Oynayır…
Hərənin içində hava,
Hərə bir sözə oynayır.
Yoxuşlar üzü dağlara,
Enişlər düzə oynayır…
Misralardan evcik qurub,
Gah yorulub, gah oturub,
Yuxudan təzəcə durub,
Bu adam təzə oynayır…
(daha&helliip;)
Oynayır…
Hərənin içində hava,
Hərə bir sözə oynayır.
Yoxuşlar üzü dağlara,
Enişlər düzə oynayır…
Misralardan evcik qurub,
Gah yorulub, gah oturub,
Yuxudan təzəcə durub,
Bu adam təzə oynayır…
(daha&helliip;)
Burdan aşağı baxanda hər şey necə qəribə görünür. Bu gün mənə o günü xatırladır. O gün də belə bərk külək vardı. Onların binasının qarşısında qollu-budaqlı bir ağac vardı. Mən həmişə onun budaqlarında oturardım. Dostlarımla hamımız sırayla bir budağa düzülərdik. Balaca meh əsən kimi hamısı uçardı, bir mən yox. Yelləncək kimi o budaqda yellənərdim. Ağacın başı buludlara dəyərdi. Indi, deyəsən,ağacı kəsiblər. Yoxsa burdan hər şey fərqli görünür? Bizim qonub oturduğumuz məkanlar fərqli idi. Binaların başı, paltar iplərinin üstü. Mən hansı quş idim? Unutdum. Hə, deyəsən, sərçə idim. Hə, dəqiq sərçə idim. İndi daha böyük görünürəm. Axı deyirlər burda hər kəs başqa cilddə olur. Gəl gedək oturaq o ağ pambığın üstündə. Görürsən necə yumşaqdır? Orda belə yumuşaq yerlər tapmırdıq biz. Onunla tanış olana kimi bilirsən nə qədər yer dəyişmişdim? Böyük quşlar oturduğumuz yerləri də əlimizdən alırdılar. Hələ yeməyimizi demirəm. Eh, sən hardan biləsən? Sən evdə bəslənmisən, qulluq görmüsən. Biz nə zülmlər çəkirdik. Bilirsən, yaxşı insanlar da var. Onun kimi. Ancaq bizə daş atanlar da çox olub. Biz bütün quşlardan sadiqik, heç yerə köçmürük. Qarda-boranda da yerimizi dəyişmirik. Niyə bizi sevmirlər görəsən? (daha&helliip;)
Gecəni , gündüz etmisən ,
Nə yatmisan ,nə eylənmisən ,
Bütün günü hey ,calışmisan ,
Nazimizi cəkmisən ,
İndi xəstə düşmüdən ,
Ay mənim xəstə anam,
Sən gözəlsən ,günəş tək ,
Ömtümə işiq ,şölə ,bəzəksən ,
Sənsiz olmasin günüm ,
Sən ömrümə ,yaraşiq ,
Arxa ,dayaq ,həyansan,
Ey mənim xəstə anam,
Gözlrin hey yoldadi,
,,Balam harda bəs qaldi?,,
Sən hey söylüysən ,
Bütün günü gözlürysən .
Sən ağrida ,acidan ,
Hec yuxu bilməyirsən,
Üzün gülür ,,,hec nə yoxdu ,mən də,,diyirsən,
Bilirəm ağrinirsan,
Sən xəsdəsən ay anam,
Ağ saclarina ,qurban,
Dərdin ,ağrin qəlbimə,
Hec aği görməyəsən ,
Bilirəm ağrinirsan,
Hec şikayyet etmirsən.
Ay mnim xəstə,anam,
Üzün daima gülür ,
Sən həmişə ,güləsən ,
Dərdin ,ağrin urəymə,
Ay mənim gözəl anam,
Qayikeş, üzü gülər ,
Heyatimin mənasi,
Sənsiz olmasin günüm,
Ey ömrümümün günəşi,
Ey menim ,xəstə anam…..
Həyatimin mənasi …
23.07.2015
tale nədir – sualına
cavab olaraq bir neçə əhvalat
danışım sizə;
xəyalan çəkin rəsmini
hər mənzərənin və
tale barədə düşünərkən hər dəfə
çağırın bir parçasını yaddaşın – rəsm dəftəri kimi
içində rəsmi cızılmış o hadisələr. (daha&helliip;)
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Daha seni qınamıram;
Qoca dünya; ulu dünya.
Sən heç düzələn deyilsən;
Kor fələyin qulu dünya.
Həqiqət az haqsizliq çox;
Vurulur ürəklərə ox.
Bircə kəlmə; düz deyən yox;
Yalanlarla dolu dünya.
(daha&helliip;)
Mən bir payız ömrü oldum,əzizim,
İndi məni ha xatırla,ha ara.
Vaxtsız
əsən küləklərə dözməyib,
Yarpaq-yarpaq tökülmüşəm yollara.
Günlər yağıb,aylar düşüb üstümə,
İzlərində qarış-qarış itmişəm.
Yuxu kimi,nağıl kimi illərin
Dodağında misra-misra bitmişəm. (daha&helliip;)
(“Didərgin şərqisi, qaçqın harayı” silsiləsindən)
Çadırda doğulan qaçqın uşağı,
Axır ki, yetişdin məktəb yaşına.
Vətəndə vətənsiz-başı aşağı
Dərdinlə böyüdün başlı –başına.
Acı taleyinlə oynayan artdı,
Böyüdün yarı tox, yarı ac, bala.
Kimsə sənə görə rütbəyə çatdı,
Sənisə sarsıtdı ehtiyac, bala. (daha&helliip;)
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Ruhlar da bədənə yük olur bəzən, Bəsdir, kipriyimdən yelləncək asdın, |
CƏBRAYILIM
Bulaqların aşıb-daşır gözümdə,
Qəm-qüssədi hər kəlməm, hər sözüm də.
Taqətim yox qollarımda, dizimdə,
Çiçəyim, pətəyim, balım,
Anam, doğma Cəbrayılım.
Sən də mənsiz darıxırsan, bilirəm,
Qərib eldə həsrətindən ölürəm.
Elə bilmə sənsiz deyib, gülürəm,
Ürəyimdə qara xalım,
Anam, doğma Cəbrayılım. (daha&helliip;)
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru
Allahım!
Bu gözəl, müqəddəs gündə,
Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan- şöhrətinə.
Şəhid qanı qarışmasın torpağa,
Nisgil yetişməsin heç bir ocağa.
Ürəklərdə qoy sızıltı gəzməsin,
Taleləri kədər, sazaq əzməsin!
Allahım!
Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan-şöhrətinə.
Yolun açıq eylə, yurd-yuvasızın.
Çarə qıl halına el-obasızın!
Zalıma yol vermə, qır tələsini,
Yeməsin məzlumun son tikəsini!
Allahım!
Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan-şöhrətinə.
Qoru qoca ata-anaları sən,
Onlara sağlamlıq ver bu həyatda,
Bəs onlar olmasa, Uca Allahım,
Kim alar bizləri qanadı altda?!
Cəmi xəstələrə eylə mərhəmət,
Qoyma xəstəlikdən əsər-əlamət!
Allahım!
Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan-şöhrətinə,
Cəmi dustaqların aç qapısını,
Onların da günü bir imtahandır,
Xeyrə qovuşsunlar, daha, amandır!
Allahım!
Əl açıram sənin O qüdrətinə,
Elə bu gecənin şan-şöhrətinə,
Əskik etmə bizdən suyu-çörəyi,
Qayıtsın torpaqlar, ellər-obalar,
Bağımızda bitir gülü-çiçəyi,
Yetir ey Allahım, xoş gələcəyi!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Ruhlar da bədənə yük olur bəzən,
Zülmü bar verməyən bağa oxşatma.
Hərdən qorxa-qorxa çıxdığım dağı,
Sinəmə çəkdiyin dağa oxşatma.
Bəsdir, kipriyimdən yelləncək asdın,
Bir az da can soran zəli ol, quzum.
Mən dəli olmağı bacardım, şükür,
Sən də, ağlın varsa, dəli ol, quzum.
Anadan olandan kir içindəyik,
Əzan da oxundu, yu, ağa, bizi.
…İpindən ağ köynək asdığın həyat,
Nə vaxtsa bükəcək bu ağa bizi.
XIX əsrin ikinci yarısında ədəbi proses təşəkkül tapdı. Kapitalist sənayesinin inkişafı, xüsusilə Bakının iri sənaye mərkəzinə çevrilməsi Ədəbiyyatımızın inkişafına təsir göstərirdi. Elm sahəsində aparılan ardıclı işlər öz bəhrəsini verirdi. Əsası Axundov tərəfindən qoyulan dramaturgiya bu dövrdə də inkişaf edirdi. Axundovdan sonra dram, faciə, tarixi-faciə, alleqorik mənzum dram, vodevil, kiçik məzhəkələr və başqa janrlarda əsərlər yaranırdı. Ənənə və novatorluq dramatik növün başlıca istiqamətini təşkil edirdi. Bu illərdə ədəbi prosesdə nəsr aparıcı mövqe tuturdu. Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının əsərlərində inkişaf tapan nəsr əsərləri getdikcə yeni mənzum və formada özünü göstərməyə başlayır.
Cəlil Məmmədquluzadənin “Danabaş kəndlinin əhvalatı”, Nəriman Nərimanovun “Bahadır və Sona”, Soltan Məcid Qənizadənin “Məktubati Seyid bəy Şirvani”, Əsgər ağa Goranının “Qara yel”, Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” və başqa əsərləri yeni üslub və ideya-məzmun axtarışlarının bəhrəsi idi.
Cəlil Məmmədquluzadə ilk dəfə olaraq Azərbaycan qadınını və kəndlisinin dözülməz şəraitdə yaşamasını göstərir. Müəllif “Danabaş kəndlinin əhvalatı” əsəri ilə Azərbaycan ədəbiyyatına “göz yaşı içində gülüş gətirdi. 70-90-cı illər Azərbaycan ədəbi prosesində həm xalq şeiri, həm də klassik üslubda yaranan poeziya nümunələri diqqəti cəlb edir.30-40-cı illərdə olan satira 70-90-cı illərdə daha da güclənir.Seyid Əzim Şirvani, Mirzə İsmayıl Qasir, Fəqir Ordubadi və başqaları öz əsərləri ilə xalqı elmə çağırırdı.
Bu dövrdə Aşıq Ələsgər, Molla Cuma, Çoban Əfqan xalq poeziyası üslubunda şeirlər yazırlar. Puşkinin, Nekrasovun, Lermontovun, Krılovun əsərləri tərcümə olunub Azərbaycan oxucusuna çatdırlır.Dövrün ədəbi-mədəni inkişafını göstərən mühüm xüsusiyyətlərdən biri də milli mətbuatın yaranması idi.
Həsən bəy Məlikova qədər Azərbaycan dilində milli mətbuat yox idi. Həsən bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Həsən bəy ilk təhsilini mollaxanada almış, sonra Şamaxı qəza məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır.1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiyyət-riyaziyyat fakültəsini bitirmişdir.Ali təhsil ocağında oxuduğu müddətdə Həsən bəy tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılmışdır. Lakin vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu bu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirdi. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başladı.
Gündəlik həyatında və işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdı.
O zaman Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatımızın yaranması zərurətini doğurdu. Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etdi. Bununla əlaqədar böyük mütəfəkkir İstanbuldan hürufat gətirtdi və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu.1877-ci il sentyabrın 29-a qədər fəaliyyət göstərir. “Əkinçi” qəzeti ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu.Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 nömrəsi çıxmışdır.
“Əkinçi” qəzeti beş əsas şöbəyə bölünürdü: “Daxiliyyə”,“Məktubat”, “Əkin və ziraət xəbərləri”,“Elmi xəbərlər”, “Tazə xəbərlər”.Qəzetin əsas şöbəsi olan “Əkin və ziraət xəbərləri” şöbəsində əkin, maldarlıq, bağ, bostan, kənd təsərrüfatına aid kütləvi elmi məqalələr dərc olunurdu.
“Məktubat” şöbəsində müxtəlif yerlərdən gələn məqalələr dərc olunurdu.Bu məqalələrdə feodal-patriarxal adət və ənənələr tənqid edilərək Rusiyadakı elmin yeni ixtiralarından bəhs olunurdu.
Bu şöbədə gedən məqalələrin əsas müəllifi Əhsənül Qəvaid idi.
“Əkinçi”də Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun məqalələri dərc olunurdu.
“Əkinçi”nin cəsarətli və şiıqlı fikirləri çar hökümət dairələrini, yerli mühafizəkarları qorxuya salırdı.Ona görə də qəzetin fəaliyyətinə mane olmağa çalışırdılar.Qəzetin bağlanmasından daha çox özümüzünkülər əsas rol oynayırdılar.Qəzet bağlandıqdan sonra Səid Ünsizadənin redaktorluğu ilə “Ziya” qəzeti nəşr olundu.1883-cü ildə Cəlil Ünsizadə “Kəşkül” qəzetini nəşr etdirməyə başlayır.Bu qəzetin səhifələrində bədii ədəbiyyata daha çox yer verilirdi.Dünya Ədəbiyyatından tərcümələr çap olunurdu.Bu dövrün ədəbi-mədəni tarixinə nəzər salsaq görərik ki, qabaqcıl ziyalılarımızın qəzet və jurnal çap etdirməyə çar höküməti icazə vermirdi.
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədrini, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorunu, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”ini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Mətbuat xidməti
Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktorudur.”Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəridir.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihələrini mətbu orqanının səhifələrində həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.
Sən ulu öndərisən bu xalqın, bu millətin
Sən zülmət gecələrin bir ümid çırağısan,
Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
Sən hürriyyət sədası, azadlıq sorağısan,
Hər qarışda izin var, bu izi silmək çətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.
Vətənin hər daşını sevginlə naxışladın,
Bu yurda kəc baxanın yolunu yoxuşladın,
Sən qalan ömrünü də xalqına bağışladın,
Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.
Əshabi-kəhf timsallı neçə pirlər burada,
Hər qayanda qorunur neçə sirlər burada,
Sənə yön çevirdilər “91-lər” burada,
Bir daha bəlli oldu xalqına sədaqətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.
Sən haqqa arxa durdun, əsarətə yox dedin,
Acın dərdini bilməz heç bir zaman tox, dedin,
Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
Aydınlıq nuru qonsun üzünə məmləkətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.
Bu dövlətin qırılmaz təməlində yaşarsan,
Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
Vətən sevdalıları cəm elində – yaşarsan,
Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.
Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
Yüksəliş müjdəlidi hər açılan səhərin,
Daha yolu rəvandı aşılmaz zirvələrin,
Bütün dünya çevirib yurduma öz diqqətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.
Ən böyük əmanətin İlham Əliyev bizə,
Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
Onunçün o, qatır ki, gecəsini gündüzə,
Heç zaman laxlamasın özülü bu qüdrətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.
Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
Bütün cahan bir ola boğa bilməz bu səsi,
Hələ qarşımızdadır Qarabağ təntənəsi,
Ürəyində gömərik düşmənin bəd niyyətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.
And içirik günəşin sübh doğan çağına,
And içirik qan ilə boyanan torpağina,
And içirik üçrəngli müqəddəs bayqağına,
Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.
Ali Baş Komandanım
Bütün türk dünyasının gözü dikilib sana,
Türk dünyası bir yana, Azərbaycan bir yana,
Yüz milyonluq millətə Azərbaycan bir ana,
O mənim görən gözüm, o mənim cismim, canım,
Ali Baş Komandanım!
Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
Ay gecəyə nur çilər, günəş səhərə arxa,
Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
Azadlıq naxışıyla zinətlənir hər anım,
Ali Baş Komandanım!
Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
Vətən, millət sevdalı soyuna qibtəsi var,
İnam, güvənc yerimsən – bunu mən necə danım,
Ali Baş Komandanım!
Neçə yüz milyonların çörəyi səndən keçir,
Cahanın qan paylayan ürəyi səndən keçir,
İlləri aydan soruş, ayları gündən keçir,
Gör hansı kürsülərdən təriflənir ad-sanım,
Ali Baş komandanım!
Heydər baba naxşı var yurdun hər qarışında,
Dünya baş əymiş ona siyasət yarışında,
Bir çözümü olmalı sülhün də, barışın da,
BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
Ali Baş Komandanım!
Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
Şovinist ocağında neçə «yan» var – seç dedi.
Önündə bir körpü var – bu körpüdən keç dedi,
Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
Ali Baş Komandanım!
Xocalı faciəsi tarixin dərsi bizə,
Neçə tale çarxının fırlandı tərsi bizə,
Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
Bircə anda yetişdi dada Şahi-Mərdanım,
Ali Baş Komandanım!
İyirmi faiz torpağım yağıda qala bilməz,
Çala, çapa, talaya, dağıda – qala bilməz,
Bundan artıq millətim ağıda qala bilməz,
Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
Ali Baş Komandanım!
Vətənə layiq oğul, Sizə sadiq əsgərik,
Haqqa qılınc çalanın qollarını bükərik,
Yurdun hər kədərinə, sevincinə biz şərik,
Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
Ali Baş Komandanım!
Azərbaycan güvənir müzəffər ordusuna,
Qoymaz yağı önündə bu xalqı ordu, sına,
İstər tufanda yoxla, yağışda, qarda sına,
Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
Ali Baş Komandanım!
Ulu öndər eşqinə qılıncı qından çıxar,
Gündə min dona girən iblisi dondan çıxar,
Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
Ali Baş Komandanım!
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır.
Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur.
2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir.
Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir.
AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur.
Ailəlidir. Iki övladı və bir nəvəsi var.
SƏN GETDİN
Sən getdin göynədi sinəmdə ürək,
Yox olub əridi ömrün illəri.
Soldu qucağımda arzularım tək,
Dərib gətirdiyin sevda gülləri.
Sən getdin… arxanca baxan gözlərim –
Su səpdi yoluna aydınlıq üçün.
Dilimdə ilişib qalan sözlərin,
Bir haray salmadı, bilmədim neyçün?
Sən getdin… eşqinin bahar naxışı,
Min ilmə toxudu payız ömrümə.
Gözümdən süzülən sevda yağışı.
Sanki qılıncını çəkdi könlümə.
Get gülüm, – qınama sənsiz səbrimə,
Küləklər yan alar, sellər yan alar.
Get barı, tez qayıt, mənim xətrimə,
«Sənsizlik» dərd olub məndən can alar.
EŞQİMİN QIŞ HARAYI
Payız elə getdi, qış belə gəldi,
Ayrılıq küləyi əsdi bir ucdan.
Görüşə bilmədik, bu necə dərddi?
Qar da yolumuzu kəsdi bir yandan.
Sanki acıq çıxır təbiət bizdən,
Görüşmək vədəmiz uzanır yaman.
Həsrət də qar kimi gözlərimizdən,
Yağıb sinəmizdə qoparır tufan.
Bölündük sevginin fəsillərinə,
Eşqimiz, baharkən, özümüz qışıq.
Bəlkə ömrümüzün son illərindən,
Bəxtin yollarına atılmış daşıq?!
Eh… yenə səbrimin üstünə əsir,
Sənin göndərdiyin şaxta, qar, boran.
İnan ki, yolumu eşqimiz kəsir,
Yoxsa, bu yollarda kimdi ki, duran?!
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.
XƏZAN GÜLÜ
Payızda gəldin ömrümə,
Payızda getmə, nə olur.
Sənsizliyi taleyimə
Xəzəltək tökmə, nə olur.
Ağlasam, özüm oluram,
Güldür, olum istədiyin.
Ayrılsan, dözüm oluram,
Getmə, yoluna küsdüyüm.
Bu payızın gülüyəm mən,
Rəngim sarı, qönçəm yarı.
Yarpaqların diliyəm mən,
Nəğməm yarı, ömrüm qarı.
Sarı güllər ayrılığın
Rəmziymiş, söylədin mənə.
Payız yazdığım nağılın
Özüymüş, söylədin mənə.
Getdinsə, götür özünlə,
Xatirən nəyimə gərək.
Bu xəzanda sarı gülü
Sevməyə bir ürək gərək.
QAYTAR YUXUMU
Hərdən yuxum sürgün olur,
Üz tutur sənin qoynuna.
Gah da qəfil yolu düşür,
“Səninlə mənim toyuma”.
Yeyir, içir, sağlıq deyir,
Utanmayıb oynayır da.
Hamını özütək bilir
“Sən”li, “mən”li bu dünyada.
Eh…bezdirir çoxunu,
Arzumu gizləməliyəm.
İnsaf et, qaytar yuxumu,
Səhər işə getməliyəm.
ADINI DEYIB GƏLMIŞƏM
Bir qədəh sevinc icmişəm
sağlığına… sağlığına…
Utanmayıb oynamışam
yoxluğuna… yoxluğuna…
Adını deyib gəlmişəm,
düşmüşəm yolun ağına…
Adımı yaza bilmişəm
çəkdiyin həsrət dağına…
Bağışla… Ömrüm günahdı…
Batırma eşqi günaha…
Dilimdəki bu son “ah”dı…
Badədir, sağlığına…
FALÇI DEYIB GƏLIŞINI…
Dərdi yanına sal gətir,
Yeni görüşə gələndə…
Özünə eynək al gətir…
Böyütsün məni gözündə…
Bəxtimin kiçik qızıyam…
Falçı deyib gəlişini…
Qəlbində ağrı, sızıyam,
Qoru üzdə gülüşünü…
Mənə “Qırmızıpapaq” al,
Öz içimdədi canavar…
Nağıl dünyandaca qal…
Ölsəm bundan sənə nə var?
Unutmuşdum…Bu görüşə
Sevgini gətirmə, yaxşı?
Nolsun söylənirik dərddən,
Nə sən aşıq, nə mən naşı…
İkimiz də uduzmuşuq…
Sən sevgini…Mən də səni…
Ayrılığı unutmuşuq…
Görüşə səslədim səni?
Ehh…Qırmızı şal gətir,
Tamamlansın bəzəyim də…
Özünə eynək al gətir…
Böyütsün məni gözündə…
Gəncə
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Mətbuat xidməti
Sular daşa dönübdü
Bir buz küləklərin sərin istisi,
bir qara günəşin üşüntüsü var.
Bu ağ adamların,ağ ürəyində,
qara dərd saxlayan döyüntüsü var.
Allah,ağacların quşa dönübdü,
bu dünya gör neçə başa dönübdü.
Bir də gördük sular daşa dönübdü,
daşların su kimi ərintisi var.
Hamını içimə büküb gözlərim,
bəxtini ölümə dikib gözlərim.
Bu gecə yuxuda çəkib gözlərim,
məndə o dünyanın görüntüsü var.
“Zərrələr” in sədası Dərbənddən gəldi. Bu çox qürur vericidir. Düşünərəm ki, illər sonra 2015-ci ilin yazarları haqqında bu kitabdan araşdırma aparmaq istəsələr , adı gedən kitabxanalara üz tutacaqlar… (daha&helliip;)
heç kəs xoşbəxt olmadı bu şəhərdə
hamı bir səadət axtarışında,
saçlarını ağartdı
və tapmadıqda, küçələri günahlandırdı
cığırları qınadı
yolun sonunda tikilən evləri…
qəsəbələr də zinakar sifətində göründü
insanların gözünə
insanlar da…
yolun başında itirmişdilər günəşrin sualararını
zülmət şəhəri idi insanların daxili.
pozulmuşdu əxlaqları…
daralmış yollar ölüləri daşıyırdı üstündə
o tərəf bu tərəfə…
eh, qoca şəhər, ölsəydin
insanlar da xoşbəxt olardılar!

Baharım soyuq ,sazaq,
Öldüm üşüyürəm mən,
Sevdiyim baharda da ,
dondum soyuqdan,
Baharmı ?
soyuq ,sazaqmı?
Baharımı, qış etdin,
Günəşmi ,ay etdin,
Gülüşümü, göz yaşın çevirdin,
Bu baharmı?
Üşüyürəm soyuqdan ,
Səssizlikdən ,
Bu həsrətimi,
Darıxmaqmı ?
Bilmirəm ..
Mən donuram ,
Sənsizlikdən ölürəm,
Yaşaya-yaşaya, ölürəm,
Necə yaşa-yaşaya ölür insan,
Sən bunu öyrətdin mənə,
Ölürəm soyuqdan,
Soyuqdu mənə,
Baharmi ?
Yoxsa qışmı ?
Hec bilmirəm ,mən,
Baharsa ,baxiram,
Pəncərədən ,mən,
Soyuqdu, küləkdi,
Hava da , tutqun,
Mənim əhalimdadi ,
Hava da bu gün,
O da sanki his edir məni,
Mənlə bərabər ,
Bahar yaşamir,
Sanki payizdi,
Xəzanlar ,yağişlar ,
Fəslindəyik biz ,
Gedmisən ,baharda ,
Səninlə gedib,
Bir daha geri dönmə sən,
Baharim qış olsa da ,
Getdiyin yet də qal,
Mən öyrəndim,
Sənsizliyə,
Ölə-ölə yaşamağa ,
Baharda,soyuğa, sazağa ,
Üşüməyə,
Təkliyə,
Gedmisən, geri dönmə sən ,
Geri dönmə sən…
19.07.2015
Bir gündə azalir ömrünüzdən
Çox qorxuram sizsizlikdən
Bu yalan dünyada kimsəsizlikdən.
Allahim qoru Atami və Anami.
Körpə uşaq kimiyəm
Kövrək ürəkli kəpənək kimiyəm
Siz yoxsuzsa məndə yox kimiyəm.
Məni yaşadan sizsiz Atam və Anam.
Bu həyatda valdeyinsiz olmaq
Kimsəsizlikdən aci çəkib ağlamaq
Hər gözünü açdiğinda onlarsiz olmaq
Allahim mən onlarsiz istəmirəm qalmaq!
Bu həyatda ən dəyərli ata və anadir.
Hər dərdə dərman ata və anadir.
Onlarsiz bir günüm olmasin.
Açilan hər gül onlarsiz solmasin.
Göydə dolan bulluda yagmasin.
Hər şad günüm xoş günüm onlarsiz olmasin.
Sizlərsiz məni yaşadan Allahdan sonra Atam və anam.
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.
Bədii yaradıcılığa hələ uşaq yaşlarında başlamış, heca vəznində bir çox şeirlər yazmışdır. Universitetdə təhsil aldığı müddətdə “Humay” poeziya dərnəyinin fəalarından olmuş, bir sıras mətbu orqanlarda şeirləri çap olunmuşdur. 2006-cı ildə “Keçə bilsəm bu sınağı” adlı ilk şeir kitabı çapdan çıxmışdır. Yaradıcılığının ilk illərində heca vəznində şeirlər yazmağa üstünlük versə də, sonralar sərbəst vəzndə daha çox yazıb yaratmışdır.
Ehtiyac
Mənim yuxularım qarışır, Ana!
Qarışır, içindən çıxa bilmirəm.
Darıxır ürəyim içimdə, Ana!
Darıxır, özümü yıxa bilmirəm.
Sənin əllərinin kəraməti var,
Gəl, topla dağınıq ruhumu yenə.
Qan verən yaramı ürəyinə sar,
Bir tək ürəyini sıxa bilmirəm.
Zaman tərs yellənir, ömür viranə,
Dağıdıb küləklər könül evini.
Ya ruhum sovrulub bir küncə yenə,
Ya da ki çıxmışam yoxa, bilmirəm.
Bu suçlu taledə müttəhim özüm,
Hakim də özüməm, qınama, Ana!
Elə dəyərsizə ağlayır gözüm,
Sonradan üzünə baxa bilmirəm.
02.06.2015
Məhəbbət
Nə qədər qaçsan da küncə bucağa,
Gəlib düz içindən keçər məhəbbət.
Doldurar badəyə şərbət əvəzi,
Axan göz yaşını içər məhəbbət.
İcazə istəməz, çalar qəlbini,
Göz yaşı gətirər, verməz səadət.
İçində cücərən yaşıl ümidi,
Qazıyar kökündən, biçər məhəbbət.
Qapayar, gözlərin doğrunu görməz,
Dilində bal dadar acı həqiqət.
Getmək istədimi əliboş getməz,
Ruhunla dünyadan köçər məhəbbət.
Dəlib ürəyini keçsə də gözəl,
Axan göz yaşını içsə də gözəl.
Ruhunla dünyadan köçsə də gözəl…
Nəğmədi, haraydı, haydı məhəbbət
Tanrıdan insana paydı məhəbbət…
16.04.2013
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Əsmər QASIMLI (Qasımova Əsmər Eldar qızı) 21 iyul 1991-ci ildə Ağdam rayonunun Mirəşəlli kəndində anadan olub.1997-2008-ci illərdə orta məktəbdə təhsil alıb.2008-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanından keçərək Ağdam rayonu Ə.Vəliyev adına II Baharli ümumi orta məktəbə müəllim kimi təyin olunub. Eyni zamanda A.Kərimov adına Bənövşələr tam orta məktəbində də ixtisasim üzrə müəllim kimi fəaliyyət göstərir.
6 mart 2015-il tarixdə Gündəlik İnformasiya Agentliyinin Yönətim Kuruluna Fəxri üzv qəbul olunub.
Qara gözlərində yasa büründüm
Qorxdum, gətirələr gözə bu eşqi,
İstədim əlinlə bəzə bu eşqi,
Qismət arzuladım bizə bu eşqi,
Sən gedən yollarda özüm süründüm.
Adını yazmışdım hər diləyimə,
Sanırdım çatarsan sən köməyimə,
Dar gəldi bu sevinc gen ürəyimə,
Sevgimlə qəlbinə böyük göründüm.
Hər gülə, çiçəyə axmadım,gülüm
Qəlbini odlara yaxmadım,gülüm,
Ağına, bozuna baxmadım, gülüm,
Qara gözlərində yasa büründüm.
Qarabağım
Mizrab toxunanda sədəfli saza
Deyərdik hüsnündən şan Qarabağım.
İyirmi ildir ki, düşmən əlində,
İşğalda verirsən can, Qarabağım.
Sınıbdır vüqarı sənsiz bu xalqın,
Başımız dumanlı, fikirlər dalğın,
Gəlməyir qulağa toy-büsat çalğın,
Ağlayır ürəyin qan, Qarabağım.
Taleyin hökmüdür bu həsrət, bu dərd
Mərdin şəhid oldu, yetmədi namərd
Tapmayır qeyrətsiz özündə qeyrət
Olmağa qoynunda xan, Qarabağım.
Sən orda əsirsən, biz burda yesir
Sənə gələn yolu yağılar kəsir.
Çağırış səsinə kimlər tələsir?
Almırıq fələkdən kam, Qarabağım.
Dirənib səbrimiz nəhayət daşa,
Bayrağı sancarıq sinəndə qoşa.
Ulu yurd! Can vətən! Əbədi yaşa!
O zaman olarıq tam, Qarabağım!!!
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bulaqların susub axmır
Günəşin küsübdür çıxmır.
Xarı bülbül bizə baxmır
Qarabağım küsüb bizdən.
Yolu daşlı kəsəklidir
Dağı qarlı küləklidir.
Özü insan ürəklidir
Qarabğım küsüb bizdən.
Neçə ildir yol gözləyir
Yadlar onu əzizləyir.
Yolu həsrətdən sızlayır
Qarabağım küsüb bizdən.
Divarları qan qoxlayır
Dərdi adamı oxlayır.
Durub igid soraqlayır
Qarabağım küsüb bizdən.
Zeynəbəm, canım göynəyir
Dərdim öz içimi yeyir.
Yurdum ədalət istəyir.
Qarabağım küsüb bizdən.
SƏNİ YARALI SEVDİM
Gözdən, könüldən uzaq
Düşüb aralı, sevdim.
Oxlanıb kirpiyinlə,
Səni yaralı sevdim.
Lalələr qan içində,
Ha alış, yan içində.
Dağda duman içində
İtən maralı sevdim.
Heykəl qurub xəzəldən,
Eşq umdum hər gözəldən.
Bu dünyanı əzəldən
Ağlı-qaralı sevdim.
GÖRƏK KİM GÖZƏL AYRILIR
Gün keçdi dağın dalına,
Dağ sevindi bu halına.
Gəl ayrılıq vağzalına,
Görək kim gözəl ayrılır?!
Çiçəklədi tökdüyün qan,
Ruha tamarzıdır bu can.
Nəğmə öpür dodağımdan,
Könlümdən qəzəl ayrılır.
Sil ömrün-günün pasını,
Saxlayaq sevda yasını.
Payız açıb yaxasını.
Budaqdan xəzəl ayrılır.
KÖNÜL HEYRAN OLUB UCALIQLARA
Quşlar dimdiyini şehə batırıb,
İbadət eləyir yarpağın üstə.
Torpağın altından çıxan nə varsa.
Tapır qiymətini torpağın üstə.
Hər dağ bir təpənin əlindən tutub,
Könül heyran olub ucalıqlara.
Sən də ayağını Yerə möhkəm bas,
Özünə dağlar tək ucalıq ara.
Vətən torpağına bərəkət verir,
Bu zəhmət çiçəyi alın tərimiz.
Hər doğan Günəşin şəfəqlərində.-
Gülüb aynalanır ümidlərimiz.
Yarımadı bir işə ki!
Vur başıma ürəyimi.
Əlindən niyə düşə ki?..
Vur başıma ürəyimi.
Sevib, sevilə bilməyib,
Danışıb, dinə bilməyib.
Sənsiz ki, ölə bilməyib,
Vur başıma ürəyimi.
İndən belə nə faydası,
Dərdim toy tutub oynasın.
Vur sınsın qəlbin aynası,
Vur başıma ürəyimi.
Etibarsız sirdaş kimi,
Başsız qalan bir baş kimi,
Al əlinə, vur daş kimi-
Vur başıma ürəyimi.
Nə çırpınsın, nə döyünsün,
Qoy daş olub, daşa dönsün.
Ürəyim başıma dəysin,
Vur başıma ürəyimi.
Dərdimə bir dərd qatılıb,
Eşqim başıma atılıb.
Qəlbim eşqimə satılb,
Vur başıma ürəyimi.
Qapısı qəlbiin açıqdı..
Bəlkə baş alıb qaçıbdı?
Dərdimdən ki, diri çıxdı!
Vur başıma ürəyimi.

Mən səni unudmaq üçün sevmədim…
Elə bil bu həyat qəsdimə durub,
Sevmədim unudam səni,
Unudan deyiləm,
Özün bilərsən,
Ne edibsən, get et sən,
Sevdim ki qəlbimə həyan olsan,
Bu dərdli dünyama,sevinc qatasan ,
Xoşbəxtlik payım,
Gülüş payim olasan,
Sevmədim ömrümə yas gətirəsən?
O qara gözləri ömrümə işıq sanmışdım,
O gözlər ömrümə gecə gətirdi,
Yoxluğun ömrümü gecə ,elədi,
Sən yoxsan ,qəmin,kədərin, həsrətin, intizarin ,
Yazdıqların, gülüşlərin,
Dediklərin…
Hə birdə…
Ən böyük günahım…
Yalanlar,
Satqınlıq,
Söz verib, üstündə durmamaq ……
Xəyanət,
Gözyaşları …
Vəfasızlıq…
İnsafsızlıq…
Qəddarlıq…
Bu siyahı uzanıb gedir,
Sən yoxsan,
Gör nə qədər şeylər var ,
Yoxluğun,heç bilinmir ki,
Dərd əlindən ölmək istəyəm,
Mən səni unutmaq üçün sevmədim ki,
Heç gözləməm də,
Unudum…
Mən səni çətin unudum,
Bu mümkün deyil ,
Ölsəm belə qəbrimin üstündə,
Qübar daşı olacaqsan,
Həyatim dönüş nöqtəsi ,
Bitib ,tüknməz ,dərd,qəm,
Göz yaşlarim olacaqsan,
Mən səni unutmaq üçün sevmədim,
Sevdim ki …
15.07.2015
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Gözlərim yol çəkir, divanəm, tez gəl,
Çıxsın həsrətimin buxarı, susum.
Ya da insaf elə, küçədə görün,
Qaldır əllərini yuxarı, susum.
Nə dözüm qalıbdı içimdə, nə tab,
Yoxluq zəli kimi qanımı alır.
Qonşu çəpərdəki alagöz qadın,
Ruhuma əl çəkir, canımı alır.
Axı şan kimidi ömür də, bəxt də,
Vaxt yetib, bu eşqin pətəyin kəsək?
Tez gəl, deməsinlər – nə çox qız, gəlin,
Birini bəyən ki, ətəyin kəsək.
Gözlərim yol çəkir, divanəm, tez gəl,
Fələk nisgilimi qoxlaya bilər.
Bir gör, necə baxır qonşudakı qız,
Qorxmursan, qəlbimi oxlaya bilər?!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru
Ey niyyəti özü kimi çürük adam!
Hər bir kəsin öz yolu var.
Bu da mənim haqq yolumdu,
Tanrının göstərdiyi yol,
Cani-dildən qəbulumdu.
Deyirsən ki, varmı indi, söz əhlinə,
Hörmət qoyan?
Bəs sənin öz işin nədi?
Adam soyan…
Gecə-gündüz qalın cildli kitabları,
Birər-birər oxuyuram,
Söz naxışı toxuyuram!
Hərdən elə qorxuram ki…
Birdən dönüb sən olaram,
Qalaram çöl-biyabanda,
Yolun azmış əlamanda…
Nə ismimi anan olar,
Sənin kimi…
Nə halıma yanan olar.
O sözlər ki, dedin mənə,
Başqasına demə bir də…
İş-gücünü, kimliyini bilən olar,
Vallah, sənə gülən olar!
Gördüyün bu ömür adsız ömürdü,
Nə qoyum bilmirəm adını ömrün?
Qaçıbdı ləzzəti,dadsız ömürdü,
Çıxara bilmədim dadını ömrün.
Cilovda saxladım atını ömrün.
Mən elə bilmişdim hamıya birdi,
Sən demə bu dünya sehirdi,sirdi.
Gələn də,gedən də haqqıma girdi,
Söymüşəm yüz kərə zatını ömrün.
Çıxara bilmədim dadını ömrün.
Könlünü bir kəsə açmadı sarvan,
Düşüb arxasınca getdi bu karvan.
Bu gün ümid oldu,sabahsa güman,
Duman,çən bürüdü qatını ömrün.
Çıxara bilmədim dadını ömrün.
Hardasan,ay eşqin qədrini bilən?
Hardasan,eşq ilə ağlayan,gülən?
Gəl indi özgədən məhəbbət dilən,
Sən ola bilmədin qadını ömrün.
Çıxara bilmədim dadını omrün.
Dünyanın nahaqqı,haqqı itməyib,
Haqqı qorumağa gücüm yetməyib.
Hələ yaşayıram ömür bitməyib,
Hələ sarıyıram çatını ömrün,
Çıxara bilmədim dadını ömrün.
Dünya, səni istəmirəm,
Yalan üstə qurulmusan.
Addım-addım qocaldıqca
Məqsəd güdən insanların
əlləriylə “ucaldıqca”,
Bataqlıqda boğulmusan.
Dünya, səni istəmirəm…
Yaxşı, yaman bilinməyir.
Xeyirxahlıq bədxahlıqdan,
Fərasətlik haramlıqdan
zərrə qədər seçilməyir.
Dünya, səni istəmirəm…
Nəyə lazım isti ocaq?
Bir ananın şəfqətiylə
Bir körpəni isitməyə
açılmırsa doğma qucaq,
Dünya,səni istəmirəm…
Sevilmirsə sevən ürək,
Xəyanətin alovunda
Yanacaqsa ən ülvi hiss,
şirin arzu, təmiz dilək,
Dünya, səni istəmirəm…
Kim dünyaya tamah salır,
Nə qədər ki,”ədalətin” kürsüsündə
haqlı nahaqq günə qalır,
Dünya, səni istəmirəm…
Tək səni yox,
Sənə batil sevgi duyan,
Bər-bəzəkli yaşantıya,
şan-söhrətə həris olan
Heç kimsəni istəmirəm…
Sən də məni bilmə, dünya.
Dərdimi də bölmə, dünya
Səndən zərbə alanların,
Çərxin ağır silləsiylə
gözü yaşlı qalanların
Göz yaşını silmə, dünya.
Nə mən səni istəyirəm,
Nə sən məni sevmə, dünya…
Nə sən məni sevmə, dünya….
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Sənə könül bağlayıb,
Səninçün candan keçdim.
Mən səni sevmək üçün,
Ən böyük ürək seçdim.
O ürək bərk döyünür,
O ürək daşdan deyil.
Nə olar sən də, gülüm,
Vurma qəlbinə qıfıl.
Bu ürək sənlə vurur,
Sənsiz dayana bilər.
İnsaf eylə qəsd etmə,
O sənsiz ölə bilər.
Zeynəbi peşman edib,
Vurma qəlbinə yara.
O səni qəlbən sevdi,
Satma onu əğyara.
SƏNİN GÖZLƏRİNƏ BAXA BİLMƏRƏM
Sənin gözlərinə baxa bilmərəm,
Sənin gözlərindən günahım axır.
Mən bu cazibədən çıxa bilmərəm,
Ürək sındırmışam-bir ürək axı…
Sənli xatirələr üzülər qəmdə,
Yanına gəlməyə üzüm də olmaz.
Görəndə sarsilib üzülərəm də,
Bir kəlmə kəsməyə sözüm də olmaz.
Bağışla demərəm, sarsılsam belə,
Sən ki büdrəmisən, yıxılan mənəm.
Bilirəm-qəlbində yerim var hələ,
Çox da ki dilində yox olan mənəm.
Günahım böyükdür, buna sözüm yox,
Bu səhvi çiynimdə daşıyıram da.
Daha bu kədərə məndə dözüm yox,
Görən elə bilir- “yaşıyır”am da…
Mənə də dəyərmiş qüssə silləsi,
Bu dərd deyiləsi, yazası deyil.
Nə mən bu qədəri qəlbdən siləsi,
Nə TANRIM alnımdan pozası deyil…
Göz yumub könlümdən keçənə, gözəl,
Gözünə dəymərəm-üzüm qaradır.
Mən necə keçirim gecəni gözəl?!
Sənli günlərimin üzü qaradir.
Sənin gözlərinə baxa bilmərəm,
Sənin gözlərindən günahım axır.
Mən bu məngənədən çıxa bilmərəm,
Ürək sındırmışam- bir ürək axı…
BU SEVDANIN DƏRD ƏLƏYİR ƏLƏYİ.
Bu sevdanın dərd ələyir ələyi,
Bu ələkdə ələnən mən, qalan sən.
Allah bilir-nələr çəkir ürəyim,
Ürəyimi talan etdin, talan sən!
Uzaq gəzir məndən sənsiz sevincim,
Ərköyünə dönür yerin ürəkdə.
Yüyəninə əl atdığım sevincin
Yoxluğuna dözə bilmir ürək də.
Ürəyimdə yuva qurdun qüssədən,
Həsrətindən buludlanır gözlərim.
Ələdikcə saçlarıma qüssə dən,
Qan ağlayır sənsiz, sənli sözlərim.
ÖMÜR demə yaşadığım bu günə,
Sənsiz, gülüm, tale yolum duman, çən.
Bu sevdanı salan saldı düyünə,
Büdrəyən mən ,inciyən sən, uman sən…
Ayrılığın havasında oynayıb,
Sənsizliyi ürəyimə salmışam.
Yaxınlarım elə məni qınayır,
İki yolun ayrıcında qalmışam.
Göz yumduğum günlər girir gözümə,
Sənli günlər bir-bir gəlir gözümdən
Sənsizliyin ağ olubdur üzümə,
Sən də yoxsan- hara qaçım özümdən?!
A dostlar , Tanrıdan bir diləyim var ,
Ağrısız , acısız ola dünyamız .
Naqislik olmaya , məkr olmaya ,
Sevgiylə , eşq ilə dola dünyamız .
Zimistan görməyə bir gül , bir çiçək ,
Özəkdən qopmaya bircə tər ləçək .
Kifirlər də ola lap gözəl , göyçək ,
Gözəllikdən ləzzət ala dünyamız .
Hərbçilər mərmi deyil gül ata ,
Gecə səngərdə yox evində yata .
Kasıblar dərdə yox sevincə bata ,
Görməyə bir qada , bala dünyamız .
Yatmış vicdanların yuxusu qaça ,
Haqq nuru qəlblərə ədalət saça .
Sevən sevdiyinə ürəyin aça ,
Gedə hamımızla yola dünyamız .
Qırılmış meşələr bərpa oluna ,
Hamılıqla dönək haqqın yoluna .
Hər kəs xeyir verə sağı , soluna ,
Bayram əhvalında qala dünyamız .
Hamıda bol ola namus , şərəf , ar ,
Nə müxalif ola , nə də iqtidar .
Şeytanın nə qədər davamçısı var ,
Hamısın zindana sala dünyamız .
Qalib Şamxaloğlu bəşərə vurğun ,
Bəşərin dərdiylə ürəyi yorğun .
İstərəm könüllər qalmasın durğun ,
əbədi şən nəğmə çala dünyamız .
Qalib Şamxaloğlu . Saatlı r-nu Musalı k-di məcburi köçkün qəs.
14.07.2015 saat 11:50
Tez-tez yorulmağımı, halsızlığımı, bir ayda on kilo çəki itirməyimi altmış üç yaşın xəbər verdiyi qocalıq əlaməti kimi qəbul edirdim. O günə qədər ki, oğlum tibb universitetini yenicə bitirmiş xanım qız dostunu bizə qonaq gətirənəcən…
Aygün adlı xanım qızın dediyinə inansaq, onu qarşılayan mən qocanın görünüşü elə qapının ağzında diqqətindən yayınmayıb. Hiss edirdim, süfrədə də tez-tez mənə baxırdı. Arada oğlum Raufla baxışırdılar, sevgi baxışı deyildi bu… Sən demə, mənim haqqımda səssizcə danışırmışlar.Çox keçmədi, xanım qızın gəlişinin səbəbini anladım. Evdəkilər həkimlərə qarşı laqeyid, inamsız, bir az da tərs olduğumu bildiklərindən, məni həkimin yanına aparmaqdan əllərini üzmüşdülər, gələcəkdə həkim olacaq bu qızı ayağımacan gətirmişdilər. (daha&helliip;)
Soyuqdur əllərin
Bir zaman xoşbəxt idik
əl-ələ tutub bir Əgəzirdik
Həyatdan ancaq yaxşiliq görürdük
İndi niyə soyuqdur Əəllərin
Sanki mənə yad birisən
Qarşimdaki sən yox başqa birisən
Sevgilin deyiləm tək birisən!
Mənə nağillar danişma
Yalandan mənim üçün yanib alişma!
Bilirəm daha sevmirsən məni
Yoxsa niyə soyuqdur əllərin!
İstəmirəm tutma daha əlimi (daha&helliip;)
* * *
Yox…gəl aldatmayaq bir-birimizi,
Yalan danışmağa varmı ehtiyac?
Nə olub boynunu bükübsən yenə?
Deyirsən; – Bu dərdə yoxdumu əlac?!
Niyə danışmadıq biz onda…niyə?
Sən demə,susmaq var- ölümdən betər.
Qorxduq,qonum-qonşu,qohum-əqraba,
Tanışlar-bilişlər nə deyəcəklər…
(daha&helliip;)
AYRILIQ YERİNDƏN QIRILDI BU EŞQ
Sənin dodağında çiçəkləmişdi,
Bir zalım əliylə dərildi bu eşq.
Gözlərim yolunu elə çəkdi ki,-
Ayrılıq yerindən qırıldı bu eşq.
Qərib fəryadıydı,aşiq halıydı,
Divanə ruhların qeylü-qalıydı.
Bağrımın başında lalə xalıydı,
Keçib göz yaşından duruldu bu eşq.
Yenə pəncərəndə yellənir pərdən,
Xatirən şam tutub ən xoş xəbərdən.
Hər gün mən ölmüşü qaldırıb yerdən,-
Sənin ayağına sərildi bu eşq.
(daha&helliip;)
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Asfalt yolun hər iki tərəfində əkilmiş meyvə ağacları sanki sıraya düzülmüş əsgərlər kimi «farağat» vəziyyəti alıb bizim bu cənnət məkana gəlişimizi salamlayırdı. Ağacların ətrafındakı çəmənliyin sıxlığından bir ovuc da torpaq gözə dəymirdi. Mənzil başına yetişdikdən sonra maşını münasib bir yerdə saxlayan atam: «Hə, uşaqlar, düşün, çəkin ciyərinizə bu havanı. Dünyada tayı-bərabəri yoxdu bu yerin.» – dedi. Hamımız bir himə bənd imiş kimi cəld özümüzü maşından çölə atdıq. Dördümüz də ətrafı maraqla süzməyə başladıq. (daha&helliip;)
Sonda Ayrıldıq!
Son günlərdi son baxışlardı
Son sözlərdi son görüşlərdi.
Çox istədik bitməsin bu sevgimiz.
Sonda ayrıldıq ikimiz.
İndi hər kəs sevinsin.
Sənin ailən toy bayram etsin.
Anan istədiyi qıza sənin üçün elçi getsin.
Onsuz da onlar ayırdi bizi!
Qoymadılar yaşadaq sevgimizi
Adımız tarixdə qalacaq.
Bir-birini çox sevən ikimiz.
Bizdən sonar da olacaq sevgilər.
Sən daha yadına salma bizi.
Necə deyirəm öz ürəyimdə qalib sevgimizin izi!
Amma neyləyək biz sevgimiz üçün hər şey etdik
Bu sevgidən əl çəkib ayrı yollarda getdik.
Xoşbəxt ol deyirəm.
Mənsə acı zəhər içirəm.
Sonda Axır ki Ayirdilar bizi!
Tez-tez yorulmağımı, halsızlığımı, bir ayda on kilo çəki itirməyimi altmış üç yaşın xəbər verdiyi qocalıq əlaməti kimi qəbul edirdim. O günə qədər ki, oğlum tibb universitetini yenicə bitirmiş xanım qız dostunu bizə qonaq gətirənəcən…
Aygün adlı xanım qızın dediyinə inansaq, onu qarşılayan mən qocanın görünüşü elə qapının ağzında diqqətindən yayınmayıb. Hiss edirdim, süfrədə də tez-tez mənə baxırdı. Arada oğlum Raufla baxışırdılar, sevgi baxışı deyildi bu… Sən demə, mənim haqqımda səssizcə danışırmışlar.Çox keçmədi, xanım qızın gəlişinin səbəbini anladım. Evdəkilər həkimlərə qarşı laqeyid, inamsız, bir az da tərs olduğumu bildiklərindən, məni həkimin yanına aparmaqdan əllərini üzmüşdülər, gələcəkdə həkim olacaq bu qızı ayağımacan gətirmişdilər. (daha&helliip;)
Yuxusuz gecəmsən , bəxtsiz yazımsan
sinəmdə çalınan telli sazımsan
ömrümə pay düşən sərt ayazımsan
üşüdür soyuq , buz baxışlar məni
mən unuda bilsəm sevməzdim səni…..
Çevirdin ömrümü zəngli saata
gəmim var dənizdə qayaya çata
bir gün vəfasız tək mənidə sata
üşüdür soyuq , buz baxışlar məni
mən unuda bilsəm sevməzdim səni….. (daha&helliip;)
Əziz və dəyərli insanlar, dostlar, tanışlar, qələm sahibləri. Bir şeyi vurğulamağı özümə vəzifə bilərək, layihənin ərsəyə gəlməsində İdarə heyətinin böyük zəhməti olduğunu nəzərinizə çatdırmaq istəyirəm.
Layihə çərçivəsində “ZƏRRƏLƏR” adlı kitab bir neçə mərhələdən keçib.
1-ci mərhələ: Elan və şeirlərin toplanması:
2-ci mərhələ: Şeirlərin seçimi, redaktəsi, korrektəsi və kitabın foto-dizaynı.
3-cü mərhələ: Texniki tərtibat.
4-cü mərhələ: Nəşriyyatda çapa hazırlıq. (daha&helliip;)
Bilinmir əvvəli.Böyük bir sirdir.
Necə qismət olmuş bizə bu dünya?!
Tamam müəmmadır bu Yer kürəsi,
Görən necə çıxmış üzə bu dünya?
Birinə zirvədir,birinə dərə,
Biri xoş yaşayır,biri hədərə.
Çoxlarını salır dərdə,kədərə,
Azını düz yola,izə bu dünya! (daha&helliip;)
İki yol ayrıcındayam,
Sanki iki dünya arasındayam
Bir yanda işıqlar şəfəq saçır,
Bir yanda qaranlıqlar mənə qucaq açır
Bir yanımda anlardan sevinc süzülür,
Bir yanda kədər üzümə gülür
İki yol ayrıcındayam
Bir tərəfim uçurum,
Bir tərəfim səhradır
Bilmirəm nədir suçum,
Hara üz tutum qaçım?
Bir tərəfimdə ilanlar,
Bir yanımda yalanlar (daha&helliip;)
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bilmədən
Sevgidən ilham alıram,
Dərin xəyala dalıram.
Hər kəsi eşqə salıram
Özüm sevməyi bilmədən.
Öz könlümü ovuduram;
Dərdi,qəmi unuduram.
Eşqdən dünya yaradıram
Özüm sevməyi bilmədən. (daha&helliip;)

Ən böyük istəyim,
Arzum, diləyim,
Ömrümün sevinci,
Qəlbimin nuru,
Atanın ulduzu,
Mənim nar dənəm,
Nənənin gül ləçəyi,
Qardaşının bacısı,
Ömrümüzün bəzəyi,
Gözəl qızım, naz qızım,
Arzuların çin olsun!
Ömrün bəxtəvər olsun!
Sən Nigara, Həcərə,
Tay olasan, can qızım!
Ömrün keçsin sevinclə,
Göz yaş görməyəsən,
Üzün gülsün daima,
Qəm, kədər bilməyəsən,
Allahıma min şükür!
Səni bizə veribdi,
Bizi xoşbəxt edibdi,
Gözəl qızım, naz qızım,
Ömrümüzün bəzəyi,
Gözlərimin işığı,
Evmizin sevinci,
Gözəl qızım, naz qızım…
01.01.2010.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru
ŞƏRƏFLİ SƏRHƏDÇİLƏR
Vətən torpağı canı,
Havası, suyu qanı,
İgidlərə tay hanı?!
Qeyrətli keşikçilər,
Şərəfli sərhədçilər!
Dilində, sözdə Allah,
La İlahə İlləllah,
Yadı edər tərksilah,
Ağır əziyyətçilər,
Şərəfli sərhədçilər!
Çeşməsində yaş olar,
Ay-Ulduza qaş olar,
Vətən üçün daş olar,
Şanlı ziyarətçilər,
Şərəfli sərhədçilər!
Ulu sözü eşidir,
Hərbə ürəklə gedir,
Düşmənləri məhv edir,
Yuxusuz hərbiçilər,
Şərəfli sərhədçilər!
QARABAĞIM-AZƏRBAYCANIM!
Qarabağ kədərim, Qarabağ şanım,
Həm dərdim, sevincim, toyum- nişanım,
O gözəl gülüstan, cahi-cəlalım,
Tanrının verdiyi dövlətim, canım,
Bütöv bir adın var-Azərbaycanım!
Şıltaq gözəl təki, xəfif ayazım,
Kəlməm də bəs etmir, bilməm nə yazım?!
Tarixləri görmüş kamanım-sazım,
Şəhid qanı hopmuş qara torpağım,
Gözü intizarda can, Qarabağım!
Torpağımdan gəlir zərif sorağım,
Sən mənim həm şeirim həm də ki, ağım,
Bir səhər gələcək şad-xürrəm çağım,
İnan qurulacaq xoşbəxt növrağım,
Gözəllik Kəbəsi ay Qarabağım!
içimdə ölürəm
çölümdə dirilmək ümidi ilə
bir qonur gözlünün
qönçə dodağında
ümidlənən dua!
göz yaşına büründüyü yerdən qalxır
ərşinə.
ey yer-göy məmləkətinə sahib çıxanım
bir ovuc ümidin arxasındayam.
ümidimi göylərin üzünə sər
buludun bəbəyinə
tök, tök ətəyimə!
bilmədən öz əlimlə verdiyim haqqım
alovlanır
bir içim suyu qaytar
ümidimə!
SEVDİYİM
Şirin-şirin xəyala sal könlümü,
Tut əlimdən, gəl özün al könlümü,
Cox incitdi bu ayrılıq könlümü,
Dərd qəm saça sığal çəkir sevdiyim.
Kulək əsir rəqs eyləyir tellərim,
Həsrət çəkir məhəbbətə gullərim.
Saçlarımı oxşamasa əllərin,
Ömür ötər yarpaq tökər sevdiyim.
Eşqim üçün qınama gəl sən məni,
Məhəbbətin eləmişdi lal məni.
Ümidlə yaşatdı bu illər məni,
Həsrət mənə kəfən biçdi sevdiyim.
(daha&helliip;)
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Yenə kölgə düşüb sevda bağına,
Hava sərinləyib aramızda, qız.
Boşuna gedirik bu yolu sənnən –
Özgə əli gəzir yaramızda, qız.
Sevgi naz çağıymış, heyif, bilmədik,
Məndən lal olmağı umma, boşuna.
Dəli olacaqsan bu gedişlə, qız,
Ta sənnən yadıq biz, cumma boşuna.
Gözümün ağını çatladır yuxu,
Vüsal dan yerini sağmaz, bilirəm.
Sənin qoxladığın kal baxışlardan
Sevgi yağışları yağmaz, bilirəm.
Boşuna gedirik bu yolu məncə,
Həyat dediyimiz tüstü kimiymiş.
Sənin baxışların, incimə, quzum,
Mənim boş daxmamın üstü kimiymiş.
Vacib buyurubdur ki, yaradanin oruc tut
Vardirsa əgər tutmağa imkanin oruc tut
Heç olmasa, bir ay uzaq olsun da haramdan,
Həm daxili, həm xarici orqanin oruc tut
Bir gün qoruyar nari-duzəxdən səni mütləq,
Olsun deyə məhşər günü “qalxan”in oruc tut
Zəncir ilə bağlar onu allah ramazanda,
Et həmləni sinsin beli şeytanin, oruc tut
Söz açdi zəkat ilə orucdan rəsulallah,
Bildirdi, zəkati sayilir canin oruc tut
Allah verəcək əcrini quranda verib söz,
Bil qədrini sən mahi-ramazanin oruc tut
Bir süfrə açib Tanrı edir hər kəsi dəvət,
Mirat, qonağı ol yenə cananin oruc tut.
(divani)
Calış dostum bu dünyada haqq yolundan dönmə, sən,
Yananda da elə yanki tez alışıb sönmə, sən.
Çalışki yaxşılıq eylə dosta, yada, tanışa,
Bir pisliyin ucbatından alçaqlara enmə, sən.
Yaxşılıq et hər insana adın düşsün dillərə,
Qazan elin məhəbbətin, sevgini ver ellərə.
Aşsın, daşsın saf niyyətin ömrü vermə yellərə,
Bu yollarda nə nazilmə, nə incəlib sınma, sən.
Nail deyər sınan könlü sağaltmaq çox çətindi,
Könül var ki, tənələrdən sınan deyil mətindi.
Yaxşı insan elə dayaq, əyilməz bir sütundu,
Boş-boş yalan söyləyəni doğru, dürüst sanma, sən.
Ok nədi,yes nədi,bir təmiz hə de,
Dilin ətir saçsın,qəlbi oxşa,yar.
Doğma ikən yada dönən millətə,
Bəxti ağı söylər, zaman oxşayar.
Xor baxanlar bölünsün, min dilimə,
Dildən olum,yad söz gəlsə,dilimə.
Mən heyranam,doğma Ana dilimə,
De,hansı dil bu saf dilə oxşayar?
Coşqun,qaya qopar qat-qat,lay-lay a!
Kökü üstə bağlanır hər lay laya.
Mən bu dildə qulaq asdım laylaya,
Söz ruhumu bu dil ilə oxşayar.
Qalmayıb ürəyin taqəti, tabı,
Açmamış gül kimi günbəgün solur.
Mən indi bildim ki, həsrət əzabı,
İnsana həyatda ağır dərd olur.
Mən indi bildim ki, bu gedişinlə,
Ürəyim mənimlə barışmayacaq.
Arxanca boylanan yaşlı gözlərim,
Sənin yollarından yığışmayacaq.
Mən indi bildim ki, hər gün boylanıb,
Baxacam həsrətin pəncərəsindən.
Gözlərim ayrıla bilməyəcəkdir
Sənli günlərimin xatirəsindən.
Mən indi bildim ki, ayrılsaq da biz,
Ürəyim yənə də sənlə olacaq.
Qəlbim nə birini sevecek artıq,
Nə də bir kimsədən mədət umacaq.
Mən indi bildim ki, məndən uzaqsan,
Qara saçlarında dən deyilmişəm.
Sənin ürəyinin əsl sahibi,
Başqa bir insanmış, mən deyilmişəm.
Əli Musa(Qənbərzadə Əli Musa oğlu) 1iyun 1992-ci ildə Kəlbəcər rayon kilsəli kəndində anadan olub.2012-ci ildə Mingəçevir Turizm Kollecini bitirib.Şeir və publisistik məqalələri dövri mətbuatda çap olunur.”Sevgidir yaşadan məni”kitabının müəllifidir
Aldanma
İnanmaq çətindir hər yetən kəsə,
Çoxları dar gündə verər səs-səsə
Əgər dar ayaqda yaxın gəlməsə
Necə dost deyəsən beləsinə sən
Tuş gəlsən taleyin qara yelinə
Qorxma kürəyini söykə elinə
Aldansan yetənin şirin dilinə
Düşərsən namərdin tələsinə sən
Bir azca dözümün inadın olsun
Şirin arzuların qanadın olsun
Gördüyün hər işdə öz adın olsun
Çevrilmə heç kəsin köləsinə sən
Gəzdirər
Bu necə ömürdü bu necə gündü
Bir kəlmə xoş sözə nöhtacıq indi
Adam var hər sözü baldan şirindi
Adam var dilində zəhər gəzdirər
Əli quruyarmı çağlayan bulaq
Tikandan betərdir gərəksiz alaq
Hoppanıb qabağa keçəndə ulaq
Belində palan yox yəhər gəzdirər
Nə dərdim
Halallıq gəzirəm əkinçi kimi
Varlığım bir uşaq sevinci kimi
Elin ürəyində saf inci kimi
Təkcə beş-üç kəlməm qalsa nə dərdim
Yoxdur nisgil adlı dərdin davası
Quşada doğmadır yurdu yuvası
Anam kəlbəcərin yaylaq havası
Yenidən içimə dolsa nə dərdim
Hərdən səsləyəndə taleyi baxtı
Elə bil gözümdə ildırım çaxdı
Anam qız axtarır mənə nə vaxtı
Bir gözəl qismətim olsa nə dərdim

10 İyul 2015-ci il tarixində, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Aliyə Əsədovanın “Payız nəğməsi” adlı ikinci şeirlər kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı Qalib Şəfahət, “Gənc Ədiblər Məktəbi”nin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Günay Həsənli və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri, şairə Fərqanə Mehdiyeva ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, gənc xanım yazar Aliyə Əsədovanın yeni işıq üzü görən “Payız nəğməsi” adlı kitabı haqqında məlumat verərək, yaradıcılıq fəaliyyəti ilə məşğul olduğu ilk günlərdən bu yana daim axtarışda olduğunu dilə gətirib.Daha sonra düzənlənən tədbirdə iştirak edən qonaqlar da öz növbələrində yeni işıq üzü görmüş kitab haqqında öz fikir və düşüncələrini bölüşüblər, yeni yaradıcılıq uğurları və fəaliyyəti dinləyiblər.Tədbirin gedişatında yaradılan şəraitə görə, müəllif Aliyə Əsədova Azərbaycan Yazıçılar Birliyinin Rəhbərliyinə müraciət edərək, onlara dərin təşəkkürünü bildirib, məmnun olduğunu bildirib. Sonra isə yeni işıq üzü görmüş kitablarından tədbir iştirakçıları üçün imzalayaraq hədiyyə edib. Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
Yolun bir başından mən çıxırdım,
O biri başından sən.
Görüşə tələsən addımlarımız utanırdılar.
bir addımlıqda…
Su çalası girirdi araya.
Baxışlarımız pıçıldaşırdılar.
Eyni binada yaşayırdı arzularımız.
Binanın üst mərtəbəsində mən,
Alt mətdəbəsində sən.
Hər gün qapıya gəlib
Gözdən itincə yola salardın,
Ayaq taqqıltımı.
Günəşin rəngi solunca,
Gecə işıqlanınca,
Yollardan adamlar çəkilincə,
Yolumu gözləyirdin.
yollar uzandıqca,
Səbrin qısalırdı.
Mən dönüncə ulduzlar doğurdu gözlərində,
Səhərin açılmasını gözləyirdim.
Sənə çox alışmışdım.
İndi sənsizliyə alışmışam.
Nə o gecələrin uzunluğu var.
Nədə addımladığımız yollar.
Yol həmin yol deyil,
Heç insanlar da…
Hər şey başqalşıb,
Adiləşib.
Yollar çirkin, bitgin.
Biz daha qarşılaşmırıq,
Arzularımızı, xatirələrimizi yıxıblar.
Yerindən,
Şadlıq sayarayı tikəcəklərmiş.
GÖYYALIM
(Qubadlı rayonunun Göyyal kəndinə həsr olunub)
Ey mənim Cənnət üzlü, Cənnət misallı Göyyalım,
Görmədim səndən özgə, qeyri mahalı Göyyalım.
İlahi qüdrətindən var etmişdir əla səni,
Sərmişdir çöllərinə qeybindən xalı Göyyalım.
Düşməzdi Xıdır Nəbi abi-həyat sevdasına,
Olsaydı Turş suyundan əgər ki, hali Göyyalım.
Nigari Əfəndimiz çün seçmiş Hərtiz dağını,
O da bilmiş ki səni, əhdə vəfalı , Göyyalım.
Qəfil qara buludlar aldı ki, başın üstünü,
El-oban bir-birindən düşdü aralı, Göyyalım.
Yazdırıblar adını şanlı tarix yaddaşına,
Unutma Mütəllimi, Azim, Kamalı, Göyyalım.
Fəxrəddin ümid edir,inşallah, azad edərik,
Yenə dönər qoynuna bütün göyyallı, Göyyalım!
BURAX ÇƏKİM DƏRDİMİ
Gəl yalandan adıma bəxtəvərlik sırıma,
Təzələmə, diz çöküb, mənim köhnə yarama.
Dərdimə şərik olma, kədərimə yarama,
Kiminin dərdi çoxdu, kiminin pul-parası,
Burax çəkim dərdimi, ay zalımın balası.
Əl boyda məmləkətə çəkildi əlli sərhəd,
Bölünüb şəhər-şəhər, parçalandıq kəndbəkənd,
Göyçə, Təbriz, Borçalı, Şuşa, İrəvan, Dərbənd,
Alındı bu diyarın neçə qeyrət qalası,
Burax çəkim dərdimi ay zalımın balası.
Bir qardaşım o tayda batmış dilin ağlayır,
Bir qardaşım bu tayda itmiş elin ağlayır,
Doğranıb tikə-tikə, dilim-dilim ağlayır,
Ağlamaqla ağarmaz üzümüzün qarası,
Burax çəkim dərdimi ay zalımın balası.
Bayquşlar məskən salıb Vətən bildiyim yerdə,
Başıma od ələnir deyib-güldüyüm yerdə,
Görürsən ölürəm, qoy, ölüm öldüyüm yerdə,
Nə bəxtim ağarandı, nə yaram sağalası,
Burax çəkim dərdimi ay zalımın balası.
Yetər tikanlı sözlər, yetər kinli baxışlar,
Vallah bizi nə Allah, nə də Vətən bağışlar,
Gəlin tutaq əl-ələ, ay bacılar, qardaşlar,
Bəlkə onda sağala bu Vətənin yarası,
Burax çəkim dərdimi, ay zalımın balası.