının, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar …
Kamran KARANİ.”Cəllada dikildi baxışlar o gün…”
Post Views: 42 Edama sürdülər bu məhəbbəti, Son sözün,istəyin nədir dedilər. Ruhuna asılmış qara kəndirin Önündə saxtaca kədərləndilər.. Son sözü söyləmək nəyə gərəkdir? Qərarın dəyişməz bunun,bilirlər! Əlində kəndiri tutan cəlladın Tutduğu kəndirin sonun bilirlər! Gözləri bağlanıb baxan hər kəsin, Cəllada dikildi baxışlar o gün… Bəlkə də kədərdən üzülən oldu, Yenə də susaraq baxdılar o gün… …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 43 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru AĞLAYACAQ Ağlayanı çoxdu elin, Çaşmasın heç zaman dilin, Gözündə qalmasın əlin, Saz sınıb, sim ağlayacaq. Özgələr bu dərdi bilməz, Kimsə göz yaşını silməz, Nə qədər ki, elim gülməz, Yanıb, içim ağlayacaq. Həsrətik doğma yaylağa, Əl yetişmir Qarabağa, Arandan qalxmasa …
Məhəmməd TURAN.Yeni şeirlər
Post Views: 46 Xəzər… Coş ay Xəzər… Ümmanları , dalğaları Sinən üstdə yellə biraz… nə olar ki qırma mənim ürəyimi… Bir az nazlan cilvə elə Vallah gələr Xoş ay Xəzər… Coş ay Xəzər Ağla biraz O yelkənli dalğalarda Ümid gətir… mənə biraz sevinc gətir Həsrətimə vüsal gətir… Coş ay Xəzər… Coş ay Xəzər..
Etibar VƏLİYEV.”Niyə?”
Post Views: 54 Niyə xırdalanıb, satılırıq biz. Var dövlət görəndə havalanırıq. Niyə hər oyuna qatılırıq biz. Niyə hər qazanda çalxalanırıq. Niyə dəyişilir hə gün üzümüz. Rəng verib, rəng alan göy üzü kimi. Bu dünya malından doymur gözümüz. Nəfsimiz acgözdür, lap özü kimi. Niyə əmanətə xəyanət edib, Niyə itiririk imanımızı. Niyə xəyanəti bir adət edib, Niyə …
Təranə ŞƏMS.Yeni şeirlər
Post Views: 67 NƏ İSTƏDİM Kİ… Tükənib bitməyən hörgü istədim, Allahdan payımı,bölgü istədim, Anlamaq, eşitmək bilgi istədim, İstəyin, məramın, əgər sevgisə, Ay dəlim, sevmişəm nə istədim ki?! Qəlbini dinləsən, öyə bilərsən, Bu mənəm, sən isə dönə bilərsən, Alışıb yanmasan sönə bilərsən, Zəmi tək, biçilən əgər sevgisə, Qəlbində cücərdim mən itmədim ki?! Yazılan taleyin toruna düşdün, …
Günel ƏLİYEVA.”Kitabların həyatımızdakı rolu”
Post Views: 106 İnsanı gözəlləşdirən onun davranışı, onun əməlləridir. Həyata baxışımızın dəyişməsində, fikirlərimizin düzgün istiqamətə yönəlməsində oxuduğumuz kitabların o qədər böyük əhəmiyyəti var ki. Kitab işıqdır, həyat yolumuzu aydınlığa çıxarar. Bizə doğru yolu göstərər. İnsan nə qədər çox mütaliə edərsə düşüncəsi bir o qədər artar. Elm tükənməz xəzinədir. Oxuduqca bitməz. Hər dəfə kitab oxuduqdan sonra …
Semra MERAL.”SOY İSMİYLE MÜSEMMA BİR ÖMÜR VE SEYFETTİN ÖMER… “
Post Views: 48 semra-meral11@hotmail.com Taşıdığı ismin hususiyeti ile ters düşmemeyi şiar; soy ismiyle müsemma bir ömür sürmeyi düstur edinmiş ‘bir yazar, bir münevver’ dir bizim Seyfettin Ömer… Cahit Sıtkı’nın ‘ortası’ dediği (35+1) otuz altı yıllık kısacık ömrüne, yüz kırk şah-eser inşa eden; bir baş usta, bir ser-mimardır bizim Seyfettin Ömer… Sıradan olmayan disiplinli ve ilkeli …
M. Hâlistin KUKUL.”TÜRK MİLLETİ ZARÎF BİR MİLLETTİR”
Post Views: 43 Türkçe sevdâlısı Nihad Sâmi Banarlı anlatıyor: “Birçokları gibi, benim de dilime bazen bir söz, bir cümle, bir beyit takılır, tekrarlarım. Bir târihte Neşâtî’nin: “Gittin ammâ ki kodun hasret ile cânı bile İstemem sensiz olan sohbet-i yârânı bile” mısrâlarındaki buruk zevki tadıyordum. Arkasından, bir vak’a hatırladım: Bir vapur yolculuğunda, bir Fransız yazarı, tanınmış …
Gülten ERTÜRK.”Öğretmen nasihatı”
Post Views: 61 TÜM ÖĞRETMEN ARKADAŞLARIMIN ÖĞRETMENLER GÜNÜNÜ KUTLUYORUM. ÖĞRETMEN GÖZÜYLE ŞAİRİN KALEMİNDEN EFENDİM… Bak yavrum! Deseler ki yeniden geleceksin Cehaletin izini tamamen sileceksin Ne olmak istediğin yine sen bileceksin Benden sana nasihat gönüllere dol yavrum Bu vatana millete kutlu evlat ol yavrum Bak yavrum! Dağ gibi ol asla bükme ha boyun Diş geçirmesin sana …
Harika UFUK.”Çok mübarek insansın; sevgili öğretmenim!”
Post Views: 46 Bütün meslektaşlarımın öğretmenler gününü candan kutluyorum. İyi ki öğretmen olmuşum. “Sevgili öğretmenim!” dedikçe içim taşar, Çok mübarek insansın; sevgili öğretmenim! Minicik öğrenciler sevgiyle sana koşar, Çok mübarek insansın; sevgili öğretmenim! Hatamı gördün ama tatlı dille uyardın, Anlattığın derslerden ne kadar haz duyardın, Cehalet uykusundan nesilleri uyardın, Çok mübarek insansın; sevgili öğretmenim! Hamurumu …
Kənan AYDINOĞLU.”Kədəri sevinclə gözlərindən çək”
Post Views: 49 “Çəkdim həsrətin desəm, sənə mən, Bəlkə inanmazsan sözlərimə sən?!”. Müəllif. Qəlbindən süzülən duyğularını, Mənə söylədilər o vaxtı, gülüm. Məndə ki, o vaxtı coşub-daşırdım, Dəyişdi şairin bir baxtı, gülüm. Səhərdən-axşama narahat qəlbdə, Ən incə duyğular süzülüb gəldi. Dastanlar qoşanda qəlbimdə artıq, Torpaqdan qəlbimə düzülüb gəldi. O gündən bu günə mənim qəlbimin, Döyünən, çıpınan …
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXV hissəsi
Post Views: 89 Fidan Eldarın nömrəsinə bir-neçə dəfə zəng etdi, cavab vermədi. Sonuncu zəngdən məlum oldu ki, telefon söndürülüb. Təhminə qapıdan içəri girdi. – Sabahınız xeyir, ev əhli. – Təki xeyir olsun. – Nə olub yenə? Fidan stolun üstündəki qəzet parçasını Təhminəyə uzatdı. Təhminə qəzetə baxmamış dedi: – Dünən anonslarda dedilər. Məmur oğludur, deməyə bilməzlər. …
Şəfa VƏLİYEVA.”Bütün Gəncə ağlayır…”
Post Views: 53 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Kim dedi ki, səninçün Bir qız təkcə ağlayır? Bürünüb küçələrə Bütün Gəncə ağlayır… Kim dedi axı sənə Bu qız ölür dərdindən? Gizlənib döngələrə Gəncə susur qəhrindən… Kim uydurub bu sözü: -Bu qız sənsiz öləcək… Inanma, ömrüm-günüm, Qıymaz sevənə Gəncə…
Bizdən adam olmayacaq…
Post Views: 43 Uşaqlar bizim gələcəyimizdir… Tərbiyə, biliklərin, əxlaqın, mənəvi dəyərlərin əsasları uşaq doğulmamışdan öncə və doğulandan ölənədək qoyulur, gen özünü göstərir, ailə tərbiyəsi təsir edir, ətraf mühit, ətrafındakı insanlar, dost-tanış, ictimaiyyətin rəyi çox böyük təsir göstərir insanın fərdiləşməsi prosesinə… Valideynlərin önəmi böyükdür, valideynləri seçmək imkanımız çox zaman bizə verilmir… Bəzən elə valideynlər verilir ki, …
Hasan AKAR.”AY BALAM”
Post Views: 52 “Göçün de zamanı gelir apansız ay balam, Teneşir tahtasına düşer bedenimiz bir gün. Kalmaz mecalim,dönmek için düne ay balam, Omuzlar üstünde yüzeriz sessizce bir gün. Kış gelir,seni yetim bırakırım ay balam, Kilit vurulur kapıma ,tütmez ocağım bir gün. Buz tutar yüreğim,baharı beklerken ay balam, Görmeden yazı,gazel düşer bağıma bir gün. Sevdiklerimden koparır …
“Yuxuların günahı olmur” və “Paralanmış ürək” kitablarının təqdimatı keçirilib
Post Views: 35 21 noyabr 2015-ci il tarixində, saat 15:00-da, Bakı şəhərində yerləşən “Kitabevim” mağazasında yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, “Vehdet.Org” saytının təsisçisi və baş redaktoru, gənc xanım yazar Gülnarə Sadiqin “Yuxuların günahı olmur” ilk şeirlər və “Paralanmış ürək” dlı hekayə və povestlər kitablarının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə …
Zeynəb DƏRBƏNDLİ.”Dayaq dur!”
Post Views: 45 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bu nə dərddir, bu nə müsibətdir, ay Allah Haqq yolundan azıb, bu millət, ay Allah Quyuya düşüb həqiqət, ay Allah Nə olar bu millətimə dayaq dur. …
Şəfa VƏLİYEVA.”Əlindən düşməyən şəkil…”
Post Views: 36 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Adamı elə yandırır Əlindən düşməyən şəkil… Öz-özündən utandırır… Güzgülərdən yana çəkir… Adamı elə göynədir Sevilmədiyini dərk etmək… Adı üstündə:-sevməkdir Öz ölümünə ərk etmək… Adamı elə söylədir “O”ndan gizlədilən sözlər… Gedəni yoldan əylədir Yollara ağlayan gözlər…
Fidan ABBASOVA.”Uzaqlar çəkidirir həsrət qəlbimə”
Post Views: 35 Uzaqlar çəkidirir həsrət qəlbimə yaxında olmağın önəmli deyil Varlığın bəs edir hər gün ömürümə gözlərim sevginə salıbdır meyil… Bəzən darıxanda baxıb rəsminə fikirlər aparır məni əksinə baş qoyub rahatlıq tapdığım sinə Sən demə əslində isyançı deyil… Məni öz sehrinə salıb ürəyin bütün arzularım, bütün diləyim, Sən varsan sevgimə hər an baş əyim …
Ramiz FƏRƏCOĞLU.Yeni şeirlər
Post Views: 53 Hz. Əli Rəbbim olaraq başda, Məhəbbətim Əlidir… Cavan və ahıl yaşda, Güc ,qüvvətim Əlidir… İslamın sərkərdəsi, Hüccətullah Əlidir. Lərzə salar nərəsi, Əldə silah Əlidir… Qoy deyim olsun əyan, Hər dir kəs bilməlidir… Allah, Mühəmməd,quran, Arxasında Əlidir… Əldə zülfüqar olan, Səlləllahi Əlidir… Söyləsəm olmaz yalan, Din səbahi Əlidir… Elmim Hüseyn Kəbəla, Güc-qüdrətim Əlidir. …
Şəfaqət CAVANŞİRLİ.”Arzunda arzunammı?”
Post Views: 35 Gözlərim yol çəkər Sənə qədər. Həyatında yerim yox. Kaş biləydim xəyalında yerim nə. Arzunda arzunammı? Kaş biləydim o arzuda yumruq boyda çırpınan ürəyində yerim nə Kaş biləydim o ürəyin niyyətində yerim nə Qorxum tənhalıq deyil, Tək qalmağa nə var ki, Dörd divar arasında sakit səni dinləyən məzlum qonaq olarsan. Hərdən özün də …
Elşən SABİROĞLU.Yeni şeirlər
Post Views: 63 Bu qəmli çağlarda,bu ağır gündə, Aldığım bəd xəbər sarsıtdı məni. Gözüm yaşla dolu,kədər içində, Bir daha izlədim “Muxtarnamə”ni. Zalım,lənət olsun sənə hər zaman, Atdığın yenə də dəydi hədəfə. Həzrəti Hüseynin qisasın alan, Muxtar şəhid oldu ikinci dəfə. Hər bir epizodu,hər bir səhnəni, Saldın məharətlə ürəyimizə. Muxtartək tanıdıq filmdən səni, Özünü Muxtar tək …
Eldar Nəsibli Sibirel.Şeirlər
Post Views: 59 YAŞAYIR GÖZÜMDƏ SƏNİN HƏSRƏTİN 1978 Yaşayır gözümdə sənin həsrətin, İlk eşqin ağrısı, acısı kimi. Sənin şübhələrin bu məhəbbətin Qalıb xarirəmdə qayğısı kimi. Gözlərdən yayınıb, gəlib durardım, Pəncərən önündə qərib kimi mən. Gedib xəyalınla ovundurardım, Körpətək ağlayan ürəyimi mən. Mənim gəlişimlə qanadlanardı, Zirvəyə qalxardı qürurun o gün. Bir anda qəlbində ümid yanardı, Daşardı …
Eldar Nəsibli Sibirel.”Yaddaş” (Poema)
Post Views: 45 Ön söz yerinə Vətəndən uzaqda doğulsam da mən, Bu torpağa verdim könül varımı. Tənzif əvəzinə ümidlərimlə Sarıdım sağalmaz yaralarımı. Çəkdiyim əzabla, udduğum qəmlə Çoxu elə sandı, öləcəyəm mən. Ancaq bilmədilər, gün işığında, Bahar arzularının yaşıllığında Təzədən dünyaya gələcəyəm mən. Mən başdan-ayağa səbrəm,dözüməm, Zaman çox sınayıb səbrimi mənim. Otuz yeddidən bəri hər gün …
Etibar VƏLİYEV.Yeni şeirlər
Post Views: 58 MƏN DƏ QARABAĞLIYAM Azəriyəm, alqış olsun dilimə. İslam adlı, imanıma, dinimə. Qurban olum vətənimə, elimə. Yurdum Lerik dağ başında, dağlıyam. Lənkərandı, Masallıdı, Ləkidi. Bu Bakıdı, bu Gəncədi, Şəkidi. Bu vətəndi, torpağımın təkidi. Vətənimə, torpağıma bağlıyam. İmişli, Beyləqan,Quba, Qusarda. Salyanda, Şirvanda, Ağsu, Ucarda. Hər yer vətənimdi doğma diyarda. Mən də Naxçıvanlı, Qaradağlıyam. Şüşa …
Aqil SABİROĞLU.”Maraqlı dünyadır…”
Post Views: 41 Kimiyə zülmət, Kimiyə çıraqlı dünyadır. Birinin pulu,sərvəti, Birinin qeyrəti on yeddi ton. Birinin zəkası,düşüncəsi, Birinin quru söhbəti on yeddi ton. Kiminin başına düşən, Kiminin başının daşı on yeddi ton. Kiminin gülüşü, Kiminin gözünün yaşı on yeddi ton. Birinin ölüsü, Birinin dirisi on yeddi ton. Birinin gövdəsi, Birinin gerisi on yeddi ton. Cəfərin …
Abdulla MƏMMƏD.”Payiz yaman tələsdi”
Post Views: 53 Külək çaldi yel kökləyən kamançani, Şahə qalxdi ağaclarin həyəcani. Yarpaq örtdü yay ətirli göy xonçani, Payiz yaman tələsdi. Susdu şirin nəğməsi də turaclarin, Doluxsundu nanəsi də yamaclarin. Həna yaxib əllərinə ağaclarin Payiz yaman tələsdi. Gözüm düşdü ağaclarin sirğasina, Əsmə külək, sirğa düşər, sirğa sinar! Həsrət qaldi bu cöllər də durnasina, Payiz yaman …
Qalib ŞAMXALOĞLU.Qıfılbənd
Post Views: 42 Lap əzəldən elm onunla başlayır , Altı-üstü , solu vardır , sağı yox . Çoxarvadlı olmağı çox xoşlayır , Hamısının saqqalı var , bığı yox . O nədi ki , hər ölçüdə lax olur , Boyu kiçik , amma , gücü çox olur . Qara düşsə müvəqqəti yox olur , Suyu vardır …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 74 ƏLİNCƏ Günəş uca zirvəsindən boylanır, Yamacları çən- dumandır Əlincə. Hər qayadan bir salnamə oyanır, Tariximə şöhrət, şandır Əlincə. Qan rəngində çox qayası, çox yeri, Sinəsində nizə yeri, ox yeri. Şahinləri bürc üstündə əsgəri, Düşmən gəzir nə zamandır, Əlincə. Sınmış daşdır dəbilqələr, zirehlər, Sınmış daşdır cahangirlər, fatehlər, Daşdan qeyrət, daş cəsarət, daş hünər, …
Rəhim MEHNƏT.Yeni şeirlər
Post Views: 63 ELƏMİ Mən dəliyəm, sən adlı eşq əlində, Dolanıram sən sevdanın yelində. Gecə-gündüz adın mənim dilimdə, Sən də mənlə alışmısan, eləmi? Ayrı olsan ağ saçıma dən düşər, Kədər gələr, sevinc məndən gen düşər. Baxışınla həyatıma gün düşər. Sən də nura qarışmısan, eləmi? Yandırıb qəlbimi döndər kömürə, Soyuq suya salıb döndər dəmirə. Ruhunu mənimlə …
Məhəmməd TURAN.”Bəndalı Coşqun” (Məqalə)
Post Views: 78 Bəndalı Coşqun…Bu adı eşidəndə ümidi bir saç teli qədər qalmış “ədəbi mühit” arzularım sağalır… Bəndalı Şəmkirin Zəyəm kəndində anadan olub həmin kənddə oxuyub , boya-başa çatıb… Bəndalını ilk görən gün poeziyasıyla tanış olduğum gün elə sevindim ki… Şəmkir indidən çox böyük bir fərəh duymalıdır ki qoynunda Bəndalı kimi bir Qəzəlxan yetişir… Bəndalı …
SOCAR-ın «Azərikimya» İstehsalat Birliyi tərəfindən həyata keçirilən müxtəlifyönümlü tədbirlər Sumqayıt gənclərinin diqqət mərkəzindədir
Post Views: 61 SOCAR-ın «Azərikimya» İstehsalat Birliyi 5 ildən artıqdır ki, Sumqayıt şəhərinin ictimai, mədəni, sosial həyatında yaxından iştirak edir, kimyaçıların və şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün davamlı olaraq mədəni-kütləvi tədbirlər həyata keçirir. Bu tədbirlər sırasına Sumqayıt gənclərinin bilavasitə sağlamlığına, şəhərdə idmanın kütləviliyinin artırılmasına yönəlmiş idmanın müxtəlif növləri üzrə sağlamlıq spartakiadaları, mini-futbol, voleybol, …
Elnurə AĞAZADƏ.”Cəfər Cabbarlının “Oqtay eloğlu” əsəri haqqında”
Post Views: 195 Mən inanmıram ki, Azərbaycanda dahi dramaturq Cəfər Cabbarlını tanımayan olsun. Ömrü qısa olmasına baxmayaraq, mərhum şairimiz incəsənətin bir çox sahəsində özünü sınamış və ölkəmizə öz töhfəsini bəxş etmişdir. O, nəinki şair, nasir, tərcüməçi, kinossenarist eləcə də kinosünas və teatrşünas idi. Cəfər Cabbarlı yaradıcılığı Azərbaycan kino və teatr sahəsinə misilsiz xidmət etmişdir. O, …
Elnurə AĞAZADƏ.”Azərbaycan şairi”
Post Views: 55 Dünya yarananda lal idi insan, Şüuru olmayan can idi insan Dünyanı insana tanıtdırdı söz, İnsan ağlına hakim oldu söz . Sözdən inci kimi düzüldü cümlə, Hissi fikirlə yaşatdı cümlə Tanrı ilhamı verdi şairə, Şair sevdirdi şeiri qəzəllə Söz nəsihətdir elin sərvəti, Azərbaycandır şairlər evi Mənim vətənimdir şerin elçisi Muğam üstündə qəzəl sevgisi. …
Elnur RƏSULOĞLU.”Əliağa Kürçaylı poeziyasında tersina”
Post Views: 73 Avropa lirik janrlarından olan tersetin xüsusi şəkli – “tersina” italyan mənşəli “terzina”, “terzarima” sözləri ilə bağlı olub “üçüncü qafiyə” mənasını bildirir (Литературный энциклопедический словар. Москва, «Советская энциклопедия», 1987, стр.439). Tersinanın bütün üçlükləri bir-biri ilə xüsusi qafiyə bağlılığına malikdir. Belə ki, ilk bənddən başlayaraq hər bəndin ikinci misrası sonrakı bəndin birinci və üçüncü …
Gülnar SƏMA.Yeni şeirlər
Post Views: 58 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Göyçək Fatma Mən Göyçək Fatmayam, düşüb başmağım Sizin küçənizin o tərəfinə. Bir sevgi nəğməsi zümzümə etdin, Düşdü həyatının qu tərəfinə. İlk və son nəğməni dilə gətirdin, Amma bir dinləyən olmadı onu. Mənimçün ölərək düşdü tarixə- O boyda ömrünün tək …
Şəfa VƏLİYEVA.”QAPILARI TAYBATAY AÇIN… QAPIYA ƏLƏM GƏLİR!”
Post Views: 58 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Uşaqlıqdan hamı mənə qəribə baxırdı. Ailəmizdə dörd uşaq vardı. Ancaq məni kəndimizdə heç kim tanımırdı. Qapıya gələn qonaqlar mənim də qonaq olduğumu sanırdılar. O qədər qaraqabaq uşaq idim ki, bir dəfə qonşu qadınlardan biri demişdi: – Qızın baxışlarına bax, …
Təranə Turan RƏHİMLİ.Yeni şeirlər
Post Views: 49 *** Həyat – heçdən, yoxluqdan Var olmağa gəlməkdi. Ölüm – həyatda nə varsa Son anda qədrin bilməkdi. Ömür – hara getdiyini Bildiyin yola çıxmaqdı. Yol – qalaq-qalaq arzuyla Yazıq ürəyi sıxmaqdı. Sevgi – qəlbin hasarından Yaxın bir qəlbə aşmaqdı. Ad günü – bir addım daha Ölümə yaxınlaşmaqdı. İLAHİ SÖZDÜR ŞEİR İlahi sözdür …
“Həyatın yaşama düsturu… və yaxud Təvəkgül Məmmədovun ömür yolu haqqında düşüncələr”
Post Views: 67 Giriş Əslində hər bir insanın ömür yolu bir dastandır – ömür dastanı. Bu dastanın təməli insanın dünyaya gəldiyi andan qoyulur. İnsanın haqq dünyasına qovuşması ilə sona çatır. Əslində bu “sona çatır” ifadəsi də şərti xarakter daşıyır. Bu sonluq o insanlara aiddir ki, yaşadığı 60, 70, 80, 90, 100… illik ömründə özündən başqa …
Talât ÜLKER.”MEMLEKET GÜZELLEMESİ”
Post Views: 57 “Gönül ayrılmayır öz baharından İlham baharından söz baharından Deyiremvetenin birce kış günü Yahşıdır gurbetin yüz baharından” (Nebi Hezri) Güneşi avlamaya karar verdiğimiz gün Göçtük diyar-ı Rum’a Hazar’ın kenarından Baştanbaşa bu yurdun ve onu saran göğün Devraldık tapusunu Roma’nın küffarından Gök girsin kızıl çıksın bakarsak ardımıza Diye yemin eyledik düzen verip kopuza Söz …
TOKAT’IN SAZI SÖZÜ-2
Post Views: 58 TOKATLI BİR HAKK ÂŞIĞI HACI RESÛL ESER ( ÂŞIK PÜRYÂNÎ ) Turgay Akarslan Geçen asrın ilk yarısında dünyaya gelen aşığımız 1931 yılında Tokat’ın Arapören köyünde hayata merhaba der. Dertler, mihnetler, sıkıntılar ve yokluklar içerisinde geçen çocukluk ve gençlik yılları adeta onun ruh dünyasını nakış nakış işlemiştir. Tokat ve çevresinde mana ikliminin sultanlarından …
Nermin AKKAN.”BENDEKİ BARAJ SENDROMU!”
Post Views: 56 Çocuk zamanlarımın en büyük vurgunuydu istimlâk edilen köyüm, suyun azar azar yuttuğu çocukluğum. Toparlanan eşyalar, “gitmem,beni burada bırakın” direncinde yaşın dibine vurmuşlar ve her biri bir başka şehre sürüklenen yavuklular, götürülemeyecekleri için tüketilen koyunlar,inekler,tavuklar horozlar velhasıl ölüm kalım arasında canlar. Bilmiyorum bu hengâmede benim kadar can çekişen oldu mu,Pulur tepe çimenlerini benim …
«Azərikimya» İB-də Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Breyn-rinq” bilik yarışı keçirilmişdir
Post Views: 50 SOCAR-nin «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Breyn-rinq” bilik yarışması keçirilmişdir. “Azərikimya” İB-nin də təmsil olunduğu yarışlara Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, YAP Sumqayıt şəhər təşkilatının, şəhər təhsil şöbəsinin, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma …
Elnur RƏSULOĞLU.”İlk məhəbbətim!”
Post Views: 45 Uduzdum sevgidə, bir gün həyatda Sən uduzacaqsan, ilk məhəbbətim! Bilirəm, olanda dövlətim, varım Məni pusacaqsan, ilk məhəbbətim! Qulaq asdın, baxdın əğyar deyənə, Alçaldın, əyildin səni əyənə. Cəh-cəlal içində qızıl ləyənə Al qan qusacaqsan, ilk məhəbbətim! Ölsən, izin qalmaz bu yer üzündə, Sən də diriləssən məhşər günündə. Günahkarsan, durub Tanrı önündə Laltək susacaqsan, …
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək
Post Views: 77 17-19 dekabr 2015-ci il tarixlərində Bakı şəhərində Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.
Şəhriyyə QƏZƏNFƏRQIZI.”Uşaqlığı istəmirəm”
Post Views: 53 Ətrafımdakı insanların, demək olar ki, 90%-i zamanla uşaqlığını xatırlayır. Atdığı addımları, dediyi sözləri, hətta danışdıqları hadisə baş verərkən yediyi yeməklər belə yaddaşlarında. Anam rəhmətlik hər zaman uşaqlığından danışırdı. Və xüsusi qeyd edirdi ki: ” o zaman mənim iki yaşım var idi. Çünki atam hələ sağ idi”. Həmişə belə insanlara həm həsəd aparmışam, …
Günel ƏLİYEVA.” Tanrıya əmanət ol, Şuşam!”
Post Views: 51 Soyuq qış fəsli ,zülmət bir gecə. Göylər ah çəkir ,buludlar ağlayır .İntizar nəğməsi oxuyur təbiət .Şuşa daş qəfəsdədir .Elə hey qolundakı zəncirləri qırmağa çalışır. Qəlbimə hökm edən Vətən sevgisi ,yurd eşqi cəsarətləndirir məni ,güc verir qollarıma .’’Mən Şuşamı xilas etməliyəm ‘’deyərək ona tərəf yollanıram . Elə bu an qeybdən bir səs eşidilir …