Post Views: 111 Martın 18-də Ağstafa Yazıçılar Evində Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin təşkilatçılığı ilə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi münasibətilə Poeziya axşamı keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, o cümlədən …
Azərbaycan ədəbiyyatı
“Kimsə bilməsin” kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 139 4 aprel 2016-cı il tarixində saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi2″nin müdavimi, AYB və DGTYB üzvü, Prezident təqaüdçüsü Ramil Mərzilinin “Kimsə bilməsin” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı …
“Kimsə bilməsin” kitabı işıq üzü görüb
Post Views: 123 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi2″nin müdavimi, AYB və DGTYB üzvü, Prezident təqaüdçüsü Ramil Mərzilinin “Kimsə bilməsin” kitabı işıq üzü görüb. Kitab müəllifin oxucularla sayca dördüncü görüşüdür.Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Qeyd edək ki, …
“…və susarsan” kitabı işıq üzü görüb
Post Views: 79 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi2″nin müdavimi, DGTYB Yönətim Kurulunun üzvü, Prezident təqaüdçüsü İntiqam Yaşarın “…və susarsan” kitabı işıq üzü görüb. Kitab müəllifin oxucularla sayca ikinci görüşüdür.Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Qeyd edək ki, …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 86 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, BƏNÖVŞƏ Bir çiçək var, yaz əzəli, Alqış edən al günəşə. Çiçəklərin ən gözəli, Bənövşədir, o Bənövşə. Bitcək qışın, qarın seli, Məskən seçər doğma eli. Ləçəkləri gəlin teli, Bənövşədir, o Bənövşə. Söz tapmıram , edəm tərif, Kafa bənzər, deyil əlif. Boynu bükük, incə, …
Elnarə GÜNƏŞ.Yeni şeirlər
Post Views: 100 “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri” İctimai birliyinin üzvü Yaz aylarında Torpaq nəfəs alır ,küləklər gülür, Yarpaq pıçıldayır, çiçəklər gülür. Damarda qan coşur, ürəklər gülür Doğur səmimiyyət yaz aylarında Loğmandır təbiət yaz aylarında. Məlhəmdir yağışı günəşi. Mehi Dağda bar dumanın dan yeri şehi. İnsan yaşadıqca duyur fərəhi. Çəkilməz …
Müzəffər MƏZAHİM.Yeni şeirlər
Post Views: 132 ÖMÜR Ən uca budaqdan düşdü o yarpaq, Onda təbiətin bahar çağıydı. Bu qəfil gəlişdən diksindi torpaq, Günəşin buluddan doğar çağıydı. Üşəndim alnımda buz kimi tərdən,- Ölüm yaranmışın sonuncu borcu. Qaldırdım bu yarpaq “meydini” yerdən, Yarpaq tabutuna döndü ovucum. Gücümdən ağırmış ovcumdakı yük, Çiynimin üstünə qalxmadı əlim. Gördüm ki, qeyrəti özündən böyük, Qara …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 132 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Gur tonqallar çatılardı obada, Dəmlənirdi dolma, plov sobada. Yumurtalar boyanardı tavada, Geyinərdi hamı bayram paltarın, Səsləyərdi sevinc ilə yar-yarın. Süfrələri bəzəyərdi səməni, Hamı evə gətirərdi çəməni. Mahnıya bax, yazda göyərt …
Rəhim MEHNƏT.Yeni şeirlər
Post Views: 129 XƏYALLAR Bir siqaret dumanıdı, İlin bahar zamanıdı, Sənə olan gümanıdı, Xəyalları alıb gedən. Bu həsrətin hicranıdı, Səni sevən hürr canıdı Qumral gözlü cananıdı, Xəyallara salıb gedən. İllər özün çəkir dara, Sutkaları yara yara, Ümüdünü verib yara, Xəyallardı sarıb gedən. Ad çıxardı Əsli, Kərəm, Əsli sənsən, Kərəm mənəm, Gülər üzlü nazlı sənəm, Məni …
Abdulla MƏMMƏD.Yeni şeirlər
Post Views: 89 YAMAN UZUN ÇƏKDİ SÜKUTUN DİLİ. Yaman uzun çəkdi sükutun dili, Gözlərim üşüdü lal baxışından. Mən kiməm alnımdan yazını silim? Qaçmağa yer də vox göz yağışından. Bu yağış daşlaşan sözləri yuyur, Hələ ki dərdimə acıyır səbrim. Bir yandan sükutun içimi oyur, Bir yandan dişini qıcıyır səbrim. Üzünə baxmağa baxışım aciz, Dinib-danışmağa söz tutmur …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Poylu-beşiyim mənim” poemasından bir parça
Post Views: 112 Qarabağdan qayıdanlar hasalı qalıb, anam yoxdu, anamın bir misalı qalıb: – “Qoşa relslər – qollarımdı uzalı qalıb, – mən arxanca boylanıram gündə, ay oğul, bir də nə vaxt dönəcəksən kəndə, ay oğul!?..” Abır-həya gözəliydi, Azərbacjan, mənim anam. Can dedikcə, candan kəsib, can payladın, canım anam. Xanım ikən, bir xanımlıq görmədin sən, xanım …
Bəxtiyar VAHABZADƏ.”Gülüstan” (Poema)
Post Views: 267 Azərbaycanın birliyi və istiqlal uğrunda çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə İpək yaylığıyla o, asta-asta Silib eynəyini gözünə taxdi. Əyilib yavaşca masanın üstə Bir möhürə baxdı, bir qola baxdı. Kağıza həvəslə o da qol atdı, Dodağı altından gülümsəyərək. Bir qələm əsrlik hicran yaratdı, Bir xalqı yarıya böldü qılınc …
Süleyman RÜSTƏM.”Təbrizli Analar”
Post Views: 103 Mən təbrizli analara bələdəm, Fəxrimdir bu əziz, qoçaq analar. Körpəsinin beşiyinin başında, Sübhə qədər qalar oyaq analar. Məhəbbəti çiçəklənər ilk gündən, Zərrə bezməz öz analıq yükündən. Balasına namərdliyi kökündən Saf südüylə edər yasaq, analar. Hər kəlməsi, hər sözü gül qoxuyar, Laylasını diləklərdən toxuyar. Ürəklərdən keçənləri oxuyar Kitab kimi varaq-varaq, analar. Xata çıxsa …
Süleyman RÜSTƏM.”Təbrizim”
Post Views: 337 Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzin ver qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin güllə, çiçəklə, İkiyə bölünməz saf bir ürəklə, Təbrizim, Təbrizim, aman Təbrizim, Yox olsun başından …
Rafiq ODAY.”Sənə söz verdiyim şeir”
Post Views: 96 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist İstedadlı şairə, mənimçün çox doğma olan Adilə Nəzərə Neçə gündü qələmin ucunda əsim-əsim əsir, titim-titim titrəyirdi sənə söz verdiyim …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 103 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, POEZİYA HEYRANI Yaranmışam gərdişindən dünyanın, Çalışmışam nəbzin tutam zamanın. Dərk etmişəm dəyərini hər anın, Şeiriyyətəm ruhu, canı, həm qanı, Mən Dövranam, poeziya heyranı. Allahıma, Quranıma, düz andım, Qəlbdən süzən hər kəlməmi, düz sandım. Dövran adın, qələmimlə qazandım, Qəzəllərim bülbüllərin fəqanı, Mən Dövranam, …
Şəfa VƏLİYEVA.”Qınadı ellər Saranı”
Post Views: 96 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Şəfa Vəli ATEV.AZ saytının Gəncədəki təmsilçisi olmaqla yanaşı, eyni zamanda bir yazar və şairə kimi çağdaş Azərbaycan ədəbiyyatında əbədi gəncliyin ən çox fəal olan ədiblərdən biridir. Onun yaradıcılığının mahiyyəti çağdaş həyat şərtlərimizin dinamikliyini öz ruhunun ləngəri üzərində biçimlənmiş ədəbi …
Şəfa VƏLİYEVA.Möhtəşəm şeirlər
Post Views: 89 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * əzirim var gəlişinə, sevdiyim, Qədəmlərin dəyən yerə baş qoyam. Çən- çiskinə dönüm yolla sürünüm, Rastına çıxanda bir pəri olam. Nəzirim var sevənlərin pirinə, Sevən, sevilən də özüm olaydım. Sözüm keçmir ürəyimə, səbrimə, Dilərdim, anadan dözüm olaydım. …
Şəfa VƏLİYEVA.Möhtəşəm şeirlər
Post Views: 116 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Həsrətimi köz eylədin, yaramı göz-göz eylədin… Özün boyda “döz” eylədin… Dayan, qara bəxtim… Getmə… dil var səni ağlamağa, Sel var gözdə çağlamağa… bel var… dərdi saxlamağa, Düz dur, qara bəxt… Əyilmə… gedişin kimi yandırar? bu hikkə …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 149 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Tanrının həvəsi yox Başıma gün döysə də, Ürəyimə qar yağır. Çöldə şəfəqlər gülür, Gözümdən sel-su axır. Gələn gün, batan günəş, Hey oyadır yaddaşı. Mən tərpədə bilmirəm Yolumdakı bu daşı. Bir-birinə qarışıb, Saçlarımda ağ-qara. …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 86 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Vaxtdı Məni gedənlərin sırasına yaz, İstərəm əllərim əlinə yetə. Qorxuram günahım çoxala bir az, Çiynimdən mələklər inciyib gedə. İlahi vaxt ikən sən canımı al, Qoy kimsə çəkməsin qayğımı mənim. Unutma bəndəni, mənə nəzər …
İstanbul yarmarkasında azərbaycanlı yazar Eyvaz Zeynalov kitabını imzalayıb
Post Views: 124 İstanbulun CNR salonunda davam edən kitab yarmarkasında azərbaycanlı nasir Eyvaz Zeynalov “Eski bisiklet” kitabını oxucular üçün imzalayıb. Oxucular “Eski bisiklet” kitabına yaxından maraq göstərdikləri kimi kitabın müəllifi Eyvaz Zeynalovla üzbəüz söhbət imkanı əldə ediblər. Eyvaz Zeynalov öz yaradıcılığı və Azərbaycan ədəbiyyatının bu günkü durumu barədə Türk oxucularına ətraflı məlumat verib. ”Eski bisiklet” …
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Post Views: 118 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru BU HƏYAT YOLUNDA Neçə ürəkləri varaqlamışam, Neçə çəmənləri oraqlamışam, Neçə sevənləri soraqlamışam, Heç demə naşıyam, ruhum bir incim, Dünya sevncimdən olub bir əlçim. Mən sevən biriyəm, sözə bağlıyam, Cüt qoşa qanada, gözə bağlıyam, Kədəri, qüssəni atmağa nə var, …
Xalq şairi Nəriman Həsənzadə AYB Ağsaqqallar Şurasının sədri seçilib
Post Views: 87 14 mart 2016-cı il tarixində Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib. Toplantıda bir sıra məsələlər müzakirə olunub.Xalq şairi, Əməkdar incəsənət xadimi, Fərdi prezident təqaüdçüsü Nəriman Həsənzadə yekdilliklə AYB Ağsaqqallar Şurasının sədri seçilib. Qeyd edək ki, bundan öncə AYB Ağsaqqallar Şurasının sədri vəzifəsini Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramatuq Vaqif Səmədoğlu ica …
İlkin ABBAS.Yeni şeirlər
Post Views: 103 SADİQ OL ÖMÜRLÜK ƏRİNƏ ARTIQ Təbrik eləyirəm bu toy-düyünü, Sənin sevgi andı içdiyin gündür. Mənim həyatımın ən ağır günü, Səninsə yad birin seçdiyin gündür. Ürəyə mən necə dağ çəkməyim ki? Nəfəsin toxunur yad nəfəsinə. Gecələr yuxuya haram qataraq, Tabe olacaqsan körpə səsinə. “Mübarək” deyirəm bilmirəm axı Niyə kədərliyəm, şən deyiləm bəs?! Ömürlük …
Günel ƏLİYEVA.”Eyni məkanda fərqli insanam”
Post Views: 91 Deyirlər dəyişmişəm. Nə baxışlarım əvvəlkidir, Nə də davranışlarım. Nə əvvəlki kimi Gülümsəməyi bacarıram, Nə də əvvəlki kimi insanları ”Xoşbəxt ”olduğuma inandırmağı. Əslində kimsə bilməyir Mənim qədər ağlamağı. Məni sadəcə İçimdəki qızcığaz anlayır. Ünvanım dəyişməyib. Dəyişməyib yerini arzularım da, Xəyallarım da. Onlar da mənim kimi vəfalıdırlar. Eləysə niyə hər kəs dəyişdiyimi söyləyir? Deyəsən …
Günel ƏLİYEVA.”Mən niyə xoşbəxtəm” (Hekayə)
Post Views: 142 Uşaqlar, evə verdiyim inşanı yazmısınız? Eləysə hər kəs yazdığı” Mən niyə xoşbəxtəm” adlı inşanı oxusun və inşaları müzakirə edək. Hər insanın həyata baxışına görə dəyişən xoşbəxtlik haqda sizin də fikirlərinizi bölüşməyinizi istəyirəm. -Lalə ,sən əlini qaldırmadın. İnşanı niyə yazmamısan ?Bu ki çox mühüm, düşündürücü ,mövzudur . -Müəllimə, mən yaza bilmədim. -Axı niyə …
Günel ƏLİYEVA.”Bağışla”
Post Views: 106 Səni sevməyim Xoşbəxt olmaq istəyim. Darıxmağım İçimdəki həsrətim. İstəyirsən getməyim? Bəs sənsiz Sənin olmadığın bu şəhərdə Sən ola -ola Sənsiz neyləyim? Axı ”getmə” deyirsən. Axı ”qal ”deyir baxışların. Yağdırır hicranın qəm yağışların. Dilin nə söyləyir? Qalım ,getməyim? Tərəddüd edirsən. Ürəyinlə ağlının fikri Mübahisə eləyir? Elə mən də sənin kimi Min bir sual …
“Ruhuma süzülür pıçıltıların” kitabının təqdimat mərasimi keçirilib
Post Views: 94 13 mart 2016-cı il tarixində, saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitabevim.az” mağazasında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Dirili Qurbani” Ədəbi Məclisinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, istedadlı şair Xuraman Camalqızının “Ruhuma süzülür pıçıltıların” kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, …
Gənc xanım yazarların şeirləri “Usare” dərgisində çap olunub
Post Views: 153 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Adana şəhərində fəaliyyət göstərən “Usare” aylık, kültür, sanat ve edebiyat dərgisinin 6-cı sayında yeni nəsil Azərbaycan gəncliyinin istedadlı gənc nümayəndələri, “Gənc Ədiblər Məktəbi2”nin müdavimləri, DGTYB üzvləri Ülkər Dənizin, Şəfa Nurun, …
Fidan ABBASOVA.”Qovur ömrü aylar illər”
Post Views: 82 Qovur ömrü aylar illər, dəyişdikcə hər fəsillər azaldıqca bir -bir günlər səni bir az unuduram mən özümə qayıdıram.. O keçmişdən uzaq durub qəlbi hər gün daim yorub içimdə bir dünya qurub dünyam ilə dağılıram mən özümə qayıdıram. Ümüd etmə dönəcəyəm birdə geri gələcəyəm artıq gecdir sevəcəyəm bax yuxudan oyanıram mən özümə qayıdıram. …
Şəhla RAMAZANQIZI.”Bu dünyanın güzgüsü”
Post Views: 87 Bu dünyanın güzgüsü, Ləkələnmiş ay kimi. Mərhəməti bir tikə, Qaxac olmuş pay kimi. Bu dünyanın gözləri, Eynəkli qoca təhər. Dildə şirin sözləri, Ürəkdə zəqqum, zəhər. Bu dünyanın ürəyi, Cəsəd yeyən, qan içən. Qurbanlıq quzu qədər, Aldanır yoldan ötən.
Məmməd Qədiri doğum günü münasibətilə təbrik edirik! (14 mart 1960-cı il)
Post Views: 119 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti Bənövşəm Gözün aydın, …
Nəriman HƏSƏNZADƏ
Post Views: 187 * * * Yuxun qaçdı evdə yata bilmədin, torpaqda yat, torpaq quzum, a laylay. Gizli-gizli ufuldadın, inlədin, Oyaq qalan yuxusuzum, a laylay. Güzgü kimi zərif idi gül üzün, insafdımı torpaq altda çürüsün?! Duman gəlsin qəbristanı bürüsün, duman sənə örpək olsun, a laylay, Torpaq sənə döşək olsun, a laylay. Yanımdaydın, yaşayırdıq bir babat, …
Nəriman HƏSƏNZADƏ
Post Views: 114 MƏNİM NİGAHIMI POZDU TƏBİƏT Mənim nigahımı pozdu təbiət, Köklədi simləri xeyir-şər üstə. Sənə-məzar boyda yeraltı zülmət, Qurulu ev qoydu mənə yer üstə. Beləcə ayırdı o, payımızı, Pozdu bu qanuni nigahımızı. Qoruya-qoruya saxladığımız, Axırda nə oldu?-adi bir kağız. Arada ağlayan bir məhəbbətdir, Yastığöın müqəddəs, yerin müqəddəs. Dövlət vəsiqəsi rəsmi sənəddir. Möhürü, imzası bir …
Təranə Turan RƏHİMLİ.”Sabahın xeyir, Roma!”
Post Views: 138 Filologiya üzrə fəlsəfə doktoru, dosent Prezident təqaüdçüsü Sabahın xeyir, Roma! Qarlı qışın ortasında gülümsəyən günəşinlə dünyanın hər pisliyindən uzaq sabahın xeyir! Şərin kölgəsin doğrayan qılıncların parladığı Pompey yurdu, zülümlərə yasaq sabahın xeyir! Başı göylərə ucalan Eşq çeşməsi, arzular səltənətində sevənlərin niyyətində çağlayan suların xeyir! Sabahın xeyir, Roma, Kolizey yolundakı əl-ətəyi dopdolu, meyvəsinə …
“Ruhuma süzülür pıçıltıların” kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 84 13 mart 2016-cı il tarixində, saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitabevim.az” mağazasında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Dirili Qurbani” Ədəbi Məclisinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, istedadlı şair Xuraman Camalqızının “Ruhuma süzülür pıçıltıların” kitabının təqdimat mərasimi keçiriləcək.Tədbirdə Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, o cümlədən müəllifin …
“Dünya qonaq sevən deyil” kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 148 16 mart 2016-cı il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Kəmaləddin Qədimin “Dünya qonaq sevən deyil” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət, elm, təhsil işçilərinin, o cümlədən yubilyarın qələm yoldaşlarının də iştirakı nəzərdə tutulub. İştirak …
Xalq şairi Nəriman Həsənzadə mükafatlandırılıb
Post Views: 80 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, şair-dramaturq Nəriman Həsənzadə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən ədəbiyyatımızın inkişafında və Aşıq Şəmşir irsinin təbliğindəki dəyərli xidmətlərinə görə təşəkkürnamə diplomu ilə mükafatlandırılıb. Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikasının …
Mətanət QÜDSİ.”Gecə saatı”
Post Views: 88 Durmadan işləyir divarda saat, Gözümün önündə dövr edir zaman. Yeni gün doğulur qarşımda rahat, Çətin isinirəm o günələ yaman. Sanki keçmişimdə ilişib qalıb, Hər zaman,zamanı tuta bilmirəm. Pəncərəm önündən,xəyala dalıb, Şirin arzulara çata bilmirəm. Birbəbir,qəlbimdə sönən ümid tək, Hər kəsin evində sönür işıqlar. Rəngli yuxularım,bir alabəzək Quş kimi ömrümə salır naxışlar. Bir …
Mətanət QÜDSİ.”Bu gecə, bir əsərdə”
Post Views: 132 BU GECƏ,BİR ƏSƏRDƏ YAŞATDIM İKİMİZİ… BİR SƏN İDİN BİR DƏ MƏN BİR DƏ SEVDA DƏNİZİ. HƏDDIMIZI ASMADAN YASANILAN GÜNLERI QELEME DEDİM BİR-BİR. O YAZDI,MƏN DANIŞDIM, SƏNLƏ BELƏ TANIŞDIM… GIZLI GÖRÜŞÜMÜZDƏN SÖYLƏMƏDİM SÖZ BELƏ. SENSİZ KECƏN GÜNLƏRİ SABAHLAR,DÜNLƏRİ SÖYLƏMƏDİM QƏLƏMƏ. QOY CAR ÇƏKMƏSİN DEDİM SEVGİMİZİ ALƏMƏ. VERDIYIN ÜMIDLƏRİ PIÇILDADIM XƏYALƏN… bİR O BİLDİ …
Mətanət QÜDSİ.”Bu gecə”
Post Views: 110 Bu gece, Ona ehtiyacımı duyub, daha qara,daha uzun, kömək üçün, yetirdi özünü… Dərdlərimi,bölüb,soyub şərikim oldu,bu gecə. Tebiet susdu,meni dinleyirmiş kimi. Ağladı,duyub ağlamaq səsimi, daha da coşdurdu məni, boğaraq hıçqırıqlarıma… Hayqırmaq istədim sevgimi cahana, duymasın deyə,susdum,bu gecə. Biraz daha qaranlığla qarişmaq istədim dəli sevgimlə… Bu gecə, Ressam olmaq istədim, hayat tablomu çəkib, insanlara …
Mais TƏMKİN.Yeni şeirlər
Post Views: 155 Ürək məndən yuxarı Şair Ramiz Rövşənə Bundan sonra boy atmaz, Dərdimə nəşə qatmaz… Arzularım əlçatmaz, Dilək məndən yuxarı. Özünü edib əsir, Görən hara tələsir? Başım üstündən əsir- Külək məndən yuxarı. Nə həliməm, nə sərtəm, Başdan-ayağa dərdəm. Çiynimi sıxır hərdən Mələk- məndən yuxarı. Niyə uzaqdan baxır? Sirrini duydum axır. Min cür oyundan çıxır …
Nail DAĞLAROĞLU.Yeni şeirlər
Post Views: 90 Gərək İnsanlıq pul ilə ölçülmür, qağa, İnsanlıq insanın canında gərək. İnsan insanlığı bazardan almaz, Cismində, ruhunda, qanında gərək. İnsan var hər işi insan əməlli, İnsan var açıqdı hər sözü bəlli. İnsan var yaranıb şeytan təməlli, İnsan var cox çətin anında gərək. İnsan var yalqıza dayaqdı darda, İnsan var nur saçır boranda, qarda. …
Elnur RƏSULOĞLU.Yeni şeirlər
Post Views: 78 Mənim həyatım Aprelin axrıydı, son günləriydi. Hava isti idi, səma tərtəmiz. Günəş göydən yerə od ələyirdi Kədərdən xəbərsiz, qəmdən xəbərsiz. Mən isə bu zaman tərimi silib Yolda deyinirdim: “Ürək dayanır. Elə bil göylə yer baş-başa verib, Göy kimi od tutub yerlər də yanır”. Hər tərəf yaşıllıq. Yollar boyunca, Gör ağcaqayınlar necə əkilib. …
Şəfaqət CAVANŞİRZADƏ.”Sevginin gözləri” romanının XXXV hissəsi
Post Views: 92 Cəmilənin verdiyi suala Lamiyə cavab verə bilmədi, qorxusundan udqundu. Cavab vermək üçün söz tapa bilmirdi. Qızının yerinə Aynur cavab verdi, özünü itirmədi. Aynur dünyagörmüş, təcrübəli qadınıydı. Əliylə Zamanı göstərib arxayın adamlar kimi dedi: – Zaman sürücüdür. Çamadanlarım çox idi, daşımağa kömək elədi. Yəqin burda qəbahət heç nə görmürsən. Cavab Cəmiləni qane etmədi. …
İbrahim İlyaslını doğum günü münasibətilə təbrik edirik! (10 mart 1963-cü il)
Post Views: 107 İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub[1]. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır. Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı “Politexnik” qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc …
Rüfət Axundlunu doğum günü münasibətilə təbrik edirik! (10 mart 1983-cü il)
Post Views: 155 Rüfət Axundlu 1983-cü ildə Ağstafa rayonunun Həsənsu kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.İxtisasca teatrşünaşdır. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk …
Kamran İsmayılzadə
Post Views: 140 Biz bayramı anamın göz yaşları ilə qarşılayardıq. Artıq bu göz yaşlarına öyrəşmişdik. Yenə bir bayram gecəsi idi… Bu dəfə anamın hönkürtüsə ayıldım. O zaman hələ hadisələrin gedişini anlamırdım. Yuxudan ayılıb qırmızı almadan dişləyib yenidən yatdım. İllər keçəndən sonra anamın “Qırmızı almalar ” hekayəsini oxuyanda o gecənin hönkürtüsünü anladım. Saçının ağlığında gəncliyinin qara …
“Sən gecikmə” kitabının təqdimat mərasimi keçirilib
Post Views: 83 10 mart 2016-cı il tarixində saat 13:00-da “Kitabevim.az” mağazasında yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar Şəhriyyə Qəzənfərqızının “Sən gecikmə” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Rəhim Mehnət, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rauf Qərib Alagöz müəllifin qələm yoldaşları …
Qalib Rəhimlini doğum günü münasibətilə təbrik edirik! (10 mart 1960-cı il)
Post Views: 89 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat xidmətinin rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti
Şəhriyyə QƏZƏNFƏRQIZI.”Sən gecikmə” (Hekayə)
Post Views: 101 Qocalmışdı. Yerindən durmağa taqəti yox idi. Əvvəlki cıvraqlığı, çılğınlığı, nikbinliyi yox idi. Bircə” O” idi yanında. Həmişə hər problemində yanında olan, ona arxa olan, dar günündə əl uzadan, lakin xoş günlərdə unudulan “O”. “O”, sakitcə yanında oturub qocanın nəfəs alışına tamaşa edirdi. “Necə də qocalıb. Həmişəki kimi mənə möhtacdı. Zamanında bu günlərini …
Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb
Post Views: 99 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, şair Zəlimxan Yaqubun “Dünyadan köçən mənəm” kitabı Bakı şəhərində, “Kitab Klubu” nəşriyyatı tərəfindən 408 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.Kitaba müəllifin qələmə aldığı şeirləri daxil edilib. Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikasının …
“Dənizə dönmək istəyirəm” kitabı işıq üzü görüb
Post Views: 166 Çağdaş Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi, şair dramaturq Nazim Hikmətin “Dənizə dönmək istəyirəm” kitabı Bakı şəhərində, “Kitab Klubu” nəşriyyatı tərəfindən 384 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Kitaba müəllifin şeirləri və poemaları daxil edilib. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” işıq üzü görüb
Post Views: 89 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru, yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bakı şəhərində, “Kitab Klubu nəşriyyatı tərəfindən 600 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. Kitaba müəllifin şeirləri, nəsr, dram əsərləri, tərcümələri daxil edilib. Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin …
Cənab Rafiq Odayın 8 mart–Beynəlxalq Qadınlar günü münasibətilə təbriki
Post Views: 104 Dünya yarandığı gündən, insan övladı həyat barədə düşüncələrə malik olduğu zamandan ananın qayğıkeş obrazı müqəddəs varlıq kimi həmişə hörmətə layiq görülmüşdür. Günəş olmasa yer üzü zülmət içində boğular. Ana da insan həyatında bu qüdrətə malikdir. Məhz qadının – ananın əli ilə insan bəxtiyarlığa qovuşur. Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, …
Yalçın YÜCEL.”KADIN KONUŞURSA”
Post Views: 80 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Kadınım ben Önce bir insan Özümün ince telinde Yuvam uzanır sarıldığım. Yaşamım Dev bir kapı kapatır üstüme Anahtarı üstünde olsa da Bir türlü açamadığım. Kadınım ben Nice ağır yükler altına girmiş Çocuk doğuran, büyüten Aş pişiren… Yorgun parmaklarım Kalem tutarken titrer belki Okula göndermeyen o …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 146 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, BAXIB DURRAM Sən yağışsan, mən torpağam, Sən küləksən, mən yarpağam. Sən günəşsən, mənsə dağam, Zirvələrdən, baxıb durram. Gur bulaqsan çağlar, coşan, Dağ çayısan aşıb, daşan. Mən telli saz, nəğmə qoşan, “Kərəmi”tək, yaxıb durram. Həyatında varın, yoxun, Həm gerçəyin, röyan, yuxun. Düşmənlərə yaylım …
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Post Views: 82 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru GÖY QURŞAĞI Bir gün dəli külək kimi Sənin arxanca əsəcəm, Bir səhər qəlbinə dolub, Yollarını da kəsəcəm. İzləyəcəm qarış-qarış, Addım-addım izləyəcəm… Həm dözəcəm ayla-illə, Ürəyimdə olan eşqə, Səndən cavab gözləyəcəm. Görsəm əgər sənə qarşı könül eşqin… Sən də …