Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 3481 - 3540 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

“Olaylar” İnformasiya Agentliyndə gənc yazar Kənan Aydınoğlunun məqaləsi dərc edilib

Post Views: 125 Noyabrın 23-də “Olaylar” İnformasiya Agentliyndə Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Cəsarətli qələm” media mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.”Göyərçin xəyal”

Post Views: 78 Yenə göyərçinə dönüb xəyalım, Sənə- mələyinə məktub gətirir. Yenə zirvələrdən enib xəyalım, Sənə ətəklərdə güllər bitirir. Məktubu-naməni açmaram , demə, O , zərfdə sevdalı ürək döyünur! Güllərə dəymərəm, biçmərəm, demə, Bu qəlbim bir dəli eşqlə öyünür! Yenə göyərçintək süzür xəyalım, İlahi bir eşqlə göyə millənir. Yenə ümmanlarda üzür xəyalım, Həsrətli ney kimi …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Bir gün”

Post Views: 89 Bir gün Babək inamından doğulub, Bu dünyaya gələsiyəm, gələsi. Xəyanətin yarasından sağalıb, Ömrüm boyu güləsiyəm, güləsi. Sinəmdədir ağrıları hər dağın, Daha yada fürsət verməz korluğum, Vətən adlı bu müqəddəs varlığın, Gözlərinin giləsiyəm, giləsi. Şöhrətimi yadellilər çox danıb, Arzularım tonqal-tonqal qalanıb, Dustaq olub ulu dilim, talanıb, Hələ yadlar köləsiyəm, köləsi. Bu torpağa bəd …

Azərbaycan ədəbiyyatı

Şair Sabir Sarvanın 60 illik yubileyi qeyd edildi

Post Views: 127 Sumqayıt şəhər Poeziya Evində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin təşkilatçılğı ilə “Ruhuna ruzidir mənim yazdığım” adlı tədbir keçirilib. AYB Sumqayıt bölməsinin sədri şair Sabir Sarvanın 60 illik yubileyi münasibətilə keçirilən tədbir azyaşlı oxucuların təşəbbüsü ilə baş tutub. Tədbirdə balaca oxucular Əli Hüseynov, Nəzrin Hüseynova, Zəhra Bəşirova, Zərifə Ataşova, Gülarə Məlikrzayeva, İlkanə …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.Yeni şeirlər

Post Views: 119 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Ata yurdum Nə vaxt gedirəmsə ata yurduma, Məni kədər qovur, qəm qucaqlayır, Bir ata harayı, qardaş nisgili, Açıb qollarını məni haqlayır. Nə atam hay verib çıxır qarşıma, Nə də ki, qardaşım …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 100 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü QARABAĞA QAR YAĞIR Qardaş daha qalmadı, Gediləsi bir məkan, Qapım çoxdan bağlanıb, Sınıb köhnə nərdivan. Uzun çəkdi deyəsən, Yağan qəmli yağışlar, Yavaş-yavaş seyrəlir, Köhnə dostlar, tanışlar. Yollar itir, bağlanır, Uçur bir-bir körpülər, O …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Kamil bir insandi Əbülfəz Ülvi”

Post Views: 80 İstedadlı şair dostum, qardaşım Əbülfəz Ülviyə Haqqa kəc baxanın kor olar gözü, Şər dərs şər gətirər, ülvi dərs ülvi. Tanrısız olanın sevilməz sözü, Tanrıdan gələnlər müqəddəs, ülvi. Dedin gül göyərməz qanqal içində, Di gəl bu hikməti qan, qal içində, Şişə çəkilərəm manqal içində, – Olmasa içimdən qopan səs ülvi. Doğulduq, dünyanı, aləmi …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Qapı”

Post Views: 85 İnsan əşyalaşır, yalnız qalanda… Qapı, pəncərənin dili olurmuş. Evinə dönəndə salam verəni, Qapı dəstəyinin əli olurmuş… Günəş incidirmiş yuxulu gözü, Divar eşidirmiş dediyi sözü. Oyanıb çıxanda oxşayan üzü Çırpılan qapının yeli olurmuş… Olmurmuş sən demə uçmaq həvəsi, İnsan asılırmış qanadlarından… Tuturmuş adamın əl-ayağından, Qapılar taleyə zəli olurmuş. Döngə tərs olurmuş düz yerisən …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Yorubdur”

Post Views: 112 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Ömürdən, gündən” – silsiləsindən Dindirməyin, dop-doludur ürəyim, Bir kimsəyə bükülməyib biləyim. Xəncər yeri, ox yeridir kürəyim, Namərd düşmən hey arxadan vurubdur, Çərxi- fələk artıq, məni yorubdur. Ruha, cismə, qana hopub mətanət, Olmayıbdır əməlimdə xəyanət. Tomrisəm mən, əkizimdir dəyanət, Qeyrət, iffət, namus məni …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.”Məni”

Post Views: 119 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Gözlərim buludtək dolub, Qınama, qınama məni. Allah, dözümüm qalmayıb, Sınama, sınama məni. Bir eşqim var adı xəta, Mən yandıqca yanır o da. Ay ellərim, yetin dada, Bürüyün ahıma məni. Haqq adlanan divandayam, Usandığım bir …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.”Mənə”

Post Views: 147 Utancaq sevgilitək, ilhamım gecə gəlir, Mən ilhamıma yaram, ilhamım da, yar mənə. Mən sözü də sevirəm, yarı sevdiyim kimi, Məni uca tutdular, verdilər vüqar mənə. Hər sözü öz yerində, söyləyənə min əhsən, Sözün özü eylədi, bax bunu iqrar mənə. Qaynayanda sözüm də, bulaq kimi sinəmdə, Ruhum göylərdə gəzir, dayanır qahmar mənə Şam …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.”Olsun!

Post Views: 82 Göz görüb, ürək sevib, Girmisən ürəyimə. Ümman eşqimdən içib, Dönmüsən mələyimə. Hara baxsam da ,inan, Səni görür bu gözlər. Acı həsrətdən yanan, Ürək yolunu gözlər! Qalıb qulağı səsdə, Nəğmə səsini istər. Döyünür eşq həvəsdə, Gəl ki, camalın göstər. Qapını döyür payız, Qoyma saralsın, solsun. Qəm çəkir, qalıb yalqız, Gəl ki, səninki olsun! …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.”Ürəyim”

Post Views: 107 Bir sevgi oduna atıb özünü, Çevirib külünü, eşib közünü, Yar yoxsa söyləsin kimə sözünü, Həsrətdən, hicrandan xəstə ürəyim! Ağladır, sızladır qəm, qüssə, qəhər, Köksümdə dayanıb, durub bir təhər, Gözləyir yolunu hər gecə , səhər, Bağlayıb güllərdən dəstə, ürəyim! Hüsnünün rəsmini hörüb divara, Sevdadan, sevgidən qalıb avara, Könül baxçasında eşqmi suvara? Özü döyüntüdə, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Qəlb odu gərək”

Post Views: 90 Göz yaşı ürəkdən süzülər , axar, Kiprikdən qopdusa , yanaqda durmaz. Hər şeyin öz yeri , öz məqamı var, Meyvə yetişdisə budaqda durmaz. Fələk öz işində , – qan-qadasında, Sevinc əsir qalıb qəm adasında, Ağa günahından , qul xatasından, Tanrı kərəmindən qıraqda durmaz. Təndir soyuqdursa kündə neyləsin, Mərd , namərd işlədən fəndə …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”ATATÜRKÜN qürurudu Sənin torpağın, Şairim!”

Post Views: 93 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Ön Asiyada türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük şairi, Ustadım Yunus Əmrəyə sevgi və sayqılarla! Şamdan öncə nə yaxşı ki, Ulu Tanrının hökmüylə, Azərbaycan torpağına dəydi ayağın, Şairim! Misraların qəlbindəki güc-imandan xəbər verir,- Tək Tanrıdı bil ki, yenə sənin dayağın, Şairim! Xatirələr …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Mərhəmətli olmağa tələsin, əzizlərim”

Post Views: 80 “Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyasına qoşulanların marşı Tanrı bizə beş verib, birini də biz verək, Əyriylə işimiz yox, nə veririk düz verək, Bunu hər il etməyi özümüzə söz verək, Elə edək bir kimsə bilməsin, əzizlərim, Mərhəmətli olmağa tələsin, əzizlərim. Böyük Vətən sevgisi kiçik kənddən başlayır, Kiməsə arxa durmaq bircə fərddən başlayır, Bilin, …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Yeni şeirlər

Post Views: 111 Dadmışam Nazik biləklərin, çiçək əllərin, Ən xoş çağın, ən xoş halın dadmışam. Lalə yanaqların, şəkər ləblərin, Ay üzlü camalın, xalın dadmışam. Mənə candan əziz, can deyən yarın, Eşqimə vəfadar, düz etibarın, Sevgi bağındakı əncirin, narın, Dünyanın ən gözəl malın dadmışam. Dümdüz şux qamətin, ipək bədənin, Məni sərməst edən, salxım gilənin, Ağappaq buxağın, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 94 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü MƏNƏM Əl tutmağı şərəf sayan, Elə həyan, yurda həyan, Dərd içində çapalayan, Yaxşıların biri mənəm. Öndə oldum mən həmişə, Adım düşdü dilə- dişə, Mat qalmışam mən bu işə, Tay hamıdan geri mənəm. Zirvələrdə …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.Yeni şeirlər

Post Views: 130 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Nədir Dərin rəğbət bəslədiyim Reyhan xanim Baxşıyevanın oğlu Orxan balamizın əziz xatirəsinə. Reyhan Baxshiyeva Yaman ağır imiş dost xəyanəti, Sən hardan biləydin xəyanət nədir? Dostluğu ayaqlar altina salan, Nankorlar bilmədi dəyanət nədir. Sən könül …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Fikrət Sadıq dünyasını dəyişib

Post Views: 123 Noyabrın 16-da Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü, şair-publisist Fikrət Sadıq 86 yaşında dünyasını dəyişib. Qeyd edək ki, görkəmli şair Fikrət Sadıq 1975-ci ildən bu günə qədər Azərbaycan Yazıçılar Birliyinin poeziya üzrə məsləhətçisi vəzifəsində çalışmışdı. Kamran MURQUZOV, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman Həsənzadənin “Seçilmiş Əsərləri”nin II cildi “Kitabxana.net” saytında

Post Views: 120 Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Nəriman Həsənzadənin “Seçilmiş Əsərləri”nin II cildinin elektronn versiyası-pdf formatda Yeni Yazarlar ve Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxanaya-“Kitabxana.net” saytına yerləşdirilib. Yeni Yazarlar ve Sənətçilər Qurumunun mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, sevimli Xalq şairimizin “Seçilmiş Əsərləri”nin 7 cildliyinin hər birinin elektron versiyası …

Azərbaycan ədəbiyyatı

“Canımız Qarabağ, yazımız Qarabağ!” layihəsinin iştirakçıları Biləsuvarda

Post Views: 110 Cəbrayılın Biləsuvardakı 11 nömrəli məcburi köçkün qəsəbəsində “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, 20 minə qədər əhalinin məskunlaşdığı ərazidə rayon icra hakimiyyəti də yerləşir. Görüşdə Əli Kərim adına poeziya klubunun sədri, şair İbrahim İlyaslı, Azərbaycanda …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 86 Mən qəlbimi itirdim, Bir yoxuş çıxanda. Sən enirsən indi, əzizim. Qaytararsan qəlbimi əgər rastına çıxsa… Mən qəlbimi itirdim, O gün yağış yağanda. Siz tərəflər gündü, bilirəm… Qurudarsan qəlbimi əgər rastına çıxsa… Mən qəlbimi itirdim, Bu qış soyuğunda. Könlüm üşüyəndi mənim, əzizim, İsidərsən qəlbimi əgər rastına çıxsa… Mən qəlbimi itirdim… Yad insanlar çoxluğunda. …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.Yeni şeirlər

Post Views: 105 QAÇMA BU EŞQİMDƏN, A ZALIM OĞLU Mən könül duyğusu, könül açarı, Qaçma bu eşqimdən, a zalım oğlu. Bağlama üzümə üzünü barı, Qaçma bu eşqimdən, a zalım oğlu. Tellərim nə vaxtdır bir ələ həsrət, Qönçə məhəbbətim bir dilə həsrət, Solur sevda bağım bir gülə həsrət, Qaçma bu eşqimdən, a zalım oğlu. Ümidlər pərəndi, …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.Yeni şeirlər

Post Views: 89 MEYİN İÇİBDİ Eşqin bu könlümə ərməğan kimi, Ayazda, şaxtada gün doğan kimi, Alovlu səhraya nur yağan kimi, Könlümdə nazının gülü açıbdı! Ömrümə nur saçan çıraq kimisən, Qələminə sadiq varaq kimisən, Nə olsun uzaqsan, qıraq kimisən, Könlümə qəmzənin odu saçıbdı! Sevginin ətrini alıb bu könül, Meylini üzünə salıb bu könül, Rəsmin, xəyalınla qalıb, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 97 KEÇİNCƏ Kim deyir ki, mən dayaqsız yıxıllam, Damla kimi ümmanlarda boğullam?.. Öz boynuma ilgək olub sıxıllam, Örkən olub doğanaqdan keçincə. Məqam gəzir hələ düşmən hiyləsi, Gah qılıqdır, gah qorxudur tələsi, Belimizi yağır edir şələsi, Ayılmırıq badalaqdan keçincə. İçimdəki vüqar adlı gücü duy, Bu, inamın, əqidənin gücüdür, Birləşəndə ağıl ilə gec udur, Dözəsiyəm …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Bayatılar”

Post Views: 88 Əzizinəm, yaxşı gül, Yaxşı danış, yaxşı gül. Biçərsən, qanqal ölməz, Amma solar yaxşı gül. Əzizinəm, gül olmaz, Arpadan sümbül olmaz. Yüz il eşşək qanqalı Çiçək aça, gül olmaz! Divanədə tac olmaz, Od yanmasa sac olmaz. Ağıllı baş can saxlar, Qanadlı quş ac olmaz. Quş vurular gözündən, İnciməyin sözümdən. Bəni adəm görmüşəm İlan …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 104 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, ŞEİR YARANIR “Mənim dünyam” – silsiləsindən Önümdə bəm- bəyaz, təzə gəlinlik kimi, yazılmamış ağ vərəq. Yazacağım şeir üçün toplayıram fikrimi,… Əlimdə- kamana qoyulub gərilmiş, atışa hazır oxa bənzər, tək olan qara gözünü hədəfinə, məsum ağ kağıza tuşlamış qələm. Həyəcanla gözləyir ki, təbimlə …

Azərbaycan ədəbiyyatı

Ədalət Nicatın “Sözüm üşüyür” adlı kitabının təqdimatı keçirilib

Post Views: 89 Sumqayıt şəhər Poeziya Evində Əli Kərim adına “Poeziya” klubunun təşkilatçılığı ilə AYB üzvü, Qarabağ müharibəsi əlili, şair Ədalət Nicatın 50 illik yubileyi və yeni nəşr olunmuş “Sözüm üşüyür” adlı şeirlər kitabının imza günü münasibətilə tədbir keçirilib. Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən edebiyyat-az.com-a bildiriblər ki, gecəni giriş sözü ilə Poeziya …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.”İtmə”

Post Views: 87 Qəlbinin, könlünün qapısı bağlı, Ona bir nəfəslik qoyaydın , barı! Günlər ötüşdükcə qaralı, ağlı, Həsrətdən, hicrandan doyaydın, barı! Könlümdən, gözümdən uzaqda durub, İztirab odunda alışıb yanma! Kədərdən, qəhərdən bir xeymə qurub, İçində gizlənib, sevgini danma! Qəlbinin qapısın açıb önümə, Bu eşqli könlümə bir künc verəydin! Ya da ki , yas tutub qara …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Layiq olsam”

Post Views: 91 Ana yurdum,-taleyimin, baxtımın, Ana dilim,- varlığımın aynası. Səndən ayrı qəlbim bir an toxtamır, Sən anamın şirin-şəkər laylası. Od ürəkli oğulları görənlər, Odlar yurdu söylədilər adına. Şöhrətinə uzananda yad əllər, Kür biləkli Babək çatdı dadına. Şah Xətai qələmiylə dilini, Qılıncıyla torpağını qorudu. Yad sözlərin sovurduqca külünü, Düşmənlərin dili, qəddi qurudu. Düşündükcə taleyini bu …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 145 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, V Ə T Ə N İ M /Qəzəllərim – silsiləsindən/ Sevin, gül, fəxr et könül, vardır şöhrət, şanım mənim, Var Odlar Yurdu kimi, dövrü-qədim bir Vətənim. Dostuna-dost olubdur, düşmənini edib zəlil, Həm daşı, həm torpağı xainlərə olub qənim. Ərləri, ərənləri at belində, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 99 ATAMIN ƏLİNƏ BAXIRAM,GÜLÜM! (“Tələbəlik illəri” silsiləsindən) Atamın əlinə baxıram,gülüm, Özüm qazanmıram çörəyi hələ. Dost-tanış yanında gödəkdir dilim, Rahat nəfəs almır ürəyim hələ. İyirmi yaşımı haqlasam belə, Əl tuta bilmirəm ata-anama. Bacara bilmirım ürəyim ilə, Hələ tələbəyəm məni qınama. Mən ki bir ocağı qoyub gəlmişəm, Orda məndən həsrət gizləyənlər var. Demirəm-obamdan doyub gəlmişəm, …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.Yeni şeirlər

Post Views: 155 GƏLDİM Nə vaxtdı mən sənə gələ bilmirdim, Sevdanı səninlə bölə bilmirdim, Danışa bilmirdim, gülə bilmirdim, Yolları yollara calayıb gəldim. Yar oldum mehrabdan enən sevginə, Yel oldum külünə dönən sevginə, Eşqimi qor etdim, sönən sevgnə, Sevgi tonqalını qalayıb, gəldim. Könlüm ki, Könlünə olubdu həmdəm, Daha olmayacaq nə kədər, nə qəm, İnan, getməyəcəm, yenidən …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 103 GÖYLƏRİN EŞQİNƏ İtirsək borcu, hesabı, Ruh çəkəcək bu əzabı. Göylərdən gələn kitabı, Oxu, göylərin eşqinə. Nurlandıraq qəlbimizi, Qoy tox olsun qəlbin gözü, Yaradıbdır Tanrı bizi, Axı, göylərin eşqinə. Mənəviyyat bilsək nədir, Rahat olar qəlb məbədi,– Tutanda bizi əbədi Yuxu, göylərin eşqinə. Yaxşılıq et savab qazan, Allaha yaxın olasan, Bu ömrü sanır imtahan, …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Üçrəngli, al bayrağım!”

Post Views: 81 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Dövlət bayrağı gününüz mübarək! Pak duyğudur, dum- duru, Könüllərin qüruru. Ay- Ulduzu göz nuru, Qayə, amal bayrağım! Yüksəlibdir Ayacan, Ülvi hisslər, həyəcan. Simvolu,- Azərbaycan, Hürr, istiqlal bayrağım! Türk oğlunun şöhrəti, Azad, güclü dövləti. Köks qabardır qüdrəti, Ulduz, Hilal bayrağım! Dövranın iftixarı, Əzəməti, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Dərd göyərir asıldığım sözümdən!”

Post Views: 105 Niyə məni tək yaratdın,Allahım, Necə dözüm bu ağrıya,acıya? Görən nədir bu dünyada,günahım? Anam da yox bu halıma acıya. Nə bacım var,nə qızım var dünyada, Varaq üstə hönkürürəm sözbəsöz. Gözdən düşən,dərdimə yar dünyada Söz atanın neştərinə dözhadöz. Çiçəklənən sevdamı yel vurandan, Çiçək-çiçək çiçəklənən kədərəm. Qədərimlə misra-misra dərd udan, Bu dünyanın boğazında qəhərəm. İndən …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.”Bayrağın olsun”

Post Views: 108 Verdim bi ürəyi, bayrağın olsun, Zülməti qəlbindən, könlündən silsin! Verdim bu ürəyi, bayrağın olsun, Namusdan, qeyrətdən, eşqdən tikilsin! Verdim bu ürəyi, bayrağın olsun, Onsuz bircə an da qalma heç zaman! Döyünsün, xoş sədan, sorağın olsun, Köksündən aşağı salma, heç zaman! Verdim bu ürəyi, bayrağın olsun, Müqəddəs sevgiylə qoru, sən onu! Ruhuna ruh …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Bayrağımız”

Post Views: 91 Gün kimi şölə saçır şanlı zəfər bayrağımız, Sabaha yollar açır nurlu, hünər bayrağımız. Qəhrəman nəslimizin töhfəsidir bayrağımız, Neçə xalqın bərəkət süfrəsidir bayrağımız. Xalqımın nurlu ziyasından alıb şəfqətini, O böyük, şanlı dühasından alıb şəfqətini, Birliyin “Urra” sədasından alıb qüdrətini, Dinimiz, türklüyümüz, ər qanıdır bayrağımız, Yurdumun, millətimin dastanıdır bayrağımız. Haqq-ədalət yolunun məşəlidir, sönməyəcək, Sancılıbdır …

Azərbaycan ədəbiyyatı

Əliağa KÜRÇAYLI.Həyatı və Yaradıcılığı

Post Views: 327 Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Həyatı Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. “Sənin gözlərin” adlı ilk şeiri ilə (“Azərbaycan gəncləri”, 1946) …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 94 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, SƏMƏD VURĞUNA ”Şair,nə tez qocaldın sən?! Dədə Vurğun döğru deyir, “Şair olan qəm də yeyir. Şair qəlbi dərd kanıdır, Sehirli, sirr məkanıdır. Qəlb sədası hər bir şeir Pıçıldayır mənə pəsdən:- “Şair, nə tez qocaldın sən?!” Heyran- heyran hey ğəzdiyim, Sinəsində ot əzdiyim. …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 151 DALĞIN BAXIŞINA BAXA BİLMİRƏM! Dalğın baxışına baxa bilmirəm, Sənin ki, gözlərin dan işığıydı. Dünən gözlərində dinən sözlərin, Sevən ürəyinin danışığıydı. Daha düz oxumur özündə sözün, Sözündə məhəbbət dağım-dağımmış. Nifrətin gözündə peşiman qüssə, Dilinin riyası röya dağımmış. Sən demə susarmış gözündə sözün, Gözümün dünyası sözümün canı. Çətin kimsə sevə mənim tək səni, Salma …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.Yeni şeirlər

Post Views: 100 SÖZ ETSİN Qədərsiz sevginə ümman kimiyəm, Eşqinlə, sevdanla doldur nəhrimi. Sevdanın acıyam, uman kimiyəm, Gətir sevincimi, itir qəhrimi. Hələki uzaqsan, əlim çatmayır, Ruhumdu ruhunun qonağı olan. Gecələr dincəlmir, yazır, yatmayır, Könüldü fəraqdan saçımda solan! Yanıbdı bu saçlar kədər közündə , İtirib rəngini olub bımbəyaz . Qəlbimi ehtiva edir özündə, İçində payızdı, nə …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.Yeni şeirlər

Post Views: 83 SÖZ ETSİN Qədərsiz sevginə ümman kimiyəm, Eşqinlə, sevdanla doldur nəhrimi. Sevdanın acıyam, uman kimiyəm, Gətir sevincimi, itir qəhrimi. Hələki uzaqsan, əlim çatmayır, Ruhumdu ruhunun qonağı olan. Gecələr dincəlmir, yazır, yatmayır, Könüldü fəraqdan saçımda solan! Yanıbdı bu saçlar kədər közündə , İtirib rəngini olub bımbəyaz . Qəlbimi ehtiva edir özündə, İçində payızdı, nə …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 128 MİLLƏTİM Küsmə taleyindən, baxtından, oyan, Çox keçib durğunluq vaxtından, oyan, Enmə Şah İsmayıl taxtından, oyan, Qorqud ümidini, qırma millətim. Tarix ələyindən çıxmısan narın, Dünyaya bəllidir üzün, astarın, Düşmənin nə qədər olsa da harın, Önündə boynunu burma, millətim. Ləkədir yurdunda köçkünlük sənə, Nə verdi bu süstlük, üzgünlük sənə, Yaraşmır baxtından küskünlük sənə, Əlləri …

Azərbaycan ədəbiyyatı

Sumqayıtda Məleykə Alıqızı ilə görüş keçirilib

Post Views: 115 Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin və Corat qəsəbə mədəniyyət evinin birgə təşkilatçılığı ilə Əli Kərim adına Poeziya Evində Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Alıqızı ilə görüş keçirilib. Görüşə Məleykə Alıqızının tələbələri və sənət dostu, aktrisa Həlimət Sultan da qatılıblar. Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.”Daha nə deyim!”

Post Views: 87 İlhamım yar olub qara buluda, Çıxıbdı qəlbimdən, dönübdü yada, Yağdıqca yağışlar, süzülür o, da Daha necə yazım, daha nə deyim! Daha yaşadıqca, durduqca burda, Ruhum sığışmayır bu yerə, yurda, Artıq kömək etmir təbil də, sur da, Daha necə yazım, daha nə deyim! İçimdə əsdikcə səmum yelləri, Qəlbimi yalayır soyuq dilləri, Könül də …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.”Deyir”

Post Views: 84 Ayazdan, şaxtadan, çovğundan sonra, Səmada doğulan bir günəş kimi, Ətalət, sükutdan, durğundan sonra Ruhum alov saçan bir atəş kimi, Qəlblərə nur kimi axacam, deyir! Doludan, leysandan, yağışdan sonra Səmada iz qoyan göyqurşağıtək, Dünyaya bir təzə baxışdan sonra Könlüm də, Ruhum da haqqaşığıtək, Pislik, istibdadı yıxacam, deyir! Özünə qapılan qəfəsdən sonra Nəğmələr söyləyən …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”İnsanlığa”

Post Views: 84 Bir günahkar bəndə varsa, yox nicat insanlığa, Hər bir insan saf əməl versin zəkat insanlığa. Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr, Eyləsinlər çox savab işlər barat insanlığa. Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır, Sən də ver öz töhfəni, vaxtında çat insanlığa. Vermə əldən insafı, fürsət var ikən adil ol, Pak …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Kimiyəm”

Post Views: 97 Sənin eşqinlə, gülüm, cismə gələn can kimiyəm. Sən küləksən, mən isə kükrəmiş ümman kimiyəm. Sevgimiz nur selidir, qərq eləyib ömrümüzü, Sən günəş, mən işığından ağaran dan kimiyəm. Ömrümüz güllü-gülüstandı bütün, sayəndə, Sevgimiz bal, sən arı, mən dolu bir şan kimiyəm. Sən mənim eşqimə təşnə çiçəyimsən, mən isə, Bir məhəbbət buludu, eşq dolu …

Azərbaycan ədəbiyyatı

Elməddin VƏLİYEV.”Yalnız Sənə yazdım eşq məktubumu!”

Post Views: 115 Yalnız Sənə yazdım eşq məktubumu Çünki başqasına baxa bilmədim Qələm əllərimdə illər uzunu Səndən başqasına yaza bilmədim Yalnız Sənə yazdım eşq məktubumu Sevgimi saxlayıb gizlədəmmədim Həm əvvəli yazdın həm də sonunu Qədərdən kənara çıxa bilmədim Yalnız Sənə yazdım eşq məktubumu Kərəm tək əsliyə yana bilmədim İllərlə sakitcə büküb boynumu Kimsə hüzurunda dura …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Yeni şeirlər

Post Views: 81 Axtarır Simasını itirənlər, Üz qoymayıb, üz axtarır. Ömrə dərd-qəm gətirənlər, Onda bunda düz axtarır. Meydən cana gəlir, canı, Beləsində həya hanı? Nə dini var, nə imanı, Beşcə arşın bez axtarır. Hər işində etibarsız, Əli əyri, qəlbi barsız, Üzə gülür arsız-arsız, Kül içində köz axtarır. Ürək, tab et, döz bu dərdə, Aralıqdan qalxdı …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Pəncərə də qırıqdı, bu otaqda, İlahi!”

Post Views: 81 Üşüyərmi görəsən, De, qonaq da, İlahi?! Pəncərə də qırıqdı, Bu otaqda, İlahi! Yurdun torpaq, daşı var, Aqil ilə naşı var. Həsrətin göz yaşı var. Bu yarpaqda, İlahi! Dağlar çənə bürünür, Dünya gözəl görünür. Xatirələr sürünür, Bu ocaqda, İlahi! Böyük Türkün əslidir, Koroğlunun nəslidir. Ömrün bahar fəslidir, O Qazaxda, İlahi! Çətinə sinə gərdim, …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Geniş və zəngin yaradıcılıq yolu keçən şair-dramaturq Süleyman Rüstəm”

Post Views: 115 Ən yeni dövr Azərbaycan ədəbiyyatının birinci mərhələsində (1918-1950) yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan gənc şairlərdən biri Süleyman Rüstəm idi.Erkən yaşlarından yaradıcılığa başalayan və qısa zaman kəsiyində öz yaradıcılıq münifestini elan edən istedadlı şair Süleyman Rüstəm sovet hakimiyyətinin öncədən müəyyən etdiyi siyasətin tələblərinə uyğun olaraq, yaradıcılıq fəaliyyətini uğurla davam etdirmişdir. “Partbiletim …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.”Qalaq”

Post Views: 81 Gözlər baxır həsrət ilə, Yolun üstdən “yollar çəkir”. Baxışların şəfqət ilə, İzlərimə çiçək əkir! O baxışın, o , gözlərin, Aşiqi mən, vurğunu mən. Cana məlhəm bal sözlərin, Qəlbdə vurur sən gedəndən! Xəyalımda çiçəkləri, Baxışımla dərim gərək. Bircə- bircə ləçəkləri, Könlümüzə sərim gərək! Çiçək ətri gəlsin gərək, Ruhumuzdan, qəlbimizdən. Duyğulardan çələng hörək, Dəstə …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.”Gəl”

Post Views: 91 Gözəllər içində sən birincisən, Ömrümün bəzəyi, sən bir incisən, Günəşim qaralar məndən incisən, Könlümə mərhəm ol, sevdiyim ol, gəl! Gövhərsən, yaqutsan, ya almazmısan, Aşiqi yanına qiz almazmısan, Alıb eşq bağına tez salmazmısan, Könlümə mərhəm ol, sevdiyim ol, gəl! İndi mən saydıqca daşı- qaşları, Qaldırıb endirmə kaman qaşları, Yoxsa boyayaram bəytaz saçları((( Könlümə …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”İntiqam məqamıdır”

Post Views: 65 Ruhumuza çəkilən yanar dağdır Xocalı, Qisas yaddaşımıza bir mayaqdır Xocalı. İllərdir haray çəkir əsir qalmış o ellər, Yadlaşır doğma diyar dəyişdikcə nəsillər. Bu yurdun dağlarında, düzlərində dolaşan, Bir ac yalquzaq kimi uğuldayan, ulaşan, Sərgərdan küləklərə qarışıb haray səsi, Zülümlə qətl edilən körpələrin naləsi. Günahsız qadınların, qocaların fəryadı, Uyuyan vicdanları diksindirir, oyadır. Öc …