Category: Azərbaycan ədəbiyyatı

  • Fidan ABBASOVA.”Dünyanın ən gözəl varlığı qadın”

    10002736_579200848823982_1119556194_n (2)

    DÜNYANIN ƏN GÖZƏLİ VARLIĞI QADIN.

    Dünyanın ən gözəl varlığı qadın,-
    onun gücü ilə sevgi yaranıb.
    Hər zaman qadını daim ucaldın,
    onların eşqindən dastan yazılıb.

    Ən zərif, ən gözəl duyğularında
    içində bir gizlin qadın yaşayır.
    “Cənnət anaların ayağı altda”,-
    böyük bir mənanı hər an daşıyır.

    Nə qədər xoş sözlər deyilsə, azdır,
    var olun analar, bacılar yenə!
    Dünyanın sevinci körpələr olub,-
    onlar da minnətdar qalırlar sizə………….

    Anamın adından bütün analar,
    təbrik eyləyirəm sizi ürəkdən!
    Fidandan hədiyyə sizə, bacılar,
    yadigar qalacaq ən xoş diləkdən……………..

  • “Azərbaycanın və Türkiyənin istedadlı xanım yazarlarına dəstək” layihəsi

    10002736_579200848823982_1119556194_n (2)

    8 mart “Beynəlaxalq Qadınlar Günü” münasibətilə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı “Azərbaycanın və Türkiyənin istedadlı xanım yazarlarına dəstək” layihəsini həyata keçirir.
    Layihənin rəhbəri Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın istedadlı gənc xanım yazarı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri Fidan Abbasovadır.Layihə çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində və Azərbaycan Respublikasında yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan xanım yazarların ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri, publisistik qeydləri, poemaları dərc olunaraq facebook sosial şəbəkəsində ictimaiyyətin nəzərinə çatdırılacaq.Yazılar mart ayının 7-i, saat 22:00-a qədər qəbul olunur.Layihədə yalnız xanım yazarlar iştirak edə bilər.
    Yazılar marta ayının 8-də saat 10:00-dan etibarən həm Gündəlik İnformasiya Agentliyində, həm də Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalında yayınlanacaq.

    İnformasiya dəstəyi: “Carci.az” və “Atev.az”
    Təşkilati dəstək: Gündəlik İnformasiya Agentliyi
    Maliyyə dəstəyi: “Konsaltinq-az.com”

  • Fidan ABBASOVA.Yeni şeirlər

    10002736_579200848823982_1119556194_n (2)

    Ana

    Həyatda ən böyük varlığımsan sən
    Sən mənim ömürüm həyat eşqimsən
    O qədər doğmasan sən çox əzizsən
    Mənim ömrüm duyğum həyatım Ana!

    Sən laylay demisən uşaqkən bizə
    Səhfimi deməyib vurmayıb üzə
    Hər zaman qorxmusan göz dəyər bizə
    Mənim həyat yolum tək sənsən Ana!

    Övlad şirin olur deyib atalar
    Ananın əvəzi çətin tapılar
    Sənə açıq olar bütün qapılar
    Sən qibləgahımsan mənim ay Ana!

    Xəstə olan zaman səndə yanmısan
    Sən bizə həyatda böyük dayaqsan
    Böyüklük səndədir sən olacaqsan
    Dünyanın qiymətli gövhəri Ana!

    Hərdən aramızda inciklik düşür
    Sanki ürəyimə ağır yük düşür
    Biraz keçməyirki o an ötüşür
    Etdiyim səhfimi bağışla Ana!

    Analıq şərəfdi vüqarlı dağdı
    Övladın xoş günü anaya ağdı
    Gülüstana bənzər bir böyük bağdı
    O bağın bağçanın gözüsən Ana
    Dilimin əzbəri sözüsən Ana!

    Sənə əvəz olmaz sənə tay olmaz
    Deyirlər torpaqdan inan pay olmaz
    Anasız günəşin nuruda qalmaz
    Kölnümün gözümün nurusan Ana!

    * * *

    Bir dəniz kənarı bir qumlu sahil
    ayaq izlərini özündə saxlar
    bir tale yazısı, bir dəki qatil
    öz etdiyi səhfi o anda anlar.

    Nə isdədi bizdən saxda məhəbbət
    indi əli-qolu bağlı əsirəm
    nə bilim hər anı sınayan həyat
    mən onun dərdinə hər vaxt dözürəm.

    Bəsdir ürəyimə, əziyyət verdin
    bəsdir bu yalanı, bir doğru bildin
    axı sən ilk gündən belə deyildin
    sənin şübən ilə çox üzülürəm.

    Fidan sönük həsrət , dərin bir yara
    axdarma sevgiyə tapılmaz çarə
    bəxdində, gözündə , rəngində qara
    səni xəyal sanıb hər gün sevirəm……………………….

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    575949_448528385223558_1371442086_n

    HƏR GÜN ÜRƏYİMİ SİZƏ ATIRAM

    Rəsmin gözlərimə düşdü dənizdən,
    Gördüm eşq boylanır burda hər izdən.
    Pərdəsi çəkilən pəncərənizdən.-
    Hər gün ürəyimi sizə atıram.

    Quşlar eşələnir alın tərimdə,
    Dolaşır dünyanı bu xəbərim də
    Əllərim dustaqdır boş ciblərimdə,
    Çırpınıb özümü sözə atıram.

    Ahımdır həmdəmi quzeydə qarın,
    Kim olmaz heyranı bu etibarın?
    Yerini vermədi köhnə dostların,
    Təzə dostlarımı təzə atıram.

    GƏL SEVDA DURUŞLUM,AYRILIQ BOYLUM

    Gəl sevda duruşlum,ayrılıq boylum,
    Düşüm gözlərindən,yaxınlaş mənə.
    Görək baxışların nə pıçıldayır,-
    Belə nə söyləyir o göz-qaş mənə?!

    Hər açıq sərhəddən bir vətən keçir,
    Vətənə qoşulub hər yetən keçir.
    Yollar qanadlanıb üstümdən keçir,
    Əlvida deyən yox vətəndaş mənə.

    Mən zirvə həmdəmi,sən uca dağım,
    Dağlardan üzüldü əlim-ayağım.
    Sözə söykənmişəm,sözdür dayağım,
    Oyuncaq görünür hər savaş mənə.

    GÖZÜM XUMARLANDI SIĞALLI SAÇDA

    Ürəkdən su içib sözə dad gəlib,
    Dodağı nəğməli,könlü şad gəlib.
    Döşündə telli saz,bir ustad gəlib,
    Döyüşdən danışır,zəfərdən deyir.

    Gözüm xumarlandı sığallı saçda,
    Dillən,qəlbim kimi sən də dil aç da.
    Hamı bir istəkdə,bir ehtiyacda,
    Sənə gətirdiyim xəbərdən deyir.

    Paslanmış qılıncam sığmaram qına,
    Məni bundan belə meydanda sına.
    Sərhəd tellərini basıb bağrına,-
    İgidlər nəğməni səngərdən deyir.

    LALƏLƏR ŞAM TUTUB XAL ARASINDA

    Külək yaxasını açıb çəmənin,
    Lalələr şam tutub xal arasında.
    Cənnətdi,behiştdi,ayrı nə deyim?-
    Belə qucaq olmaz qol arasında.

    Bənövşə qoxusu xoşdur cana ki,
    Kim dərsə,əlləri batar qana ki.
    Belə nə baxırsan yana-yana ki,-
    Gülüm, nə durmusan kol arasında?

    Ömürdür yaşanmış günlərin adı,
    Hər yaşda başqadır sevginin dadı.
    Ayaq izlərim də tumurcuqladı,-
    Arxamca uzanan yol arasında.

    GÖZÜMDƏ QIŞLANAN ÇİÇƏK KİMİSƏN

    Elə gözəl getdin,gözəl ayrıldın,
    Unutdum çəkməyə həsrətini də.
    Sevib günahına batdığın eşqin,-
    Ahını çəkməkmiş ən çətini də.

    Gözümdə qışlanan çiçək kimisən,
    Baharı gözləmək yadından çixib.
    Sənin baxışında aynalanmağa,-
    Ruhumla qol-boyun ayrı can çıxıb.

    Çarmıxa çəkilən yol ayrıcıyam,
    Gülür ayrılığın dan üzü burda.
    Qəriblər nə gözəl səcdəyə gəlib,
    Bu qürbət bayrağı sancılan yurda.

  • Qabil ƏDALƏT.Yeni şeir

    Qabil_edalet (2)

    8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə gənc yazar Qabil Ədalət bütün anaları təbrik edir!

    * * *

    Qəlbimdə döyünən ürəyim mənim,
    Dar gündə istəyim, diləyim mənim.
    Tanrı dərgahında mələyim mənim,
    Hər zaman qayğıma qalanım, ANA.

    Gecələr yuxusuz qalanım oldun,
    Qadamı hər vədə alanım oldun,
    Ömrünü odlara salanım oldun,
    Övlada pərvanə olanım, ANA

    Hər dərdə əzaba sən tab gətirdin,
    Özün ac qaldınsa bizi yedirdin.
    Könül bağçasında övlad bitirdin,
    Ömür gülşənimdə bağbanım, ANA.

    Peyğəmber adına veribdi qiymət,
    Ayağın altına səribdi cənnət,
    Ana naləsindən qopar qiyamət,
    Uca müqəddəslik ünvanım, ANA.

  • Fidan ABBASOVA.Yeni şeir

    10002736_579200848823982_1119556194_n (2)

    * * *

    Özünü bu qədər yorma boşuna
    mənli günlərini çoxdan itirdin
    hər gün səflərini salıb yadına
    bir gül əvəzinə tikan bitirdin……….

    Qəlbimə batdıqça tikanlı sevgin
    bir az da yaramı qanatdı durdu
    kəskin bıçak kimi hər gün sözlərin
    o təmiz beynimi daha da yordu…….

    Bezdik günlər ötdü tükəndi sevgi
    əvəzində nifrət kin qazanmısan
    nə yaxşı hisslərin güclü deyildi
    boşuna yorulub sən inanmısan.

    Öyrəşmək , alışmaq zamana düşər
    bir gün yaradılan bir gündə ölür
    qəlb yalın qədrini biləni sevər
    bunuda ürəkdən sevənlər bilir………….

    Ömür qısa deyil gəl uzatmayaq
    Fidanı həsrətlə yordu ayrılıq
    yadıq biz , bu qədər doğma olmayaq
    axırda özümüz sevgini yorduq…………………

  • “Bir Bənd Şeir” müsabiqəsinin nəticələri…

    01111qalib

    Azərbaycanın Mədənniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin Azərbaycan Yazıçılar Birliyinin yeni saytına istinadən yaydığı məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin yeni sözcüsü Xəyal Rza tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinin qaliblərinin adları mart ayının əvvəlində yeni işıq üzü görən “Kitabçı” jurnalında açıqlanıb.Qaliblərin mükafatlandırma mərasimi mart ayının 11-də, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Klubunda olacaq.
    Qeyd edək ki, “Bir bənd şeir” müsabiqəsi yanvar ayının 2-dən-31-ə qədər davam edib.Müsaqibəyə 150-dən çox şeir daxil olub.

  • Kənan AYDINOĞLU.Şeirlər

    Kənan AYDINOĞLU

    HƏM YUNUSSUZ, HƏM RUMİSİZ DÜNYADA

    Necə qəlbim alışmasın, yanmasın?!
    Necə qəlbim ömrü suçlu sanmasın?!
    Necə qəlbim tək Allahı anamsın?!
    Həm Yunussuz, həm Rumisiz dünyada?!

    Ustadlara mən ehtiram bəslədim,
    Cavanları Haqq yoluna səslədim.
    Həsrət çəkib mən Mehdini gözlədim,-
    Həm Yunussuz, həm Rumisiz dünyada!

    Dərinkən bir fəlsəfəni anladım,
    Günahlardan öz-özümü danladım,
    Həzin-həzin nəğmələrin dinlədim,-
    Həm Yunussuz, həm Rumisiz dünyada!

    Parça gətir gözlərimi bağlayım,
    Dəsmal gətir bir azca mən ağlayım,
    Ustadlara bu gün mən yas saxlayım,-
    Həm Yunussuz, həm Rumisiz dünyada!

    MƏNİM HƏR YAZILAN KÖRPƏ ŞEİRİM

    Görəsən, İlahi, xoşbəxtdirmi bəs,
    Mənim hər yazılan körpə şeirim.
    Kədəri özünə doğma bilibmi,
    Mənim hər yazılan körpə şeirim?!

    Əhdindən dönməyən qızlara bənzər,
    Qəlbi ovsunlayan gözlərə bənzər,
    Dodaqdan süzülən sözlərə bənzər,
    Mənim hər yazılan körpə şeirim.

    Allahdan süzülüb, “Quran”dan keçib,
    Kürboyu Muğandan, Arandan keçib,
    Metedən bu yana Turandan keçib,
    Mənim hər yazılan körpə şeirim.

    Bir candan bir ruha hopub gələcək,
    Çevrilib tufana qopub gələcək,
    Sevgili yarını tapıb gələcək,
    Mənim hər yazılan körpə şeirim.

    Hökmdar oğludu, böyük saraydı,
    Qəlbimə, ruhuma hopan haraydı.
    Ömrümə nur saçan günəşdi, aydı,
    Mənim hər yazılan körpə şeirim.

  • Qabil ƏDALƏT.Şeirlər

    Qabil_edalet (2)

    AĞLAYAN ŞEİR

    Qırıldım.
    Bilirəm eşitmədin.
    Ciliklərim doğradı içimi, sızıldadım.
    Kədərlənmə deyə,
    Gülüşümü sərdim
    ağrılarımın üstünə…
    Qarşılıqsız bir sevginin,
    səfil xəyallarına dala-dala
    unutmuşam özümü.
    Toplamağa çalışıram qəlbimi.
    Ciliklərim doğrayacaq hisslərini,
    ən yaxşısı toxunma.
    Yığışdır addımbaşı unutduğun ümidləri,
    yığışdır.
    Yeriməyim çətin olur.
    Yapışır ayağıma ümidlərin.
    Toxunma yarım qalmaq istəyim var.
    Bu şeirdə qarşılıqsız bir sevgimə ağladım .
    Ağladim…Ağladım…
    Göz yaşımda həsrət üzdü
    ümidimin sahilinə çatmağa.

    VƏTƏNSİZ YAŞAMAQ

    Qürbət elin baharı da qar imiş,
    Naz-neməti çinar verən bar imiş.
    Burda həsət ömrə vəfadar imiş,
    Yad ellərdə keçən ömrün dadı yox..!
    Vətənsiz yaşamaq… Bunun adı yox…

    Nə yaşda olsan da, uşaq kimisən,
    Kim axtarasan, burda kimi, sən?
    Nəylə ovunasan, nəylə isinə? –
    Yad ellərdə keçən ömrün dadı yox..!
    Vətənsiz yaşamaq… Bunun adı yox…

    Tikan üstündəsən hər an, elə bil,
    Sabaha etmirsən güman, elə bil…
    Ha dedim, ha güldüm amma ki, Qabil,
    Nə nöqtə, nə sual, nə nidadı… – yox,
    Vətənsiz yaşamaq… – bunun adı yox…

    Ukrayna, 04.10.2012

  • Esmira ƏLİYEVA.”Ta ki sevdiyinin yalanına qədər” (Hekayə)

    1393831647_1957530_682074538502143_1992958383_n

    Günlərin axını o qədər tez gəlib keçdiki.Səliqəli və bəzən dağınıq.Hər şeyə biganə könül sevməkdən heç zaman əl çəkmir. Qəm-qüssə kədərlə boğulan qəlb, yenə öz sevgisini səsləyir.Qorxular içərisində yaşadığın hər bir an sevgin üçün ən əziz xatirə olaraq qalır.Bəzən xatirə olaraq adlandırdığımız nəisənin adını dəyişdirmək istərik.Xatirə sözüdə bəzən bizə qəzəb gətirər,əsəbləşərik.Yaşadığımız hər bir xoş günün əbədiləşməsini istərik.Ən dərinliklərə daldığımızda ürəyimiz çırpınar,gözlərimiz dolar.Keçmiş hər zaman bizdə bir qəm –qüssə yaşatmışdır. Arzuladığımız insan yanımızda olsun istərik.Bəzən biz sevdiyimizi digər sevdiyimizə qurban verərik.Amma hər şeyin haqsızlığını üzə çıxaran bir gün gəlib çıxdıqda bəzi şeylər üçün peşmançılıq çəkərik.Əlbəttə atdığımız hər bir addımı yüz ölçüb ,bir biçməliyik.Sonra irəliləməliyik.Amma etiraf edəkki, bunu hər zaman etməyi bacarmırıq.Hər birimiz duyğusalıq.Duyğularımız bizim ən dərin və ən həssas sahibləndiklərimizdir.Bəzən qəlbimizin səsini dinlərik.Sonunda sevincdə ola bilər kədərdə.Həyatı öz ritmi ilə yaşamaq gərək bəzən.Əslində mən düşünürəm ki, qəlb səsi bizi kədərə sürükləsin.O yoldan keçsəkdə mütləq sonu aydınlıqdır.Çünki qəlb Allahımızın bizə bəxş etdiyi hissə boyanar və o hiski onu doğru dinləməyi bacarsaq peşman olmarıq.Olsaqda bizi yanıldan özgə deyil,öz qəlbimizdir.Qəlb üçün,aldanmağa dəyər! İstər yaşadar ,istər ödürər.Bəzən duyğularım o qədər yorğun düşər ki gecələri pəncərəni açıb təmiz meh ruhuma dinclik gətirər.Rüzgar bəzən bizə yön verər.düşündünüzmü bir kərə? Niyə məhz gecələr? Mənim səbəblərim çoxdur.Amma ən sadəsini yazım..Nə zamanki qara düşüncələrimdə itib batıram , ozaman onları qaranlıqlara qərq edərək aydınlığı gözləyirəm.Həmin aydınlıqki, səbirlə açdığım səhər mənə cavablarımı gətirir.Yuxusuz qalmağa dəyər..Bir gün belə gecələrin birində çox pis kövrəldim.İllərin keçməsinə baxmayaraq gecə ilə bağlı hüznümdə var…
    ( yaman ürəyimə darıxma gəlib .Durub bir zəng edim rəfiqəmlə söhbət edim deyə düşündüm əlimi telefona atıb zəng etdim)
    -Salam ey dost! Səsin sorağın gəlsin ,haralardasan?
    -Eh Esi, harda olacam evdə qalmışam həmişəki kimi…
    -Fidan, əziz rəfiqəm darıxmışam sənin üçün nə zaman biz tərəflərə gələcəksən?!
    -Əlbəttə , gələcəm .Sabah bir balaca işim olacaq. Mütləqki onu həll edib gələcəm
    Hələlik ,Fidan o zaman görüşərik-dedim və telefonu bağladım.
    Fidan həmişə qəmli musiqilər dinləyərdi .Bilməzdim hansı səbəbdən o həmişə qəmli idi.O mənə ilk dəfə ürəkdən birini sevdiyini söylədi. O qədər sevinmişdim ki..Mənə onsuz həyatın boşuğunu indi anladığını, dost deyəndə məni, məhəbbət deyəndə onu gördüyünü söyləyirdi..Özü haqda o qədər danışırdıki, hərdən məni dinləməyə hazır olmadığını görürdüm.Mən də çox sevinirdim.Rəfiqəmi xoşbəxt görmək məni də xoşbəxt edirdi.Onların münasibətləri çox yaxşı idi. Bir –birlərini başa düşürdülər. Beləcə aradan bir neçə il keçir.Ancaq onlar hələ də ailə qurmamışdılar.Bir gün rəfiqəm narazı və keyifsiz gördüm.Mənə sevdiyi oğlanın başqa şəhərə gedəcəyini söylədi.Buna baxmayaraq bir-birlərinə məktub yazacaq ya da zəngləşib söhbət edəcəklərinə söz vermişdilər.Xatirə olaraq şəkil çəkdirdilər.Oğlan çıxıb getdi.Bir daha da gəlmədi.Verdiyi telefon nömrəsi də səhv idi.Rəfiqəm hər gün ağlayır onun üçün darıxdığını söyləyirdi.Onu başqaları da istəyirdi.Lakin o ,cavabını, həsrətlə yolunu gözlədiyinə vermişdi.Bunu müqəddəs sayan rəfiqəm əz həyasına sığışdırmırdı.Bir göz qırpımını xəyanət hesab edən rəfiqəm, çox təəssüfki aldanırdı..Daha rəfiqəm yenə küskün həyatına geri dönmüş, danışmaga belə qüvvəsi olmayan ,yorğün birinə çevrilmişdi.Nə bilmək olur taleyi..Bilsəydi rəfiqəmdə bu sevginin müqəddəratını əvvəcədən aydınlaşdırardı.Bir zamanlar məndə qırmızı çaxır içməyi çox sevirdim.Bir gün qədəhimi rəfiqəmə qaldırdım.Qarşımda dayanan rəfiqəmmi deyə öz içimdə sual verdim..Təəccübləndim.İçim qan ağlayırdı.İstədim bir günlük belə olsa onu bu kədərdən uzaq edim.Süzdüm qədəhlərə, içək taleyin şərəfinə ,dünyanın qədərinə -dedim…İçdik-içdik sərxoş olduq.Güldük..səhəri olanları anam xatırlatsada anladımki mən rəfiqəmə heçnə unutdura bilməmişəm..Təsəllilər boş idi..Günlər keçdikcə,rəfiqəm daha da kədəri sinəsinə yarmışdı.özümdə təəccüb qalmışdım.Axı insan bu qədər alçaq olarmı? Yalan bu qədərmi bir insanın iliklərinə işləyər?
    Bir gün bir xəbər gəldi.Evlənmişdi! Bir də uşağı vardı.Adını da Fidan rəfiqəmin adını vermişdi.Bu xəbərdən sonra rəfiqəm daha da dəyişildi.Sevgisi nifrətə, qəlbi daşa döndü.Çox əsəbi, günləri stresli keçirdi.Onu ancaq mən tanıya bilirdim.Çünki onu hər gün görən mən idim.Ancaq onun bu kini ,nifrəti tez də sona yetdi.Sanki keçmişə nəzər saldı.Elə bil rəfiqəmi aldadıb gedən ,onun həyatını cəhənnəmə çevirən o deyildi! Salamlaşdılar.Daha onu rəfiqəm hər gün görürdü.Çünki sevdiyi oğlan yeni evini onların qonşuluqlarından almışdı.Onu hər gün görmək əvvəl sevinci idi, indi əzabı.O buna dözməyirdi.Mənə buralardan çox uzaqlara gedəcəyini söylədi.Heç yadımdan çıxmaz.Gecənin bir vaxtı, ulduzları seyir edirdik.Deyəsən elə bu vaxt da biz, ayrılığıda təsvir edirikmiş.Ən gözəl ulduzu seçirdik.Ayın tamaşasından doymurduq.Rəfiqəm göylərdən ulduzlar içərisindən ən gözəl parlaq birini mənə göstərib dedi:”Bax mənim ulduzumda elə olacaq.Hər zaman ona baxarsan.Çünki səni dinlər olacam”.Bu söhbətdən iki gün sonra rəfiqəm dünyasını dəyişdi.Sanki məni də özü ilə aparmışdı.Heyifki həsrətə,hicrana dözə bilmədi.Alçağı alcaqcasına unuda bilmədi.Vəfasızlığı həzim edə bilmədi.Yuxuları çox sevdiyini söyləyirdi.Ölümüdə bir yuxu oldu.Günahı yalnız sevmək olmuşdu.Hər zaman sualım olub? Bu qədər alçaqlıq niyə? Aldadanı aldatmaq bir yerdə doğrudursa ,aldatmayanı aldatmaq,bəs bunu necə anlayaq? Buna nə ad qoyaq? Bəlkə rəfiqəm onu bu qədər güclü məhəbbətlə sevməmiş olsaydı həyat onu bu qədər sınamazdı.Sevilərdi.Bəzən sevilmək üçün sevmək kifayət deyilmiş.Çünki dünya yalan dünyadı deyə(düşünürdüm bir zamanlar.) Acı da olsa mən həyatıma davam etdim.Rəfiqəmsiz taleyin hökmünü yaşaya-yaşaya..Amma anladım bir gün.Dizimi yerə qoyduran, şükrümü hıçqıra-hıçqıra ağlayaraq dilimə duamı gətizdirən Rəbbimə şükürlər olsun.Yalan dediyim bu dünya əslində nə qədər də gərçəkmiş mənə.Kini,nifrəti unutdum.Rəfiqəmdən fərqli olaraq yaşamağı seçdim.Şükür edərək,inadına yaşadım.Allah təkdir dedim,təkliyimlə sinəmdəki ağrıları sinəmdən ayırmaya çalışdım.Bəli rəfiqəm dünyasını dəyişdi.Bu mənə həyatımın son saniyəsinədək zülüm verici ağrıdı, ruhumda.Amma həqiqət o idiki mən saf sevgini rəfiqəmdə öyrəndim.Məni aldadan sevgini canıma qıyaraq tərk etmədim.Sevgimə qıyaraq canımdan tərk etdim.
    Elə gecələr məhz rəfiqəmlə doğmadır mənə,gecələr aydınlıqdan sabaha açılan yoldur mənə,gecələr xeyirlə şərin mübarizəsi kimidir mənə.Gecələr nəğməli qonağım,ən sadiq dostumdur mənə.
    Elə o gündən də ulduzları seyir etmək həyatımın andı olmuşdu.Hər zaman da deyirəm.
    “ Bütün ulduzlar sənin parlaqlığını qısqanır.çünki ürəyin tək, ulduzunda gecələrində təkdir”
    .Daha gündüzləri yatıb, gecələri oyaq qalıram.

  • Fidan ABBASOVA.Yeni şeirlər

    907355_510197512390983_1574309761_n-1-300x200

    * * *

    Bulud dolar yağış üçün
    şehdə düşər çəmən üçün
    bu dünyada mənim üçün
    səndən əziz kimim varki
    ayrılıqdan qorxmuram mən
    ölüm deyil bir günahdır o sabahkı………..

    Gözlərimdə dəyişibdir
    gülüşümdə dəyişibdir
    ürəyimdə böyüyübdür
    arzularım nə qədərki
    ayrılıqdan qorxmuram mən
    ölüm deyil bir günahdır o sabahkı………..

    Körpə kimi məsum baxan
    saçlarıma çələng taxan
    bir qəlb evin vurub yıxan
    fələk olsa nə vardı ki,
    ayrılıqdan qorxmuram mən
    ölüm deyil bir günahdır o sabahkı………..

    Qonaq kimi çıxıb getmə
    bir gün olub bir gün itmə
    durna kimi burdan ötmə
    payız gələr bilirəmki,
    ayrılıqdan qorxmuram mən
    ölüm deyil bir günahdır o sabahkı………..

    Sən sevgidən daha gözəl
    bəsdir artıq böyü düzəl
    bir ömürə sonsuz əzəl
    yazılmısan o varaq ki,
    ayrılıqdan qorxmuram mən
    ölüm deyil bir günahdır o sabahkı………..

    Əllərimdən bərk – bərk yapış
    Fidan olsun adi tanış
    keçib gedər bu soyuq qış
    bahar gələr unutmazki,
    ayrılıqdan qorxmuram mən
    ölüm deyil bir günahdır o sabahkı………..

    * * *

    Bir dünyada iki qonaq
    biri sənsən biri də mən
    hər birimiz ayrı çıraq
    nur veririk biz bir evden.

    Duyuruq biz hiss edirik
    solumuzda zaman ötür
    görürsənmi biz gedirik
    ancaq isdək burda yatır.

    Qalx ayağa dinlə bir az
    sönük ocaq yanar bir gün
    söz gəldikcə durmaz boğaz
    sanki olar sözün düyün.

    Mən bir ayrı , sən bir ayrı
    ancaq yolun sonundayıq
    könül böyük bir saraylı
    sənlə eyni saraydayıq……………

    Fidan bu gün sevin və gül
    qəm insanı çox qocaldır
    ömür eyni qalan deyil
    onuda insan ucaldır………………….

  • Məhəmmədhüseyn Şəhriyar.”Azərbaycan” (Şeir)

    images

    Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
    Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

    Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
    Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.

    Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinlə
    Abad olub, azad olub mülki-İran, Azərbaycan.

    Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad
    Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.

    Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
    Ustadımız deyib “heçdir vətənsiz can”, Azərbaycan.

    Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
    Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.

    Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
    Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

    İgidlərin İran üçün şəhid olub, əvəzində
    Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.

    Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
    Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

    Bəsdir fəraq odlarından kül ələndi başımıza,
    Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

    Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
    Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

  • Məhəmmədhüseyn Şəhriyar.”Heydərbabaya salam” (Poema) I hissə

    images

    Heydər Baba, ildırımlar şaxanda,
    Sellər, sular şaqqıldayıb axanda,
    Qızlar ona səf bağlayıb baxanda,
    Salam olsun şövkətizə, elizə,
    Mənim də bir adım gəlsin dilizə.

    Heydər Baba, kəkliklərin uçanda,
    Göl dibindən dovşan qalxıb qaçanda,
    Bağçaların çiçəklənib açanda,
    Bizdən də bir mümkün olsa, yad elə,
    Açılmayan ürəkləri şad elə.

    Bayram yeli çardaqları yıxanda,
    Novruzgülü, qarçiçəyi çıxanda,
    Ağ buludlar köynəklərin sıxanda,
    Bizdən də bir yad eləyən sağ olsun,
    Dərdlərimiz qoy dikəlsin dağ olsun.

    Məmmədhüseyn Şəhriyar
    Heydər Baba, gün dalını dağlasın,
    Üzün gülsün, bulaqların ağlasın,
    Uşaqlarun bir dəstə gül bağlasın,
    Yel gələndə ver gətirsin bu yana,
    Bəlkə mənim yatmış bəxtim oyana.

    Heydər Baba, sənin yüzün ağ olsun,
    Dörd bir yanın bulaq olsun, bağ olsun,
    Bizdən sonra sənin başın sağ olsun,
    Dünya qəzov-qədər, ölüm-itimdir,
    Dünya boyu oğulsuzdur, yetimdir.

    Heydər Baba, yolum səndən kəc oldu,
    Ömrüm keçdi, gələmmədim, gec oldu,
    Heç bilmədim gözəllərin necoldu,
    Bilmez idim döngələr var, dönüm var,
    Itginlik var, ayrılık var, ölüm var.

    Heydər Baba, igid əmək itirməz,
    Ömür keçər, əfsus bərə bitirməz,
    Namərd olan ömrü başa yetirməz,
    Biz də vallah, unutmarıq sizləri,
    Görəmməsək, halal edin bizləri.

    Heydər Baba, Mirəjdər səslənəndə,
    Kənd içinə səsdən-küydən düşəndə,
    Aşıq Rüstəm sazın dilləndirəndə,
    Yadındadır, nə hövləsək qaçardım?
    Quşlar təkin qanad çalıb uçardım.

    Şəngilava yurdu, aşıq alması,
    Gahdan gedib orda qonaq qalması,
    Daş atması, alma-heyva salması,
    Qalıb şirin yuxu kimin yadımda,
    Əsər qoyub ruhumda, hər zadımda.

    Heydər Baba, Quru gölün qazları,
    Gədiklərin sazaq çalan sazları,
    Kənd-kövşənin payızları, yazları,
    Bir sinema pərdəsidir gözümdə,
    Tək oturub, seyr edərəm özüm də.

    Heydər Baba, Qaraçəmən cadası,
    Çovuşların gələr səsi, sədası,
    Kərbəlaya gedənlərin qadası,
    Düşsün bu ac yolsuzların gözünə,
    Təməddünün uyduq yalan sözünə.

    Heydər Baba, şeytan bizi azdırıb,
    Məhəbbəti ürəklərdən qazdırıb,
    Qara günün sər-nüviştin yazdırıb,
    Salıb xalqı bir-birinin canına,
    Barışığı bələşdirib qanına.

    Göz yaşına baxan olsa, qan axmaz,
    Insan olan xəncər belinə taxmaz,
    Amma heyif, kor tutduğun buraxmaz,
    Behiştimiz cəhənnəm olmaqdadır,
    Zilhiccəmiz məhərrəm olmaqdadır.

    Xəzan yeli yarpaqları tökəndə,
    Bulud dağdan yenib kəndə köçəndə,
    Şeyxülislam gözəl səsin çəkəndə,
    Nisgilli söz ürəklərə dəyərdi,
    Ağaclar da Allaha baş əyərdi.

    Daşlı bulaq daş-qumunan dolmasın,
    Bağçaları saralmasın, solmasın,
    Ordan keçən atlı susuz olmasın,
    Deynə bulaq, heyran olsun, axarsan,
    Üfüqlərə xumar-xumar baxarsan.

    Heydər Baba, dağın daşın sərəsi,
    Keklik oxur, dalısında fərəsi,
    Quzuların ağı, bozu, qərəsı,
    Bir gedəydim dağ-dərələr uzunu,
    Oxuyaydım: “Çoban, qaytar quzunu”.

    Heydər Baba, Sulu yerin düzündə,
    Bulaq qaynar çay-çəmənin gözünde,
    Bulaqotu üzər suyun üzündə,
    Gözəl quşlar ordan gəlib keçərlər,
    Xəlvətləyib bulaqdan su içərlər.

    Biçin üstü sünbül biçən oraqlar,
    Elə bil ki, zülfü darar daraqlar,
    Şikarçılar bildirçini soraqlar,
    Biçinçilər ayranların içərlər,
    Bihuşlanıb sondan durub biçerler.

    Heydər Baba, kəndin günü batanda,
    Uşaqların şamın yeyib yatanda,
    Ay buluddan çıxıb qaş-göz atanda,
    Bizdən də bir sən onlara qissə de,
    Qissəmizdə çoxlu qəmü-qüssə de.

    Qarı nənə gecə nağıl deyəndə,
    Külek qalxıb qapı-bacanı döyəndə,
    Qurd keçinin Şəngülüsün yeyəndə,
    Mən qayıdıb bir də uşaq olaydım,
    Bir gül açıb ondan sonra solaydım.

    Əmməcanın bal-bəlləsin yeyərdim,
    Sondan durub üst donumu geyərdim,
    Bağçalarda tiringəni deyərdim,
    Ay özümü o əzdirən günlərim,
    Ağac minib, at gəzdirən günlərim.

    Həçi xala çayda paltar yuyardı,
    Məmmədsadıx damlarını suvardı,
    Heç bilməzdik dağdır, daşdır, divardır
    Hər yan gəldi, şıllaq atıb aşardıq,
    Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.

    Şeyxəlislam münacatı deyərdi,
    Məşədrəhim ləbbadəni geyərdi,
    Məşdəcəli bozbaşları yeyərdi,
    Biz xoş idik, heyrat olsun, toy olsun,
    Fərq eləməz, hər nolacaq, qoy olsun.

    Melikniyaz vərəndilin salardı,
    Atın çapıb qıyqacıdan çalardı,
    Qırğı təkin gədik başın alardı.
    Dolayıya qızlar açıb pəncərə,
    Pəncərələrdən nə gözəl mənzərə.

    Heydər Baba, kəndin toyun tutanda,
    Qız gəlinlər həna, piltə satanda,
    Bəy gəlinə damdan alma atanda,
    Mənim də o qızlarında gözüm var,
    Aşıqların sazlarında sözüm var.

    Heydər Baba, bulaqların yarpızı,
    Bostanların gülbəsəri, qarpızı,
    Çərçilərin ağ nobatı, saqqızı,
    Indi də var damağımda, dad verər
    Itgin gedən günlərimdən yad verər.

    Bayram idi, gecəquşu oxurdu,
    Adaxlı qız bəy corabın toxurdu,
    Hər kəs şalın bir bacadan soxurdu,
    Ay nə gözəl qaydadı şal sallamaq,
    Bəy şalına bayramlığın bağlamaq.

    Şal istədim mən də evdə ağladım,
    Bir şal alıb tez belimə bağladım,
    Qulamgilə qaçdım, şalı salladım,
    Fatma xala mənə corab bağladı,
    Xan nənəmi yada salıb ağladı.

    Heydər Baba, Mirzəmmədin bağçası,
    Bağçaların turşaşirin alçası,
    Gəlinlərin düzmələri, taxçası
    Hey düzülər gözlərimin rəfində,
    Heyimə vurar xatirələr səfində.

    Bayram olub, qızıl palçıq əzərlər,
    Naqqış vurub, otaqları bəzərlər,
    Taxçalara dizmələri dizərlər
    Qız-gəlinin fındıqçası, hənası,
    Həvəslənər anası, qaynanası.

    Baxıcının sözü-sovu, kağızı
    Inəklərin bulaması, ağızı,
    Çərşənbənin girdəkanı, mövizi
    Qızlar deyər: “Atıl-matıl, çərşənbə,
    Ayna təkin bəxtim açıl, çərşənbə”.

    Yumurtanı göyçək, güllü boyardıq,
    Çaqqışdırıb sınanların soyardıq,
    Oynamaqdan bircə məgər doyardıq,
    Əli mənə yaşıl aşıq verərdi,
    İrza mənə novruzgülü dərərdi.

    Novruzəli xərməndə vəl sürərdi,
    Gahdan yenib küləşlərin kürərdi,
    Dağdan da bir çoban iti hürərdi,
    Onda gördün, ulaq ayaq saxladı,
    Dağa baxıb qulaqların şaxladı.

    Axşambaşı naxırınan gələndə,
    Qoduqları çəkib vurardıq bəndə,
    Naxır keçib gedib yetəndə kəndə,
    Heyvanları çılpaq minib qovardıq,
    Söz çıxsaydı, sinə gərib sovardıq. .

    Yaz gecəsi çayda sular şarıldar,
    Daş qayalar seldə aşıb karıldar,
    Qaranlıqda qurdun gözü parıldar,
    Itlər gördün, qurdu seçib ulaşdı,
    Qurd da gördün, qalxıb gədikdən aşdı.

    Qış gecəsi tövlələrin otağı,
    Kəndlilərin oturağı, yatağı,
    Buxarıda yanar odun yanağı,
    Şəbçərəsi, girdəkanı, iydəsi,
    Kəndi basar gülüb-danışmaq səsi.

    Şüca xaloğlunun Bakı sovqatı,
    Damda quran samavarı, söhbəti,
    Yadımdadı şəstli qəddi, qaməti,
    Cünəmməyin toyu döndü yas oldu,
    vənəqızın bəxt aynası kas oldu.

    Heydər Baba, Nənəqızın gözləri,
    Rəxşəndənin şirin-şirin sözləri,
    Türki dedim, oxusunlar özləri,
    Bilsinlər ki, adam gedər, ad qalar,
    Yaxşı-pisdən ağızda bir dad qalar.

    Yaz qabağı gün güneyi döyəndə,
    Kənd uşağı qar gülləsin sövəndə,
    Kürəkçilər dağda kürək zivəndə,
    Mənim ruhum elə bilin ordadır,
    Kəklik kimi batıb qalıb, qardadır.

    Qarı nənə uzadanda işini,
    Gün buludda əyirərdi teşini,
    Qurd qocalıb, səkdirəndə dişini,
    Sürü qalxıb dolayıdan aşardı,
    Baydaların südü aşıb-daşardı.

    Həccəsultan əmmə dişin qısardı,
    Mollabağır əmoğlu tez mısardı,
    Təndir yanıb, tüstü evi basardı,
    Çaydanımız ərsin üstə qaynardı,
    Qovurğamız sac içində oynardı.

    Bostan pozub gətirirdik aşağı,
    Doldururduq evdə taxta-tabağı,
    Təndirlərdə bişirərdik qabağı,
    Özün yeyib, toxumların çırtlardıq,
    Çox yeməkdən lap az qala çatlardıq.

    Vərziğandan armud satan gelende,
    Uşaqların səsi düşərdi kəndə,
    Biz də bu yandan eşidib biləndə,
    Şıllaq atıb bir qışqırıq salardıq,
    Buğda verib armudlardan alardıq.

    Mirzə Tağıynan gecə getdik çaya,
    Mən baxıram seldə boğulmuş aya,
    Birdən ışıq düşdü o tay bağçaya,
    “Eyvay!” dedik, “qurddu!”, qayıtdıq, qaçdıq,
    Heç bilmədik nə vaxt güllükdən aşdıq.

    Heydər Baba, ağaçların ucaldı,
    Amma hayıf, cavanların qocaldı,
    Toğluların arıqlayıb acaldı,
    Kölgə döndü, gün batdı, qaş qarəldi,
    Qurdun gözü qaranlıqda bərəldi.

    Eşitmişəm yanır Allah çırağı,
    Dayır olub məscidizin bulağı,
    Rahat olub kəndin evi, uşağı,
    Mənsurxanın əli-qolu var olsun,
    Harda qalsa, Allah ona yar olsun.

    Heydər Baba, Moll’ Ibrahim var, ya yox?
    Məktəb açar, oxur uşaqlar, ya yox?
    Xərmən üstü məktəbi bağlar, ya yox?
    Məndən axunda yetirərsən salam,
    Ədəbli bir salam malakəlam.

    Həci Sultan əmmə gedib Təbrizə
    Amma nə Tebriz ki, gələmmir bizə,
    Balam, durun qoyaq gedək evimizə,
    Ağa öldü, tufağımız dağıldı,
    Qoyun olan yad gedibən sağıldı.

    Heydər Baba, dünya yalan dünyadı,
    Süleymandan, Nuhdan qalan dünyadı,
    Oğul doğan, dərdə salan dünyadı,
    Hər kimsəyə hər nə verib, alıbdı,
    Əflatundan bir quru ad qalıbdı.

    Heydər Baba, yaru-yoldaş döndülər,
    Bir-bir məni çöldə qoyub, çöndülər,
    Çeşmələrim, çıraqlarım söndülər,
    Yaman yerdə gün döndü, axşam oldu,
    Dünya bizə xarabei-şam oldu.

    Emoğluynan gedən gecə Qıpçağa,
    Ay ki, çıxdı, atlar gəldi oynağa,
    Dırmaşırdıq, dağdan aşırdıq dağa,
    Məşməmixan göy atını oynatdı,
    Tüfəngini aşırdı, şaqqıldatdı.

    Heydər Baba, Qara kolun dərəsi,
    Xoşginab’ın yolu, bəndi, bərəsi,
    Orda düşər çil kəkliyin fərəsi,
    Ordan keçər yurdumuzun özünə,
    Biz də keçək yurdumuzun sözünə.

    Xoşginabı yaman günə kim salıb?
    Seyidlərdən kim qırılıb, kim qalıb?
    Amir Qafar dam daşını kim alıb?
    Bulaq genə gəlib gölü doldurur,
    Ya quruyub, bağçaları soldurur?

    Amir Qafar seyidlərin tacıydı,
    Şahlar şikar etməsi qıyqacıydı,
    Mərdə şirin, namərdə çox acıydı,
    Məzlumların haqqı üstə əsərdi,
    Zalimləri qılınc təkin kəsərdi.

    Mirmustafa dayı, ucaboy baba,
    Heykəlli-saqqallı Tolustoy baba,
    Eylərdi yas meclisini toy, baba
    Xoşginabın abi-rusu, ərdəmi,
    Məscidlərin, məclislərin görkəmi.

    Məcdüssadat gülərdi bağlar kimi,
    Guruldardı, buludlu dağlar kimi,
    Söz ağzında ərirdi yağlar kimi,
    Alnıaçıq, yaxşı, dərin qanardı,
    Yaşıl gözler çıraq kimi yanardı.

    Mənim atam süfrəli bir kişiydi,
    El əlindən tutmaq onun işiydi,
    Gözəllərin axıra qalmışıydı,
    Ondan sonra dönərgələr dönüblər,
    Məhəbbətin çırağları sönüblər.

    Mirsalehin dəlisovluq etməsi,
    Mirəzizin şirin şaxsey getməsi,
    Mirməmmədin quruması, bitməsi,
    Indi desək, əhvalatdır, nağıldır,
    Keçdi getdi, itdi batdı, dağıldı.

    Mirəbdülün aynada qaş yaxması,
    Çövçülərindən qaşının axması,
    Boylanması, dam-divardan baxması,
    Şah Abbasın dürbini, ya dəş bixeyr,
    Xoşginabın xoş günü, ya dəş bixeyr.

    Sitar’əmmə nəzikləri yapardı,
    Mirqadir də hərdən birin qapardı,
    Qapıb yeyib dayça təkin çapardı,
    Gülməliydi onun nəzik qapması,
    Əmməmin də ərsiyinin şappası.

    Heydər Baba, Amir Heydər neyləyir?
    Gəlin yenə samavarı göynəyir,
    Daha qocalıb, alt əngini çeynəyir,
    Qulaq batıb, gözü girib qaşına,
    Yazıq əmmə, hava gəlib başına.

    Xanım əmmə Mirəbdülün sözünü,
    Eşidəndə əyər ağzı-gözünü,
    Məlkamıda verər onun özünü,
    Davaların şuxluğunan qatarlar,
    Əti yeyib, başı atıb yatarlar.

    Fizzəxanım Xoşginabın gülüydü,
    Amir Yəhya əmiqızının quluydu,
    Rüxsarə artist idi, sevgiliydi,
    Seyid Hüseyn Mirsalehi yamsılar,
    Əmir Cəfər qeyrətlidir, qan salar.

    Səhər tezdən naxırçılar gələrdi,
    Qoyun-quzu dam-bacadan mələrdi,
    Əmməcanım körpələrin bələrdi,
    Təndirlərin qovzanardı tüstüsü,
    Çörəklərin gözəl iyi, istisi.

    Göyərçinlər dəstə qalxıb uçarlar,
    Gün saçanda qızıl pərdə açarlar,
    Qızıl pərdə açıb, yığıb qaçallar,
    Gün ucalıb, artar dağın cəlalı,
    Təbiətin cavanlanar cəmalı.

    Heydər Baba, qarlı dağlar aşanda,
    Gecə karvan yolun aşıb çaşanda,
    Mən hardasam, Tehranda, ya Kaşanda,
    Uzaqlardan gözüm seçər onları,
    Xəyal gəlib, aşıb keçər onları.

    Bir çıxaydım Damqayanın daşına,
    Bir baxaydım keçmişinə, yaşına,
    Bir görəydim nələr gəlib başına,
    Mən də onun qarlarıyla ağlardım,
    Qış donduran ürəkləri dağlardım.

    Heydər Baba, gül-qönçəsi xəndandır
    Amma hayıf, ürək qəzası qandır,
    Zindəganlıq, bir qaranlıq zindandır,
    Bu zindanın dərbəçəsin açan yox,
    Bu darlıqdan bir qurtulub qaçan yox.

    Heydər Baba, göylər bütün dumandı,
    Günlərimiz bir-birindən yamandı,
    Bir-birizdən ayrılmayın, amandı,
    Yaxşılığı əlimizdən alıblar,
    Yaxşı bizi yaman günə salıblar!

    Bir soruşun bu qarqınmış fələkdən,
    Nə istəyir bu qurduğu kələkdən?
    Deynə, keçirt ulduzları ələkdən,
    Qoy tökülsün, bu yer yüzü dağılsın,
    Bu şeytanlıq qurğusu bir yığılsın.

    Bir uçaydım bu çırpınan yelinən,
    Bağlaşaydım dağdan aşan selinən,
    Ağlaşaydım uzaq düşən elinən,
    Bir görəydim ayrılığı kim saldı?
    Ölkəmizdə kim qırıldı, kim qaldı?

    Mən sənintək dağa saldım nəfəsi,
    Sən də qaytar, göylərə sal bu səsi,
    Bayquşun da dar olmasın qəfəsi,
    Burda bir şir darda qalıb, bağırır,
    Mürüvvətsiz insanları çağırır.

    Heydər Baba, qeyrət qanın qaynarkən,
    Qaraquşlar səndən qopub qalxarkən,
    O sıldırım daşlarıynan oynarkən,
    Qovzan, mənim hümmətimi orda gör,
    Ordan əyil, qamətimi darda gör.

    Heydər Baba, gecə durna keçəndə,
    Koroğlunun gözü qara seçəndə,
    Qıratını minib, kəsib-biçəndə,
    Mən də burdan tez mətləbə çatmaram,
    Eyvaz gəlib çatmayıncan yatmaram.

    Heydər Baba, mərd oğullar doğginan,
    Namərdlərin burunların ovginan,
    Gədiklərdə qurdları tut boğginan,
    Qoy quzular ayın-şayın otlasın,
    Qoyunların quyruqların qatlasın.

    Heydər Baba, sənin gönlün şad olsun,
    Dünya varkən ağzın dolu dad olsun,
    Səndən keçən tanış olsun, yad olsun,
    Deynə, mənim şair oğlum Şəhriyar,
    Bir ömürdür qəm üstünə qəm qalar.

  • Əziz MUSA.”Xocalı” (Poema)

    XOCALI
    (Poema)

    Əziziyəm Qarabağ,
    Qara tale, qara baxt,
    Şəhid oldu Xocalı,
    Bu zülmə, bu qana bax.

    Bir gözəl şəhər var idi,
    Hər tərəfi çəmən, çiçək.
    Bir qədim şəhər var idi,
    Yaranmışdı gözəl, göyçək.

    Xocalıydı onun adı,
    Qədim insan məskəniydi.
    Oarabağın cənnət yeri,
    İgidlərin vətəniydi.

    Xocalıgan ayrılırdı,
    Qarabağa gedən yollar.
    Burda heç vaxt baş əyməzdi,
    Özgələrə mərd oğullar.

    Xocalı bir nur tacıydı,
    Dağlara işıq saçırdı.
    Böyüyürdü gündən-günə,
    Arzuları gül açırdı.

    Qarabağım gözə gəldi,
    Qəfil gəldi dərd-bəla da.
    Qara buludlar oynadı,
    Günəş batdı Xocalıda.

    Zülmət çökdü o dağlara,
    Sevindi cinlər, şeytanlar.
    Dərd gətirdi qara yellər,
    Qəfil başladı tufanlar.

    Bax, o gecə Pənah xanın,
    Sultan bəyin ruhu dindi.
    Bax, o gecə göylər susdu,
    Neçə-neçə ocaq söndü.

    Bax, o gecə duz basmışdı,
    Neçə igid yarasına.
    Qan qoxusu qarışmışdı,
    O dağların havasına.

    Soyuq fevral gecəsində,
    Üz-üzəydi haqla nahaq.
    Hay-haraydan lərzə gəlib,
    Titrəyirdi ana torpaq.

    Bəd xəbərlər gətirmişdi,
    Qara yellər bu diyara.
    O gecədə sinələrə.
    Vurulmuşdu neçə yara.

    Sözlə demək mümkün deyil,
    O gecəki müsibəti.
    Dünya hələ görməmişdi,
    Yaranandan bu dəhşəti.

    Dörd tərəfdən bağlanır,
    Xocalının yolları.
    Burda sınır, qırılır,
    Qarabağın qolları.

    Daralır mühasirə,
    Təngəfəs olur şəhər.
    Çatmır Bakıya hələ,
    Bu acı, qəmli xəbər.

    Bakı öz hayındadı,
    Yoxdu haya tələsən.
    Stol davası gedir,
    Işini görür düşmən.

    Şəhər tək sinə gərir,
    Gələn dərdə,kədərə.
    Düşmən var gücü ilə,
    Hücum çəkir şəhərə.

    Göylərdən həsrət yağır,
    Torpaq qəzəb püskürür.
    Soyuq fevral gecəsi,
    Xəyanət işin görür.

    Bulud tutub göyləri,
    Qan axır su yerinə.
    Nə ay var, nə də ulduz,
    Qara yel əsir yenə.

    İlahi qismətə bax,
    Əsrin, günün bu vaxtı,
    Vətən, yurd sahibinin,
    Sınıb qüruru, taxtı.

    Qara rəngə bürüyüb,
    Gecə bu yer üzünü.
    Ürəyi daşlıların,
    Qan tutubdu gözünü.

    “Qrad”lar şaqqıldayır,
    Mərmilər ulayırdı.
    Güllələr çöl-çəməni,
    Odlara qalayırdı.

    Gəlirdi hər tərəfdən,
    Silahlı saqqallılar.
    Dişini qıcamışdı,
    Xocalıya çaqqllar.

    Bürümüşdü şəhəri,
    Qəfil gələn qəm seli.
    Yurdu yiyəsiz görüb,
    Düşmən cumur irəli.

    Bakıdan yoxdu kömək,
    Xocalılar neyləsin.
    Əli yalın adamlar,
    Dərdin kimə söyləsin.

    O gecə arvad, uşaq,
    Tərk eyləyir şəhəri.
    Dünyanın bu zülümdən,
    Olmayır bir xəbəri.

    Əli silah tutanlar,
    Atılır döyüşlərə.
    Bərabər deyil qüvvə,
    Alovlanır dağ-dərə.

    Düşmən quduz, qaniçən,
    Başdan-başa silahlı.
    Arxalı köpəklərə,
    Tək neyləsin Xocalı.

    Vətən deyən oğullar,
    Gedir düşmən üstünə.
    O gecə qaniçənlər,
    Durub xalqın qəstinə.

    Şəhəri qoruyanlar,
    Döyüşür sona qədər.
    Şəhidlərin qanıyla,
    Suvarılır bir şəhər.

    Geriyə çəkilməyə,
    Nə yol var, nə də imkan.
    Burda hamı bilir ki,
    Köməyə yoxdu güman.

    Şir kimi döyüşürlər,
    Şəhəri qoruyanlar.
    Bayquş kimi ulayır,
    Zorilər, balayanlar.

    Gülşənin zənglərinin,
    Bakıya çatır çoxu.
    -Ay qardaşlar hardasız,
    Bizi qırırlar axı?

    Nə Bakıdan bir cavab,
    Nə Ağdamdan kömək var.
    Şuşa susur o gecə,
    Qana boyanır Qarqar.

    Şəhərdən çıxanların,
    Əl-ayağın don vurur.
    Hər qayada, hər kolda,
    Düşmən neçə tor qurur.

    Düşmən dinsiz, imansız,
    Gecə soyuq, şaxtalı.
    Buz bağlayıb hər tərəf,
    Cəllad sərxoş, havalı.

    Susub quşların səsi,
    Bülbüllər çaşıb qalıb.
    Güllələr biçib tökür,
    Yuvaları dağılıb.

    Dağlar boynu bükülü,
    Bulaqlar qan ağlayır.
    Əsir qara küləklər,
    Xocalıya qar yağır.

    İtib insaf , mürivət,
    Ürəklər daşa dönüb.
    Belə qanlı müsübət,
    Axı harda görünüb?

    Bir kimsəyə aman yox,
    Kişnəyir şərin atı.
    “Qrad”lar, “Alazan”lar,
    İflic edib həyatı.

    Daşbulaqdan, Kətikdən,
    Alov yağr şəhərə.
    Düşmənlər yol açırlar,
    Laçına, Kəlbəcərə.

    Pircamal hönkürürdü,
    Qarqar aşıb-daşırdı.
    O gecə Qarabağla,
    Millət vidalaşırdı.

    O gecə çatlayırdı,
    Şuşada Xan sarayı.
    Göylərə ucalırdı,
    Pənah xanın harayı.

    Vaqif ağı deyirdi,
    Nətavan saç yolurdu.
    Üzeyirin sinəsi,
    Dərddən şan-şan olurdu.

    O gecə güllə dəydi,
    Sinəsinə Bülbülün.
    Topxananın, Qırxqızın,
    Soldu Xarıbülbülü.

    O gecə uşaq-böyük,
    Qanına qəltan oldu.
    O gecə ölənlərin,
    Kəfənləri qan oldu.

    Xatınla Xirosima,
    Nalə çəkdi o gecə.
    Fələklər ağı dedi,
    Sübhə qədər gizlicə.

    Aqilin hünərinə,
    Məətdəl qaldı düşmən.
    Əlif kimi qəhrəman,
    Ola bilməz hər yetən.

    Tofiq son ana qədər,
    Qan uddurdu düşmənə.
    Hikmət gərdi sinəsin,
    O borana, o çənə.

    Döyüşdü xocalılar,
    Döyüşdü sona qədər.
    Ağ bayraq qaldürmadı,
    O döyüşdə bir nəfər.

    Hamı Vətən, yurd dedi,
    Hamı qalxdı ayağa.
    And içdilər tanrıya,
    And içdilər torpağa.

    Şəhid oldu o gecə,
    Altı yüz on üç adam.
    Min iki yüz yetmiş beş,
    Əsir düşdü o axşam.

    Yüz əlli nəfər isə,
    İtkin düşdü davada.
    Yüz əlli qadın isə,
    Şəhid oldu orada.

    Məhv oldu səkkiz ailə,
    Ağır oldu işgəncə.
    İyirmi beş uşaq da,
    Yetim qaldı o gecə.

    Əlli altı nəfəri.
    Diri-diri soydular.
    Xocalını o gecə,
    Yaman günə qoydular.

    Üç nəfəri ocaqda,
    Yandırdı qarı düşmən.
    Cəllad yetmiş qocanı,
    Öldürdü uf demədən.

    Min oyun gətirdilər,
    Əsirlərin başına.
    Baxmadılar heç kimin,
    Ahına, göz yaşına.

    Görən gözlər kor oldu,
    Kəsildi əl, ayaqlar.
    Kəsildi qulaq, burun,
    Nalə çəkdi uşaqlar.

    Səmavarlar yandlrdı,
    Gəlinlərin belini.
    Kəsdilər körpələrin,
    Ana deyən dilini.

    Neçə-neçə insanı,
    Itlərə yem etdilər.
    Günahsız insanlara,
    Yaman sitəm etdilər.

    Zülüm ərşə dirəndi,
    Xocalıda o gecə.
    Cəllad kötüyü oldu,
    O axşam hər tin, küçə.

    Kitab, dəftərə sığmaz,
    O gecənin dəhşəti.
    O gecə çiçək açdı,
    Düşmənlərin niyyəti.

    O gecənin harayı,
    Qulaqlara çatmadı.
    O gecə şəhidlərin,
    Ruhu rahat yatmadı.

    Əzabla öldürdülər,
    Köməksiz insanları.
    Sel-suya dönüb axdı,
    Ölənlərin qanları.

    O gecəki dəhşəti,
    Millətdən gizlətdilər.
    O gecə bir şəhəri,
    Yerlə yeksan etdilər.

    O gecə qız-gəlinin,
    Göyə ucaldı səsi.
    O gecə bu millətin,
    Olmadı bir yiyəsi.

    Günahsız bəndələrin,
    Üstünə od ələndi.
    Ümidlər daşa dəydi,
    Arzular qəlpələndi.

    O şaxtalı gecədə,
    Şəhid oldu Xocalı.
    Çiçək kimi, gül kimi,
    Yanıb soldu Xocalı.

    O gecə yer üzündən,
    Sildilər bir şəhəri.
    Soyqırım törətdilər,
    Qanla yudular yeri.

    Qarabağın qəlbinə,
    Çarpaz dağlar çəkdilər.
    O şəhərin yerində,
    Qara tikan əkdilər.

    Hələ bu yer üzündə,
    Olmamışdı belə iş.
    Ah-naləni eşidib,
    Sevindi Qara keşiş.

    Şirin-şirin nəğmələr,
    Acı ağıya döndü.
    Qədim türk torpağının,
    Odu, işıgı söndü.

    Cəlladların işinə,
    Fələklər şahid oldu.
    Əsrin , günün bu vaxtı,
    Bir şəhər şəhid oldu.

    Xocalı bir yaradı,
    Ürəyində millətin.
    Hələ sonu görünmür,
    Ayrılığın, möhnətin.

    Vaxtında tədbir görüb,
    Susdurmadıq düşməni.
    Inandıq hər xoş sözə,
    Dost bildik hər yetəni.

    Bilmədik erməninin,
    Qan-qadadı xisləti.
    Girəvə tapan kimi,
    Ağlatdı bu milləti.

    Düşmənlərə tanışdı,
    Bu millətin qeyrəti.
    Heç bilmirəm o gecə,
    Niyə verdik fürsəti.

    Hələ meydan sulayır,
    Qarabağda erməni.
    Dünya hələ göz yumur,
    Dəstəkləyir düşməni.

    Eşitsin, bilsin aləm,
    Bizimkidi Qarabağ.
    Yadlara qala bilməz,
    O dağ- dərə, bağça- bağ.

    İndi bir nəfər kimi,
    Qalxmalıyıq ayağa.
    Dönməliyik təzədən,
    O torpağa, o dağa.

    Xocalı gedən gündən,
    Ayrılıbdı dağ, aran.
    Şəhidlərin ruhudu,
    Hər gün bizi çağıran.

    Xocalının qisasın,
    Almalıyıq yağıdan.
    Tələsin ey igidlər,
    Yerdə qalmasın bu qan.

    Bizimdi o dağ-dərə,
    O torpaqlar bizimdi.
    Qarabağ beşiyimiz,
    O yaylaqlar bizimdi.

    Axı necə barışaq,
    O qarı düşmənlə biz.
    Hələ də qan ağlayır,
    Ürəyimiz, qəlbimiz.

    Atılaq son savaşa,
    Torpağı alaq geri.
    Yolumuzu gözləyir,
    Vətənin cənnət yeri.

    Ava Vətən çağırır,
    Gəlin səfərbər olaq.
    Yumruq kimi birləşək,
    Düşməndən qisas alaq.

    Torpaq ata yurdudu,
    Yurddan axı pay olmaz.
    Xocalını almasaq,
    Yurd bizi bağışlamaz.

    Əzizim qara bağla,
    Loğman ol, yara bağla.
    Xocalı deyib hər gün,
    Ağla gözlərim, ağla.

  • Gülnarə İSRAFİLQIZI.”Xocalı yaralı canım!” (Yeni şeir)

    1961632_1453604401523858_882783876_a

    Xocalı yaralı canım!

    Bu qaranlıq gözümə düşüb
    Bu gecə üzümə qar atdı.
    Xocalı yaralı canım
    Canımda yaraların
    Bu qar üzünü qaraltdı.
    Qanım qar altından çıxan,
    Çeşmələnmiş bulaq kimi.
    Xocalı da, bu dünyaya,
    Doğulmuşdu,uşaq kimi.
    Qanımı səpdi üzümə.
    Kafirlərin balaları…
    Çəkdilər sinəm üstünə
    Bala dağı…

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeir

    1526370_495624037213684_686548573_n

    Qaranlıqlar doğur elə

    Necə ruhun rəngi olmur?
    Gecənin ruhu qaralıb.
    Dolub köksünə kəlmələr
    Donub göz yaşı üzündə,
    Gecənin ruhu qaralıb.
    Yaşayandan xəbəri yox,
    Nə öləndən xəbəri yox
    Nə sevəndən xəbəri yox
    Layla deyən anası yox
    Bacısı yox…
    Elə bilki dili laldır
    Acısı yox…
    Ayrılığın yellerini qovur elə
    Qovur belə.
    Bəlkə insaf eyləyərdi.
    Artıq ruhu qaralıbdır
    Qaranlıqlar doğur elə…

  • Debüt: Elxan SULTANLI (Bakı şəhəri).”Ölülər şəhəri” (Hekayə)

    1460278_1435588753319484_26971131_n

    Elxan Sultanli 1996- ci ildə Baki şeherinde anadan olmuşam. 2003- cü ildə Maştağa qəsəbəsində yerləşən 128 saylı orta məktəbdə təhsil almağa başlamışam. 2013 – cü ildə həmin məktəbdən məzun olmuşam. 2013- cü ildə Baki Texniki Kollecinə daxil olmuşam və hal hazırda təhsili orda davamç etdirirəm. Bədii yaradıcılığa 13 yaşımdan başlasamda iştimaiyyətlə ilk tanışlığım 16 yaşımda olub.

    Ölülər Şəhəri
    Şəhərin çirkin küçələri ilə addımlayıram. Piş taxtaların önündən keçdikcə öz əksimi görürəm. Küçələr tamami ilə boş. Böyük küçə ilə addımladıqca öz ayaq səsələrim məni vahiməyə salır. Qəribə düşüncələr beynimi yeyib bitirir. Köhnə sevgilim ağlımdan nedənsə çıxmır. O, məni sevirdimi? Ya vaxtını keçirirdi? Qəribəydi o deyesən yenisinide tapıb artıq. Küçələrdə həyat sönmüşdü sanki. Hələ günorta idi halbuki. Gecələri belə yatmayan şəhərin belə boş olması məni qorxudurdu. Gedib dəniz kənarı milli parkada baş çekim. Sahil metrosunun yanından düz istiqametdə gedirəm. Daim sıxlıq olan yolda bir dənə maşın yoxdu. Bir qədər öndə isə avtobillər karvan qurub. Cəld o istiqamətdə qaçıram. Avtobillər işləy vəziyətə olsada heç birinin sürücüsü yoxdu. Qəribəlik üstünə qəribəlik. Nədənsə ilk yaddaşıma ən yaxın dostum düşür. Cibimdən telefonu çıxarıb onun adının üstünə gəlirəm və… Aman Allah ! telefon sim karti dəsyəkləmir. Telefonun batereykasını çıxarıb başqa sim kart ilə yoxlayıram nəticə eyni olur. Narahatlıq məni rahat bıraxmır. Qərəra alıramki gedim dostumun gilin evlərinə…
    İçəri şəhərə daxil oluqda içimdəki qorxu iki qat artır. Uzun və geniş küçələrdə elədəsezilməyən qorxu bu dar küçələrdə adamı bitirir. Biz uşaqlıq dostuyuq. İlk dəfə 6 yaşı olanda tanış olmuşduq. Bizi sinif yoldaşı edən tale sonda universitet həyatındada bizi ayrı salmadı. Düzdü ayrı- ayrı fakultələrdə oxusaqda eyni universitetdə təhsil almışıq. Bəs görəsən dostum bugün evdədi? Bazar günü olmasına baxmayaraq o işdə ola bilər. Çünkü dostum dövlət işində çalışır və ehtiyac olarsa onu hətta məzunyətdə olarkən belə işə çağırırlar. Budur dostum gilin evinə doğru olan sonuncu döngə. Cəmi 20 addımdan sonra çatacam…
    Qapını döyürəm:
    – Elşən! Elşən?!
    Cavab gəlmir 3dəfə təkrar etdikdən sonra isə 29 yaşın mənə verdiyi qüvvə ilə geriyə çəkilib qapını sındırıram. İçəri daxil olduqda heç kimin olmadığını sezirəm. Bəlkə səhv etdim qapını sındırmaqla həqiqətəndə heç kəs yox idi çünkü. Amma yenədə ikinci mərbərtəbəyə qalxıram. Budur dostum Elşən divanda oturub futbola baxır
    – Məni eşidmirsən bayaqdan?!
    Cavab gəlmədikdə isə mən onun üzərinə gedirəm. Biraz əsəbi halda önünə keçdikdə isə
    – AAAAAAAAAAAAAAAAA…….
    Tələsik küçəyə çıxıram. Bayaqdan heç kim olmayan küçənin o biri başında yay- qış orda olan dilənçini görürəm. Hər dəfə onu görəndə pul verərdim oda:
    – Allah ürəyincə versin deyərdi.
    Yaxınlaşıb cibimdən bir 20 qəpik çıxarıram. Əlinə qoyduqda isə…
    – AAAAAAAAAAAA………….
    Üzü Qız Qalasına doğru dayanmadan qaçıram. Nəfəsimi dərdikdə isə kimsə məni arxadan əl ilə çağırır. Arxaya çönürəm və….
    – AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
    Çox yorğun halda gözlərimi açıram
    – Mmmm mən hardayam?
    – Adil həkim xəstə ayılır.
    – Dərhal ağrı kəsici ilə yuxuya verin!
    – Baş üstə!
    Əllərimi açmaq istəyirəm. Amma ağ parça ilə qollarım bağlıdı. Bayaqdan danışan ağ paltarlı qızın mənə vurduğu iynədən başım hərlənir. Yüngüllük hiss edirəm….
    – Ay bu nə ağrıdı.
    Bu dəfə gözlərimi açanda isə ağ paltarlı o qız yoxdu. Mənim kimi əlləri bağlı bir iki nəfər vardı.Mən çətinləklə:
    – Bura haradı? Mən burda nə edirəm?
    – Aramıza xoş gəldin.
    – Necə?
    – Aramıza xoş gəldin
    – AAAAAAAAAAAAAA….
    – Sakit ol bura Ölülər şəhəridi!
    Elxan Sutanli
    07.02.2014

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    Saqif QARATORPAQ

    * * *

    Hər səhər tezdən durub
    Qaçırsan iş dalınca.
    Axşamlar güclə yetir
    Başın soyuq balınca.

    Tale kəpənək kimi
    Gör necə qovur səni.
    Bu səs-küyün içində
    Axı kim duyur səni?

    Mən də sənin günündə,
    Bəlkə səndən betərəm.
    Qarışıb adamlara
    Küçələrdə itərəm.

    Məni görmək çox asan,
    Məni görmək çox çətin.
    Keçib getdin yanımdan,
    Məni niyə görmədin?

    * * *

    Deyirlər yuxuda sayıqlayıram
    Hərdən kiminsə də çəkib adını.
    Hardasan,ey bəyaz yuxularımın,
    Səyyar xəyalımın xoşbəxt qadını?

    Bəlkə də heç məndən yoxdu xəbərin,
    Bəlkə də nağıllar qucağındasan.
    Əlimi uzatsam çatarmı sənə,
    Hansı bəxtəvərin ocağındasan?

    Toxundu daşlara baxtın gəmisi,
    Neyləyim batırdı bu dəniz məni.
    Nə olar tək-tənha qoyub getməyin
    Nə vaxtsa yuxuda görsəniz məni.

  • Vüqar ƏHMƏD.”Azərbaycan” (Şeir)

    Azerbaycan (1)

    AZƏRBAYCAN

    Yağmurludur qışım, yazım,
    Qəmli çalır telli sazım,
    Bayrağımdı canamazım.
    Həm gülərdi, həm ağlayan,
    Azərbaycan, Azərbaycan.

    Biz Məcnunuq,osa Leyli,
    Ona saldıq mehri-meyli,
    Həm Qüzeyli, həm Güneyli
    Qarabağçın saç ağardan,
    Azərbaycan, Azərbaycan.

    Havalana-havalana,
    Yol gedirəm Savalana,
    Dua edib Yaradana.
    Təbrizimə deyirəm:- Can!
    Azərbaycan, Azərbaycan.

    Savaşlarda yaralandı,
    Torpaqları paraladı,
    Iki yerə aralandı.
    Bir olacaq görən haçan?
    Azərbaycan, Azərbaycan.

    Altmış milyon soydaşımız,
    Azər türkü qardaşımız,
    Ayrı düşüb göz yaşımız.
    Göydə Allah, yerdə “Quran”,
    Qələbə çal Azərbaycan.

    8.09.2013.

  • Şəfa VƏLİYEVA.”Ən sadə şəkil” (Hekayə)

    sefa1-450x300

    Ən adi şəkil…

    Xədicə xala corab toxuyurdu. Özü də həvəslə… Təzə olacaq nəvəsi üçün… (Əslində, toxumağı heç də yaxşı bacarmırdı. Cəmi bir-iki həftəydi əlinə yumaq, mil dəyirdi. Nəvəsi olacağını eşitcək köhnə nənələr kimi ona nəsə toxyub hazırlamaq istəmişdi. Və, beləcə, indi günlərdir elə hey toxuyurdu, toxuyurdu…) Aradabir özü üçün söylənirdi də:
    -A bunun qadasın alım, bunun ayağına yekəmi gələcək görən bu?
    Və yaxud, yadına nəvəsinin anası olacaq qız düşürdü:
    -Ay başına dönüm, deynən, bir bu oğlanın yiyəsi var, ya yox? Durub gəlmir evəsə, barı, özüm qulluğunda duram. Tək-tənha, kimsəsiz nə təhər doğacaq bu qız?
    Ardınca da ipləri bir-birinə qarışdırırdı:
    -Bir biləydim heç olmasa, oğlandı, ya qız qurbanı olduğum? Adını nə qoyarlar görəsən? Qırmızımı toxuyum, yoxsa göymü? Göylərin payı, qadasın aldığım…
    Söylənə-söylənə başını qaldırıb arada saata da baxırdı. Axşam saat doqquza az qalmışdı. İndi də oğlunun qarasınca danışdı:
    -Dedim hələ, dedim, a bala, ya get gəlinin yanında qal, tək qoyma, ya da onu evə gətir. Sözümə baxmır ki… İndicə gələcək, o gəlin də ikicanlı nə bilim hardadır…
    Onun bu söyləntilərinə hamı alışıq idi. Çox tez, on altı yaşında Şamil onu qaçırmışdı. Amma, düz on iki il uşaqları olmamışdı. Şamilin narahat həyat keçirməyi onun valideynlərinin könlüncə olmadığından ata evinə də həsrət qalmışdı. İndi o günləri üçün şükr edir, deyirdi ki, əgər ata eviylə barışsaydı, çoxdan boşamışdı Şamil onu. Yaxşı ki, o vaxt davalı olublar, boşanma olmayıb. On iki ildən sonra bir oğlu olmuşdu. Özü də qapqara… Onda da Şamil həbsxanada idi. Heç olmasa ildə iki dəfə bir neçə aylığa həbsxanaya düşməsə, Şamil həyatını normal saymazdı. Oğlunun şəklini həbsxanaya qaynı aparmışdı. Şamil də həmin gündən özünə söz vermişdi ki, oğlunun toyunu elə edəcək ki, on beş respublikaya səs salsın… Uşağın adını Əli qoydular. Şamilin babasının adı idi… Əlinin on iki yaşı olanda yenə bir övladları olmuşdu. Onun da adını Ələkbər qoymuşdu Şamil, ikinci nəvəsini görməyən atasının adını yaşatmışdı… Əlinin otuz, Ələkbərin isə on səkkiz yaşı vardı. Ələkbər hərbi xidmətdə idi. Əli isə qohum-qonşuların danlağına baxmayaraq, evlənmək üçün atasının həbsxanadan çıxacağını gözləyirdi. Şamilin növbəti azadlığına cəmi altı ay qalmışdı…
    Ancaq ötən ay baldızının gətirdiyi xəbər Xədicəni əvvəl təəccüb içində qoymuşdusa da, sonra ağrılı-acılı, tənha qadın kimi yaşadığı, üstəlik övlad həsrətiylə keçirdiyi illəri yadına salmış, ürəkdən sevinmişdi…
    Onda axşam saat 11 olardı. Baldızı qapını harayla açıb içəri girdiyi ilə divanda əyləşib televizora baxan Əlinin üstünə cumdu:
    -Ay canı sağ olmuş, heç olmasa bir az yekə qız tapardın daaa… Bapbalaca… Paran boydadı, ayə… Neçə aylıq hamilədi?
    Baldızı xəstəxanada travmatologiya şöbəsində baş həkim idi. Ona ginekoloji şöbədən xəbər gəlmişdi ki, qardaşın oğlu bapbalaca bir qızı həkim müayinəsinə gətirmişdi. O da, işin axırınadək güclə tab etmişdi. Özünü Əlinin yanına çatdırmışdı:
    -Niyə demədin, gəlim o qıza mən də baxım? Hardandı? Harda hamilə qalıb? –axırıncı sualda ürəkdən gülmüş, Əliyə göz də vurmuşdu.
    Əli əvvəlcə donub qalmış, sonra o da qəhqəhəyə qoşulmuşdu:
    -Ay bi, sənə nə? Sizə nəslinizdə bir Əkbər lazım deyilmi? Uludan ulu babanız… İnşallah, Əkbər olar… Balaca olmağına baxma, ürəyinə mən boyda oğlan yerləşib…
    Bibi-qardaşoğlu ikisi də birdən qəhqəhə çəkmiş, o axşamı əla bir çaxırla qeyd etmişdilər. Sabahısı hər ikisi də işə gecikmişdi. Xədicə xala isə səhər tezdən Ələkbərə zəng eləmiş, Əlinin gizlincə evlənməsini xəbər vermişdi. İndi qalırdı bu ayın sonuncu bazar günü Şamilə nəvə muştuluğu göndərmək. Amma, baldızı yuxudan durunca ona qızın hələ təzə hamilə qaldığını, uşağın cinsiyyətinin bəlli olmadığını demişdi. Üstəlik, qızın kimliyi haqqında uzun və ətraflı məlumat toplamağı da öz öhdəsinə götürmüşdü. O gündən –bu günə Xədicə xalanın dilindən “nəvəli söyləmələr” düşmürdü ki, düşmürdü:
    -Ay qadan alım, bircə tez boyunu görüm, Ələkbərim də gəlsin, bir şaddıq eliyim ki…
    Telefonun səsini eşitməsə yəqin hələ yenə söylənəcəkdi. Qaçaraq telefonu götürdü, Əli idi:
    -Ana, mobil telefondan yığmışam ey… Mənə toyuq qızart… Xoşlayıram axı…
    -Gəlirsən, qadan alım?
    -Hə… Avtobusdayam.
    -Şey… Qızdan nə xəbər?
    -Nə qızı?
    -O qız…
    -Gəlləm, gəlləm…
    Əli telefonu keçirmişdi. Xədicə xala durub onun istədiyi kimi toyuq qızartmağa başladı. Nə qədər tez eləməyə çalışsa da Əli yemək bişmədən gəlib çıxdı. Qaçaraq mətbəxə keçdi, elə tavadanca tikələri götürüb yeməyə başladı. Xədicə xala onun bu səbirsizliyini həvəslə seyr edirdisə də, məsləhətindən geri qalmırdı:
    -Əli, elə yemə, mədən pozular… Olmaz çiy-çiy yemək…
    -Çiy deyil, ana, alaçiydi… Yəni yarıbişmiş… Yox, 80 %-i bişmiş….
    İkisi də güldü. Əli birdən ciddiləşib soruşdu:
    -Qız nəydi soruşurdun?
    Xədicə xala açıq söhbətə keçmək istəmirdi:
    -Qız… Bibin dediyi qız…
    Sualı verərkən özünü elə göstərdi ki, guya nəyləsə məşğuldu. Ancaq cavab gəlmədiyini görüb oğlunun üzünə baxdı. Əlinin rəngi bir an içində qızarmışdı. Gözlərində yaş gilələnmişdi. Elə bil dolmuş qara bulud idi, bir şimşəyə bənd idi ki, leysan töksün…
    -Oğlum, noldu axı? Eləcə soruşdum… Noldu ki?
    Əli gözlərini bərk-bərk yumub açdı, qapının çərivəsinə söykəndi, əllərini qoynuna qoyub başını azca geri atdı. Dərindən nəfəs alıb qətiyyətlə danışmağa başladı:
    -O qızla evlənməyəcəyəm… Atam xəbər göndərib ki, kasıb qızla evlənmə. Varlı qızla evləndirəcəm səni, toyun respublikaya səs salacaq. Əgər o qızdan əl çəkməsən onu öldürəcəm… Ana, o qız öləsi qız deyil… Kasıbdı, amma öləsi qız deyil… Mənə görə öləsi deyil…
    Əllərini üzünə tutub hönkürdü. Elə hönkürürdü ki, Xədicə xala da dayana bilmədi. Oğluna yaxınlaşdı, əvvəlcə onun qollarını sığalladı, sonra başını onun qolları arasına birtəhər yerləşdirib o da hönkürdü… Əlinin vəziyyətini anlayırdı… Deməli, Şamil öz qərarını vermişdi… Vermişdisə də, dönən deyildi… Əli mütləq varlı bir qızla evlənməliydi… Xədicə xala indi bir ana kimi oğlunun can yanğısını anlamaq istəyirdi… Amma, anlaya bilmirdi… Nə qədər ağlasa da, hönkürsə də, anlaya bilmirdi… Beləcə, düz bir saata yaxın ana-bala haray çəkmişdilər, fəryad etmişdilər… Və birdən Xədicə xalanın yadına nəvəsi düşmüşdü…
    -Bəs uşaq, ay qadan alım?
    -Nə uşaq?
    -Qız… Bibin deyirdi ikicanlıdı…
    Birdən Əli dayandı… Anasının başını əlləriylə tutub düz gözünün içinə baxdı:
    -Ana, sən nə qədər əzabkeşsən?!… Aman Allah, nə qədər saf adamsan… Elə o qız kimisən… Anam, mənim əzabkeş anam… O qız bilirsənmi kimdi? Mənimlə işləyən balaca qız var ha, bapbalaca… Komputerin ekranındakı şəkil… Bax, o qızdı, ana, o qızdı… O, tərtəmizdi… Onu xəstəxanaya aparmışdım, amma başqa şey üçün… O qız tərtəmizdi, anam… Başa düşürsənmi? Əkbər bizim xəyallarımızdı… Mən onu… O qızı çox istədim… Amma, mənə görə çox zülm çəkdi… Anam…
    Yenidən hönkürdü… Xədicə xala oğlunun əllərindən çıxıb toxuduğu uşaq corablarına cumdu. Onları sökməyə, ilmələməyə başladı… İplər çözələndicə sanırdı ki, Şamilin ona yaşatdığı cəhənnəm həyatının, qara bəxtinin, boyuna baxıb sevindiyi Əlinin taleyindəki bu düyünün heyfini çıxır… Əli isə hələ də hönkürürdü…
    … İndi aradan illər keçib… Əli Şamilin köhnə tanışlarından birinin- restoran sahibinin qızı ilə evlənib. Bir oğlu da var, adı Əkbər… Ələkbər nişanlıdı… Məhərrəmlik ayından sonra toyu olacaq… Xədicə xala indi Əkbərə heç nə toxumur… Hər şeyi bazardan hazır alır… Və o günü, Əlinin komputerindəki şəkli görüncə yadına o qız düşmüşdü. Soruşmuşdu Əlidən o balaca qızı…Əli də bircə cümlə demişdi:
    -Yazıq oldu o da, qaçırmışdılar onu, uşaq üstündə boşayıblar… Eh…
    Bu bircə cümlə və sondakı “eh” Xədicə xalanı göynətmişdi… Oğlunun diqqətni şəkildən yayındırmaq üçün demişdi:
    -Qızın olsa mənim adımı qoyarsan…
    Oğlu əlini uzadıb komputerin ekranındakı şəkildə qızın saçlarını sığallamışdı:
    -Yox,-demişdi.- Oğlumuz Əkbər, qızımız Xədicə olacaqdı… Əkbər mənimdi, barı Xədicə onun olsun… Qoy qızı olsun, adını Xədicə qoysun…
    Yan otaqdan Əkbərin ağlamaq səsini eşitcək Əli durub onu kiritməyə getmişdi. Xədicə xala isə komputerə yaxınlaşaraq daha diqqətlə şəklə baxmışdı… Amma, bu şəkil o qız haqqında oğlunun dediklərindən fərqli bir şey demirdi… Adicə şəkil idi… Ən adi şəkil…

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    MƏN QADIN DEYİLƏM…KİŞİ DƏ DEYİLƏM…

    Başımda hündür kepka görən iki kişinin bir-biri ilə, guya, söhbət edərək atdığı atmacalara təsirlənib yazmışam.

    Qaqaş, daha nəyimiz qaldı, əlimizdən almamış bu qadınlar?
    Fikirlərim qətiyyən beləsiylə barışmaz,
    Bu seçimə təbim alışmaz…
    Görən nə deyir, bu kepkalı gəlinin,
    Atası, ya qardaşı?..
    Yaxud əri?
    Kordu gözü?
    Bu seçimi görmür özü?!..
    Kepkaya bax!
    Bolşevik kepkasına bənzəyir…
    Kurtka da polkovnik kurtkasına bənzəyir,
    Hələ çiynində paqon kimi bükməsi varmış,
    Alə, bu tamaşaymış….
    Mən ölüm,bax, bax, çəkmə əsgər çəkməsi,
    Tapmacadı bunun açması!!
    Nə isə yordum sizi də….
    Kiminin başında ağıl var,
    Kiminin başında nağıl var!
    Nə deyəydim yolun ortasında?
    Hayqırıb çığıraydımmı ki,
    Mən iki il yarım Murova qalxmışam,
    Qardaşımı görmək üçün səngərlərdə yatmışam!
    Oğlumun nəfəs aldığın bilmək üçün ayaqyalın
    Güllə sədası altında
    Tülküdərəsində düşmənlə üz-üzə baxmışam!
    Mən qadın deyiləm…Kişi də deyiləm…
    Mən adaaam deyiləm, eşit ey adaaam!!!
    Mən…Vəhşiləşmiş qurdam!
    Dinmə…Səni parçalaram!!!
    Yanan ürək od olar,
    Qurd balası qurd olar!!!
    Laxtalanmış qan görmüşəm,
    Başsız bədənlər görmüşəm,
    Bədənsiz ürək görmüşəm!!!…
    Yalvarıb kömək istəyən görmüşəm….
    Mən qadın deyiləm…Kişi də deyiləm…
    Mən adam deyiləm, eşit ey adam!
    Mən…Vəhşiləşmiş qurdam!!!!!!!!!!

    10 YANVAR. 2014

    SƏNGƏRDƏ DAYANAN ƏSGƏR

    Oyanmışıq top səsinə,
    İgidlərin nərəsinə,
    Murov, Tülküdərəsində.
    Hərdənbir gözün yol çəkər,
    Səngərdə dayanan əsgər!..
    Sənsən bu torpağa ürək,
    Xoş niyyətsən, əzəl dilək,
    Sənsiz Vətən nəyə gərək?!
    Xətadan yan keç, ol zirək,
    Qamətimizi dərd bükər,
    Səngərdə dayanan əsgər!…
    Qorxutmur nə qar, nə yağış,
    Səni verənə min alqış,
    Yaman gəldi bu ilki qış,
    Qarda çəkmənin içində,
    Barmağını şaxta kəsər,
    Səngərdə dayanan əsgər!…
    Vətənindi, solun -sağın,
    Ürəyindi Qarabağın,
    İrəvan əzəl torpağın,
    Sən ağasan, “yan”-lar nökər,
    Səngərdə dayanan əsgər!…
    Qayıtsanız həsrət bitər,
    Əziyyətin getməz hədər,
    Vətən qiyamətə qədər,
    Bizimdi, çalarıq zəfər,
    Səngərdə dayanan əsgər!…

    “İnsan və Cəmiyyət” qəzeti, 18-25 fevral 2014

  • Debüt: Esmira ƏLİYEVA (Mingəçevir).Yeni şeirlər

    1947920_677211425655121_447461672_n (1)

    TƏRCÜMEYİ-HAL

    Esmira Əliyeva (Əliyeva Esmira Ramis qızı) 1984-cü il iyul ayının 13-də Mingəçevirdə anadan olub.1990-2001-ci illərdə Mingəçevir şəhərində orta məktəbdə təhsil alıb.2001-2005-cillərdə Mingəçevir Müəllimlər İnstitutunun “İbtidai təhsilin metodikası və pedaqogikası fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Sonradan ixtisasını Azərbaycan dili və ədəbiyyatı müəllimliyinə dəyişib.Gənc xanım yazardı.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İdarə Heyətinin üzvüdür.

    “Yalandır məhəbbətin”

    Yalandır məhəbbətin
    Nə qədər gözlədim səni itirdin eşqimi
    Dərddir sevdan mənə!
    Get daha! Gözümdən uzaq yaşarsansa
    Unutmaq asanl olar
    Viran olan məhhəbbətimi alovlandırıb
    Yenidən sevərəm
    Bir şirin sözdür ehtiyacım
    Təkcə xəyaldır tapdığım
    Gərəyimdir məhəbbət ,ömürlük sevilmək
    Bəsdir daha,istəmirəm təsəlli
    İçin-için qovrulmaq ,yanmaq kül olmaq
    Yetər olmasın əbədi talehim
    Əzəldən sevmişəm xəyallarla səni
    İnandımki artıq o da qalacaq mənə
    Bu şəhərdə həm yaxın ,həm də uzaqkən
    Göz görə-görə odlanacağıq
    Bunu bir sən bir məb biləcəm
    Gizli qalacaq eşqimiz əbədilik
    Bir gün Allahım pay verəcək
    Oğlum olacaq mənim
    Deyil səni unutmaq
    Yada salacam
    Ən yaxınımda səni yaşadacam..
    Adını qoyduğum ovladımda təsəlli tapıb
    Həm onu , həm də səni oxşayacağam
    Amma görəcəm ki sən yaşlanırsan
    Bu şəhərdə hər gün mənimləqarşılaşırsan
    Gözündə daha da vurğunlaşmışam
    Gözəlləşib həsrətinin yuxusu olmuşam
    Əlindən tutub övladımı dərsə apararkən
    Səni görəcəm , görəcəmki..
    Xoşbəxt deyilsən!
    Olmusan hər şeyə peşiman
    Elə məndə dörd divar içində ,
    Səni xəyal edib yaşayıram
    Atdığım hər addımı
    Səninlə paylaşıram.
    Quruyan dodaqlarıma,yetişir göz yaşım
    Donur üzüm ,tökülüb axan leysanıma
    Adı gizli məhəbbət bunun.
    Ömür taleydir,
    Bu bizim qismətimizdir!

    “ Günahı kimin?!”

    Kİmsəni sevə bilmirəm ,günahı kimin
    Mən əzabına yanarkən , sən gülürsən
    Kimsə ilə evlənmirəm,
    Cünki səni sevirəm!
    Sən isə mənə
    Fərasətsiz deyirsən.
    Görəsən fərasətsizliyimin
    Günahı kimin
    Alışıb yansamda ,kimsəyə bəlli etmədən
    Özüm- öz içimdə ağlayıb,özümdəndə bezirəm
    Bəlkə düşünəsən talehimdən bezməyin
    Günahı kimin
    Özümü danar olmuşam sanki yaşamıram
    Gəncəm ya yox ,bəlkə qocalmışam
    Bəlkə sən deyəsən ,
    Özümədəyərsizliyin
    Günahı kimin?!
    Həyatıma qarışıb içkilər onlarla əylənirəm
    Süzüb badələrə sənə də sağlıq deyirəm
    Sənsən mənim günahım,göz yaşım
    Könlümə yazılan vəfasız sevdam
    Nakam məhəbbətim ,əbədi qəmim
    Eşq olsun sənə,
    Sənə sağlıq deyirəm!

    “Mənə qalan həsrətim olur”

    Ətrafıma baxıram düşüncələrim dolur
    Hər şeydən odlanıram,
    Hər şeyə ümidim solur.
    Hamı öz həyatında yerini bulur
    Mənə qalan həsrətim olur.
    Çiçəyin ətrində arzular doğur
    Həyat eşqi məni,
    Yeni sevdaya boğur.
    Arsız,utanmaz könlüm
    Bu yaralanmış qəlbim
    Düşüncələrim..
    Hələ də xəyalla dolur
    Yenə də sonda..
    Mənə qalan həsrətim olur.

  • “Bir bənd şeir” müsabiqəsinin qaliblərinin müfakatlandırma mərasimi olacaq

    1389374963_picture

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin Azərbaycan Yazıçılar Birliyinin yeni saytına (ayb.az) istinadən yaydığı məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin yeni sözcüsü və Gənclər Şurasının sədr müavini Xəyal Rza tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi mart ayının 11-də, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Klubunda olacaq.
    Qeyd edək ki, “Bir bənd şeir” müsaqibəsi yanvar ayının 2-dən-31-ə qədər davam edib.Müsaqibəyə 150-dən çox müəllifin yazısı daxil olub.

  • Elmirə İSLAM.”Yalan” (Hekayə)

    1920489_1425099421063873_2074506950_n (1)

    Yalan eşitmək istəmirsənsə, sual vermə! – demişdim bir dəfə, səbəbsiz deyildi cünki.. Bir “dostum” məndən yaşadığım unvanı soruşmuşdu, mən də məcburiyyətdən “yalan” danışmamaq üçün, müxtəlif bəhanələrlə cavab yazmadim. Hamıya demək istəmədiyimiz az – çox şeylər var, “bizim həyatımızda”. Hamının həyatında olub: -Alo -Bəli -Ananınızı telefona çağırın, zəhmət olmasa. -(O tərəfdən Ana deyir: Ana evdə yoxdu!) Ana evdə yoxdu e. Hə, dostlarim, bu da yalanın bir növüdür… Beləcə başlayır hər şey, əvvəl cüzi, sonra böyük yalanlara üz tuturuq… Ayaq tutub yeriməyi öyrəndiyimiz kimi, yalan danışmagı da öyrənirik, yavaş-yavaş, səlis danışmagı bacarmasaq da, səlis yalanlar uydurmağımızla fəxr edirik…
    Səhər dükana getmişdim,kontur(balans) almağa, bir məktəbli məndən öncə daxil olduğu üçün gözləməli oldum, Satıcı: Kart qurtarıb,heç biri qalmayıb,deyərək, qızın umidini kəsdi… Mən də vaxt itirməmək məqsədi ilə, kartın məbləğin ödədim, xahiş etdim, kart gələndə iş yerimə göndərsinlər. Razılaşdıq… Yenicə çatmışdım ki, budur, satıcı gəldi.. Bəli, Elmirə, bayaq qız kartı “nisyə” istəyirdi deyə, dedim yoxdur, pərt olmasın deyə, sənə də dedim yoxdur…
    ((( Bilirsiniz necə oldum?! Nitqim tutuldu, nə deyəcəyimi unutdum, başımdan qaynar sular töküldü,
    Təşəkkür etməyi belə unutdum… Para.. para… nə qədər adamın üzünü edəcəksən qara?! Gəlin bir baxaq Haqq kitabı olan “Qurani Kərimə” görək Quran nə deyir bu haqda: Hicirət surəsi, ayə 6 – Əgər fasiq şəxs sizə bir xəbər gətirsə onu araşdırın. Digər bir ayədə isə, Necə qəribə yalançıdır. Vay olsun onların halına ki, Allahı aldatmağa cəhd edərlər, lakin onlar yalnız özlərinə zərər edir, özlərini aldadırlar deyə Quran buyurur.. Quran yalan danışanları pisləyir, şər atanları da… Gəlin bir Məsumların həyatına nəzər salaq.. görək onlar necə yalan danışıblarmı?!
    Məhəmməd Peyğəmbər(s.e.s) (hədisin məzmunu belədir): Başqasına aid etdiyin şər(yalan), Sənin başına gəlməyincə ölümü dadmayacaqsan. Peyğəmbər Əkrəm(s.e.s): Vay olsun o kəsə ki, başqaları gülsün deyə zarafatla yalan deyər. Imam Sadiq(e): Mömin yalançı ola bilməz. Imam Əli(ə)(hədisin məzmunu): Aranızın dəyməsini istəmirsinizsə, bir -birinizlə zarafat etməyin. Məhəmməd Peyğəmbər(s): Iztirari hallarda Allahın haram etdiyi heç bir şey yoxdur. Bəli dostlar, söhbətimizin əsas nöqtəsi buradır… Biz baxmalıyıq yalan nəye görə danışırıq?! Birinin evi dağılır, Bir neferin ailesi dagilirsa, yalanin onun ailesinin dagilmasinin qarwisini alacagsa burada “Haram yoxdur burda “haram yoxdur.” Diqqət edək öz həyatımıza, Halalı qoyub, harama qaçmayaq. Unutmayaq ki, həqiət öz çılpaqlığı ile gözəldir! Allah bizi “Halalı qoyub, harama qaçanlardan etməsin.”

  • Əziz MUSA.Yeni şeirlər

    Снимок11-234x3001

    QARABAĞA GEDƏSƏN

    Dönəsən Ağatlı oğlana bir gün,
    Atını çapasan doğma dağlara.
    Bir gün ağlayasan el-oba üçün,
    Daha baxmayasan yağışa, qara.

    Dörd nala çapasan sehirli atı,
    Əlinlə boğasan qarı düşməni.
    Qovasan bir yolluq dağlardan yadı,
    Azad eyləyəsən doğma Vətəni.

    Işığa dönəsən, nura dönəsən,
    Səni qarşılaya Ağoğlan dağı.
    Doğma Cəbrayıla yol götürəsən,
    Səni qucaqlaya Araz qırağı.

    Asasan Laçında bayrağımızı,
    Alasan Ağdamı yadlardan geri.
    Gəzəsən o cənnət torpağımızı,
    Verəsən ellərə bir xoş xəbəri.

    Başına yığasan eli-obanı,
    Bir çadır qurasan Cıdır düzündə.
    Şəhid oğulların yuyub qanını,
    Haqqı qoruyasan bu yer üzündə.

    BELƏ ATƏŞKƏS OLMAZ

    Bu torpaq əldən gedir,
    Dərdimi ağlayan yox.
    Yaramızdan qan axır,
    Onu bir bağlayan yox.
    Saralıbdı, solubdu,
    O bağçalar, o bağlar.
    Boynu bükük qalıbdı,
    O zirvələr, o dağlar,
    Ötüb keçir bahar, yaz,
    Belə atəşkəs olmaz

    Nə qədər dözmək olar,
    Bu dərdə, qəmə qardaş.
    Belə də zülm olarmı?
    Yanır torpaq, yanır daş.
    Bu söz-söhbət yalandı,
    Qaytaran yox torpağı.
    Inanmıram verələr,
    Savaşsız Qarabağı.
    Hər ağızda bir avaz,
    Belə atəşkəs olmaz.

    Erməni Qarabağda,
    Əkir-biçir, ev tikir.
    Qaçqınlar gecə-gündüz,
    Gözlərindən yaş tökür.
    Qara tikanlar əkir,
    Yollarda qara keşiş.
    Nə belə sülh görünüb,
    Nə də belə cəngəl iş.
    Qan ağlayır xan Araz,
    Belə atəşkəs olmaz.

    Düşmənlərin əlində,
    Qalıb yurdun sərvəti.
    Qarabağda talan var,
    Daşınır var-dövləti.
    Qarabağın açarı,
    Düşüb dərin quyuya,
    Gözümüzdən axan yaş,
    Çətin bir də quruya.
    Hanı o qızıl, almaz,
    Belə atəşkəs olmaz.

    Gündə güllə yağışı,
    Gündə ölüm, gündə qan.
    Həsrətdən yandı ürək,
    Dərddən üzüldü bu can.
    ATƏT-in oyunları,
    Hələ də davam edir.
    Atəşkəs uzandıqca,
    Qarabağ əldən gedir.
    Yad bizə torpaq almaz,
    Belə atəşkəs olmaz.

    XARI BÜLBÜL

    Qaldın od-alov içində,
    Həsrət alışdı içində.
    Neyləyirsən boran, çəndə,
    Yarı çiçək, yarı bülbül,
    Xarı bülbül, Xarı bülbül.

    Ürəyimiz qan ağladı,
    Sinəmizi qəm dağladı.
    Dilimizi dərd bağladı,
    Möcüzəsən, möcüzə gül,
    Xarı bülbül,Xarı bülbül.

    Qarabağın bəxti qara,
    Yolun düşdü şaxta, qara.
    Həsrət qaldın sən də yara,
    Ürəyində acı niskil,
    Xarı bülbül, Xarı bülbül.

    Şuşamızın tacı sənsən,
    Çiçəklərə bacı sənsən.
    Hər gözəldən uca sənsən,
    Necə deyim ağlama, gül,
    Xarı bülbül, Xarı bülbül.

    Yad əlində əsir gülüm,
    Sənsiz qəlbim əsir gülüm,
    Indi yetim, yesir gülüm,
    Sənsiz gülməz ürəyim, bil,
    Xarı bülbül, Xarı bülbül.

  • Əziz MUSA.Yeni şeirlər

    Снимок11-234x3001

    PAPAQ ATDI OYUNU

    Təbiət nurlanır, ürək sevinir,
    Bayram eyləyirik hər yaz gələndə.
    Xonçalar bəzənir, nəğmələr dinir,
    Deyirik, gülürük Novruz gələndə.

    Ruzi-bərəkətdi, sevgidi bahar,
    Səməni bəzəyir evlərimizi.
    Hər evdə sübhəcən çıraq, şam yanar,
    Bahar xoş günlərə səsləyər bizi.

    Qeyrət, hünər qalıb Qorqutdan bizə,
    Kosa da, keçəl də bizimki deyil.
    Dünya göz qoyursa adətimizə,
    Sayıq olmalıdı indiki nəsil.

    Kim bizə öyrədib papaq atmağı,
    Papaq ata-ata millət uduzdu.
    Birləşək, barışaq bayram axşamı,
    Papaq qeyrətimiz, namusumuzdu.

    Pay verib, pay alıb babalarımız.
    Papağı başından salmayıb heç kim.
    Bağlı olmayıbdı qapılarımız,
    Bayramda naümid qalmayıb heç kim.

    Qeyrəti atmayaq ayaq altına,
    Bir ovuc şirnidən, noğuldan ötrü.
    Ləkə gətirməyək xalqın adına,
    Qapılar gəzməyək nağıldan ötrü.

    Gəlin yallı gedək ocaq başında,
    Oxuyaq hamımız birlik nəğməsi.
    Papağa and içək, oda and içək.
    Bir də talanmasın Odlar ölkəsi.

    XOCALINI AĞLAMAYIN

    Doğma şəhər qəltan oldu qanına,
    Neçə ildir getmək olmur yanına.
    And verirəm qalanların canına,
    Xocalını ağlamayın təzədən.

    Innən belə göz yaşından nə fayda,
    Alan aldı, satan satdı sarayda.
    Millət susdu o hayda, o harayda,
    Xocalını ağlamayın təzədən.

    Ağacların meyvəsini yad dərir,
    Düşmən ordan bizə acıq göndərir.
    Suyumuzu başqa arxa döndırir,
    Xocalını ağlamayın təzədən.

    Qan içində boğulubdu o çöllər.
    Bir də dinməz bizim dildə bülbüllər.
    Vaxt ötüşüb, dəyişibdi nəsillər,
    Xocalını ağlamayın təzədən.

    Dağlar gördü gürşadı da, seli də,
    Yel sovurdu yerdə qalan külü də.
    Özgələrə ümidliyik hələ də,
    Xocalını ağlamayın təzədən.

    Ağlamaqla dərd azalmaz ay qağa,
    Dağ çəkilib o torpağa, o dağa.
    Qisas deyib el qalxmırsa ayağa,
    Xocalını ağlamayın təzədən.

  • Əziz MUSA.Yeni şeirlər

    Снимок11-234x3001

    BİRLƏŞƏ BİLMƏDİK

    Hanı o əvvəlki şah vüqarımız,
    Candan ayrı düşüb incik ruhumuz.
    Olmadı illərlə bir uğurumuz,
    Qırıldı Qorqudun sazının simi,
    Birləşə bilmədik bir yumruq kimi.

    Indi bu düyünü açmaq çətindi,
    Bağlayıb yolları duman, çən indi.
    Dərdimi danışım kimə mən indi,
    Birgə daşısaq da kədəri, qəmi,
    Birləşə bilmədik bir yumruq kimi.

    Açarı vermişik özgəyə, yada,
    Düşmüşük alova, düşmüşük oda.
    Haqqa baxan yoxdu haqsız dünyada,
    Səmtini itirib dəryada gəmi,
    Birləşə bilmədik bir yumruq kimi.

    Başı daşa dəyir, millət ayılmır,
    Kim düz danışırsa adam sayılmır.
    Bilmirəm bu dünya niyə dağlmır,
    Haqdan danışacaq dindirsən kimi,
    Birləşə bilmədik bir yumruq kimi.

    Hamının könlündən padşahlıq keçir,
    Hamı xoş güzaran, rahatlıq seçir.
    Hələ torpağımız qızıl qan içir,
    Hələ gözümüzün qurumur nəmi,
    Birləşə bilmədik bir yumruq kimi.

    ÇAĞIRIR BİZİ

    Hanı o dağların məğrur qartalı,
    Qalıb yağılara pətəyi, balı.
    Küləklər talayır dərəni, yalı,
    Duman, çən qoymur ki, açasan gözü,
    Qarabağ qisasa çağırır bizi.

    Xocalı ağlayır, Kəlbəcər yanır,
    Həkəri, Bərgüşad qana boyanır.
    Peşiman-peşiman Laçın boylanır,
    Itibdi cığırı,itibdi izi,
    Qarabağ qisasa çağırır bizi.

    Tərtəri, Qarqarı susubdu çoxdan,
    Şuşa gileylidi taledən, baxtdan.
    Susub qeyrətimiz, düşübdü taxtdan,
    Həsrət xaman-zaman qatlayır dizi,
    Qarabağ qisasa çağırır bizi.

    Ağdamda daş üstə daş qalmayıbdı,
    Arazın ağrısı azalmayıbdı.
    Yurdun son səngəri qazılmayıbdı,
    Dinmir bir lal kimi hələ yer üzü,
    Qarabağ qisasa çağırır bizi.

    Zəngilan, Qubadlı düşübdü oda,
    Cəbrayıl, Füzüli qalıbdı yada.
    Hələ qan qoxuyur su da, hava da,
    Sönüb el-obanın alovu, közü,
    Qarabağ qisasa çağırır bizi.

  • Əziz MUSA.Yeni şeirlər

    Снимок11-234x3001

    ƏSGƏRİM

    Qan ağlayır, ağı deyir bulaqlar,
    Yol gözləyir o dərələr, o dağlar.
    Səbrin də bir hüdudu var, həddi var,
    Düşmən üstə şir tək yeri, əsgərim,
    Qarabağı qaytar geri, əsgərim.

    Yad əlində əsir qalan Vətən var,
    Bu savaşda neçə ölən-itən var.
    Yurd uğrunda şəhid olub oğullar,
    Çatdır bizə xoş xəbəri, əsgərim,
    Qarabağı qaytar geri, əsgərim.

    Qiyamətə qoy qalmasın bu qisas,
    Nə zamandı durulmayır xan Araz.
    Bu torpağın harayına qulaq as,
    Dağlarda aç sən səhəri, əsgərim,
    Qarabağı qaytar geri, əsgərim.

    Doğma yerlər qalıb düşmən əlində,
    Yadlar gəzir Pənah xanın elində.
    Sular dinir qarğa, quzğun dilində,
    Sök sərhəddi, sök çəpəri, əsgərim,
    Qarabağı qaytar geri, əsgərim.

    Qalx ayağa, ər oğlu ər, vaxt çatıb,
    Gir meydana, göstər hünər, vaxt çatıb.
    Bəsti bizi boğdu qəhər,vaxt çatıb,
    Hünərlə al doğma yeri, əsgərim,
    Qarabağı qaytar geri, əsgərim.

    BİR İLİM DƏ

    Bir ilim də belə getdi ay aman,
    Qarabağdan bir xoş xəbər olmadı.
    Bu ildə də doğrulmadı bir güman,
    Çox gözlədim, nurlu səhər olmadı.

    Kəsilmədi dodaqlardan nalələr,
    Tapdalandı arzularım gül kimi.
    Şəhid qanı içdi qızıl lalələr,
    Göz yaşımız axıb getdi sel kimi.

    Toy eylədi çadırlarda doğulan,
    Qarabağı yada sala bilmədi.
    Qol götürüb oynasa da bir cavan,
    Ürəyində sevinmədi, gülmədi.

    O günlərin şahidləri azalıb,
    Qocalıbdı döyüş yolu keçənlər.
    Elə bizim ömürdən də az qalıb,
    Çaşıb qalıb, yurd yerləri seçənlər.

    O ağrını duya bilməz gənc nəsil,
    Unudulur Qarabağ da beləcə.
    O dağ-dərə olmayıbmış elə bil,
    Qaldı yada o Zəngəzur, o Göyçə.

    Xocalıda şəhər salır erməni,
    Kilsə tikir Kəlbəcərdə, Şusada.
    Oğlum necə başa düşsün bəs məni,
    Əli yetmir o torpağa, daşa da.

    Başımızı yalanlarla qatdılar,
    Qaçqın, köçkün gözün dikdi yardıma.
    Sinəmizdə neçə ocaq çatdılar,
    Gecə-gündüz dağlar düşür yadıma.

    Bir ilim də belə getdi ay aman,
    Kəsilmədi xan Arazın harayı.
    Gözlərimi tay bağlayır çən, duman,
    Kərpic-kərpic uçur ömrün sarayı.

  • Əziz MUSA.Yeni şeirlər

    Снимок11-234x3001

    CƏBRAYILIM

    Bulaqların aşıb-daşır gözümdə,
    Qəm-qüssədi hər kəlməm, hər sözüm də.
    Taqətim yox qollarımda, dizimdə,
    Çiçəyim, pətəyim, balım,
    Anam, doğma Cəbrayılım.

    Sən də mənsiz darıxırsan, bilirəm,
    Qərib eldə həsrətindən ölürəm.
    Elə bilmə sənsiz deyib, gülürəm,
    Ürəyimdə qara xalım,
    Anam, doğma Cəbrayılım.

    Günlərimə dərd calanır, qəm yağır,
    Eşidən yox, ha harayla, ha bağır.
    Indi sənsiz yarı canam, mən fağır,
    Yoxdu tay taqətim, halım,
    Anam, doğma Cəbrayılım.

    Arxalıdı bu qudurmuş köpəklər,
    Hələ əsir qara yellər, küləklər.
    Hara baxır görəsən bu fələklər,
    Cavabsızdı çox sualım,
    Anam, doğma Cəbrayılım.

    Belə zülmü yerlər, göylər göttürməz,
    Doğma torpaq yad əkəni bitirməz.
    Ulu Tanrı haqqı-sayı itirməz,
    Bir az da döz qadan alım,
    Anam, doğma Cəbrayılım.

    QARABAĞI

    Fələk salıb bizi çətin bir düyünə,
    Öyrənmişik çal-çağıra, toy-düyünə.
    Haqqı yoxdu bir kimsənin tay öyünə,
    Toy-büsatla almaq olmaz Qarabağı.

    Azad millət savaşlardan keçə gərək,
    Hələ bizi döyür yağış, döyür külək.
    Gəlin bir az çətinliyə sinə gərək,
    Xoş həyatla almaq olmaz Qarabağı.

    Boş vəd vermək özgələrin adətidi,
    Oyuncaqdı BMT-si, ya ATƏT-i.
    Indi söhbət ölüm-dirim söhbətidi,
    Zarafatla almaq olmaz Qarabağı.

    Ha öyünək, filankəsin nəvəsiyik,
    Koroğlunun, qoç Nəbinin nərəsiyik.
    Bu torpağın məğlub olmuş bəndəsiyik,
    Quru adla almaq olmaz Qarabağı.

    Silahımız, qeyrətimiz olmalıdı,
    Əsgərimiz, sərkərdəmiz olmalıdı.
    Təyyarəmiz, raketimiz olmalıdı,
    Axsaq atla almaq olmaz Qarabağı.

    Şəhidlərin qisasını gəlin alaq,
    Nərə çəkək, bu dünyaya haray salaq.
    Döyüşlərdə “Misri” çalaq,”Cəngi” çalaq,
    Muğamatla almaq olmaz Qarabağı.

  • Debüt: Elmirə İSLAM (Bakı şəhəri).”Arzu” (Hekayə)

    1888742_1423871134520035_1210143071_n (1)

    Arzularımız şirin olmasaydi, əlimizdən alıb qaçmazdılar… Bəli,dostlar, əlimizdəkiləri alırlar, qəlbimizdəkiləri də çalırlar(qoparıb aparırlar)… Sonra yaranır ümidimiz… Axı, Arzudan Ümid, Ümiddən arzu doğur. Nə yazıq ki, bəzən hər şeyi “qara ” rəngdə görürük, par-par parlayan qızmar Günəşi də… Bilmirəm, öz arzularımı necə hisslərlə- sözlərlə ifadə edim ki, məni anlayan “bir nəfər” olsun, bizim elə arzularımız var ki, bəzən “hər şeyimizi, özümüzü belə” o arzuya qurban verməli oluruq. Deyirlər ki, hədəfini yuxarıdan götür ki, ən azı bir parça əldə edəsən, amma mən “bu deyimlə” razı deyiləm… İnsan öz hədəfini, arzusu boyda götürməlidir ki, onu daşımaga da gücü yetsin…
    Qəlbimizə gömdüyümüz arzular da az deyildir. İmam Əli (ə) buyurub: Ən böyük ehtiyacsızlıq qəlbdə arzulara yol verməməkdir… İstəsək də, istəməsək də, arzularımızın bir altından, bir üstündən daş qoymalıyıq… gizli qalsın deyə yox… böyüməsin, şiddətlənməsin deyə… “Mənim həyatım”da dediyim kimi; “İnsanlar nə deyər” – gör,e… Kaş biz yalnız özümüzü, oz firavanlıgımızı düşünə bilsək, “insanları boş versək”. Görün onda necə xoşbəxt olardıq, Allah bizi azad yaratdı, amma biz uzun-uzadı arzularımız ilə, başqalarına kölə oluruq… Allahı qoyub, “arzularımıza görə” başqalarına qul oluruq… (Hədisdə işarə olunan arzulara.) Əzizlərim, arzumuza sahib çıxaraq, onu öz əynimizə biçməliyik ki, əlimizdən alıb qaçmasınlar… İnsan yaradıldıqda Allah ona “İstəmək, arzulamaq” duygusu verdi. Heç düşündünüzmü nədən? Günahıydısa nədən verdi?! Özün öz nəfsini, arzularını dəf et deyə, onlara kölə ol deyə yox.. Mən demirəm arzulamayaq… Allah da demir, heç məsumlar da demir… Sadəcə “arzularımızın ölçüsünü, hədəfini, nöqtəsini” dəqiq bilməliyik… “Şip-şirin nagıllara ” uymamalıyıq… Nə gözəldir, arzular. Ondan doğan ümidlər,bizə verir istəklər. Yaşamaq eşqini də, bizə verir arzular… Olmasaydı arzularımız, onda heç yaşamağımızın da, sabahı arzulamağımızın da heç bir səbəbi, heç dəyəri olmazdı. Bizim ücün gah şirin, gah acı olur, arzular… Biz öz arzularımıza dogru ölçü götürməli, lazım gələrsə, öz arzumuzu “İnsanlara, sevdiklərimizə, bizi sevənlərə” fəda etməliyik… Sevgi də, Arzu da fədakarlıq tələb edir. Kim bilir, bəlkə bu gün fəda etdiyin arzunun, ən gözəlini Pərvərdigar nəsib etdi sənə… Arzularınız çin olsun..

  • Hikmət MƏLİKZADƏ: “Hazırkı sosial asılılıq ədəbi mühitdəki durğunluğun və geriləmənin əsas səbəbidir”

    1897696_223635257822054_237753214_n

    Şair-publisist Hikmət Məlikzadənin çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var. Onun ədəbi düşüncələri, yazı manerası digər yazarlarımızdan seçilir. Bəlkə də bu, yaradıcılığında ədəbi tənqidə daha üstünlük verməsindən irəli gəlir. Halbuki 15 elmi-publisist kitabın, 3 şeir kitabının və onlarca elmi məqalələrin müəllifi kimi ədəbi mühitdə çoxdan möhkəmlənə bilib. O, həm də gənc nəsildən olan yazarlarımız arasında bir növ körpü rolunu da oynayır. Onun “Hansı janr və formada, hansı ölçüdə yazırsınız yazın, amma yazdıqlarınız ədəbiyyat olsun, ədəbiyyatı yaradın” çağırışı da gənclərə yönəlib.

    Beləliklə, “Ədəbi düşüncə” rubrikasında “Həftə içi”nin suallarını Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Xəlil Rza” mükafatı laueratı Hikmət Məlikzadə cavablandırır. Müsahibimiz söhbətə müasir ədəbi mühitdəki durğunluqdan, bunun səbəblərindən başlayır:

    – Bəllidir ki, Azərbaycan ədəbiyyatı uzun müddət sovet ədəbiyyatı çərçivəsində özünəməxsus pillələrdə var-gəl edə bilirdi. Nəticə etibarilə güclü qələm sahibləri yetişirdi. Biz onları gördük, oxuduq və ara-sıra təhlilərə cəlb etdik. Baxmayaraq ki, sovet ədəbiyyatı müəyyən çərçivədə olsa da, xüsusi maraq kontekstində cərəyan edirdi, ədəbiyyat üçün arzuolunan səviyyə özünü göstərə bilirdi. Onda sual olunur: bəs, bu gün sərbəst çərçivəli ədəbiyyatımız hansı səbəbdən ümumi inkişafa cavab vermir? Səmimi etiraf edək ki, son 30 ilin ədəbi çək-çevirləri bir növ klançılıq mahiyyəti daşıyır. Sanki bir qrup şəxs maraq əhatəsinə çıxarılacaq qələm adamını güclü təbliğata cəlb etməklə bizə tanış ədəbiyyat üfüqlərində azmançı cığır açmaq istəyir. Məsələn, yaxından, uzaqdan barmaqla göstərilən Ramiz Rövşən ədəbi xülyası, az qala poeziya allahına çevrilmiş Salam Sarvan “hasarı”, yaxud rəngli üfüq fonunda qabardılan Çingiz Abdullayev “bəşərililiyi” bu gerçək mexanizmin məqsədli formalarından biridir. Əslinə qalsa nə Ramiz Rövşən, nə Salam Sarvan, nə də digərləri mövcud və bir qədər də boyasız ədəbi reformaların ictimai xarakterini aça bilmək gücünə malik deyillər. İctimai fəlsəfədə belə bir cərəyan var – iddia istedadın qatı düşmənidir. Açığı, adlarını çəkdiyim bu qələm sahibləri özlərinin poetik təbəddülatlarını iddia ilə əhatələyirlər. Bu səbəbdən onların poeziyası özlərindən xəbərsiz çərçivə daxilinə düşüb. Məsələn, həm Ramizin, həm də Salamın indi yazdıqları yarıbayarı əvvəl yazdıqlarının kopiyasıdır. Yaxud gənc ədəbi mühit israrçı bir iddia ilə ədəbiyyata hücum çəkib. Bu həmlənin sonunda böyük bir boşluq durur.

    – Mənasız iddialar ədəbiyyatı uçuruma yuvarlayacaqsa, müasir gənc nəslin bu tərzdə yetişməsinə lüzum varmı?
    – Ədəbi ovqatlı, poetik düşüncəli gənclərimiz var. Lakin onlar da müəyyən mənada “ədəbiyyat klanları”nın şinelini geyindikləri üçün bədbəxtdirlər. Yəni müasir ədəbiyyat bu çək-çevirdə heç nə əldə edə bilmir və nəticədə ədəbi mühitdə zəifləmə, parçalanma, geriləmə yaranır. Ədəbiyyatdakı durğunluğa gəlincə, bunun səbəblərindən biri qələm adamlarının boğazdan yuxarı təqdimatıdırsa, digər səbəb ədəbi tənqidin satın alınmasıdır. Tam səmimi deyirəm ki, bu gün heç bir ədəbi tənqidçi ədəbiyyat xatirinə təhlil aparmır.

    – Sizçə, niyə? Nədən irəli gəlir bu?
    – Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hazırkı sosial asılılıq ədəbi mühitdəki durğunluğun və geriləmənin əsas səbəbidir. Burada vicdanın yarıya qədər azalması istisnadır. Necə ki, həkim “Hipokrat” andı içir, eləcə də ədəbiyyatçı Alahın “ol!” kəlməsinə könül verməlidir. Əks təqdirdə ən aparıcı tənqidçi belə, adi bir cızma-qaraçını Bəxtiyar Vahabzadə səviyyəsində tərifləməyə məhkumdur. Unutmayaq ki, 30-40 il bundan əvvəl yetişmiş görkəmli şair və yazıçılarımız məhz sovet ədəbi tənqidinin təsirindən dünya səviyyəsi qazanıblar. Müasir ədəbi tənqidin 40 il sonra üçün Məmməd Araz yetişdirəcəyinə inanmıram. Konkret desək, bugünkü ədəbi tənqid sadə bir mədhiyyə xarakteri daşıyır.

    – Məgər indiki gənc nəslin içərisində gələcəyin Məmməd Arazı yoxdur?
    – Məsələ burasındadır ki, bugünkü nəsil özündən əvvəlki nəslə oxşamağa çalışmamalıdır. Necə ki, hər kəsin öz adı var, eləcə də qoy hər kəsin öz ədəbi-poetik yolu olsun. Əgər belə olmayacaqsa, sabahkı gün üçün barmaq uzadacağımız kimsə olmayacaq.

    – Çoxları mütaliənin vacibliyini vurğulayırlar. Siz də belə düşünürsünüz?
    – Əslində mütaliə müəyyən mənada həm lazımdır, həm də buna ehtiyac yoxdur. Birinci səbəb gənc yazar tövsiyə əsasında, tutaq ki, Salam Sarvanı oxumağa məcburdur. Əmin olaq ki, həmin gənc bir-iki aya Salam Sarvana oxşayacaq, ya da onun ədəbi üslubunu təkrar edən bir yazara çevriləcək. Belə bir gəncə ədəbiyyatın heç bir ehtiyacı yoxdur. İkinci səbəb mütaliə ədəbiyyata sürətli mənimsəmələr, oğurlamalar, təkrarlama və hətta təqlidçilik gətirir. Belə hallarda da ədəbiyyat məhvə məhkumdur. Ən dəhşətlisi odur ki, mütaliə müasir mühitdə ədəbi ifadələri korlayır. Təəssüf doğuran bir hal da odur ki, iqtidar müxalifəti qəbul etmədiyi kimi, hazırkı ədəbi mühit də tənqidi qəbul etmir. Çünki əsəbi tənqid ictimai mənasını demək olar ki, itirib. 30-40 il əvvəl tənqid tərbiyə vasitəsiydi, bu gün o düşmənçilik faktıdır. Mən özüm irili-xırdalı onlarla şair və yazıçının yaradıcılığı barədə elmi-filoloji yazılar qələmə almışam. İndi onların çoxu yazdığım qərəzsiz tənqidə görə mənə düşmən kəsiliblər. Burada, haradasa sevinməli məqamlar da var. Rəhmətlik Bəxtiyar Vahabzadə yaradıcılığına etdiyim səmimi tənqidi yanaşmaya görə mənə təşəkkür yollamışdı. Hətta “Respublika” qəzetinin redaksiyasında ünvanıma xoş söz deməklə bir məsləhət də vermişdi: “Çalış həmişə bir sifət tənqidçi ol”. Yəni böyüklük tənqidi başa düşmək və onu həzm etməkdir. Təəssüf ki, indi ədəbi sabahına inanmaq istədiyim qələm sahiblərinin əksəriyyəti tənqidə “iqtidar-müxalifət” məsələsi kimi baxır. Halbuki Belinskinin fikrincə desək, onlar bir şeyi unutmasınlar – axı, tənqid böyük tərbiyə vasitəsidir.

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeir

    1558877_1434551783429120_209165756_n

    Xocalı yaralı canım!

    Bu qaranlıq gözümə düşüb
    Bu gecə üzümə qar atdı.
    Xocalı yaralı canım
    Canımda yaraların
    Bu qar üzünü qaraltdı.
    Qanım qar altından çıxan
    Çeşmələnmiş bulaq kimi
    Xocalı da, bu dünyaya
    Doğulmuşdu,uşaq kimi,
    Qanını səpdi üzümə.
    Kafirlərin balaları…
    Çəkdilər sinəm üstünə
    Bala dağı,

  • Fidan ABBASOVA.Yeni şeirlər

    1620181_569756029768464_162345351_n

    Yenə dekabrın 31-ni

    Sənsiz qeyd edirəm tənha və yalqız
    Hər yerdə hər zaman görürəm səni
    Harda qalmısan sən harda insafsız.
    Bir azdea vicadanın olsaydı əgər
    Mənidə yadına salardın hərdən
    Bir kəlmə söyləsəm qəlbinə dəyər
    Onunçün heç bir söz söyləməyirəm.
    Amma ayrılığın çətindir mənə
    Sən çoxdan bunlara alışmısan bil
    Istərdim sevgimiz qayıda dönə
    Onda sən bilərdin bu yalan deyil.
    Yeni il yeni gün gələcək bizə
    Sən mənsiz mən sənsiz çox uzaqdayıq
    Yadlaşan baxışlar gəlib üz-üzə
    Deyəcək astaca bəs biz hardayıq.
    Baxışlar yadlaşsa könül qocalmır
    Xatirə yaddaşı qocalan deyil
    Biz yoxuq deməli oda ucalmır
    Bu isə yalançı bir sevgi deyil.
    Dənizlər mavidir çünki rəngidir
    Onun mənasını anlayan bilər
    Bəlkədə sevgi tək oda qədimdir
    Yaddaşda olmasa oda silinər.
    Bilirsən bu saat çöldə qar yağır
    Mənsə xəyalara qayıtdım yenə
    Bəlkədə yükü çox onunçün ağır
    Bəlkədə bir azca bənzəyir sənə.
    Baxıram ağ qara birdəki göyə
    Bununda mənasın tapmaq çətindir
    Mən göydən soruşdum gələrsən deyə
    O isə söylədi dönməz mətindir
    Ancaq qürurunu sındırmalısan
    Gərək məhəbbətdə bir güzəşt ola
    Bir tək sən bunlara anlamalısan
    Gəlsən yeni ilim bir töhfə ola.

    Ömür yolum

    Ayrıldıq yolum səndən əbədi uzaq düşdü
    Sevgimizə göz dəydi əhdimiz uzaq düşdü
    Həyatda nə olursa başıma gələn işdi
    Unuduram mən səni neynim əlacım budu
    Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.

    Sənnən mənə təssəli bir gülüşdə qalmadı
    Fələk bizə nə etdi gözlərimiz ağladı
    Qəlbimizə dağ çəkdi bizi yaman dağladı
    Unuduram mən səni neynim əlacım budu
    Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.

    Illərin ayrıcında borana-qara düşdük
    Sevginin qollarında arana-dağa düşdük
    Axır göz yaşımızı birgə-tənha bölüşdük
    Unuduram mən səni neynim əlacım budu
    Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.

    Dənizlərdə çağladı haraydan-qışqırıqdan
    Tənha gəzdik həsrətlə bir acı danışıqdan
    Nə çıxdı ki hər dəyqə küsərək-barışıqdan
    Unuduram mən səni neynim əlacım budu
    Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.

    Könül ayrı düşəni öz yerinə buraxmır
    Yaşanılan günlərim bir də geri qayıtmır
    Yatmışları xülyadan heç tərpətmir oyatmır
    Unuduram mən səni neynim əlacım budu
    Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.

    Üzündəki baxışlar mənə nəsə söyləyir
    Gözümnən axan yaşlar yarı yolda inləyir
    Eşqimin həvəsiylə budur sənə söyləyir
    Unuduram mən səni neynim əlacım budu
    Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.

    Kədər bizi yoğurur bir bax gülüm neyləyir
    Həqiqəti görəndə birdən ona söyləyir
    Fidanda dərdləriylə bunu belə söyləyir
    Unuduram mən səni neynim əlacım budu
    Gediriksə bu yolu bu yol sonsuz bir yoldu.

  • Fidan ABBASOVA.Yeni şeirlər

    1620181_569756029768464_162345351_n

    Bir vüsal həsrəti

    Bir vüsal həsrəti boğdu qəlbimi
    Nə acı olurmuş sevginin dadı
    Bir zaman tutaraq mənim əlimi
    Mənə söylədi ki sevgidir adı.

    Bilmədin tükənən göz yaşlarımın
    Yerinə bir tikan bir gül bitirdin
    Mənə əziz olan məhəbbətinin
    Özünlə apardın gözdən itirdin.

    Mən susudum bu könül haray çəkəcək
    Səsləmə sən məni ey vəfasız yar
    Şərəfinə sənin şərab içəcək
    Sənsiz günlərimi de kim ovudar?

    Söylə mənə bu sənmisən?

    Nədir söylə bu həsrətin
    Yollarına hörülmüsən
    Hanı sənin məhəbbətin
    Söylə mənə bu sənmisən?

    Məni tənha atıb getdin
    Bir asiyə satıb getdin
    Söylə mənə sən nə etdin
    Söylə mənə bu sənmisən?

    Indi kimə inanım mən
    Indi kimə güvənim mən
    Hər şeyi başla yenidən
    Söylə daha bu sənmisən?

    Nə bilərdim insan ölmür
    Yaşasada üzü gülmür
    Yenidən dünyaya gəlmir
    Dünyaya gələn sənmisən?

    Təssəli bircə göz yaşı
    Başlatmışıq bu savaşı
    Gördüyüm bu dərd sirdaşı
    Bu sirdaşım de sənmisən?

    Gəl nə zaman döndün geri
    Sağalmayıb yaram yeri
    Bum-buz olmuş isti əli
    Tutan əlimi sənmisən?

    Fidan bitdi atəşində
    Bir ayrılıq gedişində
    Bir düz yolun enişində
    Söylə mənə bu sənmisən?

  • Ramiz QARAYAZI.”Ümid…” (Hekayə)

    1922544_617050485035826_1013536088_n

    Ü M İ D…

    (ixtisarla)

    Bir neçə həftədən bəri sürən yolçuluq hər kəsi əldən salmışdı. Insanları ən çox yoran ucu-bucağı görünməyən səhranın həmahəngliyi, dəvələrin sanki qayğısı yoxmuş kimi ləng hərəkəti və günəşin insafsızcasına od ələməsi idi. Bütün bunlar azmış kimi bu səfərə qolubağlı, bir əsir olaraq başlaması Babəki tamam əldən salmış, onun yolunda hər şeyindən vaz keçdiyi doğma torpaq, ana Vətən və əsir xalqı ilə bağlı olan bütün ümidləri puç olmuşdu. Onu ayaqda saxlayan iki şey vardı: birincisi düşmənlərin qarşısında ölümü mərdanə, əsl türk oğlu türk kimi salamlamaq.., ikincisi isə qəlbinin dərinliyində inanırdı ki nə vaxtsa, bəlkə də yüzillər sonra, ya da bəlkə elə bir neçə ildə onun işini yenidən başlayacaqlar! Yox. O zaman Babəkin buraxdığı bir çox səhvlər təkrarlanmayacaq, düşməni və düşmənin gücünü düzgün qiymətləndirəcəklər. Bax onda Babəkin başladığı Azadlıq Savaşı mütləq qalib gələcək!
    Bu fikirlərlə başı qarışan Babək karvanda başlayan ümumi canlanmanı sezməmişdi. Canlanma üfüqdə çatacaqları mənzilin görünməsi ilə baglı idi. Hər bir kəs nəhəng ərəb xilafətinin bu əzəmətli paytaxtına tez yetişməyə çalışırdı. Sirləri bətnində gömən Samirə şəhərində kimini ailəsi, kimini alacağı xələt, kimini isə ölüm səbirsizliklə gözləyirdi.
    Samirə islam aləminin gənc şəhərlərindən biri idi. Lakin gənc olmasına baxmayaraq salındığı gündən sürətlə böyümüş, Xilafətin siyasət, elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Şəhərin mərkəzi hissəsində hakimiyyəti şərqdən qərbə doğru uzanan əzəmətli və qüdrətli islam xəlifəsinin iqamətgahı yerləşirdi. Gözəl memarlıq üslubunda tikilmiş saray uzaqdan göz oxşayırdı. Sarayı, dünyanın dörd bir yanından xəlifə tərəfindən dəvət edilmiş memarlar inşa etmişdilər. Saray nə qədər gözəl olsa da çoxdan idi ki, nə xəlifə, nə də digər saray əhli bu gözəllikdən lazımınca istifadə edə bilmirdilər, səbəb 20 ildən bəri Xilafətin şimal vilayətlərini bürüyən, xilafəti kökündən sarsıdan azadlıq hərəkatı idi. Lakin bir neçə həftə əvvəl bağrı çatlamaq dərəcəsində olan atla paytaxta çatan, bütün üzü günəşin istisindən çat-çat olan çapar xəlifənin qulağına şanlı sərkərdə Afşin Heydər ibn Kavusun göndərdiyi xəbəri pıçıldayanda bu saray sanki toy-bayram evinə çevrilmişdi. Elə o vaxtdan hər gün sarayda məclislər təşkil edilir, müxtəlif musiqilər ifa edilir, rəqqasələr rəqs edir, bir sözlə heç bir saray sakininin eyş-işrətdən başı açılmırdı. Indi də karvanın yaxınlaşdığını eşidən hər kəs, həm saray əhli, həm də elə bütünlüklə şəhər əhli iş-gücü ataraq, sarayın qarşısındakı böyük meydana toplaşırdılar. Hamı kimi, xəlifə özü də xilafəti bu vaxta qədər qorxu içində saxlayan, xilafətin təməlini sarsıdan şəxsi görməyə tələsirdi.
    Şəhərə daxil olan karvan aram-aram şəhər mərkəzinə doğru irəliləyirdi. Meydana yaxınlaşdıqca insanların sıxlığı artır, hərəkət etmək çətinləşirdi. Nəhayət ki, karvan meydanın saray qarşısında olan hissəsinə çatır. Sarvanların əmri ilə tələsmədən dəvələr dizlərini yerə qoydular… Hamının nəzəri qolları qançır olmuş, paltarının altından bədənində bir neçə yara olduğu görünən, əsir və qolubağlı olmasına baxmayaraq başını dik tutmuş, ətrafındakıların gözünə baxmaqdan çəkinməyən Babək adlı azadlıq mücahidində idi. Meydandakıların hər biri yanındakı ilə pıçıldaşaraq əsir Babəki və ona qalib gələn şanlı Afşinə işarə edirdilər. Sürətli addımlarla saraydan çıxan xəlifəni görən meydan əhlinin sanki üzərizə su töküldü. Xəlifə yan-yana duran iki böyük türk oğluna yaxınlaşdı. Afşinə yaxınlaşan xəlifə əlini onun çiyninə qoydu, qəzəb, maraq və heyrət dolu nəzərlərlə Babəki süzdü və əvvəlkindən də sürətli addımlarla bir qədər aralıda onun üçün qoyulmuş taxta yaxınlaşdı. Oturaraq ətrafına baxdı, hər kəsi bir-bir nəzərdən keçirərək Babəkin üstündə dayandı. Gözlərindəki hiyləgər təbəssümlə qışqırdı:
    ─ Hanı Mirzə Qəribi? Çağırın gəlsin.
    Xəlifədən sağda və solda olan saray əhli narahat formada pıçıldaşmağa başladılar və irəli keçməyə çalışan Mirzəyə yol verdilər. İrəli keçən bəstəboy ağsaqqal şəxs ilk öncə Babəkə yaxınlaşdı, diqqətlə onu başdan-ayağa süzdü, sonra dönərək xəlifəyə tərəf getdi və başı ilə yüngül təzim etdi. Onun hərəkətlərinə diqqət kəsilən xəlifə Mirzə Qəribinin yaşarmış gözlərinə işarə edərək soruşdu:
    ─ Mirzə, nə məsələdir? Gözlərin dolub ki…
    ─ Qocalıqdandır xəlifə sağ olsun, bütün vaxtımı yarımqaranlıq otaqda keçirirəm, açıq havaya çıxanda isə gözlərim nəmlənir. Deyə Mirzə Qəribi cavab verdi. Mirzənin sözlərindən xəlifənin dodaqlarına təbəssüm qondu. Keçən 20 il ərzində Babəkin apardığı müharibəni bütün incəliklərinə qədər qeyd edən Mirzə Qəribi həmişə Babəkin şəxsiyyətinə və onun apardığı milli azadlıq müharibəsinə rəğbətlə yanaşmışdı. Ancaq buna baxmayaraq xəlifə Mirzəni özünün də bilmədiyi səbəbə görə çox istəyirdi. Nəzərlərini yenidən Babəkə çevirən xəlifənin dodaqlarındakı təbəssüm dondu. Taxtdan dik qalxaraq çığırdı:
    ─Mirzə, 20 il ərzində yazdıqlarının tamamını qeyd et! Sabah gün doğanda bu iblis edam ediləcək. Əvvəlcə sağ qolu dirsəkdən üç barmaq aşağı, sonra sol qolu biləkdən bir qarış yuxarı, sağ ayağı dizdən beş barmaq aşağı, sol ayağı topuqdan bir qarış yuxarı kəsiləcək, axırda isə bu mənfur başı vurulacaq! Bununla da sənin kitabın qurtaracaq Mirzə!
    Bunları dedikdən sonra xəlifə heç kimə baxmadan gəldiyi sürətlədə saraya qayıtdı. Xəlifənin saraya getməsi sanki meydandakıları canlandırdı, hər kəs yenidən yaxınlıqdakı yoldaşı ilə pıçıldaşmağa başladı. Afşin sarayın pillələri ilə yuxarı qalxaraq Mirzə Qəribiyə çatdı və ehtiramla ona təzim etdi. Daha sonra əyanlardan birinə yaxınlaşdı. Babəkə işarə edərək ona nə isə söylədi. Həmin şəxs gözdən itdi və az müddət keçmiş iki gənc əsgərlə Babəkə yaxınlaşdı, əsgərlər Babəkin qolundan yapışaraq əmrində olduqları əyanın arxasınca addımladılar. Bu əyan zindanbaşı, əsgərlər isə zindanın tabeliyindəki qulamlar idilər.
    Zindan sarayın zirzəmisində yerləşirdi. Zirzəmiyə daxil olduqda zindanın rütubətli va sərin havası Babəkin həftələrdən bəri səhranın qızmar günəşi altında yanıb közə dönmüş dərisini oxşadı. Zindan çoxlu sayda koğuşlardan ibarət idi və bunların bir çoxundan inilti-şikayət səsi gəlirdi. Burada ah nələnin fəryadı yalnız zavallıların qəlbində dinlənirdi. Onlar sanki ölümlə həmsöhbət olmuşdular burda keçən həyatları ərzində. İndi isə… İndi bütün iniltilər azadlığın sonuna yönəlmişdir. Bu azadlıq sabah zülmətlə sona varacaqdı…
    Əsgərlər əsiri zindanbaşının işarə etdiyi koğuşa saldılar, koğuşun qapısı önündə duran zindanbaşı qolubağlı qəhrəmanı başdan ayağa süzdü, dərindən ah çəkib əmrə müntəzir əsgərlərə Babəkin qollarını açmağı əmr edərək koğuşdan çıxdı. Əmrdən bir qədər çaşmış əsgərlər yarı qorxu, yarı ehtiyatla Babəkin qollarını açdılar. Yenidən koğuşa qayıdan zindanbaşı özü ilə gətirdiyi suyu Babəkə uzatdı. Təklifdən Babəkin bədəninin bütün əzaları hərəkətə gəldi, amma özünü o yerə qoymadan başı ilə imtina etdi. Babəkin beynində yaranmış olan fikri başa düşən zindanbaşı su gətirdiyi qabı dodaqlarına yaxınlaşdıraraq bir qədər içdi və suyu yenidən Babəkə uzadaraq Babəkə çox doğma türk dilində dedi:
    ─ Atam oğlu, əmin ol, ölümü layiqincə qarşılayacaqsan. Daha sonra əsgərlərə tərəf çevrilərək onlara azad olduqlarını bildirdi. Babək sudan bir qədər içərək qabı zindanbaşıya qaytardı və ona təşəkkür etdi. Zindanbaşı qabı Babəkdən alaraq bir daha ona diqqətlə baxdı.
    ─ Adım Qarabudaqdır. Burada doğulmuşam, amma atam Xarəzm tərəfdən gətirilmiş qulam olub, sənin bildiyin, sənin kimi türk oğlu türkəm! Adına layiq ol, adımıza layiq öl! Əlvida qardaşım. Deyərək adının Qarabudaq olduğu bilinən zindanbaşı dərindən ah çəkdi, Babəki düşüncələri ilə baş-başa qoyaraq oranı tərk etdi…
    Səhər dan yeri hələ yenicə sökülməyə başlayanda Babəki edam kürsüsünə gətirdilər. Hamının düşmən deyə tanıdığı bu xalq qəhrəmanı həmişəkindən daha qətiyyətli, daha vüqarlı, daha güclü görünürdü. Babəkin qollarına və damarına güc və əzəmət verən, ölümü kişi qeyrəti və əsl türk oğlu türk kimi salamlamağa ruhlandıran xalqının, torpağının, Ana Vətəninin xoş sabahına, işıqlı gələcəyinə olan sarsılmaz ÜMİDİ idi!
    Ramiz Qarayazı

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sefa1-450x300

    * * *

    bütün ayrılıqlar doğma…
    bütün xoşbəxtliklər yad…
    səninlə yaşanan hər nə varsa
    adını qoymağa çalışma…
    heç məndən də soruşma…
    adı üstündə yazılı: HƏYAT…

    bağırma, çağırma…
    sükutunu qucaqla…
    dərdini bas bağrına…
    bir də görərsən ki,
    qapın döyülür…
    pəncərəndən pıçıltılar tökülür-
    gecikmiş “Bağışla” adıyla…

    yalan demirəm sənə…
    İnanmasan da olur…
    daha eynimə gəlmir
    məni necə bilirsən…
    daha əynimə gəlmir
    “qadın nazı”… Bilirsən…

    bütün səssizliklər haray…
    bütün anlayışlar fəryad…
    səninlə yaşanan hər nə varsa
    adı üstündə yazılı: HƏYAT…

    * * *

    sığındığım köşəyə
    rəsmini Tanrı çəkmiş…
    qorxma dərdim üşüyə,
    dərdə qoxunu səpmiş…

    Bəlkə unutdun sən də
    mənim kimi o toyu?
    bəxtmi unutdu səndə
    o buxunu, o boyu?

    saçındakı dənləri
    bağla qızıl üzüyə…
    göndər gələn-gedənlə
    bəlkə ömrü bəzəyə…

  • Gündüz SEVİNDİK.Yeni şeirlər

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    MƏNİM KÜÇƏLƏRİM ÜŞÜMÜR DAHA…

    Baxdı neçə-neçə şeirlərimə,
    İstədi don biçə şeirlərimə,
    Köçdü küçə-küçə şeirlərimə,
    Mənim küçələrim üşümür daha…

    Bu yükə toxunma, daşıyan mənəm,
    Bax… ölən, dirilən, yaşayan mənəm…
    Nə yaxşı, elə tək üşüyən mənəm…
    Mənim küçələrim üşümür daha.

    Dərdim bu dünyanın çiyninə deyil,
    Sözüm küçələrin əyninə deyil…
    Dizəcən yağan qar eyninə deyil,
    Mənim küçələrim üşümür daha.

    Qəlb yanar, özünü vurdusa közə,
    Ürək lazımdı ki, tablaya, dözə.
    Ta deyə bilmirəm: “Dur gedək bizə!” …
    Mənim küçələrim üşümür daha.

    Bu necə ömürdür, bu nə pay, Allah?
    İtirdim hesabı, özün say, Allah…
    Allah, sənə şükür, şükür, ay Allah –
    Mənim küçələrim üşümür daha!

    * * *

    Dərd yol azdı dərd köçündən,
    Hansı dərddi bu biçimdə?…
    Salamladım öz içimdə,
    Uzaqdan gördüyüm dərdi.

    Bilmirəm, bilə bilmirəm,
    Adını hələ bilmirəm.
    Özümdən ala bilmirəm,
    Əlimə verdiyim dərdi…

    Ay anam, tablamaz ürək,
    Bu dərd iblisdi, gah mələk.
    Çəkməliyəm axıradək,
    Ömrümə hördüyüm dərdi…

  • Kənan AYDINOĞLU.Qəzəllər

    Kənan AYDINOĞLU

    * * *

    Nə vaxtacan dözəcəksən belə dərdə, Azərbaycan?
    Kim çıxarar gözlərindən denən pərdə,Azərbaycan?

    Qarış-qarış torpağına quzğun girib çıxmayandan,
    Rus durmadı dayaq sənə xeyir-şərdə,Azərbaycan!

    Əzəli torpağın olan Qarabağı tutmaq üçün,
    Quzğun qoynuna yeritdi yeni ləşdə*,Azərbaycan!

    İran Rusya tez bağladı arasında Türkmənçayı,
    Şimal torpaqların denən qaldı nərdə,Azərbaycan?

    Bıldır-bıldır gözlərindən axıtdınsarəvan yaşı,
    Nə vaxtacan dözəcəksən belə dərdə,Azərbaycan?
    Fevral,2008.

    * * *

    Kimdi səni salan denən belə dərdə, Azərbaycan?!
    Boynunu da əymədin heç sən namərdə, Azərbaycan!

    Ermənisi bir də rusu torpağına girən zaman,
    Yandı Şirvan, yandı Gəncə,yandı Bərdə, Azərbaycan.

    Həsrətindən alışandan günahsızlar külə döndü,
    Unutmadım mən səni heç, xeyir-şərdə, Azərbaycan.

    Çəkinmə sən, utanma sən ermənidən nə də rusdan,
    Dözüm göstər,səbir göstər hər bir fərdə, Azərbaycan.

    Zaman-zaman torpaqların dönüb neçə cəbhə oldu,
    Boynunu da əymədin heç sən namərdə, Azərbaycan!

    Aprel,2009.

  • Bahadur ƏLZİADƏ.Yeni şeir

    ıfıl f

    Xalqın Mübariz oğlu

    Vətənə şəhid oldun,
    Xalqa qəhrəman oldun,
    Dillərdə şüar oldun,
    Xalqın Mübariz oğlu
    Unutmarıq biz onu.

    Düşmənə qənim oldun,
    Xalqına dayaq oldun,
    Dünyaya sübut oldun,
    Xalqın Mübariz oğlu
    Unutmarıq biz onu.

    Dünyaya sual oldun,
    Xalqın nidası oldun,
    Düşmənə cavab oldun,
    Xalqın Mübariz oğlu
    Unutmarıq biz onu.

    Qeyrət ilə yoğruldun,
    Torpağın oğlu oldun,
    Vətən üçün doğuldun,
    Xalqın Mübariz oğlu
    Unutmarıq biz onu.

    Çarəmizi sən buldun,
    Əlçatmaz zirvə oldun,
    Dərdlərə dərman oldun,
    Xalqın Mübariz oğlu
    Unutmarıq biz onu.

    Düşmənləri qorxutdun,
    Qorxulu yuxu oldun,
    Yağını sən oturtdun,
    Xalqın Mübariz oğlu
    Unutmarıq biz onu.

    Qeyrətlər şahı oldun,
    Tarix yox yaddaş oldun,
    Adına layiq oldun,
    Xalqın Mübariz oğlu
    Unutmarıq biz onu.

    Sərhəddə aslan oldun,
    Yurdunu sən qorudun,
    Silahla yoldaş oldun,
    Xalqın Mübariz oğlu
    Unutmarıq biz onu.

    2010.

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    Saqif QARATORPAQ

    * * *

    Çox da gəlhagəldi,baxta güvənmə!
    Çox da oturduğun taxta güvənmə!
    Dost deyib çoxuna çox da güvənmə,
    Dost çıxmaz axırda dost dediklərin.

    Bağrının başında şırım açarlar,
    Köçəri quş kimi birdən uçarlar,
    Səni quru yerdə qoyub qaçarlar
    Bir vaxt sağlığına tost dediklərin.

    Adının üstündən qara çəkərlər,
    Hara istəsələr ora çəkərlər,
    Düşsən əllərinə dara çəkərlər
    Həddini bildirib “sus”-dediklərin.

    Gözlərim böyüməz daha heyrətdən,
    Dərd məndən usandı, mən də bu dərddən,
    Dəm vurma,əfəndim,bir də qeyrətdən,
    Nə oldu… nə oldu bəs dediklərin?!

    * * *

    A zalım,mən səndən heç nə ummadım,
    Nədir istədiyim?! Xoş söz, xoş qılıq.
    Hər kəsin sevgiyə ehtiyacı var
    Bəlkə də… bəlkə də bircə misralıq.

    Onsuz da yolumuz ayrılıb coxdan,
    Bir də rastlaşmarıq çarpaz xətt kimi.
    Bəlkə də nə varsa unudacaqsan
    Çoxdan unudulmuş bir adət kimi.

    Neyləyim, unuda bilmədim səni,
    Mənimçün əzizdi o sevda, bu qəm.
    Neyləyim,sevəndə -sevdim ürəkdən,
    Sevməsəm… sevməsəm,yaza bilmərəm!

  • Tural SAHAB.”Dağlara qar yağanda”

    1495484_497576120351809_180516868_n

    Güvəndiyimiz dağlara qar yağanda

    Qar dağlara yağar, ancaq güvəndiyimiz dağlaramı?
    Əslində gözəldir qarın yağması, təmizləyir təbiəti mikroblardan, çirkablardan.
    Güvəndiyimiz dağlara qar yağanda isə güvənimiz təmizlənir, yalanlardan və biz böyüyürük.
    Böyümək gözəldi, bunu uşaq vaxtı belə bilirdik.
    Türk filimlərindən görüb, bildiyimiz sevgini biz də yaşayacaqdıq, böyüyüb.
    Böyüdük, sevgilər elə filimlərdə qaldı..
    Dostluqlar Qaf dağının ardında yaşayan Səməndər quşunun qadanlarında gizləndi, insanlar qorxub.
    Güvəndiyimiz dağlara qar yağdı, qar əriyib çamur oldu və ürəyimizi kirlətdi.
    Şairlərdən öyrənə bilmədik sevgini, sevginin göz yaşı ola bilmədi şeirlər.
    Sevdiyimiz şeirləri unutdu sevənlər, ilk namədə yoruldu aşiqlər. Pəri qızına vurulan aşiq ilk namədən sonra söylədi “ ayrılıq” qəzəlini.
    Şeyx Sənan tək atdı özünü qayalardan. O, donuz otaranda , donuz damında aldatdı onu sevdiyi qadın.
    Onun tanrısı gözəllikdi, sevgi idi. Tanrı isə çoxdan əl çəkmişdi sevgidən və gözəllikdən.
    Sənanın özünü atdığı dağ idi, bəlkə də qarın yağdığı dağımız. Ya da Pəri qızının aşiqini, məktubu gətirən bağbanla aldatdığı bağ idi, cəsədimizin düşdüyü yer.
    Güvəndiyimiz dağlara qar çoxdan yağmışdı əslində. Fərhad kimi oğlanı Xosrova dəyişdiyi gün Şirinin. Ya da Fərhadın ahı Şiruyənin bədəninə bürünüb saplandığı gün Xosrovun ömrünə əridi ayağımızın altındakı qarlar və göy üzünə yüksəldik biz. Bir daha dəymədi ayağımız ən yüksək zirvələrə belə.
    Güvəndiyimiz dağlara bir daha qar yağmayacaq, bir daha aldatmayacaq bizi qış günəşləri.
    Güvəndiyimiz dağların öldüyü gün mübarək.
    Mübarək böyüdüyümüz gün.

  • Fidan ABBASOVA.Yeni şeirlər

    907355_510197512390983_1574309761_n-1-300x200

    * * *

    Ömrün yollarına səpilən gül tək
    bir gün çiçək açar bir gün də solar
    bu yolda gərəkdir birlikdə gedək
    ən doğru yolumuz elə bu olar.

    Ayıra bilməsin bizi kimsələr
    həsrədlə baxsınlar qoy sevgimizə
    oyanıb düşündüm hər gün hər səhər
    bu sevgi yazılıb ürəyimizə.

    Mən xoşbəxt kəslərin arasındayam
    yanımda sən varsan milyonlar kimi
    bilmirəm zirvənin harasındayam
    bax necə dillənir qəlbimin simi.

    Həsrət qonaq olmaz daha bizlərə
    gəl birgə əll-ələ keçək bu yolu
    qulaq assaq əgər yalan sözlərə
    o zaman gələcək sevginin sonu.

    Mən sevdim ,sevəcəm ömrüm boyunca
    sən mənim dünyamın şah əsərisən
    sarılıb boynuna bir gün doyunca
    Fidandır , sevgidir və birdəki sən………………………

    * * *

    İçin- için ağladır bu eşq bu sevgi məni
    yada salır nə edim həm dünəni həm səni
    qınayanlar çox olur bir zamanlar sevəni
    indi nədən ayrıyıq sən uzaqsan soyuqsan
    mən sənsiz buza döndüm sən buz olma yazıqsan.

    Düşünməki başqası unutdurubdur məni
    sən dəyişə bilərsən unudanmazsan məni
    bu qədər ucuzmuydu sevgin qəlbin de yəni?
    baxdım ötən günlərə rəsimlərdə köhnəlib
    yəqin onlarda bizi gerçək sanıb güvənib.

    Xatirəyə döndüsə əllərim boş qalıbdır
    indi kövrək ürəyim səni yada salıbdır
    gözlərimə heç baxma onlar çox yorulubdur
    bilməzdim ki sən bu cür adi ucuz birisən
    mən gedirəm sən isə bir sağola dəymirsən.

    Fidan zaman keçəcək səni gördüyü zaman
    o olacaq dünyada yalnız eşqini danan
    zərrə qədər qəlbində varsa cüzi bir vicdan
    çıxma daha yoluma mən daha mən deyiləm
    çətin birdə sevgidə qüruruma əyiləm…………….

  • Fidan ABBASOVA.Türkiye türkcesinde şiir

    907355_510197512390983_1574309761_n-1-300x200

    Kader yazmış yazımı
    yarim çeksin nazımı
    ekmeyimi ,tuzumu
    senle bölmeye geldim
    bir ömür boyu seni
    her an sevmeye geldim.

    Hayatımda tek dilek
    bu canda vuran yürek
    aşka bir emek gerek
    senle bölmeye geldim
    bir ömür boyu seni
    her gün sevmeye geldim.

    Sana hayran bu gözler
    dilimde güzel sözler
    kalbimde senli izler
    Fidan bu günü gözler
    seni sevmeye geldim
    aklında heç çıkarma
    her an yazmaya geldim.

  • Debüt: Məhərrəm CƏLİLABADLI (Cəlilabad).Yeni şeirlər

    1391512070_1624332_388999581244754_333230097_n

    Məhərrəm CƏLİLABADLI (Bağırov Məhərrəm Əlikömək oğlu) 1989-cu il avqust ayının 12-də Cəlilabad rayonunda anadan olub. 2005-ci ildə orta məktəbi bitirib. 2009-cu ildə Astat Pedoqoji şöbəsinin Cəlilabad rayon şöbəsini bitirib. Hazırda Cəlilabad rayon Həsənli kənd orta məktəbində müəllim işləyir. Beş il musiqi təhsili alıb. Şeirlər yazır, musiqi bəstələyir… Bu, onun ÖZ dünyasıdır…

    Nə yaxşı sən varsan…

    Gözlərim əbədi gözünə həsrət,
    Qulağım bir şirin sözünə həsrət.
    Özüm bu dünyanın özünə həsrət,
    Nə yaxşı sən varsan, sevirəm səni.

    Bilmirəm gözlərin necədir sənin,
    Saçların bir zülmət gecədir sənin.
    Gülüşün, yerişin incədir sənin,
    Nə yaxşı sən varsan, sevirəm səni.

    Dünya dağılmaz ki, sən mənim olsan,
    Gəlib ürəyimi, könlümü alsan.
    Bəlkə bir yuxusan, şirin xəyalsan,
    Nə yaxşı sən varsan, sevirəm səni.

    Sən hara gedirsən, yolun haradır,
    Bəlkə də ürəyin, qəlbin yaradır,
    Bəlkə saçların tək bəxtin qaradır,
    Nə yaxşı sən varsan, sevirəm səni.

    Əzizsən, ata

    (Atam Əlikömək kişiyə ithaf)

    Ailə başçısı, işgüzar adam,
    Allahdan sənə mən ən gözəl payam.
    Sənə həm arxayam, həm də övladam,
    Bizə canımızdan əzizsən, Ata!

    Övlad əziyyətin çəkən də sənsən,
    Qədir-qiymətini bilən də sənsən.
    Əzabkeş də sənsən, gülən də sənsən,
    Bizə canımızdan əzizsən, Ata!

    Apardın məktəbə tutub əlimdən,
    Hər an bəlli oldun dərdi-sərimdən.
    Gündə yüz yol düşür bu söz dilimdən,
    Bizə canımızdan əzizsən, Ata!

    Sənsizəm

    Gözümdən uzaqsan, ayrı yerdəsən,
    Xəyallar içində indi sənsizəm.
    Bilmirəm nə halda, hansı gündəsən,
    Ürəyim darıxır, çünki sənsizəm.

    Eşqinin yolunda yanıb kül oldum,
    Ay məni kül edən eşqim, sənsizəm.
    Ayrılıq üzündən solan gül oldum,
    Ürəkdə çoxalıb dərdim, sənsizəm.

    Günəşim batıbdır, çıxmaq bilməyir,
    Gündüzüm gecəyə dönüb, sənsizəm.
    Gözümdən xəyalın bir an getməyir,
    Ömrümün işığı sönüb, sənsizəm.

    Sevgilim deyəndə cavab verərdin,
    Cavabsız qalıbdır sözüm, sənsizəm.
    Sən mənə həyatım, canım deyərdin,
    Hardasan həyatım, gözüm, sənsizəm.

  • Şəfa VƏLİYEVA.”Qara saçlar” (Hekayə)

    sefa1-450x300

    -İnsan zamana əsirdi… Ya da yox… Zaman-məkan anlayışı duyğular üçün mənasızdır… Özümüzdən elə tablolar uydururuq ki, obrazları realda bizə tamam yad olan insanlardı. Bəlkə, onlar bizə maraqlı, bu qədər əziz olduğu halda biz onlar üçün mənasızıq… Maraqsızıq… Bəzən, hətta, dəyər verib özümüzdən çox istədiyimiz insanlar bizə yuxarıdan baxır… Oradan bizi necə görürsə, təbəssümündəki kinayədə əzilirik, qırılırıq… Çilik-çilik oluruq… Amma, öz xəyalımızda çox tez küsüb-barışırıq xəyali obrazımızla… Ondan incimək də, küsmək də darıxana qədərdi… Lap azca darıxana qədər…Ağılla ürəyin vuruşması başlayır…Hərəsi öz qılıncını sıyırır… Uzun mübarizədən, nəhayət, qalib çıxan zaman-məkan anlayışı olur. Yəni, ağıl zəfər bayrağını başı üstünə qaldırır, ürək isə acılarla dolur, daşır… Gözdən süzülür bu acılar…Ağlayarıq…Belə, sağolun… Anlatmağa çalışdım…
    Telefonu keçirib gülümsədi. Yox, deyəsən, bu qızın sözləri xoşuna gəlmişdi. “Bəlkə, onlar bizə maraqlı, bu qədər əziz olduğu halda biz onlar üçün mənasızıq…” Cümləni özlüyündə təkrarladı Tural…Dilinə gətirməsə də, açıq deməsə də o qızın “əziz adam”ının özü olduğunu anlamışdı…Bunun səbəbini tapmırdı. Cəmi bir dəfə üz-üzə gəlmişdilər. Adı təsadüf, özü zərurət olan bu bircə dəfə qarşılaşmaq hər ikisinin həyatında qəribə bir təzad yaratmışdı. Onlar iki yad, doğma insan idilər… “Doğma yad”… Hər ikisi bir-biri üçün “sirli qırxıncı otaq” idi. Bu otağın açarını özlüyündə hər ikisi gizlətmişdi. Ancaq hər ikisi də bu sirri bilməyə can atırdı.
    Tural özünü anlaya bilmirdi. Ancaq deyəsən, o qızı anlamağa başlamışdı. O qız Turala böyük dəyər verirdi. “Onu özündən çox istəyirdi”… Dediyindən belə anlamışdı Tural…Bəs Tural? Bax bunu bilmirdi…Bu sualın cavabını tapmırdı…
    Çətin sualın qarşısında özünü yormaq istəmədi belə…Sevdiyini düşündü…Aysel üçün darıxdığını hiss etdi. Dörd gün olardı ki, görüşmürdülər. O, işi ilə əlaqədar rayona getmişdi. Bu gün qayıtmışdı, hələ görüşməmişdilər. Telefonu açınca ilk zəngi Ayseldən gözləsə də, yad qız onu qabaqlamışdı. Özlüyündə hər ikisini müqayisə elədi. Ayselin uzun, qara saçları vardı. O qızın isə saçları elə bil gəlincik saçı idi. Açıq palıdı, nazik…Nənəsi belə saçlar haqqında danışanda “hörüyəgəlməz” deyirdi.
    Yenə darıxdı Aysel üçün. Sevimli rəqəmləri sığalladı…Ayselin telefonu məşğul idi. Gələndən bəri divanda uzanıb qalmışdı. Yolun yorğunluğunu çıxarırdı canından. Ancaq Aysel üçün darıxmağı mürgülü gözlərini oyatdı, dumanlı beynini aydınlatdı. Ayağa durub cəld geyindi. Qaçaraq qapıdan çıxdı. Həyəcanlıydı. İlk dəfə idi ki, Ayseldən bu qədər-dörd gün ayrı qalmışdı. Bu dörd gündə bəlkə dörd yüz dəfə Ayselin saçlarını xəyalında tumarlamışdı.
    Qarşıdakı binanın həyətinə çataraq balaca şam ağacının yanında dayandı. Ayselgil məhz bu binada, üçüncü mərtəbədə yaşayırdılar. Onların qonaq otağının pəncərəsi düz bura açılırdı. Burdan o pəncərəyə baxmaq belə onu xoşbəxt edirdi. Tural yenə Ayselin nömrəsini yığdı. Yenə xətt məşğul idi. Gözlərini pəncərəyə dikdi. Açıq çəhrayı rəngli pəncərəni külək yelləyirdi. Düşündü ki, bu pərdəni Aysel, görəsən, necə ütüləyib? Yəqin onun anası kimi qatlaya-qatlaya ütüləyib ki, qırışmasın. Amma külək necə də zalımdır…İndi pərdəni pəncərənin çərçivəsindən eşiyə-içəri atıb qırışdıracaq…
    Tural hiss etdi ki, zaman çox asta keçir…Bəlkə də dayanıb…Aysel üçün darıxdığı hər an zaman anlayışı gen gəlirdi ona…Aysellə yaşadığı zamanlara isə sığa bilmirdi. Elə tez keçirdi ki, saatlar…Yenə Ayselə zəng etdi. Bu dəfə telefon çağırırdı.
    -Alo?
    -Ayselim…
    -Ürəyim…Gəlmisən?
    -Necəsən? Axı sən bilirdin bu gün gəlməyimi…
    -Şükür…Darıxmışdım…
    -Pəncərəyə bax…
    -Uzanmışam…Yorğunam…
    -Külək pərdələrinizi qırışdırır…Əziyyətlə ütüləmisən…
    -Dəli…Gəlirəm…
    Beş dəqiqədən sonra şam ağacıyla sağollaşıb əl-ələ həmişəki doğma ünvana, yaxınlıqdakı kiçik restorana gedirdilər…Eyni yerdə, qapıdan girincə soldakı ikinci stolda oturardılar…Tural üzü qapıya oturardı həmişə…Bu dəfə də elə oturdular…Pendirli, toyuq ətiylə pizza sifariş verdilər…
    Tural əlini atıb Ayselin uzun, qara saçlarını sığlladı…Fikrindən keçdi ki, qızın saçını azacıq dartıb onu cırnatsın…Lakin, tez əlini çəkib gülümsündü…İki il idi ki, bir-birlərini sevirdilər. Ancaq bir dəfə də olsun beyninə bu fikir gəlməmişdi. Çox darıxdığındandı deyəsən…Ancaq saçlar Ayselin üzünün sağ tərəfindün sürüşür, azacıq qıvrılır, elə bil Turalın acığına qızın gözlərini örtməyə çalışırdı. Yenə əlini uzatdı. Qara saçları sığalladı, sonra Ayselin boynunun ardına atdı:
    -Belə yaxşıdı-dedi…
    Aysel isə sakitcə gülümsəyirdi. Onun da darıxdığı hiss olunurdu. Ala gözləri sevgiylə parıldayırdı. Bu parıltı üçün də darıxmışdı Tural…Qızın saçını əlindən buraxmayaraq başını azca irəli əydi, pıçıldamağa başladı:

    Yenə qılıncını çəkdi üstümə,
    Qurbanı olduğum o ala gözlər.
    Yenə cəllad olub durdu qəsdimə,
    Qələm qaş altında piyalə gözlər!

    Aysel qəhqəhə çəkdi:
    -Sən canın, bunu da rayondamı öyrəndin?
    -Hə…Mən də Qazaxdanam axı…
    -Qazaxlılar oxuyur bunu?
    -Hə…Səməd Vurğunun şeiridi…
    -Mənə yazıb yəqin…
    -Yox, mən sənə həsr edirəm.
    -Mən sənə nə həsr edim bəs?
    -Sən də mənə bir şeir yaz…
    -Mən? Get fanatlarına de yazsın…-Aysel yenə bərkdən güldü. Qonşu stoldakı qızlar dönüb baxdılar. Aysel gülərək pıçıldadı:
    -Bax, o da fanat ordusu…
    Tural özünü elə xoşbəxt hiss edirdi ki…Artıq söz tapmırdı. Ofisiantın yaxınlaşmasına sevindi. İndi də pizzanı yeyə-yeyə gülürdülər.
    Restorandan çıxanda da Tural əlini qara saçlardan çəkmədi. Elə bil bu saçlara dolanmaq, ordaca ölüb qalmaq istəyirdi. Bu saçlar onu ölümə səsləsə də gedəcəyinə and içmişdi ürəyində. Ayseli evlərinə yola salanda da həmişəki kimi alnından deyil, saçlarından öpdü Tural…
    Evə gəlincə də saçları düşündü…Yatdı, yuxuda da qara saçları gördü. Çox qəribə yuxu idi.
    Elə bil ağlayırdı qara saçlar. Utanırdı ondan. Elə bil böyük bir günaha batmışdılar, indi yağış kimi göz yaşları yağdırırdılar ki, təmizlənsinlər, günahlardan arınsınlar. Amma olmurdu. Tural əl atıb o saçları tutmaq istədi. Əli çatmadı. Ha can atdısa barmağı ilə də toxuna bilmədi. Saçlar elə bil dil açıb yalvarırdı ki, məni bağışla…
    Yuxudan ayıldı. Ürəyi bərk döyünürdü. Soyuq tər bürümüşdü Turalı. Qorxmuşdu yuxusundan. Səhərin açılmağına çox vardı. Ayselə zəng vurmaq istədi. Sonra fikrindən daşındı. Yəqin yatır, oyatmaq istəmədi. Durub geyindi, həyətə düşdü. Şam ağacının yanına gəldi, Ayselgilin pəncərəsinə baxdı…Qaranlıqda bircə pərdənin yellənməsini seçə bildi. Bir az durub geri qayıtdı. Evə girmək istəmədi. Ürəyindəki narahatlıq keçmirdi. İstər-istəməz Ayselin nömrəsini yığdı. Xətt məşğul idi. Elə bil bədənindən cərəyan keçdi. Qaçaraq şam ağacının altına gəldi. Pəncərəyə gözünü dikib baxdı. Az sonra Aysel özü ona zəng etdi. Telefonu açınca səsindən özü də diksindi:
    -Kimlə danışırsan?
    -Heç…
    -Heç nədi, Aysel?
    -Ürəyim, sən mənim ürəyimsən, mən də sənin ruhun…Səni yığırdım…
    -Niyə?
    -Yuxumu qatmışdım…
    Turalın səsi yumşaldı:
    -Mən də pis yuxu gördüm…
    -Nə gördün?
    -Saçların ağlayırdı…
    -Saçlarım əlin üçün darıxır…
    -Onlara əlim çatmadı…
    -Bəlkə də…
    -Sən də eyni yuxunu görürdün?
    -Yox…Amma əlin çatmadı…
    -Nədən bildin bəs?
    -Nəyi?
    -Əlim çatmadı saçlarına…
    -Tural…Sabah restorana gəl…Həminki yerə, saat 2-də…
    -Axı mən işdə olacam…
    -Tamam…İşdən çıxanda gəl…Saat 7-də…
    -Oldu…Yat…
    -Sən də…
    Səhər işdə qara saçların xəyalıyla günü başa vurdu Tural…Amma, ürəyində narahatlıq vardı. Qara saçların göz yaşları gözünün önündə canlanırdı tez-tez…İşdən vaxtından tez çıxdı ki, 7-də restoranda olsun.
    Qapını açınca “öz yerləri”nə baxdı…Aysel arxası qapıya oturmuşdu həmişəki kimi…Onunla üzbəüz oturan oğlanı isə tanımırdı. Oğlan onu görüncə əlini Ayselin sağ yanağına apardı…Onun yanağını sığallayıb saçlarını boynunun ardın atdı:
    – Belə yaxşıdır, Aysel-dedi.
    Tural yerindəcə donmuşdu. Bu saçlar… Qara saçlar günaha batmışdı… Yuxusunu indi anladı… Sağ tərəfdə dönər hazırlayan oğlanın əlindəki bıçağı almaqla stola tərəf cummağı bir oldu. Oğlan diksinib ayağa qalxdı. Qorxusundan rəngi ağardı… Aysel isə arxaya dönməyə imkan belə tapmadı. Tural cumub Ayselin saçlarından yapışdı. Bir çəngə bıçaqla kəsib bıçağı yerə tulladı. Saç əlində qapıdan eşiyə çıxdı. Sürətlə oradan uzaqlaşdı… Beynində isə bu sözləri təkrar edirdi:
    – “Bəlkə, onlar bizə maraqlı, bu qədər əziz olduğu halda biz onlar üçün mənasızıq… Maraqsızıq…”
    – “…ağıl zəfər bayrağını başı üstünə qaldırır, ürək isə acılarla dolur, daşır… Gözdən süzülür bu acılar…Ağlayarıq…”

  • Fidan ABBASOVA.Yeni şeirlər

    907355_510197512390983_1574309761_n-1-300x200

    Bulud dolar yağış üçün
    şehdə düşər çəmən üçün
    bu dünyada mənim üçün
    səndən əziz kimim varki
    ayrılıqdan qorxmuram mən
    ölüm deyil bir günahdır o sabahkı………..

    Gözlərimdə dəyişibdir
    gülüşümdə dəyişibdir
    ürəyimdə böyüyübdür
    arzularım nə qədərki
    ayrılıqdan qorxmuram mən
    ölüm deyil bir günahdır o sabahkı………..

    Körpə kimi məsum baxan
    saçlarıma çələng taxan
    bir qəlb evin vurub yıxan
    fələk olsa nə vardı ki,
    ayrılıqdan qorxmuram mən
    ölüm deyil bir günahdır o sabahkı………..

    Qonaq kimi çıxıb getmə
    bir gün olub bir gün itmə
    durna kimi burdan ötmə
    payız gələr bilirəmki,
    ayrılıqdan qorxmuram mən
    ölüm deyil bir günahdır o sabahkı………..

    Sən sevgidən daha gözəl
    bəsdir artıq böyü düzəl
    bir ömürə sonsuz əzəl
    yazılmısan o varaq ki,
    ayrılıqdan qorxmuram mən
    ölüm deyil bir günahdır o sabahkı………..

    Əllərimdən bərk – bərk yapış
    Fidan olsun adi tanış
    keçib gedər bu soyuq qış
    bahar gələr unutmazki,
    ayrılıqdan qorxmuram mən
    ölüm deyil bir günahdır o sabahkı………..

  • Fidan ABBASOVA.Yeni şeirlər

    907355_510197512390983_1574309761_n-1-300x200

    * * *

    Susqun ürəyimi açıram sənə
    sanma ki unudub sevəcəyəm mən
    bir söz tapsam əgər ağlar qəlbimə
    yenidən dünyaya göz açaram mən.

    Bu həsrət nə qədər incitsə məni
    günahı özümdə axdaracağam
    demirəm unudub məndə dünəni
    sabahdan günəşlə yarışacağam.

    Əllərim soyuyub buza dönsədə
    o isti nəfəsin gözlərimdədir
    ömrümün çırağı daha sönsədə
    sevgin əbədiyən ürəyimdədir.

    Fidan bir ürəyə qonaq olma heç
    sonunu ayrılıq yazır bu kədər
    bir xoş xatirə tək anıb səndə keç
    bir gün gəldiyi tək o dönüb gedər…………….

    Bir rəsimə görə sevirlər indi

    Bir rəsimə görə sevirlər indi
    neyləsin zəmanə insanlıq ölüb
    indi ən bahalı qəlbin cibindi
    kasıbda pul olmur cibi sökülüb.

    Axdarır ağ atlı oğlan yerinə
    indiki qizlarin çoxu ” ağ nissan”
    nə bir söz tapılır nə də bir cümlə
    ən çox pulu olan sayılır insan.

    Sevgilər düşübdür qiyməti yoxdur
    hərkəsin öz tərzi öz sevgisi var
    soruşma heç kimdən qiyməti nədir
    o qədər ucuzdur alan tapılar.

    Nə deyək hər insan bir cür yaşayır
    bəlkəmdə ən rahat yoluda budur
    nə deyək sizlərə ay saxtakarlar
    sizinkimilərdən hər yan doludur.

    Ay Fidan bəsdir bu yalanları sən
    vecinə aldıqca gücün tükənər
    ən gözəl qoy qalsın hər kəs özüyçün
    kim kimi isdəyir onu da sevər.

  • Fidan ABBASOVA.Yeni şeirlər

    907355_510197512390983_1574309761_n-1-300x200

    Bu dünyada vəfa yoxdur

    Bu dünyada vəfa yoxdur olsa – olsa qəm gətirər
    gül sandığın tikan olub çəmənlikdə kol bitirər
    sevən insan vicdan bilib ürəyində yar götürər
    niyə mənim taleyimi belə yazdım ulu tanrım?
    yəqin məndə günhakaram öz yolumu bir az azdım……………..

    Qəlbində bir insaf varsa doğru görüb doğru düşün
    nə mənası acı sözlə , təhqir edib pis söyüşün
    yaxşılığı savab üçün gösdər deki budur işim
    niyə həyat amansızdır bizə qarşı ulu tanrım?
    ürəyimdə insafsıza özü boyda məzar qazdım.

    Məni dost bil deyən kəslər gün gəlincə qaçıb getdi
    bir yuxu tək yatmış olan arzularda gözdən itdi
    bir gün varam , bir gün yoxam kim axdardı mərak etdi
    niyə insan övladının sözü belə ulu tanrım?
    yalan olan yerdə məndə doğru olan şer yazdım.

    Ürəyimi üzən qəmdən sevinc bilib tutan Fidan
    hər kölnünü yaxın bilib sonra səni yalan yozan
    qulağıma səhər tezdən dinlədiyim duam Azan
    məni daha sınaq etmə yorulmuşam ulu tanrım
    yaşadığım bu ömürdə kaş heç birdə olmayaydım………………

    Artıq o günlərim geridə qalıb

    Nəyin cəzasını çəkdirdin mənə?
    Guya ki sən özün əzab çəkmədin
    İsdəsən daha çox sevə bilərdin
    Sevməyə cəsarət edə bilmədin.

    İndi düşünürsən sənsiz ölmüşəm
    unutma o sevgi nağılda qalıb
    danmıram bir zaman məndə sevmişəm
    artıq o günlərim geridə qalıb.

    Səni dünənimdə qoyub gedirəm
    sabahım yeni gün gətirəcəkdir
    sanmaki bir daha sevə bilmərəm
    bu qəlb sənsiz belə seviləcəkdir.

    Duyğular bitəndə insan soyuyur
    ətrafda min insan olsada belə
    ürək yalanlardan o qədər doyur
    sevirəm kəlməsin gətirmir dilə.

    Təssüf bu dünyamın qonağı oldun
    Fidan hər gedişin bir dönüşü var
    bir gün hər şeyimdin indi yox oldun
    gedənin yerini zaman doldurar…………………

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeir

    1558877_1434551783429120_209165756_n
    ŞƏRƏFİNİ SATANLAR

    Şərəfini satanlar
    Şərəfdən danışırlar
    Qara gecə icinə
    Qaralıb qarışırlar.

    Oturacağa söykəyir
    “Kirlətdiyi kürəyi
    Qara kəlmələr doğur
    ləkələnmiş ürəyi.

    Belələri vətənin
    Ürəyini göynədir.
    Qiz gəlinə dil tökür.
    Namusunu çeynədir.

    Düşünün bu qadınlar
    Şəhidin anasıdır.
    Şəhidin bacısıdır
    Şəhidin tökdüyü
    Qanının damlasıdır.

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

    1558877_1434551783429120_209165756_n
    Suriyada baş verən çatışmadan!

    Səs çıxarma yat bala!

    Anasını atasını
    İtirən uşaq!
    Üzünü soyuq daşa qoyub…
    İsti qucaq əvəzinə.
    İki məzar arasında,
    Yatan uşaq.
    Əllərini başı altda qoşa qoyub.
    Anasının atasının nəfəsini,
    Duymaq üçün.
    Gecə-gündüz yatır orda.
    Göz yaşını, ahına qatır orda.
    Bu uşaqın taleyini düşünəcək ,
    Bir kimsə yox.
    Mərmi yağır göy üzündən,
    Yağış kimi.
    Səs çıxarır, zülmlərə
    Əl çalınan alqış kimi.
    Şak, şak ,şak…
    Bu cənnətmi, cəhhənnəmmi,
    Qiyamətmi…
    Yoxsa bütün insanların,
    Göz yumduğu cinayətmi…
    Sadə bir ad qoyublar,
    Vətəndaş müharibəsi.
    Yaxşı addır…
    Yatımlıdır qulağa…
    Yat iki məzar arasında,
    Səs çıxarma, yat bala!

    Verəcəyim əzabsa çəkmə!

    Zülm buludundan yağan yağış
    Gözümə yağır.
    Titrək nəfəsim susur.
    Sevgimin əli ilə
    Birini qandallayıram.
    Gecənın qoynuna sığınıb
    ağlayıram.
    Saralıb-solur ümidim…
    Sehirləyən gözlərimi yumuram
    Axır içimə qaynar sular…
    Əlvida demək üçün ağlayıram
    Zülümümə.
    Qandallar qarğış həlqəsi, boynumda.
    Rəzil, zəlil günə salır,
    Sevgi dünyamda.
    Yapışıram ətəyindən qarğışın,
    Əlindən qopmağa.
    Bir kərə baxdığında
    Baxışlarında yanıram.
    Gecə, alovun pəncəsində
    Mən və xəyallarım.
    Sevmək istəyəndə.
    Yoxsa sevgini özümə
    Haram etməliyəm?
    Bir çox qidalar kimi.
    Bu zamanəninmı sevgisi?
    Bəlkə mənim sevgimlə,
    Zamanənin sevgisinə fərq var…
    Bu doğru bir sevgi,
    Mənim sevgim qədimdən qalmış.
    Qandalları da, ağır yük,
    Qollarında.
    Mənim sevgim bu…
    Verəcəyim əzabsa, çəkmə.

  • Tural SAHAB.Yeni şeir

    1495484_497576120351809_180516868_n

    İNDİ GÜLÜRƏM AYRILIQLARA

    İndi gülürəm ayrılıqlara
    Gülürəm
    Dalğaların vurduğu qayalıqlara
    Hündür binalara
    Gülürəm, alçaqlıqlara
    Yaşananlara, yaşanmayanlara
    Yumub gözlərimi, atıram ümidlərimi
    Boşluqlara, qaranlıqlara

    Baxışların özgə gözlərə toxunanda
    Daha mən də gülürəm acılara, ayrılıqlara
    Sən güldüyün tək, el qapısında
    Vağzalı oxunanda
    Bax uzaq bir diyarda ayrıldı yenə sevənlər
    Qoca, pullu bir ayqırın yatağında
    Solur, yorulur – ölür güllər
    Baxır oğlam bir ayqıra, bir sevdiyinə
    Gülür, gülür- nifrət edir onu sevdiyinə
    Sevməyi bildiyinə
    Və atır özünü bir əxlaqsızın qollarına
    Və and içir
    Və həsr edir qalan ömrünü
    Pullu bir ayqır olmağa
    Bir daha solmayıb
    Qucağında güllər soldurmağa
    İndi gülürəm ayrılıqlara
    Atıb sevgini
    Qayalıqlardan- qaranlıqlara
    Gülürəm – dodaqlarımdan axır göz yaşlarım.

  • Fidan ABBASOVA.Yeni şeirlər

    907355_510197512390983_1574309761_n-1-300x200

    Ən doğru yolumuz elə bu olar

    Ömrün yollarına səpilən gül tək
    bir gün çiçək açar bir gün də solar
    bu yolda gərəkdir birlikdə gedək
    ən doğru yolumuz elə bu olar.

    Ayıra bilməsin bizi kimsələr
    həsrədlə baxsınlar qoy sevgimizə
    oyanıb düşündüm hər gün hər səhər
    bu sevgi yazılıb ürəyimizə.

    Mən xoşbəxt kəslərin arasındayam
    yanımda sən varsan milyonlar kimi
    bilmirəm zirvənin harasındayam
    bax necə dillənir qəlbimin simi.

    Həsrət qonaq olmaz daha bizlərə
    gəl birgə əll-ələ keçək bu yolu
    qulaq assaq əgər yalan sözlərə
    o zaman gələcək sevginin sonu.

    Mən sevdim ,sevəcəm ömrüm boyunca
    sən mənim dünyamın şah əsərisən
    sarılıb boynuna bir gün doyunca
    Fidandır , sevgidir və birdəki sən………………………

    Sən məni unut

    Bəzən yoxluğuna alışsamda mən
    sanki bir il olur görüşmiyəli
    tamamən dəyişib üz cizgilərin
    artıq unutmuşam deməli səni.

    Bəlkəmdə bu sözlər oxuduğun an
    qəlbinə bir bıcaq saplayacaqdır
    o mənli günlərdən xatirimizdə
    ən acı ən, iyrənc gün qalacaqdır.

    Nə qədər taleyi bədbəxt olanalar
    sonradan ayağa qalxıb dirilib
    deməli bir insan sevmir yalandır
    onun məhəbbəti kinə çevrilib.

    Ehtiyac duyduğun zamanlarda mən
    sənin yorğanındım soyuqdan kəsə
    deməli başqası gəlib qəlbinə
    mənim əvəzimdən doğmadır nəsə.

    Nə deyə bilirəm acı bir kəlmə
    nə etdin qarşılıq olacaq bir gün
    bir arzum qalıbdır heç vaxt sevilmə
    peşman ol yaşayıb sən hər gün deyin.

    Bitirib cümləmi sona yazıram
    bəlkə bu sözlərdə artıqdır sənə
    verdiyim əhdimi indi pozuram
    o saxta xəyalar yaraşmır mənə.

    Fidan sanma səni xatırlayacaq
    bu gediş son gediş ağılında tut
    mənim əvəzimdə mən olmayacaq
    onunçun ömürlük sən məni unut………………

  • “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirildi

    resad_mecid

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin yaydığı məlumata görə, 8 yanvar 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirildi.Düzənlənən tədbir saat 14:00-dan-17:00-a qədər davam etdi.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ilk növbədə tədbir iştiakçılarını salamladı, rəhəbri olduğu “Gənc Ədiblər Məktəbi”nin yaranma tarixindən bu günə qədər keçdiyi inkişaf mərhələsindən, məktəbin fəal üzvlərindən, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülən gənc yazarlar haqqında söhbət açdı, Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq üçün gənc yazarlara köməklik edəcəyini, gənc yazarlara məktəbin facebook sosial şəbəkəsində olan səhifəsində fəal iştirak etməyə, ədəbi-bədii nümunələrini oxumağa çağırdı.Sonra sözü tənqidçi Əsəd Cahangirə verdi.Əsəd Cahangir də öz növbəsində tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan xalqının istedadlı xalq olduğunu, dünyada Azərbaycan qədər istedadlı bir xalqın olmadığını iştirakçıların diqqətinə çatdırdı.
    “Gənc Ədiblər Məktəbi”nin rəhbəri Rəşad Məcid düzənlənən tədbirə toplaşan gənc yazarların hər biri üçün beş dəqiqə ayırdığını nəzərə çatdırıb hər bir gənc yazara uğurlar dilədi.Sonra Azərbaycanın müxtəlif şəhər və bölgələrindən gələn gənc istedadlı gənc yazarlar Nəzakət Bədirova, Günel Gün, Tural Sahab, Gülnarə İsrafilqızı, Kənan Aydınoğlu, Bahadur Əlizadə, Elçin Aslangil və digər gənc yazarlar öz şeirlərini, məqalələrini, esselərini tədbir iştirakçıları üçün oxudular.Tənqidçi Əsəd Cahangir də gənc yazarları dinlədikdən sonra öz fikirlərini bildirdi.
    “Gənc Ədiblər Məktəbi”nin 10-a yaxın üzvlərinin Azərbaycan Yazıçılar Birliyinə üzvlər qəbul olunması qərara alınıb.
    Hal-hazırda “Gənc Ədiblər Məktəbi”nin 150-yə yaxın üzvü var.Son bir il ərzində 20-yə yaxın üzvü Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib, 10-a yaxın üzvü isə Prezident təqaüdünə layiq görülüb.
    Qeyd edək ki, “Gənc Ədiblər Məktəbi” 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən yaradılıb.”Gənc Ədiblər Məktəbi”nin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Məsul katibi isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Emin Piridir.

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    Saqif QARATORPAQ

    QARDAŞIM!

    İtirdim nə varsa,torpaq da getdi,
    Verdim bir ömürü yelə , qardaşım!
    Uşaq oyuncaqla oynayan kimi
    Söznən oynayıram hələ,qardaşim!

    Sinəmə döyürəm yenə “mən”-deyib,
    Uca kürsülərdə “ey vətən”-deyib,
    Gah çiçək axtarıb ,gah cəmən deyib,
    Tərif də yazıram gülə,qardaşım!

    Bu qədər susarmı dərdi dağ olan,
    Gündə min yol ölüb yenə sağ olan,
    Vətənə,torpağa,yurda ağ olan
    Yanıb niyə dönmür külə,qardaşım!

    Gör necə aldadıb bər-bəzək məni,
    Qoyub yaman günə bu ürək məni.
    Salıb kəməndinə kəpənək məni,
    Çıxıbdı yadımdan güllə ,qardaşım!

    Bu gidi dünyada daha gözüm yox,
    Budur-yaşayıram… ancaq özüm yox…
    Biçarə Saqifə ayrı sözüm yox,
    Görüm olsun belə-belə,qardaşım!

    * * *

    Mən də coxdan ölmüşəm,
    Yoxdu yerdən götürən.
    Bilmirəm oxudunmu
    Özümə başsağlı
    Göndərmişdim mən dünən.

    İlişib bir tərifə
    Yıxıldım, xəbərin var?
    Yazığı gələn olsa
    Dönüb yerdən qaldırar.

    İndi yaman dəbdədi
    Özünü sözdən asmaq.
    Ölümdən də betərdi
    Başın üstə yellənən
    Qara kəndirə baxmaq.

    Dərd yapışar beşəlli
    Tutmağa yaxan olsa.
    Dərd eləmə özünə
    O dünyadan gələrəm
    Mənsiz darıxan olsa.

  • Debüt: Gülnarə İSRAFİLQIZI (Gədəbəy).Yeni şeirlər

    1526370_495624037213684_686548573_n

    TƏRCÜMEYİ-HAL

    Gülnarə İSRAFİLQIZI (Əmiraslanova Gülnarə İsrafil qızı) 1981-ci il may ayının 25-də Gədəbəy rayonunun Qarı kəndində anadan olub.
    2000-ci ildən respublika mətbuatında Gülnarə İSRAFİLQIZI imzası ilə şeirləri və məqalələri dərc olunur.”Bir ağacın budaqları”, “Duyğulu Arazlar” almanaxlarında şeirləri yayınlanıb.2013-cü ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.

    Yer göy qalıb dağılmamış.

    Ruhum ağlayır
    Üzümdə təbəssüm,
    Əllərim bom-boş
    Kədərin ünvanı yox.
    Payız yarpaqları,
    Əsən küləklər.
    Boynu bükük ləpirlər,
    Daha nələr, nələr,
    Sıxlıqlar, sıxıntılar,
    Ahlar…
    Alqışlar, kəsilən başlar,
    Ünvansız…
    Vicdansız, vicdansiz.
    Yazılan əsər,
    Bitirilən roman.
    Həyasizlıqdan, alçaqlıqdan.
    Aclıqdan…
    Səfalətdən həzz alanlar,
    Çevrəmizdə.
    Küçəmizdə, hamısı,hamısı
    Bizdə…
    Ölkəmizdə.
    Satqınlıqlar, Fironluqlar,
    Qeyrətini,
    Tarixini, unudanlar
    İcimizdə…
    Yer-göy qalıb dağılmamış,
    Dağıdılır Kuçəmiz də.

    * * *

    Mavi gözlüm,
    Yıldızlara gütür beni.
    Gözlərinde itir bəni.
    Gözlerine bakım, bakım,
    Gözlerinde çoşum, taşım,
    Kötülükle hep savaşım.
    Benim uğrum senin olsun.
    Mavi gözün benim olsun.
    Bitsin artık aşk hasreti!
    Şunu senden istemekle
    Hata etdim…..
    Sana mavi gözlüm dedim,
    Denizlere kattın beni.
    Yüreyinden atdın beni.
    Çoşup taştı göz yaşlarım,
    Sahildeyim!
    Kayıplara karışmadım.
    Mavi gözlü olarmısın
    Arkadaşım?
    “M” harfi yok.
    Aşkımız yok.
    Yıldiz gibi gözlerine
    Aşıkta yok.
    Yıdız gibi, əl çatmazdır
    Benim olman.
    Aşıkmısın deyilmisin
    Sana sormam.
    Belki bir gün
    Bakışlarım konar gözlerine.
    Aşkım düşer yüreyine.
    Yıldızlara çatar elim,
    Benim olar gözlerin.
    Belke de, yok…..
    Şu aşkımın yoklunda
    Kayb olurum.
    Yıldızları kendim gibi unuturum.
    Mavi gözlü.

    Sübh mavi gəlinlikdə!

    Mənsə ulduzlu axşam.
    Əks olur dodağımda,
    İçimdə əriyən şam.
    Açılır hər gün yeni,

    Xəyalıma pəncərə.
    Göy qurşağı deyilir,
    Arzular doqan yerə

    Qanadları bəm-bəyaz,
    Uçur,gedir zamanım.
    Qışa doğru yeriyən,
    Payız mənim ünvanım.

    Kişinin qeyrəti sadələşibdir!

    Yaman zəhərlənib dövrün havası,
    İtib qız isməti,gəlin həyası,
    Açılıb anamın kalağayısı,
    Əyində geyimlər tazələşibdir.
    Kişinin qeyrəti sadələşibdir.

    Sevənlər pak sevib,pak sevilərdi,
    Üz-üzə gələndə boynun əyərdi,
    Bu nə zəmanədir,bu nə dəyərdir,
    Birləşmək ayrılmaq adiləşibdir.
    Kişinin qeyrəti sadələşibdir.

    İstəyir söhbətə babam qarışın,
    Namusdan,qeyrətdən,ardan danışsın,
    Qorxuram bulvarda babam da çaşsın,
    Çünki keçmişimiz maviləşibdir.
    Kişinin qeyrəti sadələşibdir.

  • Kənan AYDINOĞLU.Şeirlər

    Kənan AYDINOĞLU

    DÜNYANIN GÖZƏL ŞERİ YUNUS ƏMRƏDƏN GƏLİB

    Dastanlar bu torpağa düzüləndə bildim ki,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
    Göz yaşına çevrilib süzüləndə bildim ki,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    “Subhənallah” deyincə nurlu gözləri dolan,
    Ruminin məclisində yenə ilk bahar olan,
    Dərin bir fəlsəfənin qaranlığına dalan,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    Hər misrası gövhərdən, torpaqdan daha dolğun,
    Yanaqları lalədən, incidən daha solğun.
    Türkün övladı yenə baxanda oğrun-oğrun,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    İllərin arxasında candakı ruhu gördüm,
    “Qurani-Kərim”də mən Adəmlə Nuhu gördüm.
    Harayı ərşə çatan fəğanla ahu gördüm,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    Əhmədin məktubları sızıldadı tar kimi,
    Bağlandı Haqq dininə Haqqı sevən yar kimi.
    Allahı sevən qəlbə ələndi bir qar kimi,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    Dağılanda gözümdən həsrət, ayrılıq, kədər,
    Sevdim Anam torpağı axan göz yaşı qədər.
    Bir elə, bir obaya yayılsın bu xoş xəbər:
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    EY MƏNİM YUNUS ƏMRƏM, SƏNƏ SALAMLAR OLSUN!

    XIII yüzil Ön Asiyada ilk türkdilli təsəvvüf şairi Yunus Əmrəyə ulu sayğılarla!

    Qaramandan, Ərzurumdan, ey Oğuz dillərinin
    Böyük şairi YUNUS, sənə salamlar olsun!
    ƏSKİŞƏHƏRdə belə məzarın olsa yenə,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    MƏHƏMMƏDin həsrətin çəkəndə gözü dolan,
    MÖVLANA məclisində HAQQı deyən söz olan.
    Çəkib həsrətin yenə çiçəklər kimi solan,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    HAQQın dininə yenə HAQQ kimi baxıb gələn,
    SARIKÖYdən yoğrulub su kimi axıb gələn.
    “ALLAHU ƏKBƏR” sözün bayrağa taxıb gələn,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    HAQQın DİNi nur kimi dünyaya ələnəcək,
    HAQQ AYƏSİn dinləyib körpələr bələnəcək.
    Dünyanın şər, böhtanı gün gələr mələnəcək,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    HAQQ dastanla yağının qəlbini dələn zaman,
    KONYAda mədrəsəni bitirib gələn zaman.
    Bir nur olub sufinin qəlbinə ələn, zaman,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    Qoşma, gəraylılarda yağının gözün oyan,
    Gözləri HAQQ DİNİNDƏN tarix boyunca doyan,
    “RİSALƏTÜN-NUSHİYYƏ”, “DİVAN”ı miras qoyan,
    Ey mənim YUNUS ƏMRƏM, sənə salamlar olsun!

  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı haqqında bilgilər

    1001183_417784038331018_238603003_n

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı 2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində yaradılıb.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı Azərbaycan Ədəbi Elektron Məkanında özünəməxsus yer tutan həm mədəniyyət, həm də ədəbiyyat portallarından bir çox spesifik xüsusiyyətləri ilə fərqlənir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalını səciyyələndirən əsas səciyyəvi xüsusiyyətlərdən biri portalda eyni zamanda həm mədəniyyət (qəzetlərin, jurnalların, kitabların nəşri, ədəbi-bədii tədbirlərin, məclislərin düzənlənməsi), həm də ədəbiyyat (özkeçmişin,ədəbi-bədii nümunələrin, poeziya örnəklərinin, məqalələrinin, nəsr, dramaturgiya nümunələrinin nəşri) məlumatlarının yerləşdirilməsidir.Digər səciyyəvi xüsusiyyətlərindən biri də həm Bakı, həm də Sumqayıt şəhərlərində dərc olunan müxtəlif mətbu orqanlarla əməkdaşlıq əlaqələrinin saxlanılmasıdır.
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı Azərbaycan Respublikasıın Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən
    Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Gənc yazarlara dəstək”, “Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği”, Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirliən “Bölgələrdə yaşatan yaradıcı gənclərlə görüşlər”, “Gənc Yazarların Bakı görüşü” layihələrini dəstəkləməkdədir.
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı Azərbaycan türkcəsində və Türkiyə türkcəsində ədəbi-bədii yaradıcılıqla məşğul olan yazarlar haqqında yeni məlumat hazırlayıb öz səhifələrində dərc edərək sosial şəbəkədə ictimaiyyətin nəzərinə çatdırır.Eyni zamanda Portala əlavə olunan müəllifin tərcümeyi-halı, şəkli, şeiri, məqaləsi, romanı, hekayəsi və digər nümunələri dərc olunmaq üçün Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən həm mətbu, həm də elektron orqanlara-”Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”, “Yeganə Yol”, “Elimiz.Günümüz”,”Təzadlar”, “Azad Qələm”, “İlham Çeşməsi”, “Ədəbiyyat naminə” qəzetlərinə, “Ali Ziya”, “Muğanın səsi”, dərgilərinə-jurnallarına, Azərbaycan Ədəbi Elekton Məkanında-Dünya Gənc Türk Yazarlar Birliyinin elektron orqanlarına (dgtyb.org və bizimyazi.com) göndərir.
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı hər həftə bölgələrdə yaşayan bir neçə gənc yazarı sosial şəbəkədə ictimaiyyətin nəzərinə çatdırmaq üçün yeni məlumat hazırlayıb öz səhifələrində dərc edir.Portalın Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvlərinin ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri yeni bir həftədə bir səhifə ayrımaqla əsas səhifəyə əlavə olunur.
    2013-cü ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Gənc Yazarların Bakı görüşü” layihə çərçivəsində “Nurlan” nəşriyyatı tərəfindən nəşr olunan “Çağdaş Azərbaycan ədəbi qurumları” kitabının “Azərbaycan Ədəbi Elektron Məkanı” bölməsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı haqqında olan bilgilər yer alıb.
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının elektron poçtuna göndərilən məktub Portal Rəhbəri tərəfindən yoxlanıldıqdan sonra ( ölçü 12, şrift Times New Roman) əsas səhifəyə yeni məlumat kimi əlavə olunur.Daha sonra isə sosial şəbəkə vasitəsilə insanların nəzərinə çatdırılır.Portal “Əsas səhifə”, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinə malikdir. Həftə ərzində məlumatlar yenilənir.

    Ən önəmli layihələri:

    1.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”;
    2.”Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”;
    3.”Azərbaycanın istedadlı gənc yazarlarına dəstək”;
    4.“Azərbaycanlı-Türkiyəli yazarların ictimaiyyətə çatdırılması”;
    5.“Bölgə yazarlarının ictimaiyyətə çatdırılması”.

    Dərin hörmət və ehtiramla:

    Kənan AYDINOĞLU.
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri.
    21 avqust, 2013.Bakı şəhəri.

    Azərbaycan Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
    Sayt Rəhbəri: Kənan AYDINOĞLU
    Vebsayt: http://edebiyyat-az.com
    E-mail: office@edebiyyat-az.com
    Tel: ( 051) 785 44 33; (051) 795 44 33

  • “Ulu Öndər və Azərbaycan ədəbiyyatı” mövzusunda tədbir

    1451511_10202086844468905_251623986_n

    Dekabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu öndər və Azərbaycan ədəbiyyatı” mövzusunda tədbir keçirildi.
    Tədbir iştirakçıları Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
    Xalq yazıçısı Anar çıxışında Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpa edilməsi, möhkəmlənməsi, müstəqilliyi, inkişafı uğrunda əvəzsiz xidmətlərindən, gördüyü işlərdən, ədəbiyyata, yazıçılara qayğısından söz açdı: “ Bu gün Azərbaycan xalqının ən kədərli günlərindən biridir. On il bundan əvvəl xalqımız böyük oğlu Heydər Əliyevi itirdi. 1991-ci ildə Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra xalqımız çox ağır, məşəqqətli günlər keçirdi. Qarabağın bir hissəsi alınmışdı, respublikada hərc-mərclik hökm sürürdü. 1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı, Yeni Azərbaycanın əsasını qoydu. Heydər Əliyev ədəbiyyatın dostu, çox böyük cəfakeşi idi. Bu gün başqa respublikalardan fərqli olaraq Yazıçılar Birliyi varsa, fəaliyyət göstərirsə, bu Heydər Əliyevin xidmətidir. O, ədəbi orqanların dövlət büdcəsindən maliyyələşməsinə göstəriş verdi. Mənim qəlbimdə onun işıqlı siması, qayğıkeşliyi hər zaman yaşayacaq”.
    Fikrət Qoca çıxışında dedi ki, heç kəs onun haqq-sayını itirə bilməz, biz yazarlar hər zaman onun ədədbiyyata qayğısını görmüşük. “Heydər Əliyevin heykəli ürəklərdədir. Onun insanlarla ünsiyyəti, insanlara qayğısı hər birimizin yadındadı. Bu gün mənim bu məclisdə danışmağıma görə Allahdan aşağı o kişiyə borcluyam. Böyük vəzifədə çalışmasına baxmayaraq mənim səhhətimlə maraqlandı, mənə qayğı göstərdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdan zaman dağılmış dövləti dənə-dənə topladı, yığdı. Müstəqillik bizim ən böyük qazancımızdır.”
    Arif Əmrahoğlu çıxışında Heydər Əliyevlə bağlı xatirələrini söylədi: “Yeddi il Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Onun iş rejiminə, siyasətinə bələdəm. Heydər Əliyev təzə hakimiyyətə gələndə Prezident Aparatına məktublar rus dilində gəlirdi. O göstəriş verdi ki, rus dilində gələn məktublar qəbul edilməsin. Heydər Əliyev milli dili qoruyurdu, ədəbiyyatın hamisi idi. Onun böyük xidmətlərindən biri də dövlət olmayan illərdə ədəbiyyatı, dili yaşatmağıdır. Heydər Əliyevin ruhu, yeri həmişə görünür.”
    Tədbirdə Oqtay Rza Ulu öndərə həsr etdiyi şeirini oxudu.
    Anım mərasimində Nazim İbrahimov, Çingiz Abdullayev, Ayaz Vəfalı, İntiqam Qasımzadə, Elçin Hüseynbəyli, Maarif Soltan, Oqtay Rza çıxış edərək Heydər Əliuyevlə bağlı xatirələrindən söz açdılar, Ulu öndərin Azərbaycan Respublikasının müstəqilliyi, inkişafı uğrunda əvəzsiz xidmətlərindən, gördüyü işlərdən, ədəbiyyata, mədəniyyətə, incəsənətə qayğısından danışdılar, Ulu öndərin işıqlı xatirəsinin daim qəlblərdə yaşayacağını dedilər.

  • Bakıya gəlmiş gənc yazarların AYB-də respublika ədəbiyyat ictimaiyyətinin nümayəndələri ilə görüşü

    1498069_555500837877433_459331_o

    Dekabr ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənc yazarların Bakı Görüşü” adlı layihə çərçivəsində Bakıya gəlmiş gənc şairlərin Azərbaycan Yazıçılar Birliyində respublika ədəbiyyat ictimaiyyətinin nümayəndələri və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi ilə görüşü keçirildi.
    Görüşü giriş sözü ilə DGTYB-nin rəhbəri Əkbər Qoşalı açaraq iştirakçıları salamladıqdan sonra layihə çərçivəsində görülən işlər haqqında məlumat verdi, rayonda yaşayıb fəaliyyət göstərən gənclərlə iş birliyi, problemlər, perspektivlər, uğurlar haqqında danışdı.
    Görüşdə Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid çıxış edərək 2008-ci ildən fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin fəaliyyətindən, uğurlarından, gənclərə göstərilən dövlət qayğısından danışdı.
    Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca çıxışında gənc şairlərə ədəbiyyatın kəşməkeşli yollarında yaradıcılıq uğurları, yaşadıqları həyatda geri baxıb utanmamağı arzuladı.
    Görüşdə Aydın Xan Əbilov, Xəyal Rza, Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Cəvahir Qaraqızı, Fəridə Ləman, Zərəngiz Dəmirçi, Balayar Sadiq və başqaları iştirak edirdilər.
    Görüşün sonunda bölgələrdə yaşayan, fəaliyyət göstərən gənclərin adından Elşən Əzimov çıxış edərək gənclərə göstərilən etimada görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, ədəbi ictimaiyyətin nümayəndələrinə təşəkkürünü bildirdi,
    bölgələrdə yaşayan gənclərlə Bakıda və digər şəhərlərdə yaşayan yaradıcı gənclərin virtual aləmdə ortaq şəbəkələrinin yaradılması təklifini irəli sürdü.

  • Qiymət Məhərrəmlinin yeni kitabı işıq üzü gördü

    524682_1389262097989317_327643122_n

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin yaydığı məlumata görə, “Elimiz.günümüz” elmi-ədəbi, mədəni-kütləvi, publisitik qəzetin təsisçisi və baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın istedadlı xanım yazarı Qiymət Məhərrəmlinin 50 illik yubileyi ərəfəsində “Mənim ünvanımı ürəyinə yaz” adlı növbəti şeirlər kitabı 2013-cü ildə Bakı şəhərində “Araz” nəşriyyatı tərəfindən 64 səhifə olmaqla işıq üzü görüb.Kitabın redaktoru şair-tərcüməçi Giya Paçxataşvilidir.
    Oxucuların əsasən lirik şeirlər müəllifi kimi tanıyıb sevdiyi şair Qiymət Məhərrəmlinin növbəti kitabı “Mənim ünvanımı ürəyinə yaz” adlanır. Kitab şairin
    yarıməsrlik ömrünün qovuşuğunda oxucularla daha bir səmimi görüşüdür. Ədəbi yaradıcılığının müxtəlif dövrlərində qələmə aldığı bədii nümunələrin toplandığı kitab şairin lirik mənini tam olaraq özündə əks etdirir. İnanırıq ki, Qiymət poeziyasının vurğunları şairin əlli yarpaqdan ibarət bu yeni kitabını da sevgiylə qarşılayacaq, buradakı səmimi duyğular öz həqiqi ünvanını tapacaqdır.