Post Views: 80 Daha sənə dönük çıxır, Yaxın dostun, sirdaşın da. Göynəyirsən için-için, Boğulursan göz yaşında. Heç bilmirsən nə vaxtadək, Sızlayasan, göynəyəsən? Bir dərd qanan varmı bəyəm, Açıb dərdini deyəsən? Yaxşılığa yamanlığın, Dərdini çəkməyim necə? Bax, bu qəmdir ürəyimi, Sızıldadır gündüz, gecə. Namərd gördüm, bu həyatda, Neçə-neçə ,,mərd” adamı. Heç Allah da yıxa bilməz, Yıxan …
Azərbaycan ədəbiyyatı
Mais TƏMKİN.”Yüzdümü, mindimi, bilinməz sayı”
Post Views: 106 Yüzdümü, mindimi, bilinməz sayı, Dərd ilə ötürəm hər günü, ayı. A dostlar, çəkdiyim dərddən savayı, Varmı dərd, hesabda keçə dərdimi? Vətən həsrətindən könlüm yaradı, Bütöv ürək yurd-yuvasız paradı. Dərd bilən dərdimə dərman aradı, Dərdbilməz almadı vecə dərdimi. 13.04.2015
Müzəffər MƏZAHİM.”Borcunu qaytar”
Post Views: 97 (Oğlum Babəkə) Mən sənə Babəkin adını verdim, Bu ad Savalana, Kəpəzə taydır. Dünəndən bu günə uzanan dərdim, Babamdan oğluma mirasdır, paydır. Bu adın taleyi doğmadır mənə, Onun qeyrətini, odunu qoru. Bürünmə bu adın isti kürkünə, Qanında qaynasın kişi qüruru. Tarixin dolanbac cığırlarıdan, Keçibdir haqq kimi, ədalət kimi. Mən sənə vermişəm bu xoşbəxtliyi, …
Müzəffər MƏZAHİM.”Unutduq”
Post Views: 102 Qaçanı qova-qova, Döndük oda, alova, Ürəyini dərd ovan, Dayanmışı unutduq. Dost gəzdik dərd qandıraq, Dərdimizi andıraq, And içdik inandıraq, İnanmışı unutduq. Duymadıq şər-xatanı, Ər bildik yurd satanı, Harayladıq yatanı, Oyanmışı unutduq. Neçə inamı əzdik, Öyünməyə tələsdik, Sınaq meydanı gəzdik, Sınanmışı unutduq.
Şemsettin AĞAR (Dervişoğlu) (Türkiye, Ankara).Muhteşem şiirler
Post Views: 89 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi DEMİR TÜRK Günde beş ezan ile kıbleye döner yüzüm Erenlerin deminde hakkı anıyor özüm Türklüğünden utanan nesepsizedir sözüm Peygamber övgüsüne mazhar olmuş Irk’ım ben Çelik suyu verilmiş demir gibi Türk’üm ben Globallik uğruna yozlaşmadan anlamam Gizli gizli yapılan sözleşmeden anlamam Haçlı’ya ram diyalog,uzlaşmadan anlamam Hoşgörüyü …
Ahmet DİVRİKLİĞOLU.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Post Views: 87 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi ALAN. VAR Bedenim birdir amma İçinde iki can var Birisi Hak’tan yana Birinde sis duman var Kulağımın birinde Ezanlar iniltide Dinlerim diğerinde Kemaneler çalan var Sağ gözüm Elif,Mim de Sol gözüm dolu,demde İkisi de benim de Beynimde bir çiyan var Ağzım içinde dilim Düşmanım san …
Mais TƏMKİN.”Sənin həsrətinə ağlamadım ki…”
Post Views: 86 Səni ümidimə çox bələdim mən, Sənə qovuşmağı hey dilədim men… Gözümlə arxanca su çilədim mən, Sənin həsrətinə ağlamadım ki…. Sanki daş yerinə qoyub dərdimi, Dedim: damla-damla oyum- dərdimi. Dərdimin dərdinə qıyıb dərdimi Sənin həsrətinə ağlamadım ki?… Fələk yanağımda göz yaşı qoydu, Məni öz qəmimlə yanaşı qoydu. Gündüzüm gecəmə başdaşı qoydu, Sənin həsrətinə …
Mais TƏMKİN.”Sözdən qala tikirəm”
Post Views: 91 Dərd yağır Ağrı Dağdan, Ağırmış ağrı,- dağdan. Çəkdiyim ağrılardan Bağrım dəlik-dəlikdi. Sinəmdə eşq məşəli, Əlim külüng- tişəli. Könlüm gahdan nəşəli, Gahdan giryan, ləlikdi. …Var yolunu azan ,,xan*”, Qətlə fərman yazan ,,xan”. Kimi üzdə Qazan Xan, Gendə Qıpçaq Məlikdi… Kimi harda ,,leş*” görər, Gözü biri ,,beş” görər. Kimi dərhal iş* görər, Kiminki ,,hələlik”di… …
Müzəffər MƏZAHİM.”Meydan sənin deyil”
Post Views: 90 Madam ki, ürəyin quş ürəyidir, Burda dayanmağın yeridirmi heç? Hədəf nişançının öz kürəyidir, Meydan sənin deyil, dayanma, gəl, keç. Gəlib dayanmısan yol ayrıcında, Bilmirsən gedəsən haraya indi. Həqiqət pas atıb dilin ucunda, Hay-küyün də gəlməz haraya indi. Səni təqib edən qorxaqlığındır, Düşübdür ardınca qaraba-qara. Sanırsan batmısan, qürub çağındır, Ruhun bədənində çəkilir dara. …
Müzəffər MƏZAHİM.”İnsanlığa”
Post Views: 84 Bir günahkar bəndə varsa, yox nicat insanlığa, Hər bir insan saf əməl versin zəkat insanlığa. Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr, Eyləsinlər çox savab işlər barat insanlığa. Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır, Sən də ver öz töhfəni, vaxtında çat insanlığa. Vermə əldən insafı, fürsət var ikən adil ol, Pak …
Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun 2016”yarmarkası keçirilib
Post Views: 83 Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin maddi-texniki bazasını gücləndirmək, ən müasir tədris şəraitinə nail olmaq, praktiki dərslərin tədrisinə diqqəti artırmaq, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırmaqla yanaşı, məzunların işlə təminatı əsas hədəf kimi qarşıya qoyulub. Son illərdə universitetdə yeni istifadəyə verilən obyektlər, yaradılan elmi-tədqiqat və tədris mərkəzləri, alınan avadanlıqlar, bütövlükdə, tədris prosesinin müasir səviyyədə qurulması …
“Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında Hollandiya, Almaniya, İsveç və Türkiyədə təhsil alan tələbələrin, yaşayan azərbaycanlılarla silsilə tədbirlərin keçirilməsi” adlı layihə Azərbaycanda və xarici ölkələrdə
Post Views: 90 [url=http://gundelik.info/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-ci ildə elan etdiyi Qrant müsabiqəsində qaliblərdən biri də “Bayat” İctimai Birliyidir. “Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında Hollandiya, Almaniya, İsveç və Türkiyədə təhsil alan tələbələrin, yaşayan azərbaycanlılarla silsilə tədbirlərin keçirilməsi” adlı layihə xaricdə və Azərbaycanda həyata keçiriləcək. Layihənin őlkədən kənar ilk …
“Mənim duyğum” kitabının təqdimat mərasimi keçirilib
Post Views: 78 edebiyyat-az.com xəbər verir ki, mayın 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri müdia mükafatları lauretı, şair Etibar Vəliyevin “Mənim duyğum” kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan …
Rafiq ODAY.”Gəlsək” (Qəzəl)
Post Views: 80 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Ramiz Qusarçaylıya Ötsə yenə şıltaq havalar, bir yaya gəlsək, Dost haylasa, biz də yığışıb bu haya gəlsək. Bizdə belədir …
Rafiq ODAY.”Tapammıram” (Qəzəl)
Post Views: 82 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Min ildi yol gəlirəm, izimi tapammıram, Əyrilər at belində, düzümü tapammıram. Qılıncdan kəsərlidi deyirdi-söz,-babalar, Nədən mən o kəsərli sözümü …
Etibar Vəliyevi doğum günü münasibətilə təbrik edirik! (16 may 1963-cı il)
Post Views: 94 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri media mükafatları lauretını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 107 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü NEYLƏSİN Söz sağaltmaz hər yaranı, Apardı sellər Saranı, Araz kəsibsə aranı, Yurdun sağ, solu neyləsin. Səngimirsə əsən külək, Zülmə göz yuyursa fələk, Həsrətdən yanırsa ürək, Yağan qar, dolu neyləsin. Xəbər yoxdu Qarabağdan, Bülbül …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 153 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü GET Dost-tanışı bərkdə sına, Qoyma sözün düşə, sına, Yaxşıların qapısına, İşin düşsə, ürəklə get. Çəmənlər nur dənizidi, Gözəllər gül bənizidi, Gül-çiçək sevgi rəmzidi, Hər görüşə çiçəklə get. Yaxın bilmə hər yetəni, Sayma namərdi,gədəni, …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 83 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ŞUŞA Ulu babaların əmanətidi, Canım, ciyərimdi gözümdü Şuşa. Doğma Vətənimin şan-şöhrətidi, Nəğmə beşiyimdi, sözümdü Şuşa. Gözəldi yurdumun çiçəyi, gülü, Bənzərsiz yaranıb xarıbülbülü, Hüsnü heyran edib şeyda bülbülü, Qeyrət qalasıdı, dözümdü Şuşa. Vermərik heç …
Rahilə DÖVRAN.”Bahar təranələri”
Post Views: 89 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Könlüm təbiətdə qonaqdır bu gün, Nərgiz, lalələrin açılıb eyni. İlham qəfil coşan bulaqdır bu gün, Dağlar sərgiləyib gözəlliyini. Qırmızı örpəkli üzü duvaqlı, Lalələr can atır ayla görüşə. Çiçəkli çəmənlər al-əlvan xalı, Dağ çayı bənzəyir nazlı gülüşə. Bulaq alqış alır qonaqlarından, Şövq ilə …
Rahilə DÖVRAN.”Könlümün Sultanı”
Post Views: 93 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Bahar təravətli ay gözəl gəlin, Könlümün sultanı seçmişəm səni. Qışmətdən əlimə yetişib əlin, Künlümün sultanı seçmişəm səni. Sən könül bağçamın qönçəsi, gülü, Sən mənim ömrümün süsən-sünbülü. Sən xarı çiçəyin sevən bülbülü, Könlümün sultanı seçmişəm səni. Nərgizlər, lalələr kölgəndə qalar, Qızılgül hüsnünə baxıb …
Abdulla MƏMMƏD.”Üzünün suyundan gözüm su içmir”
Post Views: 98 Üzünü ağ etmir üzgörənliyin, Üzünün suyunu töküb gedirsən. İçindən bulanıb üzünün suyu, Suyunda lillənib çıxıb gedirsən. O qədər üz görüb üzün dünyada, Üzünün ağlığı üzdə qalmayıb. Üzünü çevirib üzlər üzündən, Üzünə üz tutan üz də qalmayıb. Üzünün suyundan gözüm su içmir, Üzündə bozarır saxta qürurun. Səndə bu üz ki var,çətin durula Üzündə,gözündə …
Abdulla MƏMMƏD.”Külümdə közərən gileyəm,gülüm”
Post Views: 90 Bir cüt göz gəzirəm məni ağlaya, Yağan göz yağışı qəmi dağlaya. Ürək arayıram məni bağlaya, Qəribə eşqimin qərib selinə. Sevilə bilmədim sevdiyim qədər, Sevinə bilməyən sevgimmi hədər?! Sevdim,sevdiyimə sevindi qədər Daş atıb ömrümün sükut gölünə. Dil açır sözümə dönən o çağım, Qürbəti andırır dinən o çağım. Kimi isitdisə dünən ocağım, Bu gün …
Mais TƏMKİN.”Ər igidlər, qəhrəmanlar”
Post Views: 156 * * * Ər igidlər, qəhrəmanlar, Elin dərdinə yananlar, Əbədiyyət qazananlar, Bu dünyada ölməz olur. Şəhid olub köçənlərim, Yağıları biçənlərim, Vətən andı içənlərim, Öz əhdindən dönməz olur. Torpaq udub çox ərləri, At oynadan ərənləri. Ülviyyətin şölələri, Daim yanar, sönməz olur! Vətən üçün töküb qanlar, Vətənləşdi qəhrəmanlar. Şan-şöhrətə ucalanlar, Zirvələrdən enməz olur!
Mais TƏMKİN.”Çıx, cənnət yurdumdan, ey yağı düşmən!2
Post Views: 85 Kafirlər cənnətdə yaşaya bilməz, Qoyma bu cənnətə ayağı düşmən! Halal çörəyimə haram qatdınız, Sandın bu neməti sən ağu, düşmən. Sənin bu torpaqda haqqın nə gəzir? Çıx, cənnət yurdumdan , ey yağı düşmən! Niyyətin məkrli, qəsdin qan tökmək, Yurdumu talayıb, dağıdıb sökmək. Yaraşmaz qarşında bizə diz çökmək, Biz əldən vermərik torpağı, düşmən! Kafirlər …
Müzəffər MƏZAHİM.”Bəlkə də…”
Post Views: 81 Doğulduq, yaşadıq, dərk elədik ki, Dünya özümüzük, fələk özümüz, Torpağa, havaya ərk elədik ki, Yenidən dünyaya gələk özümüz. Analar doğmayıb taleyimizi, Tale anaları doğub bizimçün. Alıb dərdimizi, gileyimizi, Sevinci bal kimi yığıb bizimçün. Olan olacağın yol göstərəni, Gələcək zamandır arzular hələ. Yalan becərəni, yalan dərəni, Təmizə çəkəcək çox sular hələ. Dünyada hər …
Müzəffər MƏZAHİM.”Bir ələ baxır”
Post Views: 74 Dünya gəlir-çıxarlıdır, Hərəsi bir ələ baxır. Alan saysız, satan təkdir, Tərəzi bir ələ baxır. Ölüm sonudur qorxunun, Yozumu yox bu yuxunun, Neçə şaxəlı arxının, Bərəsi bir ələ baxır. Ömrü yuntək didən yolun, Ruhunu incidən yolun, Bu dünyadan gedən yolun, Çarəsi bir ələ baxır.
Debüt: Aysel NƏSİRZADƏ (Zəngilan rayonu).Yeni şeirlər
Post Views: 117 Aysel Nəsirzadə 1986-cı il dekabrın 20-si Zəngilan rayonunda doğulub.2010 cu -ildə Bakı Dövlət Unverstetinin Fəlsəfə ixtisası bitrib. 2009 cu ildə “Sükutdan asılmış ruh” adlı şeirlər kitabı nəşr olunub. Ailəlidir 2 övladı var YUXUDAN DURDU ÇOXU Yenə elə bu gecə, İçimə ağlamışam. Hıçkırtım öz içimdə, Göz yaşıma boğulub. Səsləşib sükutumla, Gecənin kor sükutu …
Aysel NƏSİRZADƏ.”Sükutdan asılmış ruh”
Post Views: 78 Sükutdan asılmış ruh, Ruhsuz qalmış bədən. Mənasız həyat, Mənasızlıqdan doğan sən. Biz əksiliklərin vəhdəti, Vəhdətinsə əksiyiyik. Nə qədər istəsək də, Taleyin qadağa etdiyi Qovuşa bilməz cütlüyük.
Aysel NƏSİRZADƏ.”Nöqtələndin”
Post Views: 86 Oxumağa can atdığım, Sual dolu hekayəmdin. Vergülləri arta-arta Çevrildin bir nidaya. Dəyərsiz bir cümləylə, Sevimli hekayəmin sonunu bəlirlədin. Rəvac verdin vidaya Bu da son, Nöqtələndin.
Esmira RƏHİMLİ.”Dua” (Povest)
Post Views: 109 Maşın əfsanəvi gözəlliyi olan kənd yolları ilə yavaş-yavaş irəliləyirdi. Yol get-gedə daralırdı. Görünür bir neçə gün öncə yağan yağış torpağı islatdığı üçün yolun kənarları sürüşmüşdü. Hələ də yağışdan nəm olan torpaq qızılı qəhvəyi rəngə çalırdı. Yola döşənən daşlar sürüşərək seyrəldiyindən yol çala-çuxur olmuşdu. Sürücü maşını saxlayıb: – Daha sürə bilmirəm. Yollar pisdir, …
Esmira RƏHİMLİ.”Könlüm”
Post Views: 83 Nə olub, yenə də eynin açılmır? Ey mənim qubarlı, qəhərli könlüm. Elə bil üstündən tufanlar keçib Vurulub salınmış kədərli könlüm. Olmazın dərdlərin düşüb yadına, Təbib olmayanlar baxıb halına. Duzu dərman bilib basıb yarana, Göz yaşların axıb zəhərli könlüm. Bayquşlar nə bilər gülün ətrini, At arısı çəkməz şəmin qəhrini. Kafir səccadəni, ellər qədrini, …
Esmira RƏHİMLİ.”Qaşları can alan xəncər, gözləri qövğadır, dedi”
Post Views: 73 Qaşları can alan xəncər, gözləri qövğadır, dedi. Soruşdum bu nə cövlan? İnsafsız davadır, dedi. Bax ki, viran can evim, rəhm eylə, aman dilədim, Söylədi, nə viranə, qəsri Züleyxadır, dedi. Bu zülmü-cövr ilə dar qəfəsdə ağlar ürəyim, Hər kəs heyranı olan bülbülü-şeydadır, dedi. Busə ver, köz-köz olan bağrıma məlhəm eləyim, Güldü, bu nə …
Esmira RƏHİMLİ.”Əsgər”
Post Views: 122 Gəl, öpüm alnından, qəhrəman əsgər! Sənin gözlərində Vətənim gülər! Sənin silah tutan əlin mübarək, Var olsun şəhərin, elin mübarək! Sənin ayağının altından öpən, Tapdayıb keçdiyin yolun mübarək! Hünər ananındır, qəhrəman odur, Örpəyi bayraqdır qala yurduma! Alnı açıq olsun, gözləri aydın Sən tək oğul verib Ana yurduma! Gəl, öpüm alnından, qəhrəman əsgər! Sənin …
Esmira RƏHİMLİ.”Axıdıb göz yaşımı bağrımı xak eyləmisən” (Qəzəl)
Post Views: 103 Axıdıb göz yaşımı bağrımı xak eyləmisən, Yumusan yanağımı nə yaxşı, pak eyləmisən. Ey Rəbb, şükr eylərəm ki, yaradıb küllü aləmi, Mərhəmət sahibisən, bizi də xalq eyləmisən. Özündən başqasına əymə qulunun boynunu, Çünki tək ibadəti yalnız sən haqq eyləmisən. Qəzəbinlə bağları səhrayi-çöllü-biyaban, Sevgin ilə çölləri çikəkli bağ eyləmisən. Sevməsin əğyar məni, sən sev …
Müzəffər MƏZAHİM.”Bu yazıq Bəndəni…”
Post Views: 132 Cəzamı verməyə gətirdin, Allah, Bu yazıq bəndəni bu şər dünyaya? Yoxsa doğulmamış etdimi günah, Götürüb tulladın bəşər dünyaya? Daddırdın həyatı bal, nobat kimi, Sonsuz arzu verdin amanat kimi, Ömrünə, bəxtinə mükafat kimi, Gətirdin qəlbində qəhər dünyaya, Verdin ədaləti, səmimiyyəti, İnsafı, mürvəti, gözəl niyyəti. Fəqət əsirgədin səlahiyyəti, Etdin bu yazığı yəhər dünyaya. Başından …
Müzəffər MƏZAHİM.”Bizi”
Post Views: 79 Nə qədər böhtandan, nahaqdan qaçdıq, Yenə gəlib tapdı şər, böhtan bizi. “Dosta” qapımızı ürəklə açdıq, Saldı min əzaba bu “nöqsan” bizi. Tarix zülmət yolda sınıq əsadır, Yalanın, yamanın ömrü qısadır. Duya bilərdikmi fitnə-fəsadı, Zaman etməsəydi imtahan bizi? Tutuldu yolumuz, bəndi-bərəmiz, Təkcə özümüzə qaldı çarəmiz, Dar gündə edilən tövbələrimiz, Qurtara bilmədi günahdan bizi. …
Mais TƏMKİN.”Ay şirindən şirin gözəl…”
Post Views: 86 Tərifini həm söz ilə, Həm saz ilə deyim- sənin. Toy-büsatda cuşa gəlib, El-obaya öyüm səni. Seçək elə guşə- məkan, Ya da olaq gəl, laməkan. Ürəyimdə çıxart tikan, Gül-çiçəklə ,,döyüm*” səni. Könül istəsəm ver, elə… Özünü mənə pir elə. Gözüm üstə sən yer elə, Hifz eləsin göyüm səni. Bir ilham ver, mən bülbülə, …
Mais TƏMKİN.”Gözlərimdən yanağıma yaş damır”
Post Views: 87 Bir köhnə ev qalıb ata-babadan, Yağış yağsa, payız damır, qış damır. Az qalıbdır divarları uçula, İçəridən nəm çəkdikcə daş, damır. Haqq dedikcə yalan ,,bitir*” düzümdə, Ona görə ötüb keçmir sözüm də. Yarıb keçir, şırım açır üzümdə, Gözlərimdən yanağıma yaş damır. Zalımların başlarına qoyub tac, Məzlumları bu dünyada gəzir ac. Baş götürüb bu …
Abdulla MƏMMƏD.”Qərib gəldin,qərib getdin”
Post Views: 136 Mərhum yazıçı,həmyerlim Rahim Dünyamalının əziz xatirəsinə. Bu daş ağaran daş deyil, Yusa da yağış,qar daşı. Bu daşda əcəl göyərib, Bir də göylərin qarğışı. Qan damır daşın gözündən, Ağarır başım sözümdən… Cavandır yaşım özümdən, Cavandır hələ göz yaşım. Bu daş əzəldən ölçülüb, Dərdi boyuma biçilib, Gözümdə Dünya kiçilir, Heç olur sənsiz,qardaşım. Daşdan keçən …
Abdulla MƏMMƏD.”Sözdən sallana-sallana!”
Post Views: 78 Şair Məhəmməd Hadiyə. Yaxşı-yaman,yaman-yaxşı, Haram-hiylə,halal-naşı. Dünyanın itibmi başı, Bəmdə hallana-hallana? Ürəkdən gəlməyən sözü Yazanın ağ olmaz üzü. İkiliyə necə dözüm, Bütöv hallana-hallana? Haram mənim yarım deyil, Bütöv qəmdir,yarım deyil. Harın:”Mənə yarın!”-deyir, Qızıb yallana-yallana. Şeiri dərdə satan bilər, Alan bilməz,atan bilər… Nə çəkirəm-batan bilər, Sözdən sallana-sallana! 12.01.2001. Azərbaycan.Quba.
Rahilə DÖVRAN.”Əlincə”
Post Views: 85 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Günəş uca zirvəsindən boylanır, Yamacları çən- dumandır Əlincə. Hər qayadan bir salnamə oyanır, Tariximə şöhrət, şandır Əlincə. Qan rəngində çox qayası, çox yeri, Sinəsində nizə yeri, ox yeri. Şahinləri bürc üstündə əsgəri, Düşmən gəzir nə zamandır, Əlincə. Sınmış daşdır dəbilqələr, zirehlər, Sınmış …
Rahilə DÖVRAN.”Ustad Vəli”
Post Views: 76 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, /Unudulmaz el sənətkarı VƏLİ İSMAYILOVUN əziz xatirəsinə/ Kərəm, Məcnun həvəsiylə, Dastan qoşub nəfəsiylə. Həzin tütək, hey səsiylə, Məftun edib xalqı, eli, Əfsanədir Ustad Vəli. Bülbül səs verib səsinə, “Yallı”sına,”Cəngi”sinə. Dönüb sənət incisinə, Nəğməsi, qoşma, qəzəli, Əfsanədir Ustad Vəli. İfasıyla güllər açar, Lalə, …
Rahilə DÖVRAN.”Yaşadım”
Post Views: 79 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, /Ustad Məmməd Arazın- “Bu da belə bir ömürdü yaşadım” –şeirinə/ Zaman-zaman seyrəlibdir dost,tanış, Dörd fəslim də qışdır, yağır qar, yağış. Əllər göydə, Rəbbə dua, yalvarış, “Bu da belə bir ömürdü yaşadım”. “Ətdən çəpər, yad gözünə oxdu”lar, Hanı oğul?,hanı qzım? –yoxdular. Körpü altdan …
Rahilə DÖVRAN.””Hey mənə düşdü”
Post Views: 81 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Gülərkən hər kəsin bəxti, qisməti, Iqbalın tərs üzü, hey mənə düşdü. Qorudum ocaqda iffət, isməti, Atəşin qor, közü, hey mənə düşdü. Zamanın çəmini taparkən biclər, Şan- şöhrət qazandı çox səylər, giclər. Mənsəbə çatarkən fərsiz, biveclər, Əməlin ən düzü, hey mənə düşdü. Yaşamım …
Rafiq ODAY.”Qarabağ” (Qəzəl)
Post Views: 106 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Bu gün əldən verilib ləli-cəvahir Qarabağ, Batini bizdə qalıb, yağıda zahir Qarabağ. Hopubdu ruhumuza, cismimizə, canımıza, Eyləyir qanımızla dövri-təzahür …
Rafiq ODAY.”Əhsən, Səni var ol!” (Qəzəl)
Post Views: 84 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Sumqayıt şəhərinin 60 illiyində yazılıb Çatdın bu gün altmış yaşa, əhsən, səni var ol, Var ol səni, hər an …
Abdulla MƏMMƏD.”Allahına şükür elə”
Post Views: 76 İl ildən bəd gəlir,bala, Daşa tutur hər il bizi. Qəlbi dərd dəlir az qala, Başa çəkdikcə iblisi. Dünən-bu gün,bu gün-dünən, Sabah da bu günün tayı. Ağzından vurulub dinən, “Hop”demə keçməmiş çayı. Dil yalana,əl harama, Göz də talana alışır. Söz məlhəm olmur yarama, Gözdə qalana alışır. Saydığını sayma belə, Yerində saydığın yetər. ALLAHINA …
Abdulla MƏMMƏD.”Tanrım,məni o dünyaya bağışla”
Post Views: 79 Bu dünyanı talan-saldı düyünə, Allı-güllü yalan saldı düyünə. Köçən köçdü,qalan qaldı bu günə, Tanrım,məni o dünyaya bağışla. Kimə baxsan-ürək dolu,göz dolu, İş görəndən vəd verən çox-söz dolu, Sevinənim,gülənim yox göz dolu, Tanrım,məni o dünyaya bağışla. Nə insaf var,nə mürvət var dünyada, Haqqı danan hərəkət var dünyada, Daşdan çıxan bərəkət var dünyada, Tanrım,məni …
Mais TƏMKİN.”Üst-üstə yığdığın ,,dağ” yalanların”
Post Views: 84 Tər basıb, əriyib dönərsən muma, Dəyməzsən adicə çırtdanmış tuma. Dönəcək palçığa, qaralmış quma: Üst-üstə yığdığın ,,dağ” yalanların. Daha sərinlətməz kölgələr- səni, Doğrultmaz ümidlər, bəlkələr səni. Tutub yaxasından, silkələr səni, ,,Ölən” yalanların, sağ yalanların. Ya toyda-nişanda, ya da ki yasda, Gələr sənə sarı, hey asta-asta. Çıxacaq qarşına qara libasda, Üzünə duracaq ağ yalanların. …
Mais TƏMKİN.”Atasız ev, anasız ev”
Post Views: 148 Bu gün bizi halal zəhmətiylə boya-başa çatdıran Atamın haqqın dərgahına qovuşmağından üç ay keçir. Allah möhlət versəydi, bu gün Mayın 10-u 70 yaşı tamam olacaqdı… Allah heç birimizi qəfil ölümlərlə sınağa çəkməsin…Ruhun şad olsun, Ata!! Gözdən axan selə bənzər, Qəlbdən qopmuş telə bənzər. Bir saralmış gülə bənzər, Atasız ev, anasız ev. Gülüş …
Mais TƏMKİN.”Ə kinə çiç karde pidə?”
Post Views: 91 Honiədəm vinde zinə, Çaşım mande mı bə kinə. Otəşıj jəy bəçmı sinə, Ə kinə çiç karde pidə? Dimij vəşdə bənə həşi, Sütdə mıni, qətdəm təşi. Bəmı duə de otəşi, Ə kinə çiç karde pidə? Dardi dödə dardi səpe, Xıdo şoyde, vində bə pe. Deşdə fərişton bə qəpe, Ə kinə çiç karde pidə? …
Mais TƏMKİN.”Ağlı başdan çıxar, ay Meryem hanım”
Post Views: 87 Güzeller güzeli dostum Meryem Akalın hanıma Tanrım özü qoyub senin ismini, Pak yaradıb, saf yaradıb cismini. Her kim görsə, canlar alan resmini, Ağlı başdan çıxar, ay Meryem hanım. Kime kısmet olub, olarsansa yar: Ömr eder aləmde o kes bəxtiyar. Dünyaya sıqmayan güzelliyin var, Yok sene cahanda tay, Meryem hanım. Her arzuna, isteyine …
Şairə-publisist Rahilə Dövranın “Azərbaycan-Türkiyə” şeiri “Kümbet” dərgisində çap olunub
Post Views: 207 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə Dövranın “Azərbaycan-Türkiyə” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub. Qeyd edək ki, bundan öncə şairə-publisist …
Gənc xanım yazar Şəfa Vəliyevanın hekayəsi “Kümbet” dərgisində çap olunub
Post Views: 80 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar …
Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub
Post Views: 104 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun Yaradanların ən gözəli olan Uca Allahın mərhəmət, rəhm və …
Müzəffər MƏZAHİM.”Tənhalıq”
Post Views: 85 Torpağı , havası , suyu yerində, Payızı , baharı , yayı yerində, İncə gözəlliyi , boyu yerində, Niyə solub gedir bu fidan belə? Dürlü qayğılardan biçilib donu, Yellər sığal çəkər oxşayar onu, Nəğməli quşları yarpağı sanı, Niyə solub gedir bu fidan belə? Keçid ağzındadır , yolaq üstədir, Axarlı-baxarlı bulaq üstədir, Baxan deyir …
Müzəffər MƏZAHİM.”Öyrənirəm”
Post Views: 81 Dünya mənim yaşıdımdır, Mən dünyanın uşağıyam. Ömür məndən yuxarıdır, Mən ölümdan aşağıyam. Bu dünyanı seyr edirəm, Tale adlı pəncərədən. Fələk ölü hazırlayır, Mənim kimi biçarədən. Ömrü ömrüm qədərdirsə, Qədər nədən qədir bilmir? İnsafını Allah kəsib, Möhlət, aman nədir bilmir. Bu dünya tək mənzillidir, Rahat ömür sürən yoxdur. Qapısında bir giriş var, Çıxışını …
Müzəffər MƏZAHİM.”Uğur olsun!”
Post Views: 81 Göstər gücünü düşmənə, Ordum, uğur olsun! Sayəndə azad olmada yurdum, uğur olsun! Ver xalqa zəfər müjdəni, şəninlə öyünsün, Qəlbimdə qürur heykəli qurdum, uğur olsun! Öz qüvvəmizə arxalanıb düşməni yensək, Zənn eyləyərəm kamıma vardım, uğur olsun! Bu ali məram, haqq işi uğrunda savaşda, Qoy eyləsin Allah bizə yardım, uğur olsun! Qov tülküləri, rədd …
Müzəffər MƏZAHİM.”Yaşamağın çarəsi”
Post Views: 136 Haqqın tapdalanıbsa, Haqq yoxdur demə, çəkin. Həqiqət dolu olsun, Qəlbin, ruhun, məsləkin. İnam yaşatsın səni, Dur vicdan keşiyində, Qoyma kiminsə haqqı, Boğulsun beşiyində. İşin düz gətirməsə, Olma naşükür, asi. Halallıqdır, insantək, Yaşamağın çarəsi.