Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 4201 - 4260 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

“Kitabevim.az” mağazasında “Gül” kitabının imza törəni keçirildi

Post Views: 92 29 may 2016-cı il tarixində saat 14:00-da paytaxtın Nəsimi rayonunda yerləşən AK Centerin ikinci mərtəbəsində “Kitabevim.az” mağazasında Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Dost var ki, xoş gününə xoş gündə havada gələr”

Post Views: 85 Dost var ki, xoş gününə xoş gündə havada gələr, Dost da var dara düşsən dadına tufanda gələr. O kəs ki, ədəb gözləyər, tanıyar öz yerini, Öpər ustad əlini, başına irfan da gələr. Bayquşun banlamasıyla açarmı sübhi-səba? Səsi xarabada, ya çöllü-biyabanda gələr. Odur ki, ta binadan izni yoxdur gülzara, Bülbül istərsə bağa hər …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Mən nadanlar əlindən dadi-bidad çəkərəm”

Post Views: 153 Mən nadanlar əlindən dadi-bidad çəkərəm, Anlayar bu dərdimi bilər aqillər bilsə! Baş dolu ağıl ilə qalarmı biixtiyar, İstifadə qaydasını əgər cahillər bilsə? Saxlarmı xəznələri, gizlərmi pul-paranı, Dünyanın qiymətini məgər tacirlər bilsə? Qanımı dərdinə dəva bilir ellər mənim, Var dövlət toplamağa gələr qatillər bilsə. Möhkəm dayan, Əsməra, sən ki, haqq aşiqisən, Kafirlər iman …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Dünya”

Post Views: 83 Səni indiyədək eşitməyibsə, Çətin bundan sonra eşidə dünya. O qədər soyuqdur, yay vaxtı belə, Hey istər qəlbini üşüdə dünya. Bir məzlum könlünü ala bilməyir, Qolunu boynuna sala bilməyir… Əzəldən bir donda qala bilməyir, Düşdükcə çeşiddən-çeşidə- dünya. Haqsızlar dördnala çapır atıyla, Bürüyüb dünyanı alov, oduyla. Kəsir boğazını “islam” adıyla, Meydanı veribdi “işid”ə- dünya!!

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Ağ adamları”

Post Views: 102 Hərəsi əlinə alıb bir silah, Yıxıb uçururlar, Ağa*, damları. Nə vaxt qurtararıq dərd-qəm əlindən, Bu Şuşa, Kəlbəcər, bu Ağdamları? Küncə sıxışdırıb əyrilər düzü, Təpələr bəyənmir nə dağ, nə düzü. Hər şeyin həyatda qaçıbdır duzu, Daha şit görünür, Ağa*, tamları. …Rəvamı, qorxağa qıyam- mətini*? Yaxşılar itirə öz qiymətini? Allah tez yetirib qiyamətini, Yığaydı …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Dünya duyğudur”

Post Views: 73 Hərdən için-için göynər, sızıldar, Dolu sünbül kimi tətrəyər könül. Hər gecə bir həzin nəğmə pıçıldar, Kövrək duyğularım açılar dil-dil. Qərib durnaların son nəğməsi tək, Qəlbimdə son şerin yükü var hələ. Haçan hönkürəcək bu hissi ürək, Haçan üzüləcək bu son zingilə? Ömrümü yolların təşnəsi bilib, Görümlə düyümun körpüsü oldum. Qəlbimi məhəbbət çeşməsi bilib, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Adam var ki…”

Post Views: 107 Zəmanənin aşağıdan yuxarı, Qarışıbdır halal gəlir-çıxarı, Bu dünyanın tərsə düşüb axarı, Qurd qoyunun sayasına şellənir. Adam var ki, halalına güvənir, Adam var ki, kamalına güvənir, Adam da var cəlalına güvənir, Haram tutmuş mayasına şellənir. Çoxu istər ehkamları qıra bir, Alçalsa da, təki olsun sıra bir, Xəbəri yox, əldən gedib ar-abır, İtirdiyi hayasına …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRZADƏ.”Sevginin gözləri” romanının XXXVI hissəsi

Post Views: 106 Camal telefonu söndürüb, otağın küncündə oğlunu qucaqlayıb qısılan Fidana yaxınlaşdı. – Elə bilirdin, sənə birdə əlim çatmaz? Görürsən elə də böyük şəhərdə yaşamırıq. Qaçırılanda qorxusundan ağlayan Yaşar hər şeydən xəbərsiz anasının qucağında bəlkə də ağlı-qaralı yuxu görürdü. Camal uşaq oyanmaması üçün asta danışırdı. Fidanın da ağlamaqdan gözləri qızarmışdı. Camal əliylə qurbanının üzünə …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Sevgiyə cavab ver!” (Hekayə)

Post Views: 96 Sentyabr ayı idi. Anamın heç cür bağdan ayrıla bilməməsi ucbatından düz on bir gün dərsdən qalmışdım. Ürəyim darıxırdı, şəhərə getmək istəyirdim. Səkkizinci sinifə keçmişdim. Yox, dərs ilinin başlanmasına sevinmirdim. Müəllim danlayacaqdı, ona görə. Söhbətdən belə başa düşürdüm ki, getməyimizə az qalıb, artıq maşın danışıblar. Bağda olduğumuz üç ay ərzində bir ərik, beş …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Qaşları can alan xəncər, gözləri qövğadır, dedi”

Post Views: 150 Qaşları can alan xəncər, gözləri qövğadır, dedi. Soruşdum bu nə cövlan? İnsafsız davadır, dedi. Bax ki, viran can evim, rəhm eylə, aman dilədim, Söylədi, nə viranə, qəsri Züleyxadır, dedi. Bu zülmü-cövr ilə dar qəfəsdə ağlar ürəyim, Hər kəs heyranı olan bülbülü-şeydadır, dedi. Busə ver, köz-köz olan bağrıma məlhəm eləyim, Güldü, bu nə …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Nəzmə çəkib yazam, Qadın!!”

Post Views: 122 Canındakı ağrılardan, Cana doyub bezən qadın. Can verməyə Əzrayılı Gecə-gündüz gəzən qadın. Gözündəki nə yağışdı? Bu nə çöhrə, nə baxışdı? Duan özünə qarğışdı. Ay könlümü üzən, Qadın! Bir görmədim üzün gülə, Ağı qondu dodaq, dilə. Ağrılara ildən-ilə Tab gətirib, dözən qadın! Zalım ağrı bütün günü, Kəsib doğrayır ömrünü. Əlim gəlməz ki, ölmünü, …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Sən də havalısan, mən də havalı”

Post Views: 108 Hər dərdə, möhnətə dözürük elə, Eşqin dəryasında üzürük elə. Mən sənsiz, sən mənsiz-gəzirik elə, Dolaşır səsimiz bəmdə havalı, Sən də havalısan, mən də havalı. Çəməni adlayıb, bağı aşıram, Solu ötürürəm, sağı aşıram. Dərəni keçirəm, dağı aşıram, Gəzirəm dumanda, çəndə havalı. Sən də havalısan, mən də havalı. Baxma ki uzaqdır gözüm gözündən, Əlim …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Nilgil haçan soyuyubdur?..”

Post Views: 84 Şəhidlərimizə Al qanınız bu torpağa qarışdı, Qismətiniz bəxtinizlə barışdı, Sizi gələn hər əsgərdən soruşdu, Təkcə ana inanmadı, aman, hey… İllər, yaman vəfasızsız, ay illər, Dünən axı, qönçə idi bu güllər, Nisgil haçan soyuyubdur, ay ellər, Ömrü boyu yanacaqdır yanan, hey… Haray salmaz, ürək dərddən kiriyər, Tüstülənməz, yanar, yanar, əriyər, Daş-divarlar ayaq açıb …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Sevinc də qəmdən yorulub”

Post Views: 87 Şair Fərqanə Mehdiyevanın “Daş yonanla söhbət” şerini oxuyarkən. Ümid toxu sözlərimdən, Kədərli, qəmli şerinə. Nəm qarışır gözlərimdən, Bu kövrək, nəmli şerinə. Sevinci yuxutək yozma, Qəlb möhtacdır təsəlliyə. Dərdi belə gözəl yazma, Dərd öyrəşər gözəlliyə. Bu gərdiş belə qurulub,- Qalarmı heç daş yonan ac? Sevinc də qəmdən yorulub, Hərdən ona qəlbini aç. Sevinc …

Azərbaycan ədəbiyyatı

Göyçayda vətənpərvərlik mövzusunda sərgi keçirilib

Post Views: 89 [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, mayın 26-da Göyçay Gənclər Mərkəzinin qarşısında Vətənpərvərlik mövzusunda yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə Göyçayın təhsil müəssisələrində təhsil alan gənclərin maraqlı əl işləri nümayiş olunub. Həmçinin sərgidə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev də iştirak edib və əl işləri ilə tanış olub. Gənclərin …

Azərbaycan ədəbiyyatı

“Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Post Views: 123 [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, mayın 26-da İsmayıllı rayon Gənclər və İdman İdarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 28 May – Respublika günü münasibətilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müsabiqədə 13 məktəbdən 25 şagird iştirak edib. …

Azərbaycan ədəbiyyatı

“Gül” kitabının imza günü keçiriləcək

Post Views: 102 [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, mayın 29-da saat 14:00-da “Kitabevim.az”da Gülnar Səmanın “Gül” kitabının imza günü olacaq. Gülnar Səma AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı, AYB və DGTYB-nin üzvü, Prezidentin təqaüd fondunun təqaüdçüsü, Gənclər və İdman Nazirliyinin mükafatçısı, “Hədəf” hazırlıq kurslarının müəllimidir. Kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsində nəşr edilmişdir. “AybKitab” layihəsinin rəhbəri AYB-nin …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Nəğmələr, şərqilər”

Post Views: 133 Nəğmələr, şərqilər Səs-səda kimi, Bu şəhər, bu yollar Son vida kmi. Küləklər səslənsə Əlvida kimi, Sən çalış unutma, Unutma məni. Qəlbim daş saxladı, Gözüm yaşını, Buludlar söylədi Öz təlaşını. Hansısa ağaca Cızıb adımı, Sən çalış unutma, Unutma məni. Gedibdir gəncliyim, Sönübdür odum, Ömrümü içdikcə Mən udum-udum. Həmişə çalışdım Səni unudum, Sən çalış …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Haqqın bir dünyası var, aydındır nurdan gecələr”

Post Views: 79 Haqqın bir dünyası var, aydındır nurdan gecələr! O bizik gözləyirik açılsın nur, dan gecələr! Qəlbimin həmdəmi yox bu gözlərimdən savayı, Kipriyimdən süzülər yaş ilə al qan gecələr! Məni kafir anlamaz! Zahid, anlamaq istəsən, Çək gözündən yuxunu, zikr ilə odlan gecələr! Haqsız tənə eyləyən min dili-qafil yığıla, Ziyanı söndürə bilməz, ola düşman gecələr! …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Göndər”

Post Views: 97 Deyirəm, o qızın gözəl rəsmini, İlahi, təzədən çək mənə göndər. Bir kimsə görməsin o nur çöhrəni, Gizlət insanlardan, tək mənə göndər. Ol başım üstündə bir sayə kimi, Sevgini bəxşiş ver, sərmayə kimi. Sevgi məktubunu bir ayə kimi, Bir parça kağıza bük, mənə göndər. Yenə də əllərim açılıb göyə, Ürəyim hey istər qapını …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Hər gün bu qız gözlərimə”

Post Views: 88 Hər gün bu qız gözlərimə, Dəyir qırmızı-qırmızı. Ürəyimin qapısını, Döyür qırmızı-qırmızı. Oxur bahar nəğməsini, Dinləyirəm xoş səsini. Güllər açan kəlməsini, Deyir qırmızı-qırmızı. Vurğunuyam xoş sözünün, Heyranıyam qaş-gözünün. Nazlanıban hey özünü, Öyür qırmızı-qırmızı. Baharın göyçək gəlini, Gül-çiçək qoxur əyini. Təbiət tək köynəyini, Geyir qırmızı-qırmızı.

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Yollar məni səsləyir”

Post Views: 83 Arzu yelkənlərin, inam yellərin, Səmtinə baş alıb gedən gəmiyəm. Gələcək adlanan liman illərin, Üstünə qonacaq səhər kimiyəm. Gümüşü dalğalar əzizlər məni, Sanaram anamın ağ saçlarıdır. Duyar dost ürəkli təmizlər məni,- Onlar ki, xan çinar ağaclarıdır. Gedirəm, çiynimdə səfər çantası, Köksümdə həsrətdən döyünən ürək. Taledən aldığım arzu butası, Çəkir arxasınca məni kölgətək. Səfərlər …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Bir dəli şeytan deyir”

Post Views: 110 Bir dəli şeytan deyir, götürüb daşı yerdən, Daşqalaq eləyəsən haqqını yeyənləri. Bircə-bircə yıxasan, tapılmaya dikəldən, Belini qıranları, qəddini əyənləri… Qəlbimizdə yatan ruh hara yol alıb gedər?! Düşən ömrü yaşadıq, bizimki də bu qədər. Biz sevincə qonağıq, bizə qonaqdır kədər, Şad etdik xətrimizə bilərək dəyənləri… Yolun sonunda işıq, işıq yolun sonunda… Ümid çırağı …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Ay Allah, bu nə dərddir, bu axı nə əzabdır?”

Post Views: 104 Ay Allah, bu nə dərddir, bu axı nə əzabdır? Mübtəla olduğumuz bəlalar yetmədimi? Deyirlər, alnınıza yazan belə yazıbdır, Yaşayıb gördüyümüz səncə də çox deyilmi? Günahın çoxu məndə, azı digər bəndədə, Həyatımız büsbütün şeytan uğursuzluğu. Nigaran öləsiyik, bu dərddən öləndə də, Ağladacaqdır bizi ədalətin yoxluğu… Gömülsün özümüzlə etdiyimiz günahlar, Doğulandan ölənə hamımızda günah …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Şeytanın əməlindən qorunduq hər an, fəqət”

Post Views: 82 Şeytanın əməlindən qorunduq hər an, fəqət, Başımız yandı daim insanın əməlindən. Bizim inancımız da avamlıqdan ibarət, Qorxsaq da qorunmadıq Allahın qəzəbindən. Gözümü kor etdik, qulağımız kar oldu, Uzaq qaça bilmədik pulun şirinliyindən. Şeytanı dəli saydıq, bu bir ixtiyar oldu, Bizə bəla göndərdi yerin dərinliyindən… Necə də isti idi arzuların qucağı, Məsum uşaqlar …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Bir dəli şeytan deyir, götürüb daşı yerdən”

Post Views: 81 Bir dəli şeytan deyir, götürüb daşı yerdən, Daşqalaq eləyəsən haqqını yeyənləri. Bircə-bircə yıxasan, tapılmaya dikəldən, Belini qıranları, qəddini əyənləri… Qəlbimizdə yatan ruh hara yol alıb gedər?! Düşən ömrü yaşadıq, bizimki də bu qədər. Biz sevincə qonağıq, bizə qonaqdır kədər, Şad etdik xətrimizə bilərək dəyənləri… Yolun sonunda işıq, işıq yolun sonunda… Ümid çırağı …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Qaşları can alan kaman, gəlmədin”

Post Views: 84 Qaşları can alan kaman, gəlmədin, Gözlədim yolunu hər an, gəlmədin. Qərar özünündür, özün bilərsən, Sultanlar verərlər fərman, gəlmədin. Qanadı yaralı quşlar kimiyəm, Dərdimə-sərimə dərman, gəlmədin. Gördüm ayrılıq var çəkildim geri, Eşqimə eylədin peşman, gəlmədin. Qurdum çadırımı, açdım süfrəmi, Çayları da düzdüm, mehman, gəlmədin. Qırıldı qəlbimin teli, mizrabı, Darıxdım səninçün yaman, gəlmədin. Əsməra …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Yenə qan eyləmisən!”

Post Views: 80 Nə olub yenə, ey gül, dövrə tikan eyləmisən, Çıxmısan dağ başına orda məkan eyləmisən. Yenə qan eyləmisən! Həsrətli aşiqinin ki, ahını almaz göylər, Sən ona busə verib tərki cahan eyləmisən. Yenə qan eyləmisən! Etmədən naleyi-ney, vermədən badeyi-mey, Sən onun könlünü sərxoş nə zaman eyləmisən? Yenə qan eyləmisən! Büzmüsən qönçə dodağı, göstərib lalə …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Ağrı”

Post Views: 99 Ağrısız bir ağrı məni yaxalar, Bütün ağrılarım onda yox olar. Qismətim əbədi şirin yuxular, Mənə qəfil gələn ağrıdan doğar. …Nə ürək, nə də ki baş ağrısıdı, Nə məni ağrıdan daş ağrısıdı, Ömrün ,,Ölüm” adlı qasırğasıdı, Mənə qəfil gələn ağrıdan doğar. Bu ağrının dodağında gülüşün, Min sehri var, min sirri var, bir düşün. …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Niyə yoxsan?”

Post Views: 125 Çox sözdə qaşını, gözünü tapdın, Öz nurlu çöhrəni- üzünü tapdın, Hamının şeirində özünü tapdın, Bəs mənim şeirmdə sən niyə yoxsan? Gündüz günəş kimi, gecə ay kimi, Sanıram özümə səni pay kimi. Axırsan qanımda… coşan çay kimi, Bəs mənim şeirimdə sən niyə yoxsan? Yenə kim haqqında xəyal qurmusan? Belə məlul, boynubükük durmusan? Mənim …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Ruhunu”

Post Views: 71 Bir gün səsləyəcək, Vətən: – Qalx! – deyə, O böyük gün üçün bəslə ruhunu. Daim oyaq saxla, ayaqda saxla, Tarixin dibindən səslə ruhunu. Bu yurddur tükənməz dövlətin-varın, Kişilik simvolun, namusun, arın, Hər cür sünilikdən, çirkabdan arın, Köklə nəcabətə, əslə ruhunu. Sarıl, qol-boyun ol məmləkətinlə, Öyün bu yenilməz əmanətinlə, Daim cilalansın qoy qeyrətinlə, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Şah İsmayıl Xətai”

Post Views: 110 Azərbaycana tacdır, Şah İsmayıl Xətai. Mənəvi ehyiyacdır, Şah İsmayıl Xətai. Millətin qürurudur, Ulu yurdu qorudu, Ürəklərin nurudur, Şah İsmayıl Xətai. Əlində qılınc, qələm, Başının üstdə ələm, Yenilməz şahım, lələm, Şah İsmayıl Xətai. İlk milli qəhrəmandır, Şair, ədib, ürfandır, Vahid Azərbaycandır, Şah İsmayıl Xətai.

Azərbaycan ədəbiyyatı

İsmayıllıda Kitabi-Dədə Qorqudun müxtəlif dillərdə tərcüməsinin təqdimatı keçirilib

Post Views: 82 İsmayıllı Rayon Mərkəzi Kitabxana Sisteminin Uşaq şöbəsində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və kitabxana işçiləri iştirakı ilə tədbir keçirilib. Tədbirdə Jurnalist, yazıçı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbərinin müavini-sektor müdiri Hacı Nərimanoğlu “Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir” mövzusunda çıxış edib. O, bildirib ki, Kitabi-Dədə …

Azərbaycan ədəbiyyatı

“Azərbaycanın 85 illik mirvarisi”

Post Views: 128 Mayın 20-də İsmayıllı rayonunda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun yaranmasının 85 illiyinə həsr olunmuş “İsmayıllı araşdırmaları” elmi konfransı baş tutub. Açılışı saat 10-30-da Qala restoranında İsmayıllı rayon icra hakimiyyətinin başçısı professor Mirdaməd Sadıqov edib. Ardınca İsmayılı rayon Mədəniyyət Mərkəzi, İsmayıllı Rayon Tarix və Diyarşünaslıq …

Azərbaycan ədəbiyyatı

Günel ƏLİYEVA.”Səndən bir xatirə qalıb”

Post Views: 130 Səndən bir xatirə qalıb, Yol yoldaşım olub mənim. Qəlbim səni sənsiz anıb, Dərd sirdaşım olub mənim. Səndən bir xatirə qalıb, Hara getsəm aparıram. Tale səni mənə yazıb, Ürəyimdə daşıyıram. Səndən bir xatirə qalıb, Tək təsəllim ,tək ümidim, Səni məndən kim qoparıb? Söylə, sənsiz hara gedim? Səndən bir xatirə qalıb, Mən onunla yaşayıram. …

Azərbaycan ədəbiyyatı

Günel ƏLİYEVA.”Məni bağışlama”

Post Views: 87 Məni bağışlama, Yad bil özünə. Çevirib üzünü, Baxma heç zaman Sənin həsrətindən Yanan közümə. Məni bağışlama. Düşünmə heç vaxt. Elə bil yox idim, Var idim ancaq. Küləklər üstümə Əsir ,qoy əssin. Qar ,boran səbrimi kəsir Qoy kəssin. Lap belə nəfəsim Sənsiz tükənsin. Yenə də sən məni, Səni sevəni, Sil getsin qəlbindən Olub-keçəni. …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.” Zalım dünya badə tutmuş, qanı şərab etməkdədir”

Post Views: 85 Zalım dünya badə tutmuş, qanı şərab etməkdədir, Gənclik getmiş, yerdə qalan canı xarab etməkdədir. Gül ilə ol sən aşina, təzəklə dostluqdan çəkin, Kim kiminlə yoldaş olsa özünə bab etməkdədir. Naşı əlinə düşərsə poladdan qılınc düzəlməz, Gəl ki, çiy gili bişirib ustalar qab etməkdədir. Gecə gündüz ilə qoşa, hər zərərin bir xeyri var, …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Qəlbin kitab kimidir”

Post Views: 83 Qəlbin kitab kimidir, Yazılar dolu. Gözlərinin pəncərəsindən Oxuyuram onu. Qəlbin səma kimidir! Sən heç gün çıxanda Səmanı gördünmü? Fırtınalardan xəbəsiz, Buludsuz, təmiz… Doğrunu gördünmü, doğrunu! Nə qədər ümüdsüz, aciz… Amma oğru hər zaman haqlı, Hər şey ona caiz! Gözləri qəmsiz, kədərsiz… Sən heç dənizin səsini Eşitmisənmi? Danışmır, heç nə demir, Onu anlayırsan… …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Deyiblər: “Kişi ağlamaz”

Post Views: 90 Deyiblər: ,,Kişi ağlamaz”, Bunu hansı Ata deyib, Bunu hansı Baba deyib?? Məncə, bir az düz deməyib: Görəsən nə fikirləşib, Bunu dilə gətirəndə? Görən özü ağlamayıb, əzizini itirəndə? Oğlu, qızı bu dünyadan, vaxtsız köçüb gedən zaman, ağlamayıb, sızlamayıb? Acı həsrət ürəyinin yarasını duzlamayıb? …Bəlkə elə buna görə, sən də mənə söyləyirsən: ,,ölüb vaxtsız …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”İcazə olar?”

Post Views: 73 Üzməsin ağrı-ah səni, Hifz eyləsin Allah səni. Vaxtın varmı, sabah səni, Görməyə icazə olar? Xoşladım ərkan-arını, İstəsən, verrəm varımı. Qoynunda bitən narını, Dərməyə icazə olar? Ləblərinin şirin balı, Yaradır məndə xoş halı. Qədəminə xalça-xalı, Sərməyə icazə olar? Gül əndamın gəlir xoşa, İstəyimi çalma daşa. De, səninlə ömrü qoşa, Sürməyə icazə olar? Bir …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Günlər bir-birinə bənzəyir yaman”

Post Views: 85 Rəngi, gözəlliyi, qoxusu bəlli, Hələ açılmamış qönçələr kimi, səhərlər açılar, ömrə təsəlli. Hər gün keçdiyimiz küçələr kimi, Tələsik keçirik ömür yolundan, Günlər bir-birinə bənzəyir yaman. Bir dəli arzuya, istəyə təşnə, Çırpınır qəlbimiz güman içində, Heç nə gözləmirik, elə bil, heç nə, Fikrimiz azıbdır duman içində. Adilik içində əriyir hər an, Günlər bir-birinə …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Qıla bilmir” (Qəzəl)

Post Views: 82 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist İnsan var hələ çox şeyin dərkin qıla bilmir, Aludə olur, sonra da tərkin qıla bilmir. Üzü yümuşaq olmağın bir …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Kəlbəcər” (Qəzəl)

Post Views: 130 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist İstedadlı qələm dostum, Kəlbəcər nisgilli Namiq Dəlidağlıya İyirmi ildir gözlərindən axıdır qan Kəlbəcər,- (İki ili mən azaltdım, sən öylə …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Sönəcəyəm”

Post Views: 79 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Səbrim gərgin bir kamandır, Gözləyirəm nə zamandır. Yar, həsrətin çox yamandır, Sevməsən də, sevəcəyəm. Şah damarda donar qanın, Bir gün nalan qalar canın. Qədrini bil zaman, anın, Söylə, bir gün dönəcəyəm. Səsin gəzir otağımda, Əks- sədadır qulağımda. Huri idin eşq bağımda, Sənsiz …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Qurban”

Post Views: 76 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Xoşbəxt yaradıbdır, Yaradan vallah, Qanından qan verən, Ataya qurban. Məni türk yaradıb, sevdiyim Allah, Canından can verən, Anaya qurban. Türk- deyə çagrılıb, müqəddəs adım, Qorqud, Oğuz, Mete şanlı əcdadım, Türkdür Atam- Babam, türkdür övladım, Türk eli, ulusu, obaya qurban. Sulardan- sulara, dağlardan- …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Canımda can,Azərbaycan,anam,can!”

Post Views: 91 Əsir Göyçəm göyçəklərin göyçəyi, Samur çayı köksümdəki göynəyim. Köz-köz olub,Allah,içim göynəyir, Qan yaddaşı,sözümə can,anam,can, Canımda can,Azərbaycan,anam,can! Borçalıda qəribsəyən torpağam, İrəvanda xal axtaran qonağam. Zəngəzurda darda qalan sorağam, Qan yaddaşı,sözümə can,anam,can, Canımda can,Azərbaycan,anam,can! Xudafərin Arazda daş ağıdır, Ağrı dağı ağrımızın dağıdır. Yurd harayı bağrımızı dağıdır, Qan yaddaşı,sözümə can,anam,can, Canımda can,Azərbaycan,anam,can! Qarabağım dərdimizin təzəsi, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Məsnəvi üstə qüssə”

Post Views: 103 HƏR ANIN ÖZ TARİXİ,ÖZ SÖZÜ,ÖZ HÖKMÜ VAR, GÖR YARA KİM HÖKM EDƏR,GÖR KİM OLAR HÖKMƏ YAR. Hər anın öz tarixi,öz sözü,öz hökmü var, Gör yara kim höm edər,gör kim olar hökmə yar. Dedin:”Allah qorusun səni hər an,hər zaman…” Sən niyə qorumadın-xisləti quru saman?! Sevgin şirinsə niyə,bal qatdın tər ocağa? Sevən ürəyi əsla …

Azərbaycan ədəbiyyatı

AGƏB-lərimizi tanıyaq! ”Ən yaxşılar” müsabiqəmizin iştirakçısı…

Post Views: 165 Azərbaycan Gənc Ədəbiyyatçılar Birliyinin üzvü, Nəzakət Niftiyeva 27 noyabr 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. -Uşaq Dünya Hərəkatının tərkib hissəsi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində Uşaq Hüqüqları Konvensiyası üzrə tam kursu bitirmişdir. Bunu Ombudsman Elmira Süleymanova, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri -Mark Herevard və digərləri öz …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Mən qayıdaram”

Post Views: 87 Gələrəm, sən gözlə,… gözlə baharı, Əriyər dağların bu soyuq qarı. Könlümün bəhrəsi, bəxtimin varı, Ay keçər, il keçər, mən qayıdaram!… Həsrətə söykənib gözlə sən məni, Gəlməyə bilmərəm gözləsən məni. Gecələr yuxunda səsləsən məni, Ün gələr, an gələr, mən qayıdaram!… Bilimsiz zamandır, ötəcək yenə, Çöllərdə lalələr bitəcək yenə. Kədərin keçmişdə itəcək yenə, Ay …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Dindi sinəm üstə sazım, Xaçmazım!…”

Post Views: 87 Gəldim, ürəyimdə həyat izləri, Gəldim, bu şeirimi səninçün yazım. Gecəni keçirdim, açdım səhəri, Dindi sinəm üstə sazım, Xaçmazım!… Yetişdim sonuna qızıl payızın, Yağış damlasıyla yuyulmuş tozun. Bax mənə, gör məni, açılsın gözün, Payızın içində yazım, Xaçmazım!… Ömür nə karədir, mən nə karəyəm? Elim, göylərində əsən küləyəm. Bir yarın qəlbində şirin diləyəm, Vardır …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Həyat budağında bar olmuşam mən…”

Post Views: 84 Gəlmişəm dəvətsiz, vaxtsız-vədəsiz, Körpə tək doğulub var olmuşam mən. Valideyn sevinci, bir övlad payı, Həyat budağında bar olmuşam mən… Qədəmim düşəndən yer kürəsinə, Maraq göstərmişəm hər nöqtəsinə. Dolanıb qohumlar əhatəsinə, Yadlıqdan soyuyub xar olmuşam mən… Məktəbdə yamanlıq, evdə qaranlıq, Gənc idim, günlərlə yanmırdı işıq. Görməyib əzəldən düzlük, yaxşılıq, Həqiqət oxuyan tar olmuşam …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Hardandır, görəsən, hardandır belə?!”

Post Views: 86 Dərd edir zülfünün aşiqi, canan, Bu düzüm, bu naxış hardandır belə?! Nuruyla qəlbimin için yandıran Bu gözlər, bu baxış hardandır belə?! Nazik gülüşündən pəjmurdə düşmüş, Həsrətin çəkməkdən canı üzülmüş. Vüsal uzaqlarda, hicran yüz ilmiş, Bu alış, bu veriş hardandır belə?! Qəlb üzür dilinin kobud kəlməsi, Sevinc bəxş eləmir hərdən gülməsi. Gah gedib, …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Mən qayıdaram”

Post Views: 80 Gələrəm, sən gözlə,… gözlə baharı, Əriyər dağların bu soyuq qarı. Könlümün bəhrəsi, bəxtimin varı, Ay keçər, il keçər, mən qayıdaram!… Həsrətə söykənib gözlə sən məni, Gəlməyə bilmərəm gözləsən məni. Gecələr yuxunda səsləsən məni, Ün gələr, an gələr, mən qayıdaram!… Bilimsiz zamandır, ötəcək yenə, Çöllərdə lalələr bitəcək yenə. Kədərin keçmişdə itəcək yenə, Ay …

Azərbaycan ədəbiyyatı

Aysel NƏSİRZADƏ.”Günüm gecə başlar”

Post Views: 80 Ömrü yaşamıram,yola verirəm, Günləri günlərə satıram hər gün. Sabahdan umduğum bir ümid üçün, Gecə başlamadan yatıram hərgün . Tezdən oyanıram yeni gün deyə, Yaşanmış günlərim düşər quzeyə. Ömrün qalığını yığıb muzeyə, Köhnəlmiş bir məni atıram hər gün . Gözümdən qəlbimə arzular damar, Yaralı qəlbimi arzular yamar. Nə yaxşı gecəlik yuxularım var, Yuxuda …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Sən gəldin”

Post Views: 85 Sən gəldin, Artıq səmalardan Güllü budaqlara qonmağa başladım. Sən gəldin, Həyatımı alt-üst eylədin, Hamar yuxularım əyişdi. Sən gəldin, Sənin zövqünlə ətirlənirəm, Çiçəkli qoxularım dəyişdi. Sən gəldin, Mənim sevdiklərim qaldı bir yana, Sənin sevdiklərinə Baxmağa başladım. Sən gəldin, Səndən ayrılmamaqçün Ölümdən qorxmağa başladım, Qorxmağa başladım…

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Günəşim”

Post Views: 85 Salam, xoş gəldin, Günəşim mənim. Güldün üzümə, Budaqlarım isindi, Tumurcuqlarım cücərdi, Çiçəyim çırtladı! Gəlməsəydin, Qışın sərt üzü Öldürəcəkdi məni. Kəsib odun edəcəkdi Yeyənlər bəhərimi. Salam, xoş gəldin, Həyatımı mənə gətirdin, Əli dolu gələn qonağım mənim! Baxdım, səhərlər nə gözəlmiş, Buludlar yolum-yolum. Baxdım, gecələr nə gözəlmiş, Ulduzlarla qol-boyun. Oyatdın qış boyu yatmış ruhumu, …